NƏ ETMƏLİ? Share TweetHƏRƏKATIMIZIN TƏCİLİ HƏLL OLUNMALI MƏSƏLƏLƏRİMündəricatLeninin ön sözüI FƏSİLEHKAMÇILIQ VƏ “TƏNQİD AZADLIĞI” “Tənqid azadlığı” nə deməkdir? “Tənqid azadlığı”nın yeni müdafiəçiləri Rusiyada tənqid Engels nəzəri mübarizənin əhəmiyyəti haqqında II FƏSİLKÜTLƏLƏRİN KORTƏBİİLİYİ VƏ SOSİAL-DEMOKRATİYANIN ŞÜURLULUĞU Kortəbii yüksəlişin başlanğıcı Kortəbiiliyə pərəstiş. “Raboçaya Mısl” “Özünü azadetmə qrupu” və “Raboçeye Delo” III FƏSİLTRED-YUNİONİST SİYASƏTİ VƏ SOSİAL-DEMOKRAT SİYASƏTİ Siyasi təşviqat və onun iqtisadçılar tərəfindən məhdudlaşdırılması Martınovun Plexanovu dərinləşdirməsi əhvalat Siyasi ifşalar və “inqilabi fəallıq tərbiyəsi” İqtisadçılıqla terrorçuluq arasında ümumi cəhət nədir? Fəhlə sinfi demokratiya uğrunda qabaqcıl mübarizdir Bir daha “iftiraçılar”, bir daha “fırıldaqçılar” IV FƏSİLİQTİSADÇILARIN KUSTARÇILIĞI VƏ İNQİLABÇILAR TƏŞKİLATI Kustarçılıq nədir? Kustarçılıq və iqtisadçılıq Fəhlələr təşkilatı və inqilabçılar təşkilatı Təşkilat işinin genişliyi “Sui-qəsdçilik” təşkilatı və “demokratizm” Yerli iş və Ümumrusiya miqyasında iş V FƏSİLÜMUMRUS SİYASİ QƏZETİNİN “PLANI” “Nədən başlamalı” məqaləsindən kim incidi? Qəzet kollektiv təşkilatçı ola bilərmi? Bizə nə tipdə təşkilat lazımdır? NəticəƏlavə. “İskra”nı “Raboçeye Delo” ilə birləşdirmək təşəbbüsü“Nə etməli?”yə düzəlişKitabda adı çəkilən şəxslər haqqındaMÜQƏDDİMƏOxuculara təqdim edilən bu kitabça müəllifin ilk planına görə “Nədən başlamalı?” məqaləsində (“İskra”2 № 4, may 1901-ci il) irəli sürülmüş fikirlərin ətraflı şərhinə həsr edilməli idi. Həm də ən əvvəl biz həmin məqalədə verilmiş (və bir çox xüsusi sorğu və məktubların cavabında təkrar edilmiş) vəd gec yerinə yetirildiyinə görə oxucudan üzr istəməliyik. Bu gecikmənin səbəblərindən biri keçən (1901-ci) ilin iyununda xaricdəki bütün sosial-demokrat təşkilatlarını birləşdirmək üçün göstərilən təşəbbüs olmuşdur. Bu təşəbbüsün nəticələrini gözləmək təbii idi, zira həmin təşəbbüs baş tutsaydı, onda “İskra”nın təşkilat baxışlarını bəlkə bir qədər başqa nöqteyi-nəzərdən şərh etmək lazım gələrdi və hər halda belə bir müvəffəqiyyət rus sosial-demokratiyası sıralarında iki cərəyanın olmasına çox tezliklə son qoymaq ümidi verərdi. Oxucuya məlum olduğu kimi, bu təşəbbüs baş tutmadı və aşağıda sübut etməyə çalışacağımız kimi, “Raboçeye Delo”1nun öz 10-cu №-sində nın orqanı idi. 1899-cu ilin aprelindən 1902-ci ilin fevralınadək Cenevrədə, “iqtisadçılığa” tərəf yeni dönüşündən sonra baş tuta da bilməzdi. Yayğın və az müəyyənləşmiş, lakin çox sabit olan və müxtəlif formalarda yenidən canlana bilən bu məsləkə qarşı qəti mübarizəyə girişmək, şübhəsiz, zəruri oldu. Buna uyğun olaraq kitabçanın ilk planı dəyişildi və çox əhəmiyyətli dərəcədə genişləndi.Kitabçanın başlıca mövzusu “Nədən başlamalı?” möqaləsində qarşıya qoyulan üç məsələdən ibarət olmalı idi. Məsələlər bunlardır: siyasi təşviqatımızın xarakteri və əsas məzmunu, təşkilat vəzifələrimiz və mübariz ümumrus təşkilatını eyni zamanda və müxtəlif cəhətlərdən qurmaq planı. Həmin məsələlər müəllifi çoxdandır ki, düşündürür və müəllif bunları hələ bir dəfə “Raboçaya Qazeta”da2, onun bərpa olunması yolunda göstərilən müvəffəqiyyətsiz təşəbbüslər zamanı qaldırmaq istəmişdi (bax: V fəsil). Lakin kitabçada əvvəlcə nəzərdə tutulduğu kimi, ancaq bu üç məsələnin araşdırılması ilə kifayətlənmək və öz baxışlarımızı əsla və ya demək olar ki, əsla mübahisəyə girişmədən mümkün qədər müsbət şəkildə şərh etmək iki səbəbə görə qətiyyən mümkün olmadı. Bir tərəfdən, “iqtisadçılıq” bizim ehtimal etdiyimizdən xeyli canıbərk çıxdı (“iqtisadçılıq” sözünü biz “İskra”nın 12-ci №-sində (1901-ci il dekabr) oxucuya təqdim olunan kitabçanın, necə deyərlər, konspektini verən məqalədə — “İqtisadçılığın müdafiəçiləri ilə söhbət” məqaləsində izah edilmiş olduğu kimi, geniş mənada işlədirik). Şəksiz bəlli oldu ki, bu üç məsələnin həlli barədə olan müxtəlif baxışlar rus sosial-demokratiyası sıralarında təfərrüat məsələlərindəki fikir ayrılığından daha böyük bir dərəcədə iki məsləkin bir-birinə tamamilə zidd olması üzündən əmələ gəlir. Digər tərəfdən, “İskra”da bizim baxışlarımızın felən yeridilməsi münasibəti ilə “iqtisadçıların” təəccüblənməsi aydın göstərirdi ki, onlarla biz çox zaman bir-birimizi əsla anlamırıq, buna görə də əgər ab ovo3 başlamasaq heç bir nəticəyə gələ bilməyəcəyik və ixtilaflarımızın bütün əsas cəhətlərini bütün “iqtisadçılarla” danışıb ən çoxlu və konkret misallar əsasında mümkün qədər sadə dildə müntəzəm “aydınlaşdırmağa” təşəbbüs etmək lazımdır. Odur ki, mən belə bir “aydınlaşdırmağa” təşəbbüs etmək qərarına gəldim; həm də bundan kitabçanın həcminin çox böyüyəcəyini və çıxmasının ləngiyəcəyini tamamilə başa düşürdüm, lakin eyni zamanda “Nədən başlamalı?” məqaləsində verdiyim vədi başqa cür yerinə yetirməyə heç bir imkan görmürdüm. Beləliklə, gecikmək münasibəti ilə üzr istəməkdən əlavə, bir də kitabçanın ədəbi cəhətdən işlənməsində çox böyük nöqsanlar olması münasibəti ilə də üzr istəməliyəm: mən son dərəcə tələsik işləmək məcburiyyətində idim, həm də hər cür başqa vəzifələr məni bu işdən ayırırdı.Yuxarıda göstərilən üç məsələnin araşdırılması əvvəldə olduğu kimi, kitabçanın başlıca mövzusunu təşkil edir, lakin mən daha ümumi olan iki məsələdən başlamalı oldum: nə üçün “tənqid azadlığı” kimi “zərərsiz” və “təbii” bir şüar bizim üçün əsil mübariz siqnaldır? Nə üçün biz hətta kortəbii kütləvi hərəkatda sosial-demokratiyanın rolu məsələsi kimi əsas məsələdə də razılığa gələ bilmirik? Sonra, siyasi təşviqatın xarakterinə və məzmununa olan baxışların şərhi tred-yunionist siyasəti ilə sosial-demokrat siyasəti arasındakı fərqin izahına, təşkilat vəzifələrinə olan baxışların şərhi isə — “iqtisadçıları” kifayətləndirən kustarçılıqla, zənnimcə, zəruri olan inqilabçılar təşkilatı arasındakı fərqin izahına çevrildi. Sonra, ümumrus siyasi qəzetinin “planına” qarşı etirazlar nə qədər çox əsassız idisə və “Nədən başlamalı?” məqaləsində özümüzə lazım olan təşkilatın qurulmasına eyni zamanda bütün cəhətlərdən necə başlaya biləcəyimiz haqqında verdiyim suala mahiyyətcə nə qədər az cavab vermişlərsə, mən ümumrus siyasi qazetinin “planı” üzərində bir o qədər çox israr edirəm. Nəhayət, kitabçanın nəticə hissəsində mən göstərmək ümidindəyəm ki, “iqtisadçılarla” əlaqəni qəti kəsməyə yol verməmək üçün biz bacardığımızı etdiksə də, əlaqəni kəsmək labüd oldu; — “Rab. Delo” ardıcıl “iqtisadçılığı” deyil, rus sosial-demokratiyası tarixində tam bir dövrün xüsusiyyətini təşkil edən pozğunluğu və səndələmələri ən ətraflı və ən qabarıq bir şəkildə ifadə etməklə xüsusi, istəsəniz, “tarixi” bir əhəmiyyət kəsb etdi; — buna görə “Rab. Delo” ilə ilk nəzərdə həddən artıq ətraflı görünən mübahisə də əhəmiyyət kəsb edir, zira biz bu dövrü qəti surətdə aradan qaldırmasaq, irəli gedə bilmərik.N. Lenin Fevral 1902-ci il “Raboçeye Delo” – jurnaldır, “Xaricdəki rus sosial-demokratları ittifaqı”nın orqanı idi. 1899-cu ilin aprelindən 1902-ci ilin fevralınadək Cenevrədə, B. N. Kriçevskinin, P. F. Teplovun (Sibiryakın), V.P. İvanşinin, sonra A. S. Martınovun da redaktorluğu ilə çıxırdı. 12 nömrəsi (doqquz kitabı) çıxmışdır. “Raboçeye Delo” redaksiyası “iqtisadçıların” xaricdəki mərkəzi idi; “Raboçeye Delo” bernşteynçilərin marksizmi “azad tənqid” şüarına tərəfdar idi, rus sosial-demokratiyasının taktikası və təşkilat vəzifələri məsələlərində opportunist mövqedə dururdu, kəndlilərin inqilabi imkanlarını inkar edirdi və s. “Raboçeyedeloçular” proletariatın siyasi mübarizəsini iqtisadi mübarizəyə tabe etmək haqqındakı opprtunist ideyalarını təbliğ edirdilər, fəhlə hərəkatının kortəbiiliyinə pərəstiş edir və partiyanın rəhbər rolunu inkar edirdilər. “Raboçeye Delo”nun redaktorlarından biri – V. P. İvanşin, açıq “iqtisadçıların” orqanı olub “Raboçeye Delo” tərəfindən yardım göstərilən “Raboçaya Mısl”ın redaktə olunmasında iştirak edirdi. RSDFP-nin II qurultayında “Raboçeyedeloçular” partiyanın ifrat sağ, opportunist qanadını təmsil edirdilər. Red. “Raboçaya Qazeta” – Kiyev sosial-demokratlarının qeyri-leqal orqanı idi; Kiyevdə L. Eydelmanın, P. L. Tuçapskinin, N. A. Viqdorçikin və başqalarının iştirakı və redaktorluğu ilə çıxırdı. Bu qəzetin cəmi iki nömrəsi çıxmışdır. G. V. Plexanovun və “Əmək azadlığı” qrupunun digər üzvləri ilə əməkdaşlıq sayəsində qəzetin ikinci nömrəsi daha siyasi xarakterdə idi. 1899-cu ildə qəzetin yenidən bərpası üçün müəyyən təşəbbüslər oldu. V. İ. Lenin elə “Nə etməli?” kitabının beşinci fəslində bu təşəbbüsdən bəhs edir. Red. — lap başdan. Red. IEHKAMÇILIQ VƏ “TƏNQİD AZADLIĞI”a) “Tənqid azadlığı” nə deməkdir?“Tənqid azadlığı” – şübhəsiz, hazırda ən çox dəbdə olan və bütün ölkələrin sosialistləri ilə demokratları arasındakı mübahisələrdə tez-tez işlədilən bir şüardır. İlk nəzərdə mübahisə edən tərəflərdən birinin tənqid azadlığına belə təntənəli surətdə istinad etməsindən daha qəribə bir şey təsəvvür etmək çətindir. Olmaya Avropa ölkələrinin çoxunda elmin və elmi tədqiqatın azadlığını təmin edən konstitusiya qanununun əleyhinə qabaqcıl partiyalar sırasından etiraz səsləri qalxmışdır? Hər tində təkrar edilən, dəbdə olan şüarı eşitmiş, lakin mübahisə edənlər arasındakı ixtilafın mahiyyətini hələ öyrənməmiş olan hər bir kənar adam öz-özünə deməlidir ki: “Deyəsən, burada ayrı iş var!”. “Yəqin ki, bu şüar da ləqəblər kimi, işlənməklə qanuniləşən və təqribən ümumi ad halını alan şərti kəlmələrdən biridir”.Doğrudan da, heç kəsə gizli deyil ki, müasir beynəlxalq1 sosial-demokratiya içərisində iki məslək əmələ gəlmişdir və bunların arasında gedən mübarizə gah alışıb bərk alovlanır, gah da sönüb çox böyük “barışıq qətnamələrinin” külü altında közərir. “Köhnə, ehkamçı” marksizmə “tənqidi” yanaşan “yeni” peşənin nədən ibarət olduğunu Bernşteyn kifayət qədər aydın söyləmiş, Milyeran da göstərmişdir.Sosial-demokratiya ictimai inqilab partiyasından dönüb demokratik bir ictimai islahatlar partiyası olmalıdır. Bernşteyn bu siyasi tələb ətrafına bir yığın çox mükəmməl uyğunlaşdırılan “yeni” dəlil və mülahizələr toplamışdır. Sosializmin elmi surətdə əsaslandırılması imkanı və tarixin materialistcəsinə anlaşılması nöqteyi-nəzərindən sosializmin zəruri və labüd olduğunun sübut olunması imkanı inkar edilirdi; yoxsullaşmanın, proletarlaşmanın artması və kapitalizm ziddiyətlərinin kəskinləşməsi faktı inkar edilirdi; “son məqsəd” anlayışının özü əsassız elan olunur və proletariat diktaturası ideyası qəti rədd edilirdi; liberalizm və sosializmin əksliyi prinsipcə inkar olunurdu; çoxluğun iradəsi ilə idarə olunan tam demokratik bir cəmiyyətə guya tətbiq edilə bilməyən sinfi mübarizə nəzəriyyəsi inkar edilirdi və i.aBeləliklə, inqilabçı sosial-demokratiyadan burjua sosial-islahatçılığına doğru qəti dönüş tələbi ilə yanaşı olaraq, marksizmin bütün əsas ideyalarını burjua ruhunda tənqid etməyə doğru da eyni dərəcədə qəti bir dönüş var idi. Bu sonuncu tənqid isə marksizmə qarşı hələ çoxdan bəri həm siyasi tribunadan, həm universitet kafedrasından, həm də yığın-yığın kitabçalarda və bir sıra elmi traktatlarda davam etdirildiyindən, elmli siniflərin böyüməkdə olan bütün gəncləri on illər boyu daim bu tənqid əsasında tərbiyə olunduğundan təəccüblü deyildir ki, sosial-demokratiya içərisindəki “yeni tənqid” peşəsi də Minerva Yupiterin2 başından çıxdığı kimi, bir növ birdən-birə tam mükəmməl şəkildə meydana çıxdı. Məzmun etibarı ilə bu peşənin inkişaf etməsi və təşəkkül tapması lazım deyildi: bu məslək burjua ədəbiyyatından birbaşa sosializm ədəbiyyatına köçürülmüşdü.Sonra. Əgər Bernşteynin nəzəri tənqidi və siyasi iddiaları hələ bəzi adamlar üçün dumanlı qalırdısa, fransızlar çalışıb “yeni metodu” əyani şəkildə nümayiş etdirdilər. Fransa bu dəfə də öz qədim şöhrətini, yəni “tarixində siniflər mübarizəsinin hər yerdə olduğundan daha qətiyyətlə sona çatdırıldığı bir ölkə” (Engels, Marksın: “Der 18 Brumaire” əsərinə müqəddimədən) olmaq şöhrətini doğrultdu. Fransız sosialistləri nəzəriyyəçilik etməyə deyil, bilavasitə fəaliyyətə başladılar; Fransanın demokratik cəhətdən daha artıq inkişaf etmiş siyasi şəraiti sayəsində “əməli bernşteynçiliyə”, onun bütün nəticələrinə keçməyə başladılar. Milyeran bu əməli bernşteynçiliyin gözəl nümunəsini vermişdir, – Bernşteyn də, Folmar da Milyeranı əbəs yerə bu qədər səylə müdafiə və tərif etməyə qalxışmamışdılar! Doğrudan da: əgər sosial-demokratiya əslində ancaq islahatlar partiyasıdırsa və bunu cəsarətlə açıqca boynuna almalıdırsa, o halda burjua hökumətinə daxil olmağa sosialistin nəinki haqqı vardır, hətta buna daim can atmalıdır. Əgər demokratiya əslində sinfi hökmranlığın məhv edilməsi deməkdirsə, o halda nə üçün gərək sosialist nazir siniflərin əməkdaşlığı haqqında nitqlərlə bütün burjua aləmini heyran etməsin? Hətta jandarmlar tərəfindən fəhlələrin öldürülməsi, siniflərin demokratik əməkdaşlığının əsl xarakterini yüzüncü və mininci dəfə göstərdikdən sonra da, nə üçün o gərək hökumətdə qalmasın? Fransız sosialistlərinin indi ancaq dar ağacı, qamçı və sürgün qəhrəmanı (knouteur, pendeur et deportateur) adlandırdıqları çarı alqışlamaqda o nə üçün gərək şəxsən iştirak etməsin? Bütün dünya qarşısında sosializmin belə hədsiz alçaldılması və təhqir edilməsi müqabilində, fəhlə kütlələrinin – bizə qələbə təmin edə biləcək bu yeganə bazisin – sosialist şüurunu pozğunlaşdırmaq müqabilində isə mükafat olaraq cüzi islahatlar haqqında gurultulu layihələr irəli sürülür, o qədər cüzi islahatlar ki, burjua hökumətlərindən bundan artığını almaq mümkün olmuşdur!Gözlərini qəsdən yummayan şəxs görməyə bilməz ki, sosializmdə “yeni” tənqid peşəsi opportunizmin yeni növündən başqa bir şey deyildir. Buna görə də əgər adamlar haqqında, onların öz əyinlərinə geyindikləri gözəl libasa görə deyil,özləri üçün götürdükləri gurultulu ləqəbə görə deyil, onların hərəkətlərinə görə və həqiqətdə nəyi təbliğ etdiklərinə görə fikir yürüdülərsə, onda aydın olar ki, “tənqid azadlığı” sosialdemokratiya içərisində opportunist peşənin azadlığı demək-dir, sosial-demokratiyanı demokratik bir islahatlar partiyasına çevirmək azadlığı deməkdir, sosializmə burjua ideyaları və burjua ünsürləri daxil etmək azadlığı deməkdir.Azadlıq – böyük sözdür, sənaye azadlığı bayrağı altında ən soyğunçu müharibələr aparılmışdır, əmək azadlığı bayrağı altında zəhmətkeşləri qarət etmişlər. İndi “tənqid azadlığı” sözünün işlədilməsində də eyni daxili saxtakarlıq vardır. Elmi irəlilətmiş olduqlarına möhkəm inanan adamlar köhnə baxışlarla yanaşı olaraq yeni baxışlar azadlığı deyil, köhnə baxışların yeniləri ilə əvəz olunmasını tələb edərdilər. “Yaşasın tənqid azadlığı!” deyən hazırki bağırtılar isə boş çəllək barəsindəki təmsili çox xatırladır.Biz möhkəm əl-ələ verib sıx bir dəstə halında uçurumlu və çətin bir yolda gedirik. Bizi hər tərəfdən düşmənlər əhatə etmişlər və biz, demək olar, həmişə onların atəşi altında yol getməli oluruq. Biz azad qəbul edilmiş bir qərar üzrə və məhz ona görə birləşmişik ki, düşmənlərlə mübarizə aparaq və qonşuluqdakı bataqlığa yuvarlanmayaq, zira həmin bataqlığın sakinləri lap əvvəldən bizi ayrılıb ayrıca bir qrup təşkil etməyimiz və barışıq yolu ilə deyil, mübarizə yolu ilə getməyimiz üstündə töhmətləndirirdilər. İndi aramızdan bəziləri bağırıb deyirlər ki: gəlin gedək bu bataqlığa! – bunları danlamağa başladıqda isə etiraz edib deyirlər ki, siz nə geridə qalmış adamlarsınız! Necə də utanmırsınız ki, bizim sizi daha yaxşı yola çağırmaq azadlığımızı inkar edirsiniz! – Bəli, cənablar, siz nəinki çağırmaqda, hətta istədiyiniz yerə getməkdə, lap bataqlığa yuvarlanmaqda da azadsınız; hətta zənnimizcə, sizin əsl yeriniz elə məhz bataqlıqdır və sizin oraya köçməyinizə əlimizdən gələn qədər yardım etməyə hazırıq. Lakin o halda bizim əlimizi buraxın, bizdən yapışmayın və böyük azadlıq sözünü ləkələməyin, çünki biz də istədiyimiz yerə getməkdə “azadıq”, nəinki bataqlığa qarşı mübarizə etməkdə, hətta bataqlığa tərəf dönənlərə qarşı da mübarizə etməkdə azadıq!b) “Tənqid azadlığı”nın yeni müdafiəçiləriMəhz bu şüar ("tənqid azadlığı" şüarı) xaricdəki "Rus sosial-demokratları ittifaqı"nın3 orqanı olan "Rab. Delo" (№10) tərəfindən lap son zamanlar təntənə ilə irəli sürülmüşdür, nəzəri bir fikir kimi deyil, siyasi bir tələb kimi irəli sürülmüşdür, "xarici ölkələrdə fəaliyyət göstərən sosial-demokrat təşkilatlarının birləşməsi mümkündürmü?" sualına – "Möhkəm birləşmək üçün tənqid azadlığı lazımdır" (səh. 36) deyən bir cavab kimi irəli sürülmüşdür.Bu bəyanatdan iki tamamilə müəyyən nəticə çıxır: 1. "Raboç. Delo" ümumiyyətlə beynəlxalq sosial-demokratiya sıralarında olan opportunist peşəni müdafiəyə qalxmışdır; 2. "R. Delo" rus sosial-demokratiyası sıralarında opportunizmin azadlığını tələb edir. Bu nəticələri araşdıraq."İskra" və "Zarya"nın4 beynəlxalq sosial-demokratiya Dağı ilə Jirondası5 arasında əlaqənin kəsiləcəyi haqqında peyğəmbərlik etmək meyli6 "R. Delo"ya "xüsusilə" xoş gəlmir."R. D"-nın redaktoru B. Kriçevski yazır: "Sosial-demokratiya sıralarında Dağ və Jironda haqqında danışıqlar bizə ümumiyyətlə, marksist qələmindən çıxan qəribə səthi bir tarixi təşbih kimi görünür: Dağ ilə Jironda ideoloq-tarixçilərə görünə biləcəyi kimi, müxtəlif meylləri və ya əqli cərəyanları deyil, müxtəlif sinifləri və ya təbəqələri, – bir tərəfdən, orta burjuaziyanı, digər tərəfdən isə xırda meşşanlarla proletariatı təmsil edirdi. Müasir sosialist hərəkatında isə sinfi mənafe toqquşması yoxdur, bütöv bu hərəkat, onun bütün (kursiv B. Kriçevskinindir) növləri, o cümlədən ən qatı bernşteynçilər də proletariatın sinfi mənafeyi zəminində, onun siyasi və iqtisadi azadlığı uğrunda sinfi mübarizə zəminində durur" (səh 32-33). Nə cəsarətli bir iddia! B. Kriçevski hələ çoxdan bəri sezilən belə bir faktı eşitməmişdirmi ki, məhz son illərin sosialist hərəkatında “akademiklər” təbəqəsinin geniş iştirakı bernşteynçiliyin bu qədər sürətlə yayılmasını təmin etmişdir? Başlıcası isə, bizim müəllif nəyə əsasən deyir ki, “ən qatı bernşteynçilər” də proletariatın siyasi və iqtisadi azadlığı uğrunda sinfi mübarizə zəminində dururlar? Məlum deyildir. Ən qatı bernşteynçilərin qəti müdafiə edilməsi əsla nə heç bir dəlil, nə də heç bir mülahizə ilə möhkəmlədilmir. Görünür, müəllif bu fikirdədir ki, əgər o, ən qatı bernşteynçilərin öz barələrində dediklərini təkrar edirsə, deməli, onun iddiasının sübuta da ehtiyacı Lakin bütün bir məslək haqqında həmin məslək nümayəndələrinin özlərinin öz barələrində dediklərinə əsaslanıb fikir yürütməkdən daha “səthi” bir şey təsəvvür etmək olarmı? Partiya inkişafının iki müxtəlif və hətta bir-birilə tamamilə əks olan iki tipi, yaxud yolu haqqında sonra irəli sürülən “mənəvi nəticədən” (“R. D.”-nın 34-35-ci səhifələri) daha səthi bir şey təsəvvür etmək olarmı? Deyirlər ki, alman sosial-demokratları tam tənqid azadlığını qəbul edirlər, fransızlar isə – yox və məhz bunların timsalı “dözməzliyin zərərini” bütünlüklə göstərir.Biz buna cavab olaraq deyirik: məhz B. Kriçevskinin timsalı göstərir ki, bəzən tarixə eynən “İlovayski kimi” baxan adamlar da özlərini marksist adlandırırlar. Alman sosialist partiyasının birliyini və fransız sosialist partiyasının dağınıqlığını izah etmək üçün heç də bu iki ölkənin tarixinin xüsusiyyətlərini araşdırmaq, hərbi yarımmütləqiyyət şəraiti ilə respublika parlamentarizmi şəraitini tutşdurmaq, Kommunanın və sosialistlər haqqında müstəsna qanunun7 nəticələrini təhlil etmək, iqtisadi yaşayışı və iqtisadi inkişafı müqayisə etmək, “alman sosial-demokratiyasının misilsiz dərəcədə artması” dövründə yalnız nəzəri yanlışlıqlara qarşı deyil (Mülberker, Dürinq8, kateder-sosialistlər9), habelə taktika yanlışlıqlarına (Lassal) qarşı da sosializm tarixində misilsiz dərəcədə şiddətli mübarizə aparıldığını və s. və sairəni xatırlamaq lazım deyildir. Bunların hamısı artıqdır! Fransızlar dalaşırlar, çünki dözməzdirlər, almanlar isə vahiddirlər, çünki itaətkar uşaqlardır.Həm də fikir verin ki, berşteynçilərin müdafiəsini tamamilə təkzib edən bir fakt bu cür misilsiz bir əllaməlik vasitəsilə “rədd edilir”. Onlar proletariatın sinfi mübarizə zəminində dururlarmı, – bu məsələ ancaq tarixi təcrübə əsasında qəti və həmişəlik həll oluna bilər. Deməli, bu cəhətdən çox böyük əhəmiyyəti olan məhz Fransanın timsalıdır, zira Fransa yeganə ölkədir ki, burada bernşteynçilər öz alman həmfikirlərinin (qismən həmçinin rus opportunistlərinin – müqayisə et:“R. D.” № 2-3, səh. 83-84) qızğın alqışları altında müstəqil surətdə ayağa qalxmaq təşəbbüsündə olmuşlar. Fransızların “barışmazlığına” istinad etmək – öz “tarixi” (nozdryevcəsinə) əhəmiyyətindən başqa – ancaq olduqca xoşagəlməz faktları acıqlı sözlərlə ört-basdır etmək təşəbbüsüdür.Biz hələ heç almanları da B. Kriçevskiyə və “tənqid azadlığı”nın bir çox başqa müdafiəçilərinə bağışlamaq fikrində deyilik. Əgər “ən qatı bernşteynçilərə” alman partiyası sıralarında hələ dözülürsə, yalnız ona görə dözülür ki, onlar Bernşteynin “düzəlişlərini” qəti rədd etmiş olan Hannover qətnaməsinə10 də, Bernşteynə açıq (bütün diplomatikliyinə baxmayaraq) xəbərdarlıq edən Lubek qətnaməsinə də11 tabe olurlar. Alman partiyasının mənafeyi nöqteyi-nəzərindən diplomatikliyin nə qədər yerli olması və bu halda yaman barışığın yaxşı dalaşmadan üstün olub-olmaması haqqında mübahisə etmək olar, bir sözlə, bernşteynçiliyi rədd etmək üçün bu və ya başqa üsulun məqsədəuyğunluğunu qiymətləndirməkdə ixtilaf ola bilər, lakin alman partiyasının bernşteynçiliyi iki dəfə rədd etməsi faktını görməmək olmaz. Buna görə də almanların timsalı: “ən qatı bernşteynçilər proletariatın öz iqtisadi və siyasi azadlığı uğrunda sinfi mübarizə zəminində dururlar” tezisini təsdiq edir deyə düşünmək hamının gözü qabağında baş verən işləri əsla anlamamaq deməkdir12.Bundan başqa, “Rab. Delo” yuxarıda qeyd etmiş olduğumuz kimi rus sosial-demokratiyasına müraciətlə “tənqid azadlığı” tələb edir və bernşteynçiliyi müdafiə edir. Görünür, o, yəqin etməli olmuşdur ki, bizim “tənqidçiləri” və bernşteynçiləri bizdə nahaq yerə incidirmişlər. Lakin kimləri? Kim? Harada? Nə vaxt? Və bu haqsızlıq məhz nədən ibarət olmuşdur? “R. Delo” bu barədə susur və bircə dəfə də olsun heç bir rus tənqidçisindən və bernşteynçisindən bəhs etmir! Biz mümkün olan iki ehtimaldan ancaq birinə yol verməli oluruq. Ya nahaq yerə incidilən tərəf heç kəs deyil, məhz “R. Delo”nun özüdür (bunu onuncu nömrənin hər iki məqaləsində yalnız “Zarya” ilə “İskra”nın “R. Delo”nu incitmələrindən bəhs olunması təsdiq edir). O halda çox qəribədir ki, bernşteynçiliklə heç bir həmrəyliyi olmadığını daim böyük inadla göstərən “R. Delo” “ən qatı bernşteynçilər” və tənqid azadlığı lehinə bir kəlmə danışmadan özünü müdafiə edə bilmədi? Ya da nahaq yerə incidilən başqa şəxslərdir. O halda bəs bunların barəsində sükut etməyin səbəbi nə ola bilər?Beləliklə, biz görürük ki, “R. Delo” lap meydana gəldiyi vaxtdan bəri məşğul olduğu həmin (aşağıda göstərəcəyimiz) gizlənpaç oyununu davam etdirir. Sonra isə bu tərifli “tənqid azadlığının” birinci həqiqi tətbiqinə diqqət yetirin. İşdə bu “tənqid azadlığı” dərhal ondan ibarət oldu ki, heç bir tənqid qalmamaqdan başqa, ümumiyyətlə müstəqil fikir də qalmadı. Rus bernşteynçiliyini (Staroverin13 sərrast dediyi kimi) sanki sirli bir xəstəlik hesab edib ondan bəhs etməyən “R. Delo” həmin xəstəliyə əlac olaraq, xəstəliyin alman növü üçün yazılmış son alman reseptinin sadəcə üzünün köçürülməsini təklif edir! Tənqid azadlığı əvəzində başqalarını qul kimi, ondan da pis: meymun kimi yamsılamaq təklif olunur! Müasir beynəlmiləl opportunizmin eyni bir ictimai-siyasi məzmunu, milli xüsusiyyətlərə uyğun olaraq bu və ya başqa şəkildə təzahür edir. Ölkələrin birində bir qrup opportunist ta qədimdən bəri xüsusi bayraq altında çıxış etmişdir, başqa bir ölkədə opportunistlər nəzəriyyəyə etinasızlıq göstərərək əməli işdə radikal-sosialistlərin siyasətini yeritmişlər, üçüncü bir ölkədə inqilabçı partiyanın bir neçə üzvü opportunizm cəbhəsinə fərar etmiş və bunlar öz məqsədlərinə prinsiplər uğrunda və yeni taktika uğrunda açıq mübarizə aparmaqla deyil, öz partiyalarını yavaş-yavaş, gözə çarpmadan və belə demək olarsa, maneəsiz pozğunlaşdırmaq vasitəsi ilə çatmağa çalışırlar, dördüncü bir ölkədə yenə də bu kimi opportunizm cəbhəsinə fərar edənlər, siyasi köləlik zülmətində və “leqal” fəaliyyətlə “qeyri-leqal” fəaliyyət arasındakı tam orijinal bir münasibət şəraitində eyni üsulları işlədirlər və s. Rus sosial-demokratlarını birləşdirmək şərti olaraq tənqid və bernşteynçilik azadlığından bəhs etməyə qalxışmaq və eyni zamanda rus bernşteynçiliyinin özünü məhz nədə göstərdiyini və nə kimi xüsusi nəticələr verdiyini təhlil etməmək – heç bir şey söyləməmək üçün bəhsə qalxışmaq deməkdir.“R. Delo” nun demək istəmədiyi (və ya, bəlkə, anlaya da bilmədiyi) şeyi bir neçə kəlimə ilə də olsa, biz özümüz söyləməyə çalışaq.c) Rusiyada tənqidAraşdırılan cəhətdən Rusiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən, kortəbii fəhlə hərəkatı, digər tərəfdən də, qabaqcıl ictimai fikirdə marksizmə tərəf dönrüş başlanmasının özü tam müxtəlif ünsürləri ümumi bayraq altında və ümumi düşmənə qarşı (köhnəlmiş ictimai-siyasi dünyabaxışına qarşı) mübarizədə birləşdirmişdi. Biz “leqal marksizmin” yayılmasının ilk dövründən bəhs edirik. Bu, ümumiyyətlə son dərəcə orijinal bir hadisə idi və 80-ci illərdə, yaxud 90-cı illərin əvvəllərində heç kəs bunun mümkün ola biləcəyinə hətta inana da bilməzdi. Mətbuatın tam əsarət altına alınmış olduğu mütləqiyyət ölkəsində, ən cüzi siyasi narazılıq və protest təzahürlərini təqib edən dəhşətli bir siyasi irtica dövründə senzura nəzarəti altında olan ədəbiyyatda qəflətən, ezop dilində, lakin bütün “maraqlananlar” üçün anlaşıqlı bir dildə şərh olunan inqilabi marksizm nəzəriyyəsi özünə yol açır. Hökumət ancaq (inqilabçı) narodnayavolyaçılıq nəzəriyyəsini təhlükəli hesab etməyə adət etmişdi, həmişəki kimi, onun daxili təkamülünü görmürdü və onun əlaeyhinə olan hər cür tənqiddən şadlanırdı. Hökumət başa düşənədək, ağır senzorlar və jandarmlar ordusu yeni düşməni tapıb onun üstünə düşənədək aradan çox (bizim rus hesabı ilə çox) müddət keçdi. Bu müddətdə isə bir-birinin ardınca marksist kitabları çıxır, marksist jurnalları və qəzetləri nəşr olunur, hamı elliklə marksist olurdu, marksistləri tərif edirdilər, marksistlərin başına dolanırdılar, naşirlər marksist kitablarının son dərəcə rəvac tapmasına çox sevinirdilər. Tamamilə aydındır ki, bu cür bir coşğunluqla əhatə olunmuş yeniyetmə marksistlər arasında “lovğalaşmış yazıçılar”14 bir deyil, iki deyildi...Hazırda həmin dövrdən keçmiş bir dövr haqqında olduğu kimi, sakitcə danışmaq olar. Heç kəsə gizli deyil ki, ədəbiyyatımızın səthində marksizmin qısa bir müddət çiçəklənməsi, ifratçı adamların çox mötədil adamlarla ittifaqının nəticəsi idi. Bu mötədillər əslində burjua demokratları idi və həmin nəticə (onların sonrakı “tənqidi” inkişafı əsasında aydın bir surətdə təsdiq olunmuş bu nəticə) hələ “ittifaqın” bütöv olduğu zamanlar bəzilərinin fikrinə gəlməkdə idi15.Lakin belə isə, sonrakı “qarışıqlığın” ən böyük məsuliyyəti gələcək “tənqidçilərlə” həmin ittifaqa daxil olmuş məhz inqilabçı sosial-demokratlar üzərinə düşmürmü? Məsələyə həddən artıq düzlüklə yanaşan adamlardan bəzən belə bir sual və buna verilən müsbət cavab eşitməli oluruq. Lakin bu adamlar əsla haqlı deyildirlər. Etibarsız adamlarla da olsa, müvəqqəti ittifaqdan ancaq özünə inanmayan bir adam qorxa bilər və heç bir siyasi partiya belə ittifaqlar olmadan yaşaya bilməz. Leqal marksistlərlə birləşmək isə rus sosial-demokratiyasının birnöv ilk həqiqi siyasi ittifaqı idi. Bu ittifaq sayəsində xalqçılıq üzərində çox böyük bir sürətlə qələbə çalındı və marksizm ideyaları (bayağılaşdırılmış şəkildə olsa da) çox geniş miqyasda eninə yayıldı. Həm də ittifaq lap da heç bir “şərtsiz” bağlanmamışdı. Sübut: 1895-ci ildə senzura tərəfindən yandırılmış olan “Rusiyanın təsərrüfat inkişafı məsələsinə dair materiallar” adlı marksist məcmuəsi. Əgər leqal marksistlərlə ədəbiyyat sazişini siyasi ittifaqa bərabər tutmaq olarsa, bu kitabı da siyasi müqaviləyə bərabər tutmaq olar.Pozuluşmanın səbəbi, əlbəttə, “müttəfiqlərin” burjua demokratları olması deyildi. Əksinə, məsələ Rusiyanın müasir vəziyyəti üzündən sosial-demokratiyanın birinci növbəyə keçən demokratik vəzifələri üzərində olduğuna görə, burjuademokrat məsləkinin nümayəndələri sosial-demokratiyanın təbii və arzuolunan müttəfiqləridir. Lakin bu kimi ittifaqın zəruri şərti budur ki, sosialistlər fəhlə sinfinin mənafeyi ilə burjuaziyanın mənafeyini bir-birinə düşməncəsinə zidd olduğunu fəhlə sinfi qarşısında tamamilə açıb göstərmək imkanına malik olmalıdırlar. Bernşteynçilik və “tənqid” məsləki, leqal marksistlərin çoxunun elliklə üz qoyduğu bu peşə isə həmin imkanı aradan qaldırır və marksizmi bayağılaşdırmaqla, ictimai ziddiyətlərin kütləşdirilməsi nəzəriyyəsini təbliğ etməklə, ictimai inqilab və proletariat diktaturası ideyasını mənasız bir şey elan etməklə, fəhlə hərəkatını və sinfi mübarizəni məhdud tred-yunionizmə və xırda, tədrici islahatlar uğrunda “realist” mübarizəyə müncər etməklə sosialist şüuurunu pozğunlaşdırırdı. Bu, tamamilə o demək idi ki, burjua demokratiyası sosia-lizmin müstəqillik hüququnu, deməli, onun yaşamaq hüququnu inkar edir; işdə isə bu, başlanan fəhlə hərəkatını liberallar üçün quyruğa çevirməyə çalışmaq demək idi.Təbiidir ki, belə bir şəraitdə pozuluşma zəruri idi. Lakin Rusiyanın “orijinal” xüsusiyyəti belə idi ki, həmin pozuluşma hamı üçün ən çox müyəssər olan və geniş yayılmış “leqal” ədəbiyyatdan sosial-demokratların sadəcə kənar edilməsi demək idi. “Tənqid əlaməti altına” girən və marksizmə böhtan atmaq işini, demək olar, inhisara almış olan “keçmiş marksistlər” bu “leqal” ədəbiyyatda yerlərini möhkəmlətdilər. “Ortodoksiya əleyhinə” və “yaşasın tənqid azadlığı” şüarları (indi “R. Delo”nun təkrar etdiyi bu şüarlar) dərhal dəbdə olan ibarələr oldu, hətta senzorlar və jandarmlar da həmin dəbə uymaya bilmədilər; bunu məşhur (herostratcasına məşhur) Bernşteynin kitabının16 rusca üç dəfə nəşr edilməsi, yaxud Bernşteynin, c. Prokopoviçin və sairələrinin kitablarının Zubatov tərəfindən oxuculara məsləhət görülməsi (“İskra” № 10)17 və i. a. kimi faktlar göstərir. İndi sosial-demokratların qarşısında bu yeni cərəyanla mübarizə vəzifəsi kimi özlüyündə çətin olan, digər tərəfdən də xalis xarici maneələr üzündən son dərəcə çətinləşmiş bir vəzifə dururdu. Bu cərəyan isə yalnız ədəbiyyat sahəsi ilə kifayətlənmədi. “Tənqidə” doğru dönüşlə yanaşı olaraq, əməli işdə çalışan sosial-demokratlar da “iqtisadçılığa” meyl göstərməyə başlayırdılar.Leqal tənqidlə qeyri-leqal “iqtisadçılıq” arasında əlaqə-nin və qarşılqlı asılılığın necə əmələ gəldiyi və genişləndiyi məsələsi, bu maraqlı məsələ ayrıca bir məqalə üçün mövzu ola bilərdi. Həmin əlaqənin, şübhəsiz, mövcud olduğunu bizim burada qeyd etməyimiz kifayətdir. Bədnam “Credo”nun18 da özünə layiq belə bir şöhrət qazanmasına səbəb həmin əlaqə-ni ayrıca ifadə etməsi və “iqtisadçılığın” əsas siyasi meylini ağzından qaçırmasıdır; orada deyilir ki: fəhlələr qoy iqtisadi mübarizə aparsınlar (tred-yunionist mübarizəsi deyilsəydi, daha doğru olardı, çünki tred-yunionist mübarizəsi spesifik fəhlə siyasətini də əhatə edir), marksist ziyalılar isə qoy siyasi “mübarizə” üçün liberallarla birləşsinlər. “Xalq içərisində” tred-yunionist işi aparmaq bu vəzifənin birinci yarısının, leqal tənqid isə ikinci yarısının yerinə yetirilməsi hesab olunurdu. Bu bəyanat “iqtisadçılığa” qarşı elə gözəl bir silah idi ki, “Credo” olmasaydı – onu uydurmağına dəyərdi.“Credo” uydurulmamışdı, lakin o öz müəlliflərinin razılığı olmadan və bəlkə də onlar istəmədikləri halda nəşr edilmişdi. Hər halda, yeni “proqramın”19 meydana çıxarılmasının iştirakçısı və bu sətirlərin müəllifi natiqlərin şikayətləndiyini və hiddətləndiyini eşitməli olmuşdur; onlar deyirdilər ki, öz baxışları haqqındakı qısa xülasənin surəti çıxarılıb yayılmış, ona “Credo” damğası yapışdırılmış və hətta protestlə birlikdə mətbuata düşmüşdür! Bu əhvalata ona görə toxunuruq ki, o bizim “iqtisadçılığın” çox maraqlı bir xüsusiyyətini: elan olunmaqdan qorxmasını aşkara çıxarır. Bu, təkcə “Credo” müəlliflərinin deyil, məhz ümumiyyətlə “iqtisadçılığın” xüsusiyyətidir: bu xüsusiyyəti “iqtisadçılığın” ən açıq və ən namuslu tərəfadarı olan “Raboçaya Mısl”da20, “R. Delo”da (“iqtisadi” sənədlərin “Vademecum”da21 nəşr edilməsindən hiddətləndikdə), iki il bundan əvvəl öz “Profession de foi”sını22 ona qarşı yazılmış təkziblə birlikdə nəşr etməyə izin vermək istəməmiş olan Kiyev komitəsi də23, “iqtisadçılığın” bir çox ayrı-ayrı nümayəndələri də büruzə vermişdilər.Demək olmaz ki, tənqid azadlığı tərəfdarlarının tənqiddən belə qorxması yalnız hiyləgərlikdir (hərçənd bəzən, şübhəsiz ki, hiyləsiz də keçmir: yeni məsləkin hələ bərkiməmiş rüşeymlərinə qarşı düşmənlərin hücum etməsinə yol vermək əlverişli deyildir!). Yox, "iqtisadçıların" əksəriyyəti hər cür nəzəri mübahisələrə, fraksiya ixtilaflarına, geniş siyasi məsələlərə, inqilabçıları təşkil etmək layihələrinə və sairəyə lap səmimi bir bədxahlıqla baxırlar ("iqtisadçıların" öz mahiyyətinə görə gərəkdə bu cür baxsınlar). Xeyli ardıcıl "iqtisadçılardan" birisi bir dəfə mənə dedi ki: "Bütün bunlar gərək xaricə verilə!"; bununla o, çox yayılmış (və yenə də xalis tred-yunionist) bir baxışı ifadə etmiş oldu: bizim işimiz – buradakı, öz yerimizdəki fəhlə hərəkatıdır, fəhlə təşkilatlarıdır, qalan nə varsa doktrinaçıların uydurmasıdır, "İskra"nın 12-ci №-sindəki məktub müəlliflərinin "R. Delo"nun 10-cu №-si ilə həmrəy olub dedikləri kimi, "ideologiyaya həddindən artıq qiymət verməkdir".İndi sual olunur: rus "tənqidinin" və rus bernşteynçiliyinin bu kimi xüsusiyyətləri qarşısında opportunizmin yalnız sözdə deyil, işdə əleyhdarı olmaq istəyənlərin vəzifəsi nədən ibarət olmalı idi? Əvvələn, leqal marksizm dövründə yenicə başlanmış olan və indi yenə də, qeyri-leqal xadimlərin öhdəsinə düşən nəzəri işi çalışıb bərpa etmək lazım idi; belə bir iş olmadan hərəkatın müvəffəqiyyətlə artması mümkün deyildi. İkincisi, adamların zehnini çox korlayan leqal "tənqidə" qarşı fəal mübarizəyə qalxmaq lazım idi. Üçüncüsü, əməli hərəkatdakı pozğunluq və səndələmələr əleyhinə fəal mübarizəyə başlamaq, proqram və taktikamızı qəsdən və ya düşünməyərək nüfuzdan salmaq yolunda göstərilən bütün cəhdləri ifşa və rədd etmək lazım idi."R. Delo" nə birincisini, nə ikincisini, nə də üçüncüsünü etmirdi, bu məlumdur və biz bu məlum həqiqəti aşağıda ən müxtəlif cəhətlərdən ətraflı aydınlaşdırmalı olacağıq. İndi isə biz ancaq, "tənqid azadlığı" tələbinin vətənimizdəki tənqidin və rus “iqtisadçılığının" xüsusiyyətlərinə nə qədər çox zidd olduğunu göstərmək istəyirik. Doğrudan da, siz bir qətnamənin mətninə nəzər salın; "Xaricdəki rus sosial-demokratları ittifaqı" bu qətnamə ilə "R. Delo"nun nöqteyi-nəzərini təsdiq etmişdir:"Sosial demokratiyanın ideyaca daha da inkişaf etməsi mənafeyi üçün biz sosial-demokratiya nəzəriyyəsinin partiya ədəbiyyatında azad tənqidini, – əgər tənqid bu nəzəriyyənin sinfi və inqilabi xarakterinə zidd getmirsə, –şübhəsiz, zəruri hesab edirik" ("İki qurultay", səh. 10).Dəlili də budur: qətnamənin "birinci hissəsi Lubek parteytaqının Bernşteyn haqqındakı qətnaməsi ilə uyğun gəlir"... Sadədillik göstərən "müttəfiqlər" bu tənqidlə özlərinə nə kimi bir testimonium paupertatis (yoxsulluq vəsiqəsi) imzaladıqlarını görmürlər!.. "ikinci hissəsi isə... tənqid azadlığını Lubek parteytaqından daha çox məhdud edir".Deməli, "İttifaqın" qətnaməsi rus bernşteynçilərinə qarşı çevrilmişdir? Yoxsa Lubekə istinad edilməsi tam bir mənasızlıq olardı! Lakin doğru deyil ki, qətnamə "tənqid azadlığını çox məhdud edir". Almanlar özlərinin Hannover qətnaməsində məhz Bernşteynin verdiyi düzəlişləri maddəbəmaddə rədd etmişlər, Lubek qətnaməsində isə Bernşteynin adını çəkərək ona şəxsən xəbərdarlıq etmişlər. Halbuki bizim "azad" tənqidçilərimiz ayrıca rus "tənqidinin" və rus "iqtisadçılığının" heç bir təzahürünü bir kəlmə ilə də olsa qeyd etməmişlər; belə bir sükut şəraitində nəzəriyyənin sinfi və inqilabi xarakterinə quruca istinad edildikdə, xüsusən "İttifaq" "iqtisadçılıq adlanan şeyi" opportunizm hesab etmək istəmədiyi təqdirdə ("İki qurultay", səh. 8, maddə 1) yanlış təfsirlərə daha geniş meydan verilmiş olur. Lakin bunu biz ötəri qeyd edirik. Başlıcası isə odur ki, Almaniyada və Rusiyada opportunistlərin inqilabçı sosial-demokratlara qarşı tutduqları mövqe bir-birinə tamamilə ziddir. Məlum olduğu kimi, Almaniyada inqilabçı sosial-demokratlar mövcud olanı saxlamaq tərəfdarıdırlar: hamıya məlum olan və bir çox on illərin təcrübəsi nəticəsində bütün təfərrüatı ilə aydınlaşdırılmış olan köhnə proqramın və taktikanın tərəfdarıdırlar. “Tənqidçilər” isə dəyişiklik etmək istəyirlər və bu tənqidçilər çox cüzi azlıq təşkil etdiyindən, onların təftişçilik meylləri isə çox cəsarətsiz olduğundan əksəriyyətin bu "yeniliyi" quruca rədd etməklə kifayətlənməsinin səbəbi anlaşılır. Bizim Rusiyada isə tənqidçilər və "iqtisadçılar" mövcud olanı saxlamaq tərəfdarıdırlar: "tənqidçilər" istəyirlər ki, onları yenə də marksist hesab etsinlər və onlara, hər mənada istifadə etdikləri "tənqid azadlığı" versinlər (zira əslində onlar heç vaxt heç bir partiya əlaqəsi olmasını qəbul etməmişlər24, əslində bizim hamılıqla tanınmış elə bir partiya orqanımız olmamışdır ki, tənqid azadlığını heç olmazsa məsləhətlə “məhdud” edə bilsin), "iqtisadçılar" istəyirlər ki, inqilabçılar "hazırkı hərəkatın tam hüquqa malik olduğunu" ("R. D.", № 10, səh. 25), yəni nə varsa, onun varlığının "qanuniliyini" təsdiq etsinlər; istəyirlər ki, "ideoloqlar" hərəkatı "maddi ünsürlərin və maddi mühitin qarşılıqlı təsiri ilə müəyyən edilən" ( "İskra"nın 12-ci №-sindəki "Məktub" ) yoldan "azdırmaq" təşəbbüsündə olmasınlar; istəyirlər ki, "ancaq mövcud şəraitdə fəhlələr tərəfindən aparılması mümkün olan" mübarizənin aparılmasını lazım bilsinlər, mümkün olan mübarizə isə "onların bu dəqiqə həqiqətdə apardıqları" (""R. Mısl"a ayrıca əlavə", səh. 14) mübarizə hesab edilsin. Biz inqilabçı sosial-demokratlar isə əksinə, kortəbiilik qarşısında, yəni "bu dəqiqə" mövcud olan qarşısında belə diz çökməkdən narazıyıq; biz son illər ərzində hökm sürən taktikanın dəyişdirilməsini tələb edirik, biz deyirik ki, "birləşməzdən qabaq və birləşmək üçün biz əvvəlcə qəti surətdə və tamamilə ayrılmalıyıq" ("İskra"nın nəşri haqqında elandan). Bir sözlə, almanlar dəyişikliyi rədd edərək, mövcud olanın üzərində dayanırlar; biz mövcud olanın dəyişdirilməsini tələb edirik, həmin mövcud olanın qarşısında diz çökməyi, onunla barışmağı rədd edirik.Alman qətnamələrini yamsılayan "azad" təqlidçilərimiz bu "kiçik" fərqi görə bilməmişlər!ç) Engels nəzəri mübarizənin əhəmiyyəti haqqında"Ehkamçılıq, doktrinaçılıq", "partiyanın ölgünləşməsi – fikri zorla zəncirləmək müqabilində labüd cəzadır", – "tənqid azadlığı" müdafiəçilərinin "Rab. Delo"da cəngavərcəsinə hücum etdikləri düşmənlər bunlardır. – Biz bu məsələnin qarşıya qoyulmasına çox şadıq və ancaq buna başqa bir sualın əlavə olunmasını təklif edərdik:Bəs hakimlər kimdir?Qarşımızda ədəbi nəşriyyat haqqında iki elan vardır. Biri – "Rus s. d.-ləri ittifaqının vaxtaşırı orqanı "Rab. Delo"nun proqramı"dır ("R. D"-nın 1-ci nömrəsinin nüsxəsi). İkincisi – ""Əmək azadlığı"25 qrupu nəşrlərinin bərpa edilməsi haqqında elan"dır. Elanların hər ikisi 1899-cu ildə verilmişdir; "marksizmin böhranı" o zaman artıq çoxdan idi ki, gündəlik məsələ olaraq qarşıda dururdu. Nəticəsi? Birinci yazıda siz bu hadisəyə bir işarə və yeni orqanın bu məsələdə nə kimi bir mövqe tutmaq niyyətində olduğuna dair müəyyən bir şey axtarsanız, əbəs zəhmət çəkmiş olarsınız. Nəzəri iş və hazırkı zamanda onun ən vacib vəzifələri haqqında nə proqramda, nə də "İttifaqın" 1901-ci ildəki üçüncü qurultayı26 tərəfindən proqrama qəbul edilən əlavələrdə bir kəlmə də yoxdur ("İki qurultay", səh. 15-18). Nəzəri məsələlərin bütün dünyanın bütün sosialdemokratlarını olduqca maraqlandırdığına baxmayaraq, "R. Delo" redaksiyası bütün bu müddətdə həmin məsələləri kənarda buraxmışdı.O biri elan isə əksinə, hər şeydən əvvəl, nəzəriyyəyə olan marağın son illər zəiflədiyini göstərir, "proletariatın inqilabi hərəkatının nəzəri cəhətinə ciddi diqqət verilməsini" təkidlə tələb edir və hərəkatımızdan "bernşteynçi meylləri və inqilaba zidd olan digər meylləri amansız tənqid etməyə" çağırır. "Zarya"nın çıxmış nömrələri bu proqramın necə yerinə yetirildiyini göstərir.Beləliklə, görürük ki, fikrin ölgünləşməsinə qarşı və sairə haqqında gurultulu ibarələr nəzəri fikri inkişaf etdirmək sahəsindəki qayğısızlığı və acizliyi pərdələyir. Rus sosial-demokratlarının timsalı bütün Avropaya aid olan (alman marksistlərinin də artıq çoxdan qeyd etmiş olduqları) bir cəhəti xüsusilə aydın surətdə göstərir ki, bədnam tənqid azadlığı bir nəzəriyyəni başqası ilə əvəz etmək demək deyil, hər cür bütöv və düşünülmüş nəzəriyyədən azad olmaq deməkdir, eklektizm və prinsipsizlik deməkdir. Hərəkatımızın gerçək vəziyyətinə az-çox bələd olan bir adam görməyə bilməz ki, marksizmin geniş yayılması ilə bərabər nəzəri səviyyə bir qədər aşağı düşürdü. Hərəkatın əməli əhəmiyyəti və əməli müvəffəqiyyətləri xatirinə hərəkata nəzəri cəhətdən çox az hazırlıqlı olan və hətta qətiyyən hazırlıqlı olmayan bir çox adamlar qoşulurdu. Buna görə də Marksın: "həqiqi hərəkatın hər bir addımı bir proqramdan əhəmiyyətlidir" kəlamını "Rab. Delo"nun dəbdəbəli bir əda ilə irəli sürdükdə nə qədər nəzakətsizlik göstərdiyini təsəvvür etmək olar. Nəzəriyyə hərc-mərcliyi dövründə bu sözləri təkrar etmək ona bənzər ki, dəfn mərasimini gördükdə qışqırıb deyəsən: "bərəkətli olsun!". Həm də Marksın bu sözləri Qota proqramı27 haqqında onun məktubundan götürülmüşdür; həmin məktubda Marks prinsiplərin ifadəsində yol verilmiş eklektizmi kəskin surətdə pisləyir; Marks partiya başçılarına yazırdı ki, əgər birləşmək lazım idisə, o halda hərəkatın əməli məqsədlərini təmin etmək xatirinə müqavilələr bağlayın, lakin prinsiplərlə çərçilik etməsinə yol verməyin, nəzəri "güzəştlərə" getməyin. Marksın fikri bax belə idi, bizim aramızda isə elə adamlar var ki, onun xatirinə nəzəriyyənin əhəmiyyətini zəiflətməyə çalışırlar!İnqilabi nəzəriyyə olmadan inqilabi hərəkat da ola bil-məz. Opportunizmin dəbdə olan təbliği ilə ən məhdud əməli fəaliyyət formalarına uymaq cəhdləri bir-biri ilə qovuşduğu bir zamanda bu fikir üzərində nə qədər təkid edilsə, yenə azdır. Rus sosial-demokratiyası üçün isə nəzəriyyənin əhəmiyyətini çox vaxt unudulan üç cəhət daha da qüvvətləndirir: birincisi odur ki, bizim partiyamız hələ yenicə təşəkkül tapır, öz simasını hələ yenicə müəyyənləşdirir və hərəkatı doğru yoldan çıxarmaq təhlükəsi doğuran digər inqilabi fikir məsləkləri ilə hələ heç də haqq-hesab çəkib qurtarmamışdır. Əksinə, məhz lap son zamanlarda (Akselrodun hələ çoxdan "iqtisadçılara" qabaqcadan xəbər vermiş olduğu kimi28) qeyri-sosial-demokrat inqilabi məsləklər canlanmışdır. Belə bir şəraitdə ilk nəzərdə "əhəmiyyətsiz" görünən bir səhv ən kədərli nəticələrə səbəb ola bilər, buna görə də, fraksiya mübahisələrini ancaq uzağı görməyən adamlar vaxtsız və ya lüzumsuz bir şey hesab edə bilərlər. Çox-çox illər üçün rus sosial-demokratiyasının gələcəyi bu və ya başqa "çaların" möhkəmlənməsindən asılı ola bilər.İkincisi, sosial-demokrat hərəkatı öz əsl mahiyyəti etibarilə beynəlxalq hərəkatdır. Bu nəinki o deməkdir ki, biz gərək milli şovinizmə qarşı mübarizə edək. Bu habelə o deməkdir ki, gənc bir ölkədə başlanan hərəkat ancaq o halda müvəffəqiyyətli ola bilər ki, həmin ölkə başqa ölkələrin təcrübəsini tətbiq etsin. Bu təcrübəni tətbiq etmək üçün isə onunla sadəcə tanış olmaq və ya son qətnamələrin surətini sadəcə köçürmək kifayət deyildir. Bunun üçün bacarıb həmin təcrübəyə tənqidi yanaşmaq və onu müstəqil surətdə yoxlamaq lazımdır. Müasir fəhlə hərəkatının nə qədər nəhəngcəsinə böyümüş və qol-budaq atmış olduğunu təsəvvür edən hər kəs bu vəzifəni yerinə yetirmək üçün nə qədər böyük bir nəzəri qüvvə və siyasi (habelə inqilabi) təcrübə ehtiyatının lazım olduğunu başa düşər.Üçüncüsü, rus sosial-demokratiyasının milli vəzifələri elədir ki, dünyada hələ heç bir sosialist partiyasının qarşısında bu cür vəzifələr durmamışdır. Biz aşağıda, bütün xalqı mütləqiyyətin zülmündən qurtarmaq vəzifəsinin öhdəmizə qoyduğu siyasi vəzifələrdən və təşkilat vəzifələrindən danışmalı olacağıq. İndi isə biz ancaq göstərmək istəyirik ki, qabaqcıl mübariz rolunu yalnız qabaqcıl nəzəriyyəni rəhbər tutan bir partiya ifa edə bilər. Bunun nə demək olduğunu heç olmazsa az-çox konkret bir şəkildə təsəvvür etmək üçün isə qoy oxuyucu rus sosial-demokratiyasının Kertsen, Belinski və Çernişevski kimi sələflərini və 70-ci illərin parlaq inqilabçılar dəstəsini xatırlasın; qoy rus ədəbiyyatının indi ümumdünya əhəmiyyəti kəsb etdiyini düşünsün; qoy... lakin elə bu da bəsdir!Sosial-demokrat hərəkatında nəzəriyyənin əhəmiyyəti məsələsi haqqında Engelsin 1874-cü ilə aid mülahizələrini göstərək. Engels sosial-demokratiyanın böyük mübarizəsinin, adətən bizdə edildiyi kimi, – iki formada (siyasi və iqtisadi formada) deyil, üç formada olduğunu qəbul edib nəzəri mübarizəni də bunlarla yanaşı qoyur. Əməli və siyasi cəhətdən möhkəmlənmiş olan alman fəhlə hərəkatına Engelsin verdiyi göstərişlər müasir məsələlər və mübahisələr nöqteyi-nəzərindən o qədər ibrətlidir ki, artıq çoxdan bəri nadir biblioqrafik əsər olmuş "Der deutsche Bauernkrieg"29 kitabçasının müqəddiməsindən uzun sitat gətirdiyimiz üçün oxucunun bizdən inciməyəcəyi ümidindəyik:“Avropanın qalan fəhlələri qarşısında alman fəhlələrinin iki mühüm üstünlüyü vardır. Birincisi budur ki, onlar Avropanın nəzəriyyə ilə ən çox məşğul olan xalqına mənsubdurlar və Almaniyanın "elmli" adlanan siniflərinin demək olar tamamilə itirmiş olduqları nəzəri düşüncəni özlərində saxlamışlar. İndiyədək mövcud olanlar içərisində yeganə elmi sosializm olan alman elmi sosializmi özündən əvvəlki alman fəlsəfəsi, xüsusən Hegel fəlsəfəsi olmadan heç vaxt yaradıla bilməzdi. Fəhlələrdə nəzəri düşüncə olmasaydı, bu elmi sosializm heç vaxt indi gördüyümüz qədər onların iliyinə və qanına işləyə bilməzdi. Bu üstünlüyün necə hədsiz dərəcədə böyük olduğunu isə bir tərəfdən, ayrı-ayrı peşələrin gözəl təşkil olunmasına baxmayaraq, ingilis fəhlə hərəkatının bu qədər ləng irəliləməsinin başlıca səbəblərindən biri olmaq etibarilə hər bir nəzəriyyəyə qarşı olan laqeydlik göstərir, – digər tərəfdən isə prudonizmin öz ilk formasında fransızlar və belçikalılar arasında, Bakunin tərəfindən verilmiş karikaturalı formasında isə ispanlar və italiyalılar arasında törətmiş olduğu qarışıqlıq və səndələmələr göstərir.İkinci üstünlük ondan ibarətdir ki, almanlar fəhlə hərəkatında, demək olar, hamıdan gec iştirak etmişlər. Necə ki, alman nəzəri sosializmi Sen-Simonun, Furyenin və Ouenin çiynində öz təlimlərinin bütün əfsanəliyinə və bütün utopizminə baxmayaraq, bütün dövrlərin ən böyük zəka sahibləri olan və doğruluğunu bizim elmi şəkildə indi sübut etməkdə olduğumuz saysız-hesabsız həqiqətləri dahiliklə irəlicədən xəbər vermiş olan bu üç mütəfəkkirin çiynində durduğunu yaddan çıxarmayacaqdır, – eləcə də əməli alman fəhlə hərəkatı heç vaxt yaddan çıxarmamalıdır ki, o, ingilis və fransız hərəkatının çiyinlərində inkişaf etmişdir, onların baha qiymətə alınmış təcrübəsindən sadəcə olaraq öz xeyrinə istifadə edə bilmişdir, onların o zaman əksər hallarda qaçmaq mümkün olmayan səhvlərindən indi qaçmaq mümkün olmuşdur. İngilis tred-yunionları və fransız fəhlələrinin siyasi mübarizəsi nümunə olmasaydı, xüsusən Paris Kommunasının verdiyi böyük təkan olmasaydı, indi biz harada olardıq?Alman fəhlələrinə haqq vermək lazımdır: onlar öz mövqelərininin faydalarından nadir bir bacarıqla istifadə etmişlər. Fəhlə hərəkatının mövcud olduğu vaxtdan bəri ilk dəfə olaraq mübarizə özünün, bir-biri ilə uyğunlaşdırılmış və əlaqələndirilmiş olan hər üç istiqamətində: nəzəri, siyasi və əməli-iqtisadi (kapitalistlərə müqavimət) istiqamətlərdə müntəzəm surətdə aparılır. Alman hərakatının gücü və məğlubedilməzliyi də bu hücumda, necə deyərlər, cəmlənmiş hücumdadır.Bir tərəfdən alman fəhlələrinin bu əlverişli vəziyyəti nəticəsində, o biri tərəfdən də, ingilis hərəkatının ada xüsusiyyətləri və fransız hərəkatının zorla yatırılması nəticəsində alman fəhlələri indiki halda proletar mübarizəsinin başçısı edilmişlər. Hadisələr onlara bu şərəfli mövqedə nə qədər qalmaq imkanı verəcəkdir, – bunu qabaqcadan demək olmaz. Lakin ümid etmək lazımdır ki, onlar bu mövqedə qaldıqca, öhdələrinə qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklər. Bunun üçün mübarizə və təşviqatın bütün sahələrində qüvvələri ikiqat gərginləşdirmək tələb olunur. Xüsusən başçıların vəzifəsi ondan ibarət olacaqdır ki, bütün nəzəri məsələlərə getdikcə daha artıq bələd olsunlar, köhnə dünyabaxışına məxsus ənənəvi ibarələrin təsirindən getdikcə daha artıq azad olsunlar və həmişə nəzərdə tutsunlar ki, sosializm bir elm olduğu vaxtdan etibarən tələb edir ki, onunla bir elm kimi rəftar etsinlər, yəni onu öyrənsinlər. Bu yolla əldə edilən, getdikcə daha artıq aydınlaşan şüuru daha böyük səylə fəhlə kütlələri içərisinə yaymaq və partiya təşkilatını, həmkarlar ittifaqları təşkilatını getdikcə daha möhkəm birləşdirmək lazımdır......Əgər alman fəhlələri beləcə irəliyə gedərlərsə, onlar – hərəkatın başında yerimək deyil, – yalnız bir millətdən olan fəhlələrin hərəkatın başında yeriməsi heç də hərəkata xeyirli deyildir, – mübarizlərin sırasında şərəfli yer tutacaqlar; əgər gözlənilməyən ağır sınaqlar və ya böyük hadisələr onlardan daha yüksək mərdlik, daha yüksək qətiyyət və əzm tələb edərsə, onlar buna tam hazır olacaqlar"30.Engelsin bu sözləri peyğəmbərcəsinə deyilmiş sözlər idi. Bir neçə il sonra alman fəhlələri qəflətən artıq bir sınaq qarşısında qaldılar; bu sınaq sosialistlər haqqında müstəsna qanun idi. Alman fəhlələri doğrudan da bu sınağı tam hazır halda qarşıladılar və bundan qalibiyyətlə çıxa bildilər.Rus proletariatı bundan çox-çox ağır sınaqlardan keçməli olacaqdır, o elə bir əjdaha ilə mübarizə etməli olacaqdır ki, konstitusiyalı bir ölkədə verilən müstəsna qanun bu əjdaha qarşısında lap cırtdan kimi görünür. Tarix indi bizim qarşımıza elə bir yaxın vəzifə qoymuşdur ki, bu vəzifə hər hansı bir başqa ölkənin proletariatının qarşısında duran yaxın vəzifələrin hamısından daha çox inqilabi bir vəzifədir. Bu vəzifənin həyata keçirilməsi, yalnız Avropa irticasının deyil, habelə (indi biz belə deyə bilərik) Asiya irticasının da ən güclü dayağının dağıdılması, rus proletariatını beynəlxalq inqilabçı proletariatın avanqardı edərdi. Həm də biz haqlı olaraq ümid edə bilərik ki, sələflərimiz olan 70-ci illər inqilabçılarının artıq qazanmış olduqları bu fəxri ada biz də, – min qat geniş və dərin olan hərəkatımızı onlar kimi eyni bir hədsiz qətiyyət və əzmlə canlandıra bilsək, – nail olacağıq. Yeri gəlmişkən. Ən yeni sosializm tarixində bu az qala yeganə və bir növ çox təsəlliverici haldır ki, sosializm daxilində müxtəlif məsləklərin çəkişməsi milli çəkişmədən ilk dəfə dönüb beynəlxalq çəkişmə olmuşdur. Keçmiş zamanlarda lassalçılarla eyzenaxlılar arasında, gedistlərlə possibilistlər arasında, fabiçilərlə sosial-demokratlar arasında, narodnayavolyaçılarla sosial-demokratlar arasında gedən mübahisələr xalis milli mübahisəliyində qalırdı; xalis milli xüsusiyyətləri əks etdirirdi, necə deyərlər, müxtəlif şəkildə baş verirdi. Hazırda (indi bu artıq aydın görünür) ingilis fabiçiləri, fransız ministernalistləri, alman bernşteynçiləri, rus tənqidçiləri, – bunların hamısı bir ailədir, bunların hamısı bir-birini tərifləyir, bir-birindən öyrənir və birlikdə “ehkamçı” marksizmə qarşı mübarizəyə qalxışır. Bəlkə də, sosialist opportunizm ilə bu ilk əsl beynəlxalq vuruşmada beynəlxalq inqilabçı sosial-demokratiya kifayət qədər möhkəmlənəcək və Avropada artıq çoxdan bəri hökm sürən siyasi irticaya son qoyacaqdır? [LENİN] Lassalçılar və eyzenaxlılar – XIX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində alman fəhlə hərəkatında iki partiya idi, bunların arasında başlıca olaraq taktika məsələləri ətrafında, hər şeydən əvvəl isə həmin illərdə Almaniyanın siyasi həyatındakı ən kəskin məsələdə, Almaniyanı birləşdirmək yolları məsələsində şiddətli mübarizə gedirdi. Lassalçılar – alman xırda burjua sosialisti F. Lassalın tərəfdarları və ardıcıllları idilər, fəhlə cəmiyyətlərinin 1863-cü ildəki Leypsiq qurultayında təsis edilən Ümumi alman fəhlə ittifaqının üzvləri idilər, bu ittifaq fəhlə sinfini öz təsirinə tabe etməyə çalışan burjua proqressistlərinə qarşı yaradılmışdı. İlk prezidenti F. Lassal olmuşdur, ittifaqın proqramını və taktikasını da o hazırlamışdır. K. Marks və F. Engels lassalçılığın alman fəhlə hərəkatında opportunist cərəyanı olduğunu göstərib, onun nəzəriyyəsini, taktikasını və təşkilat prinsiplərini dəfələrlə və kəskin tənqid etmişlər. Eyzenaxlılar – 1869-cu ildə Eyzenaxda keçirilən təsis qurultayında yaradılmış Almaniya sosial-demokrat fəhlə partiyasının üzvləri idilər. Başçıları A. Bebel və V. Libknext idi. Red.Gedistlər və possibilistlər – fransız sosialist hərəkatında inqilabçı və opportunist cərəyanlar idi, bunlardan 1882-ci ildə Fransa fəhlə partiyası Sent-Etyen konqresində parçalandıqdann sonra iki partiya əmələ gəlmişdi: Gedistlər – Gedin və P. Lafarqın tərəfdarları – sol marksist cərəyan idi, proletariatın müstəqil inqilabi siyasətini müdafiə edirdi. Possibilistlər (P. Bruss, B. Malon və b.) – proletariatı inqilabi mübarizə metodlarından yayındıran xırda burjua reformist cərəyanı idi. Red.Fabiçilər – 1884-cü ildə təsis edilmiş ingilis reformist təşkilatı olan Fabiçilər cəmiyyətinin üzvləridir. Lenin bu cərəyanı ifrat opportunist adlandırır. Red. Sosial-demokratlar – Lenin burada 1884-cü ildə təşkil olunmuş ingilis Sosial-demokrat federasiyasının üzvlərini nəzərdə tutur. Reformistlər və anarxistlərlə yanaşı, təşkilatda inqilabçı sosial-demokratlar, marksizm tərəfdarları da var idi. Red.Narodnayavolyaçılar – xalqçı təşkilatı “Zemlya i volya”nın parçalanması nəticəsində xalqçı-terrorçuların 1879-cu ilin avqustunda meydana gəlmiş “Narodnaya volya” adlı gizli siyasi təşkilatın üzvləri. Red.Bernşteynçilər – XIX əsrin axırlarında alman və beynəlxalq sosial-demokratiyasında meydana gəlib marksizmə düşmən olan cərəyanın nümayəndələridir. Bu cərəyan Almaniya sosial-demokrat partiyasında sağ opportunist meyllərinin ən aşkar nümayəndəsi olan Ed. Bernşteynin adı ilə adlanır. Red Yupiter və Minerva – qədim Roma allahlarıdır. Yupiter – səma, işıq və yağış allahıdır, ildırımsaçandır; sonralar Roma dövlətinin baş allahı idi. Minerva müharibə allahı və peşələrin, elmlərin, incəsənətlərin himayəçisidir. Roma mifologiyasında Yupiter və Minerva yunan allahları Zevs və Afina ilə eyniləşZevs və Afina haqqındakı bütün əfsanələr, o cümlədən, Afinanın tam kamil bir halda Zevsin başından doğulması əfsanəsi də Yupiter və Minervaya da aid edilir. Red. “Xaricdəki rus sosial-demokratları ittifaqı” – 1894-cü ildə “Əmək azadlığı” qrupunun təşəbbüsü ilə təsis edilib. “İttifaqın” nəşrlərinin redaktəsi də məhz bu qrupa tapşırılmışdı. Və 1895-ci ilin martında qrupun mətbəəsi “İttifaqın” istifadəsində RSDFP ilk qurultayında (Mart, 1895-ci il) “İttifaqı” partiyanın xaricdəki nümayəndəsi hesab etdi. Sonralar “İttifaqda” opportunist ünsürlər üstünlük qazanmağa başladılar.RSDFP-nin ikinci qurultayında “İttifaqın” nümayəndələri ifrat opportunist mövqelər tutmuşdular və qurultay rus inqilabçı sosial-demokratiyasının xaricdəki cəmiyyətini partiyanın xaricdə yeganə təşkilatı olaraq tanıdıqdan sonra qurultayı tərk etdilər. İkinci qurultayın qərarı ilə “Rus sosial-demokratlarının ittifaqı” buraxıldı. Red. “Zarya” – marksist elmi jurnaldır. 1901-1902-ci illərdə “İskra” redaksiya heyəti tərəfindən Ştutqartda nəşr olunmuşdur. Zaryanın cəmi 4 nömrəsi çıxmışdır. Red. Dağ və Jironda – Fransız inqilabı dövründə iki siyasi qruplaşmanın adıdır. Dağ – yakobinlər – o zamanın inqilabçı sinfinin burjuaziyanın ən qətiyyətli nümayəndələrinə deyilirdi, onlar feodalizm və mütləqiyyətin məhvinin zəruriliyini müdafiə edirdilər. Jirondistlər yakobinlərdən fərqli olaraq, inqilab ilə əksinqilab arasında tərəddüd edirdilər, monarxiya ilə saziş bağlamaq tərəfdarı idilər. Red. İnqilabçı proletariat içərisindəki iki cərəyan (inqilabçı və opportunist cərəyanlar) XVIII əsrin inqilabçı burjuaziyası içərisindəki iki cərəyan ilə (Yakobin cərəyanı – “Dağ” – və jirondist cərəyanı) ”İskra”nın 2-ci nömrəsindəki (Fevral 1901-ci il) baş məqalədə müqayisə edilmişdir. Bu məqalənin müəllifi Plexanovdur. Rus sosial-demokratiyası içərisində “yakobinçilikdən” bu vaxtadək kadetlər də, “bezzaqlaviyaçılar” da, menşeviklər də çox həvəslə bəhs edirlər. Lakin Plexanovun ilk dəfə bu anlayışı sosial-demokratiyanın sağ qanadı əleyhinə necə irəli sürməsi haqqında indi susmağı və ya bunu... unutmağı daha münasib görürlər. (1907-ci il nəşrinə müəllifin qeydi. Red.) “Bezzaqlaviyaçılar” – rus burjua ziyalılarının yarımkadet, yarımmenşevik bir qrupu. Red. “Sosialistlər əleyhinə müstəsna qanun” – Almaniyada 1878-ci ildə fəhlə və sosialist hərəkatına qarşı mübarizə məqsədilə Bismark hökuməti tərəfindən tətbiq olunub. Bu qanuna əsasən sosial-demokrat partiyasının bütün təşkilatları, kütləvi fəhlə təşkilatları və fəhlə mətbuatı qadağan olunmuşdu, sosialist ədəbiyyatı müsadirə edilirdi. Qanun 1890-cı ildə kütləvi və getdikcə güclənən fəhlə hərəkatlarının təzyiqi nəticəsində ləğv edildi. Red. Engels Dürinqin üstünə düşəndə alman sosial-demokratiyasının olduqca çox nümayəndəsi Dürinqin baxışlarına meyl göstərirdi və Engelsi hətta partiya qurultayında camaat qarşısında hər tərəfdən, kəskinlikdə, dözməzlikdə, yoldaşcasına olmayan mübahisə aparmaqda və sairədə təqsirləndirirdilər. Most öz yoldaşları ilə (1877-ci il qurultayında) təklif etmişdi ki, Engelsin məqalələri “oxucuların böyük çoxluğu üçün maraqlı olmadığına görə” “Vorwärts”də çap edilməsin. Valteyx (Vahlteich) isə demişdi ki, bu məqalələrin çap edilməsi partiyaya böyük zərər vurmuşdur, Dürinq də sosial-demokratiyaya xidmət göstərmişdir: “partiyanın mənafeyi üçün biz gərək hamıdan istifadə edək və əgər professorlar mübahisə edirlərsə, “Vorwärts” heç də bu kimi mübahisələrin yeri deyildir” ( “Vorwärts”, 1877. 6 iyun, 65-ci nömrə). Gördüyümüz kimi, bu da “tənqid azadlığının” müdafiəsinə bir timsaldır və almanların timsalına istinad etməyi çox xoşlayan bizim leqal tənqidçilər və qeyri-leqal opportunistlər bu timsal üzərində düşünsələr, pis olmaz! [LENİN] “Vorwärts” (“İrəli”) – gündəlik qəzetdir. 1891-ci ildən Berlində alman sosial-demokratiyasının mərkəzi orqanı kimi, həmçinin 1884-cü ildən nəşr olunan “Berliner Volksblatt” qəzetinin (“Berlin Xalq Qəzeti”nin) davamı olaraq nəşr edilməyə başlandı. Qəzetin səhifələrində Engels opportunizmin hər şəklinə qarşı mübarizə aparırdı. Engelsin vəfatından sonra qəzet partiyanın sağ qanadının idarəsi altına keçdi və müntəzəm surətdə opportunistlərin məqalələri çap edildi. Red Kateder-sosialistlər – XIX əsrin 70-80-ci illərində burjua siyasi iqtisadındakı cərəyanlardan birinin nümayəndələridir; onlar univeristet kafedralarında (almanca Katheder) sosializm adı ilə burjua-liberal reformizmini təbliğ edirdilər. Kateder-sosializmnümayəndələri (A. Vaqner, Q. Şmoller, L. Brentano, V. Zombart və başqaları) iddia edirdilər ki, burjua dövləti siniflər fövqündə duran dövlətdir, düşmən sinifləri barışdıra bilən və kapitalistlərin mənafeyinə toxunmadan, habelə mümkün qədər zəhmətkeşlərin tələblərini nəzərə almaqla tədricən “sosializm” tətbiq edə bilən bir dövlətdir. Onlar təklif edirdilər ki, muzdlu əmək barəsindəki polis qaydaları qanuniləşdirilsin, orta əsrlərə məxsus sexlər bərpa edilsin. Red. Lenin alman sosial-demokrat partiyasının 1899-cu ildə keçirilmiş Hannover qurultayının “Partiyanın əsas baxışlarına və taktikasına hücumlar” adlı qətnaməsini nəzərdə tutur. Alman sosial-demokrat partiyasında Bernşteynin ideya başçılığı altında olan opportunist qanad tərəfindən marksizmin əsas müddəalarını təftiş etmək və sosial-demokrat partiyasının taktikasını dəyişdirməyə nail olub, partiyanı demokratik islahatlar partiyasına çevirmək yolunda göstərilən cəhdlər həmin qətnamədə pislənilmişdir. Red. Lenin Almaniya sosial-demokrat partiyası Lubek qurultayının Bernşteyn əleyhinə olan qətnaməsini nəzərdə tutur. Red. Qeyd etmək lazımdır ki, “R. Delo” alman partiyasındakı bernşteynçilik məsləkində həmişə ancaq faktları təkrar etməklə kifayətlənmiş və bunlara öz tərəfindən qiymət verməkdən tamamilə “çəkinmişdir”. Məsələn 2-3-cü nömrədə, 56-cı səhifədə Ştutqart qurultayı haqqında yazıya baxın; bütün fikir ayrılıqları “taktikadan” ibarət edilmişdir və ancaq orası qeyd olunur ki, böyük əksəriyyət əvvəlki inqabi taktikaya sadiqdir. Yaxud 4-5-ci nömrədə 25-ci səhifəyə və sonrakı səhifələrə baxın – Hannover qurultayındakı nitqlər sadəcə nağıl edilir və Bebelin qətnaməsi verilir: Bernşteynin şərh və tənqid edilməsi yenə də (2-ci, 3-cü nömrədə olduğu kimi) “xüsusi məqalə” yazılana qədər təxirə salınmışdır. Qəribə burasıdır ki, 4-5-ci nömrənin 33-cü səhifəsində oxuyuruq: “... Bebelin şərh etdiyi baxışlara qurultayın böyük əksəriyyəti tərəfdardır”. Bir qədər aşağıda isə: “... Bernşteynin baxışlarını David müdafiə edirdi... O hər şeydən əvvəl göstərməyə çalışırdı ki, Bernşteyn və onun dostları yenə də (sic!) (belə ha! Red.) sinfi mübarizə zəminində dururlar”. Bu, 1899-cu ilin dekabrında yazılmışdı. 1901-ci ilin sentyabrında isə “R. Delo”, görünür, Bebelin haqlı olduğuna inamını artıq itirmişdir və Davidin baxışını öz baxışı kimi təkrar edir! [LENİN] A.N.Potresovun (Staroverin) “Zarya” jurnalının 1901-ci il aprel tarixli 1-ci nömrəsində dərc edilmiş “Nə olmuşdur?” məqaləsi nəzərdə tutulur. Red. “Lovğalaşmış bir yazıçı haqqında” – A. M. Qorkinin hekayələrindən birinin adıdır. Red. Burada K. Tulinin Struveyə qarşı yuxarıda çap edilən məqaləsi nəzərdə tutulur; həmin məqalə “Burjua ədəbiyyatında marksizmin əks etməsi” sərlövhəli referatdan tərtib edilmişdi. Müqəddiməyə bax. [LENİN] (1907-ci il nəşrinə müəllifin qeydi. Red.) E. Bernşteynin “Die Voraussetzungen des Sozialismus und Aufgaben der Sozialdemokratic” (“Sosializmin ilkin şərtləri və sosial-demokratiyanın vəzifələri”) kitabının 1901-ci ildə rus dilinə tərcüməsi müxtəlif adlarla nəşr edilmişdir. Red. Bernşteynin və Prokopoviçin kitablarını Zubatovun fəhlələrə oxumaq üçün məsləhət görməsi, “İskra” redaksiyasına göndərilən “Zubatovçuluq haqqında” məktubda xəbər verilmiş və Martovun “Bir daha zəmanəmizdəki siyasi əxlaqsızlıq haqqında” məqaləsində bu məktubdan istifadə edilmişdir. Red. Etiqad simvolu, proqram, dünyabaxışının şərhi. Red. “Credo” əleyhinə 17-lərin protestindən bəhs olunur. Bu sətirlərin müəllifi həmin protestin yazılmasında iştirak etmişdir (1899-cu ilin sonu). Protest “Credo” ilə birlikdə 1900-cü ilin yazında xaricdə çap edilmişdi. İndi Kuskova xanımın məqaləsindən (gərək ki, Bıloyedə) artıq məlumdur ki, “Credo”nun müəllifi o imiş, o zaman xaricdəki “iqtisadçılar” arasında ən görkəmli rol oynayan isə ç. Prokopoviç [LENİN] (1907-ci il nəşrinə müəllifin qeydi. Red.) “Bıloye” – tarixi jurnaldır, başlıca olaraq xalqçılığın və xeyli qabaqlardakı ictimai hərəkatların tarixinə həsr edilmişdi. Red. “Raboçaya Misl” – qəzet, “iqtisadçıların” orqanı; 1897-ci ilin oktyabrından 1902-ci ilin dekabrına qədər çıxmışdı. Cəmi 16 nömrəsi buraxılmışdır. Red. “Bələdçi”də. Red. ““Raboçeye Delo” redaksiyası üçün Vademecum” – “Əmək azadlığı” qrupu tərəfindən K. Plexanovun müqəddiməsi ilə nəşr edilmiş materiallar məcmuəsi (Cenevrə, 1900-cü il fevral) RSDFP sıralarından opportunizmə qarşı, başlıca olaraq xaricdəki “Rus sosial-demokratları ittifaqının” və onun orqanı olan “R. Delo” jurnalının “iqtisadçılığı” əleyhinə yönəldilmişdir. Red. “Profession de foi” (etiqad simvolu, proqram, dünyabaxışının şərhi) RSDFP Kiyev komitəsinin opportunist baxışlarını şərh edən vərəqədir; 1899-cu ilin axırlarında tərtib olunub. Vərəqənin məzmunu bir çox cəhətdən “iqtisadçılığın” məşhur “Credo”suna müvafiq gəlir. Red. Bizə məlum olduğu kimi, Kiyev komitəsinin tərkibi o vaxtdan bəri dəyişilmişdir. [LENİN] Elə təkcə bunun – açıq partiya əlaqəsinin və partiya ənənəsinin olmaması Rusiya ilə Almaniya arasında elə bir mühüm fərq təşkil edir ki, bu fərq gərək ağlı başında olan hər bir sosialisti kor-koranə tənqid etməkdən çəkindirəydi. Rusiyada “tənqid azadlığının” nə dərəcəyə çatdığına aid bir misal göstərək. Rus tənqidçisi C. Bulqakov Avstriya tənqidçisi Hertsi töhmətləndirib deyir: “Çıxardığı nəticələr nə qədər müstəqil olsa da, Herts bu məsələdə (kooperasiyalar məsələsində), görünür, yenə də öz partiyasının fikirlərinə həddindən artıq bağlanaraq qalır və təfsilat cəhətdən ayrıldığı halda, ümumi prinsipdən ayrılmağa cəsarət etmir” (“Kapitalizm və əkinçilik”, II c. səh. 287). Siyasi əsarət altında olan, əhalisinin 999/1000-nun iliyinə qədər siyasi köləlik pozğunluğu aşılanmış olan və partiya şərəfinin, partiya əlaqəsinin nə olduğunu anlamayan bir dövlətin təbəəsi konstitusiyalı bir dövlətin vətəndaşını “partiyanın fikirləri ilə” həddindən artıq “bağlı olmaq” üstündə lovğalıqla töhmət edir! Bircə o qalır ki, bizim qeyri-leqal təşkilatlarımız tənqid azadlığı haqqında qətnamələr yazmağa başlasınlar... [LENİN] “Əmək azadlığı” qrupu – 1883-cü ildə V. Plexanov tərəfindən İsveçrədə təsis edilmiş birinci rus marksist qrupu idi. Bu qrupa Plexanovdan başqa P. B. Akselrod, L. Q. Deyç, V. İ. Zasuliç, V. B. İqnatov daxil idi. Qrup Rusiyada marksizmi təbliğ etmək sahəsində böyük iş görmüşdür. K. Marksın, F. Engelsin əsərlərini: “Kommunist partiyasının manifesti”, “Muzdlu əmək və kapital”, “Sosializmin utopiyadan elmə doğru inkişafı” və başqa əsərlərini rus dilinə tərcümə edib xaricdə nəşr edir və Rusiyada yayırdı, habelə öz nəşrlərində marksizm geniş təbliğ edilirdi. Bu qrup Rusiyada marksizmin yayılması və təbliği qarşısındakı ən böyük maneələrdən birinə – xalqçılığa ciddi zərbə endirmişdir. F. Engels “Əmək azadlığı” qrupunun meydana gəlməsini alqışlayır və deyirdi ki, “bu qrup Marksın böyük iqtisad və tarix nəzəriyyələrini cəmiyyətlə və qeyd-şərtsiz qəbul etmişdir”. Qrupun ciddi səhvləri də var idi. Liberal burjuaziyanın rolunun həddən artıq qiymətləndirilməsi, proletar inqilabının ehtiyat qüvvəsi olan böyük kəndli kütləsinə lazımi qiymətin verilməməsi kimi səhvlər qrup üzvlərinin gələcək menşevizmlərinin rüşeymi idi. Red. “Rus sosial demokratları ittifaqı”nın 3-cü qurultayı – 1901-ci il sentyabrın birinci yarısında Sürixdə olmuşdur; onun qərarları “İttifaq” sıralarında opportunizmin qəti qalib gəldiyini göstərirdi. Red. “Qota proqramı” – Almaniya sosialist fəhlə partiyasının 1875-ci ildə Qota qurultayında, o vaxtadək bir-birindən ayrılıqda mövcud olan iki alman sosialist partiyasının: eyzenaxlılar (Marks və Engelsin fikirlərinin təsiri altında idilər. Rəhbərləri A. Bebel və B. Libknext idi) ilə lassalçıların birləşdiyi zaman qəbul edilən proqramıdır. Bu proqramda eklektizm var idi, o, opportunist proqramı idi, çünki çox mühüm məsələlərdə eyzenaxlılar lassalçılara güzəştə getmiş və lassalçı formullarını qəbul etmişdilər. K. Marks və F. Engels Qota proqramının layihəsini eyzenaxlıların 1869-cu il proqramına nisbətən geriyə doğru atılan böyük bir addım sayaraq onu məhvedici surətdə tənqid etmişlər. Red. P. B. Akselrodun “Rus sosial-demokratlarının müasir vəzifələri və taktikası məsələsinə dair” kitabçası nəzərdə tutulur. Cenevrə, 1898. Red. Dritter Abdruck, Leipzig, 1875. Verlag der Genossenschaftsbuchdruckerei (“Almaniyada kəndli müharibəsi”. Üçüncü nəşri, Leypsiq, 1875-ci il, Kooperativ nəşriyatı. Red.). V. İ. Lenin F. Engelsin “Almaniyada kəndli müharibəsi” əsərinin müqəddiməsindən sitat gətirir. Sitatı Lenin özü tərcümə etmişdir. Red. IIKÜTLƏLƏRİN KORTƏBİİLİYİ VƏ SOSİAL-DEMOKRATİYANIN ŞÜURLULUĞUBiz dedik ki, 70-ci illərin hərəkatından xeyli geniş və dərin olan hərəkatımızı o zamankı kimi eyni bir hədsiz qətiyyət və əzmkarlıqla canlandırmaq lazımdır. Doğrudan da bu vaxtadək gərək ki, hələ heç kəs şübhə etməmişdir ki, müasir hərəkatın gücü — kütlələrin (başlıca olaraq sənaye proletariatının) oyanmasıdır, onun zəifliyi isə rəhbər inqilabçıların şüurluluq və təşəbbüskarlığının kifayət qədər olmamasıdır.Lakin lap son zamanlar, bu məsələdə indiyədək hakim olan bütün baxışları alt-üst etmək qorxusu törədən çox qəribə bir şey kəşf edilmişdir. Bu kəşfi edən “R. Delo”dur; “Iskra” və “Zarya” ilə mübahisə aparırkən “R. Delo” yalnız ayrı–ayrı məsələlərə dair etirazlarla kifayətlənməyərək, “ümumi ixtilafı” daha da dərinləşdirməyə, bunu “kortəbii ünsürlə şüurlu “planauyğun” ünsürün müqayisəli əhəmiyyətini müxtəlif şəkildə qiymətləndirmək” dərəcəsinə çatdırmağa çalışdı. “Raboç. Delo”nun ittiham tezisində deyilir: “inkişafın obyektiv və ya kortəbii ünsürünün əhəmiyyəti azaldılır”1. Bunun cavabında biz deyirik: əgər “İskra” ilə “Zarya”nın qaldırdığı mübahisə “R. Delo”nu hətta bu “ümumi ixtilaf” nəticəsinə gəlməyə məcbur etməkdən başqa heç bir nəticə verməmiş olsaydı da, təkcə bu nəticə də bizi çox razı salardı, zira bu tezis çox mənalıdır və rus sosial-demokratları arasında olan müasir nəzəri və siyasi ixtilafların bütün mahiyyətini çox parlaq bir surətdə işıqlandırır.Buna görə də şüurluğun körtəbiliyə münasibəti məsələsi çox böyük bir ümumi maraq təşkil edir və bu məsələ üzərində ən ətraflı surətdə dayanmaq lazımdır.a) Kortəbii yüksəlişin başlanğıcıBundan əvvəlki fəsildə biz 90-cı illərin ortalarında elmli rus gənclərinin ellikcə marksizm nəzəriyyəsinə uyduqlarını qeyd etmişdik. Yenə də o zamanlara yaxın, 1890-cı ildəki məşhur Peterburq sənaye müharibəsindən2 sonra fəhlə tətilləri də eyni dərəcədə ellik bir xarakter almışdı. Bu tətillərin bütün Rusiyaya yayılması, yenidən yüksələn xalq hərəkatının dərinliyini açıqca göstərirdi və əgər “kortəbii ünsürdən” danışmaq lazım gəlirsə, əlbəttə, məhz bu tətil hərəkatını birinci növbədə kortəbii hesab etmək lazım gələcəkdir. Lakin kortəbiiliklə kortəbiilik arasında da fərq var. Rusiyada 70-ci illərdə də, 60cı illərdə də (və hətta XIX əsrin birinci yarısında da) tətillər olmuşdur və bu tətillər zamanı maşınlar “kortəbii” bir surətdə dağıdılmışdır və s. Bu “qiyamlara” nisbətən 90-cı illərin tətillərini hətta “şüurlu” tətillər adlandırmaq olar, axı bu müddətdə fəhlə hərəkatı irəliyə doğru çox böyük addım atmışdır. Bu bizə göstərir ki, “kortəbii ünsür” əslində şüurluluğun rüşeym formasından başqa bir şey deyildir. İbtidai şəkildə olan qiyamlar da şüurluluğun bir qədər oyandığını göstərirdi: fəhlələr özlərini əzən qaydaların sarsılmazlığına qədimdən bəslədikləri inamı itirirdilər, kollektiv müqavimət zərurətini... anlamaq demirəm, hiss etməyə başlayırdılar və rəislər qarşısında qul kimi itaətkarlıq göstərməkdən qəti surətdə əl çəkirdilər. Lakin bu yenə də bir mübarizə olmaqdan daha çox ümidsizlik və intiqam təzahürü idi. 90-cı illərin tətillərində isə biz daha çox şüurluluq əlaməti görürük: müəyyən tələblər irəli sürülür, hansı vaxtın daha əlverişli olduğu qabaqcadan hesablanır, başqa yerlərdəki məlum hadisələr və timsallar müzakirə edilir və i. a. Əgər qiyamlar sadəcə olaraq məzlum adamların üsyanı idisə, müntəzəm tətillər – sinfi mübarizənin rüşeymini, lakin məhz ancaq rüşeymini ifadə edirdi. Özlüyündə götürülən bu tətillər tred-yunionist mübarizəsi idi, lakin hələ sosial-demokrat mübarizəsi deyildi, bunlar fəhlələrlə sahibkarlar arasında antaqonizmin oyandığını göstərirdi, lakin fəhlələr öz mənafeləri ilə bütün müasir siyasi və ictimai quruluş arasında barışmaz əkslik olduğunu dərk etmirdilər, yəni onlarda sosial-demokrat şüuru yox idi və ola da bilməzdi. Bu mənada 90-cı illərin tətilləri “qiyamlara” nisbətən çox böyük bir tərəqqi olduğuna baxmayaraq, xalis kortəbii bir hərəkat olub qalmaqda idi.Biz dedik ki, fəhlələrdə sosial-demokrat şüuru ola da bilməzdi. Bu şüur ancaq kənardan gətirilə bilərdi. Bütün ölkələrin tarixi göstərir ki, fəhlə sinfi təkcə öz qüvvəsi ilə çalışdıqda ancaq tred-yunionist şüuru hasil edə bilər, yəni ittifaqlarda birləşmək, sahibkarlara qarşı mübarizə aparmaq, hökumətin fəhlələr üçün lazım olan bu və ya digər bir qanunu verməsinə nail olmaq lüzumunu və s. dərk edə bilər3. Sosializm təlimi isə varlı siniflərin elmli nümayəndələri tərəfindən, ziyalılar tərəfindən hazırlanmış fəlsəfə, tarix, iqtisad nəzəriyyələrindən əmələ gəlmişdir. Müasir elmi sosializmin baniləri, Marks və Engels özləri də, öz ictimai vəziyyətlərinə görə burjua ziyalılarına mənsub idilər. Eyni ilə Rusiyada da sosial-demokratiyanın nəzəri təlimi fəhlə hərəkatının kortəbii artmasından qətiyyən asılı olmayaraq meydana gəlmişdir, inqilabçı-sosialist ziyalıların fikri inkişafının təbii və labüd nəticəsi olaraq meydana gəlmişdir. Bəhs etdiyimiz zamanlara yaxın, yəni 90-cı illərin ortalarına yaxın bu təlim nəinki “Əmək azadlığı” qrupunun artıq tamamilə təşəkkül tapmış proqramı olmuşdur, hətta Rusiyadakı inqilabçı gənclərin çoxunu öz tərəfinə cəlb etmişdir.Beləliklə, fəhlə kütlələrinin kortəbii surətdə ayılıb şüurlu həyata və şüurlu mübarizəyə başlaması da göz qabağında idi, sosial-demokratiya nəzəriyyəsi ilə silahlanıb fəhlələrə doğru can atan inqilabçı gənclər də var idi. Eyni zamanda çox vaxt unudulan (və nisbətən az məlum olan) belə bir faktı da müəyyən etmək xüsusi ilə əhəmiyyətlidir ki, həmin dövrün ilk sosial-demokratları can-dildən iqtisadi təşviqat aparırkən — (və bu barədə hələ o zaman əlyazması şəklində olan “Təşviqat haqqında”4 kitabçasının həqiqətən faydalı göstərişləri ilə tamamilə hesablaşaraq) — bu təşviqatı özləri üçün nəinki yeganə vəzifə hesab etmirdilər, hətta, əksinə, lap əvvəldən rus sosial-demokratiyasının ən geniş tarixi vəzifələrini ümumiyyətlə və mütləqiyyəti yıxmaq vəzifəsini də xüsusilə irəli sürürdülər. Məsələn, Peterburq sosial-demokratlarının “Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı”nı5 təsis etmiş olan qrupu hələ 1895-cı ilin axırlarında “Raboçeye Delo” adlı qəzetin birinci nömrəsini tərtib etmişdir. Çap üçün tamamilə hazır olan bu nömrəni 1895-ci il dekabrın 8-dən 9-na keçən gecə basqın edən jandarmlar qrup üzvlərindən biri olan Anat. Aleks. Vaneyevdən6 tutub almışdılar, beləliklə də, birinci dövr “Rab. Delo”su işıq üzü görə bilmədi. Bu qəzetin (bəlkə də 30 ildən sonra bir “Ruskaya Starina” tərəfindən polis departamentinin arxivlərindən çıxarılacaq olan) baş məqaləsi Rusiyada fəhlə sinfinin tarixi vəzifələrini təsvir edir və siyasi azadlıq əldə edilməsini bu vəzifələrin başlıcası sayırdı7. Sonra, Savad komitələrinin polis tərəfindən dağıdılmasına həsr edilmiş “Bizim nazirlər nə düşünürlər?” məqaləsi və yalnız Peterburqdan deyil, Rusiyanın başqa yerlərindən də bir sıra xırda məktublar dərc edilmişdi (məsələn, Yaroslavl quberniyasında fəhlələrin gülləyə tutulması haqqında8). Beləliklə, 90-cı illərdəki rus sosial-demokratlarının bu, səhv etmiriksə, “birinci təcrübəsi” məhdud yerli xarakterdə, xüsusilə də “iqtisadi” xarakterdə olan bir qəzet deyildi, tətil mübarizəsini mütləqiyyət əleyhinə inqilabi hərəkatla birləşdirməyə və mürtəce cəhalətpərəstlik siyasətinin zülmü altında olan bütün məzlumları sosial-demokratiyaya yardım göstərilməsinə cəlb etməyə çalışan bir qəzet idi. Buna görə də o zamankı hərəkatın vəziyyəti ilə azçox tanış olan heç bir adam şübhə etməz ki, belə bir qəzet həm paytaxt fəhlələri, həm də inqilabçı ziyalılar tərəfindən tam bir rəğbətlə qarşılanar və ən geniş bir surətdə yayılardı. Bu təşəbbüsün müvəffəqiyyətsizliyi isə ancaq onu sübut etdi ki, o zamankı sosial-demokratların inqilabi təcrübəsi və əməli hazırlığı olmadığından onlar zamanın ən zəruri tələbini ödəyə bilməmişdilər. Eyni sözləri “SPB. Raboçi Listok”9 haqqında da, xüsusən “Raboçaya Qazeta” haqqında da və 1898-ci ilin yazında təşkil olunmuş Rusiya sosial-demokrat fəhlə partiyasının “Manifesti” haqqında da söyləmək lazımdır10. Özlüyündə aydındır ki, bu hazırlıqsızlığı o zamankı xadimlər üçün qüsur hesab etmək heç bizim ağlımıza da gəlmir. Lakin hərəkatın təcrübəsindən istifadə etmək və bu təcrübədən əməli nəticələr çıxarmaq üçün bu və ya digər nöqsanın səbəblərini və əhəmiyyətini tamamilə aydın başa düşməliyik. Buna görə də belə bir cəhəti müəyyən edib göstərmək çox əhəmiyyətlidir ki, 1895–1898-ci illərdə fəaliyyət göstərən sosial-demokratların bir hissəsi (bəlkə də hətta əksəriyyəti) tamamilə haqlı olaraq, hələ o zaman, “kortəbii” hərəkatın lap əvvəlində, ən geniş bir proqram və mübariz taktika ilə meydana çıxmağı mümkün hesab edirdi.11 İnqilabçıların çoxunun hazırlıqsızlığı isə, tamamilə təbii bir idi, bu, heç bir xüsusi qorxu törədə bilməzdi. Bir halda ki, vəzifələrin qoyuluşu düzgün idi, bir halda ki, yenə də bu vəzifələrin həyata keçirilməsinə girişmək əzmi var idi, müvəqqəti müvəffəqiyyətsizliklər hələ bəlanın yarısı idi. İnqilabi təcrübə və təşkilatçılq məharəti — əldə ediləsi şeylərdir. Təki adamın lazımi keyfiyyətləri özündə yetişdirmək həvəsi olsun! Təki nöqsanlar dərk edilsin, zira inqilabi işdə bu, nöqsanı düzəltməyin yarıdan artığına bərabərdir!Lakin bu idrak sönməyə başladıqda (yuxarıda adı çəkilən qrupların xadimlərində isə bu idrak çox canlı idi), nöqsanı fəzilət dərəcəsinə qaldırmaq meylində olan, kortəbiilik qarşısında öz itaətkarlığını və ona pərəştiş etdiyini hətta nəzəri cəhətdən əsaslandırmağa çalışan adamlar, — və hətta sosialdemokrat orqanları, — meydana gəldikdə isə yarımbəla dönüb əsl bəla oldu. Məzmunun ifadəsi üçün çox məhdud olan “iqtisadçılıq” anlayışı ilə heç də dürüst olmayan tərif verilən bu məsləkə indi yekun vurmaq vaxtı çatmışdır.b) Kortəbiiliyə pərəstiş. “Raboçaya Mısl”Bu pərəstişin ədəbiyyatdakı təzahürlərinə keçməzdən əvvəl, aşağıdakı səciyyəvi bir faktı (yuxarıda göstərilən mənbədən bizə xəbər verilmiş bir faktı) qeyd edək; bu fakt Peterburqda çalışan yoldaşlar içərisində rus sosial-demokratiyasının gələcək iki məsləki arasındakı ziddiyətin nə cür baş vermiş və böyümüş olduğunu bir qədər aydınlaşdırır. 1897-ci ilin əvvəllərində A. A. Vaneyev və onun yoldaşlarından bəziləri sürgünə göndərilməzdən qabaq “Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı”nın “qoca” və “cavan” üzvlərinin yığışmış olduqları bir xüsusi yığıncaqda12 iştirak etmişdilər. Burada başlıca olaraq təşkilatdan və xüsusən “Listok “Rabotnika”nın13 9-10-cu №-sində (səh. 46) bitmiş şəkildə çap edilmiş olan “Fəhlə kassası nizamnaməsi”ndən bəhs olunmuşdur. “Qocalar” (Peterburq sosial-demokratlarının o zaman zarafatla “dekabrist” adlandırdıqları) ilə “Cavanlardan” bəziləri (sonralar “Rab. Mısl”da yaxından iştirak etmiş olanlar) arasında dərhal kəskin ixtilaf meydana çıxmış və qızğın mübahisə başlanmışdı. “Cavanlar” nizamnamənin başlıca əsalarını çap edilmiş olduğu şəkildə müdafiə edirmişlər. “Qocalar” deyirmişlər ki, bizə hər şeydən əvvəl lazım olan heç də bu deyil, “Mübarizə ittifaqı”nı inqilabçılar təşkilatı edib möhkəmləndirməkdir və cürbəcür fəhlə kassaları, məktəbli gənclər arasında təbliğat üçün dərnəklər və sairə həmin təşkilata tabe etdirilməlidir. Özlüyündə aydındır ki, mübahisə edənlər bu ixtilafı ayrılmanın başlanğıcı hesab etmək fikrindən uzaq idilər, əksinə, onu təktək rast gəlinən təsadüfi bir şey hesab edirlər. Lakin bu fakt göstərir ki, “iqtisadçılığın” baş verməsi və yayılması Rusiyada da əsla “qoca” sosial-demokratlarla mübarizəsiz olmamışdır (bunu indiki “iqtisadçılar” çox vaxt unudurlar). Əgər bu mübarizənin başlıca olaraq “sənədlərdən ibarət” izi qalmamışsa, bunun səbəbi yalnız odur ki, işləyən dərnəklərin tərkibi olduqca tez-tez dəyişilirdi, heç bir varislik yox idi, buna görə ixtilaflar da heç bir sənəddə qeyd olunmurdu.“Rab. Mısl”ın yaranması “iqtisadçılığı” meydana çıxardı, lakin bu da birdən-birə olmadı. Yeni məsləkin müxtəlif şəhərlərdəki müvəffəqiyyətində və ya müvəffəqiyyətsizliyində nə qədər təsadüfilik olduğunu və bu “yeninin”, doğrudan da, xüsusi bir məsləkmi, yoxsa yalnız ayrı-ayrı şəxslərin hazırlıqsızlığının ifadəsi olduğunu onun nə tərəfdarları, nə də əleyhdarlarının nə qədər uzun bir müddət ərzində müəyyən edə bilmədiklərini, müəyyən etməyə həqiqətən heç bir imkanları olmadığını anlamaq üçün bir çox rus dərnəklərinin fəaliyyət şəraitini və az ömür sürdüyünü konkret təsəvvür etmək lazımdır (bunu isə ancaq şəxsən görənlər konkret təsəvvür edirlər). Məsələn, “Rab. Mısl”ın hektoqrafda çıxarılmış ilk nömrələrini sosial-demokratların böyük əksəriyyəti hətta heç görməmişdir və biz indi onun birinci nömrəsinin baş məqaləsinə istinad edə biliriksə, bu, ancaq onun sayəsindədir ki, həmin məqalə V. İ.nin məqaləsində (“Listok “Rabotnika”” № 9-10, səh. 47 və sonrakılar) təkrar çap edilmişdir; V. İ. yuxarıda adını çəkdiyimiz qəzetlərdən və qəzet lahiyələrindən çox kəskin surətdə fərqlənən bu yeni qəzeti canfəşanlıqla — dərəcəsindən artıq bir canfəşanlıqla tərifləməyi də, əlbəttə, unutmamışdır14. Bu baş məqalə isə “Rab. Mısl”ın və ümumiyyətlə “iqtisadçılığın” bütün ruhunu o qədər qabarıq surətdə ifadə etmişdir ki, onun üzərində dayanmağına dəyər.Baş məqalə fəhlə hərəkatının inkişafını göy köbəli əllərin dayandıra bilməyəcəyini göstərərək sözünə davam edir: “... Fəhlə hərəkatının bu cür davamlı olmasının səbəbi odur ki, fəhlə öz müqəddəratını rəhbərlərin əlindən alaraq onu, nəhayət, özü həll etməyə başlayır”; bu əsas tezis sonra ətraflı surətdə inkişaf etdirilir. Həqiqətdə də rəhbərləri (yəni “Mübarizə ittifaqı”nın təşkilatçıları olan sosial-demokratları) polis, demək olar ki, zorla fəhlələrin əlindən almışdı15, — burada isə məsələ elə qələmə verilirdi ki, guya fəhlələr bu rəhbərlərə qarşı mübarizə edib onların əsarətindən xilas olmuşlar! İrəliyə, inqilabi təşkilatı möhkəmlətməyə və siyasi fəaliyyəti genişləndirməyə çağırmaq əvəzinə geriyə, təkcə tred-yunionist mübarizəsinə çağırmağa başladılar. Elan etdilər ki, “daim siyasi idealı unutmamaq səyi hərəkatın iqtisadi əsasını kölgədə buraxır”, fəhlə hərəkatının şüarı — “iqtisadi vəziyyət uğrunda mübarizə” (!) və ya daha yaxşısı, “fəhlələr fəhlələr üçün” şüarıdır; deyilirdi ki, tətil kassaları “hərəkat üçün, yüz başqa təşkilatdan qiymətlidir” (1897-ci ilin oktyabr ayına aid olan bu iddianı 1897-ci ilin əvvəllərində “dekabristlərin” “cavanlarla” olan mübahisəsi ilə müqayisə edin) və s. Guya fəhlələrin “seçilmiş hissəsini” deyil, “orta” fəhləni, kütləvi fəhləni əsas götürmək lazımdır, “siyasət həmişə itaətlə iqtisadiyyatın ardınca gedir”16 və i. a. və i. a. kimi danışıqlar dəb olmuşdu və hərəkata cəlb edilən, çox halda marksizmlə ancaq onun leqal ədəbiyyatda şərh edilmiş ayrı-ayrı parçaları vasitəsi ilə tanış olan gənclər kütləsinə qarşısı alınmaz təsir göstərirdi.Bu, şüurluluğun kortəbiilik tərəfindən — c. V. V.nin “ideyalarını” təkrar edən “sosial-demokratların” kortəbiiliyi tərəfindən, manat üstünə bir qəpik artırılması hər cür sosializmdən və hər cür siyasətdən daha yaxşı və daha qiymətlidir, fəhlələr “məchul gələcək nəsillər üçün deyil, özləri və öz uşaqları üçün mübarizə etdiklərini bilərək mübarizə” aparmalıdırlar (“R. Mısl”ın 1-ci №-sinin baş məqaləsi) deyən bir dəlilə aldanmış fəhlələrin kortəbiiliyi tərəfindən tamamilə əzilməsi demək idi. Bu kimi ibarələr həmişə sosializmi görməyə gözləri olmadığı halda (alman “sosial-siyasətçisi” Hirş kimi) özləri çalışıb ingilis tred-yunionizmini öz vətən torpaqlarına keçirən Qərbi Avropa burjualarının sevdikləri bir silah olmuşdur; onlar fəhlələrə deyirdilər ki, yalnız həmkarlar mübarizəsi17 məchul gələcək nəsillər və onların məchul gələcək sosializmi üçün deyil, məhz özünüz və öz uşaqlarınız üçün mübarizədir, — indi də “rus sosial-demokratiyasının V. V.-ləri” həmin burjua ibarələrini təkrar etməyə başlamışlar. Müasir ixtilafları ətraflı araşdırırkən bizə çox lazım olacaq üç cəhəti burada qeyd etmək əhəmiyyətlidir18.Əvvələn, şüurluluğun kortəbiilik tərəfindən əzilməsi haqqında göstərdiyimiz hal özü də kortəbii yolla baş vermişdir. Bu, cinas kimi görünür, lakin — heyhat! — acı bir həqiqətdir. Bu hal, bir-birinə tamamilə zidd olan iki baxışın açıq mübarizəsi və birinin digərinə qalib gəlməsi yolu ilə deyil, getdikcə daha çox miqdar “qoca” inqilabçıların jandarmlar tərəfindən “sıradan çıxarılması” və səhnəyə getdikcə daha çox miqdar “cavan” “rus sosial-demokratiyası V. V.-lərinin” çıxması yolu ilə baş vermişdir. Müasir rus hərəkatında, demirəm iştirak etmiş olan, bu hərəkatın heç olmazsa, qoxusu burnuna dəymiş olan hər kəs gözəlcə bilir ki, məsələ məhz belədir. Əgər biz yenə də hamıya məlum olan bu faktı oxucunun tamamilə aydın bilməsi üzərində xüsusilə təkid ediriksə, əgər biz, necə deyərlər, əyanilik xatirinə birinci dövr “Raboçeye Delo”su haqqında və 1897-ci ilin əvvəllərində “qocalarla” “cavanlar” arasındakı mübahisə haqqında məlumat göstəririksə, bunun səbəbi odur ki, öz “demokratizmi ilə” lovğalanan adamlar geniş kütlənin (və ya lap cavan gənclərin) bu faktı bilməməsindən sui-istifadə edirlər. Aşağıda bu məsələnin üzərinə biz bir də qayıdacağıq.İkincisi, biz “iqtisadçılığın” artıq ilk ədəbi təzahüründə son dərəcə spesifik və müasir sosialdemokratlar arasındakı bütün ixtilafları anlamaq üçün son dərəcə səciyyəvi olan belə bir cəhəti müşahidə edə bilirik ki, “xalis fəhlə hərəkatı” tərəfdarları; proletar mübarizəsi ilə ən sıx, ən “üzvi” (“Rab. Delo”nun ifadəsidir) əlaqə pərəstişkarları, fəhlə olmayan hər cür ziyalıların (sosialist ziyalıları olmuş olsalar da) əleyhdarları öz mövqelərini müdafiə etmək üçün burjua “yalnız tred-yunionistlərinin” dəlillərinə əl atmağa məcbur olurlar. Bu bizə göstərir ki, “R. Mısl” yarandığı gündən, — özü dərk etmədən — “Credo” proqramını həyata keçirməyə başlamışdır. Bu göstərir ki, — (“R. Delo” bunu əsla anlaya bilmir), — fəhlə hərəkatının kortəbiiliyinə hər cür pərəstiş etmək, “şüurlu ünsürün” rolunu, sosial-demokratiyanın rolunu hər cür kiçiltmək, eyni zamanda, — kiçildənin bunu istəməsindən və ya istəməməsindən əsla asılı olmayaraq, — burjua ideologiyasının fəhlələrə təsirinin güclənməsi deməkdir. “İdeologiyaya həddindən artıq qiymət verməkdən”19, şüurlu ünsürün rolunu şişirtməkdən20 və sairədən bəhs edənlərin hamısı elə xəyal edir ki, xalis fəhlə hərəkatı özlüyündə özü üçün müstəqil ideologiya yarada bilər və yaradacaqdır, təki fəhlələr “öz müqəddəratını rəhbərlərin əlindən xilas etsinlər”. Lakin bu böyük bir səhvdir. Yuxarıda deyilənlərə əlavə olaraq, Avstriya sosial-demokrat partiyasının yeni proqramının layihəsi haqqında K. Kautskinin demiş olduğu aşağıdakı çox haqlı və mühüm sözləri də qeyd edək21.“Bizim təftişçi tənqidçilərimizdən bir çoxunun fərz etdiyinə görə, guya Marks iddia edirmiş ki, iqtisadi inkişaf və sinfi mübarizə sosialist istehsalı üçün şərait yaratmaqla bərabər bilavasitə bu istehsalın zəruri olması şüurunu da (kursiv K. Kautskinindir) doğurur. Buna görə də həmin tənqidçilər etiraz edirlər ki, ən yüksək kapitalist inkişafı ölkəsi olan İngiltərədə bu şüur əsla yoxdur. Layihəyə əsasən elə zənn etmək olardı ki, göstərilən üsulla rədd edilən bu guya ortodoksal-marksist baxışa Avstriya proqramını tərtib edən komissiya da şərikdir. Layihədə deyilir: “Kapitalist inkişafı proletariatı nə qədər çox artırırsa, proletariat da kapitalizm əleyhinə mübarizəyə bir o qədər çox məcbur olur və mübarizə aparmağa imkan tapır. Proletariat dərk edir ki, sosializm mümkün və zəruridir. Belə olduqda, sosialist şüuru, proletariatın sinfi mübarizəsinin bilavasitə zəruri nəticəsi kimi görünür. Bu isə qətiyyən doğru deyildir. Əlbəttə bir nəzəriyyə olmaq etibarı ilə sosializm də proletariatın sinfi mübarizəsi kimi, eyni dərəcədə müasir iqtisadi münasibətlərə əsaslanır, proletariatın sinfi mübarizəsi kimi, o da eyni dərəcədə kapitalizmin kütlələr üçün doğurduğu yoxsulluğa və dilənçiliyə qarşı mübarizədən irəli gəlir, lakin sosializm və sinfi mübarizə bir-birindən törəmir, bunlar bir-biri ilə yanaşı törəyir, müxtəlif şəraitdə meydana gəlir. Müasir sosialist şüuru ancaq dərin elmi bilik əsasında əmələ gələ bilər. Doğrudan da, müasir iqtisad elmi də sosialist istehsalı üçün, məsələn, müasir texnika qədər şərtdir, proletariat isə, nə qədər istəsə də, bunlardan heç birini yarada bilməz; bunların hər ikisi müasir ictimai prosesdən törəyir. Elmi yaradan isə proletariat deyil, burjua ziyalılarıdır (kursiv K. Kautskinindir): məlumdur ki, müasir sosializm də həmin təbəqənin ayrı-ayrı üzvlərinin beynində doğmuş və artıq onlar bunu əqli inkişafı yüksək olan proletarlara vermişlər, bunlar da sonradan onu şərait imkan verən yerlərdə proletariatın sinfi mübarizəsinə daxil edirlər. Beləliklə, sosialist şüuru, proletariatın sinfi mübarizəsinə kənardan gətirilmiş (von außen Hineingetragenes) bir şeydir, heç də həmin mübarizədən kortəbii surətdə (urwüchsig) doğan bir şey deyildir. Buna uyğun olaraq, köhnə Haynfeld proqramında da tamamilə haqlı olaraq deyilirdi ki, sosial-demokratiyanın vəzifəsi, proletariata öz vəziyyətini dərk etmək və öz vəzifəsini dərk etmək şüuru aşılamaqdır (hərfiyyən: proletariata belə bir şüur doldurmaqdır). Əgər həmin şüur özlüyündə sinfi mübarizədən törəsəydi, buna ehtiyac olmazdı. Yeni layihə isə bu müddəanı köhnə proqramdan almış və yuxarıda göstərilən müddəaya yamamışdır. Lakin bu, bizi mətləbdən tamamilə uzaq saldı...”Bir halda ki fəhlə kütlələrinin özləri tərəfindən özlərinin hərəkatı gedişində hazırlanan müstəqil ideologiyadan heç danışıq da ola bilməz22, onda məsələ ancaq bu cür durur: ya burjua ideologiyası, ya sosialist ideologiyası. Burada orta bir şey yoxdur (çünki bəşəriyyət heç bir “üçüncü” ideologiya hazırlamamışdır, ümumiyyətlə də sinfi ziddiyyətlər içində boğulan bir cəmiyyətdə heç bir zaman sinifdənkənar və ya sinifüstü bir ideologiya ola da bilməz). Buna görə də sosialist ideologiyasının əhəmiyyətini hər cür azaltmaq, ondan hər cür kənara çəkilmək, eyni zamanda burjua ideologiyasını gücləndirmək deməkdir. Kortəbiilikdən dəm vururlar. Lakin fəhlə hərəkatının kortəbii inkişafı, onun məhz burjua ideologiyasına tabe edilməsinə doğru gedir, məhz “Credo” proqramı üzrə gedir, zira kortəbii fəhlə hərəkatı tred-yunionizmdir, Nur-Gewerkschaftlerei-dir, tred-yunionizm isə məhz burjuaziyanın fəhlələri ideyaca əsarət altına alması deməkdir. Buna görə bizim vəzifəmiz, sosial-demokratiyanın vəzifəsi kortəbiiliyə qarşı mübarizə etməkdir, fəhlə hərəkatını tred-yunionizmin kortəbii surətdə burjuaziya qanadı altına doğru can atması yolundan çıxarıb inqilabçı sosial-demokratiyanın qanadı altına cəlb etməkdir. Buna görə də, “İskra”nın 12-ci №-sindəki “iqtisadçı” məktubunun müəllifləri deyəndə ki, ən ilhamlı ideoloqların heç bir səyi fəhlə hərəkatını maddi ünsürlərin və maddi mühitin qarşılıqlı təsiri ilə müəyyən olunan yoldan çıxara bilməz, — bu, sosializmdən tamamilə imtina etməyə bərabərdir və əgər bu müəlliflər öz dediklərini, ədəbi və ictimai fəaliyyət sahəsinə çıxan hər kəsin öz fikirlərini düşünməli olduğu kimi, axıradək cəsarətlə və ardıcıl surətdə düşünə bilsəydilər, onda təkcə o qalırdı ki, onlar “gərəksiz əllərini boş döşlərinə qoysunlar” və... və fəaliyyət meydanını fəhlə hərəkatını “ən az müqavimət xətti ilə”, yəni burjua tred-yunionizmi xətti ilə sürükləyən c. Struvelərə və c. Prokopoviçlərə, yaxud bu hərəkatı keşiş-jandarm “ideologiyası” xətti ilə sürükləyən c. Zubatovlara tərk etsinlər.Almaniyanın timsalını yada salın. Alman fəhlə hərəkatı qarşısında Lassalın tarixi xidməti nədən ibarət idi? Ondan ibarət idi ki, Lassal bu hərəkatı, kortəbii bir surətdə (ŞultseDeliçlərin və bu kimilərin lütfkar iştirakı ilə) yönəlməkdə olduğu proqressist tred-yunionizm və kooperativizm yolundan çıxartdı. Bu vəzifəni yerinə yetirmək üçün kortəbii ünsürü kiçiltmək haqqında, taktika-proses haqqında, ünsürlərlə mühitin qarşılıqlı təsiri və s. haqqındakı danışıqlara əsla bənzəməyən bir şey lazım idi. Bunun üçün kortəbiiliyə qarşı şiddətli mübarizə lazım idi və ancaq çox uzun illər boyu aparılan belə bir mübarizə nəticəsində həmin vəzifə yerinə yetirildi, məsələn, Berlinin fəhlə əhalisi proqressist partiyasının dayağı ikən sosial-demokratiyanın ən yaxşı qalalarından birinə çevrildi. Həm də bu mübarizə hələ indi də əsla qurtarmamışdır (alman hərəkatının tarixini Prokopoviçin əsərlərindən, fəlsəfəsini isə Struvenin əsərlərindən öyrənənlərə qurtarmış görünə bilərdi). İndi də alman fəhlə sinfi, əgər belə demək olarsa, bir neçə ideologiya arasında parçalanmışdır: fəhlələrin bir qismi katolik və monarxist fəhlə ittifaqlarında, digər bir qismi ingilis tred-yunionizminin burjua pərəstişkarları tərəfindən təsis edilmiş Hirş-Dunker23 ittifaqlarında, bir qismi də sosial-demokrat ittifaqlarında birləşmişdir. Sosial-demokrat ittifaqlarında birləşənlər bütün digər ittifaqlardakından ölçülməz dərəcədə çoxdur, lakin sosial-demokrat ideologiyası bu üstünlüyə başqa ideologiyalara qarşı dönmədən mübarizə aparmaq yolu ilə nail ola bilmişdir və bu üstünlüyü ancaq bu vasitə ilə saxlaya bilər. Lakin bəs nəyə görə, — deyə oxucu sual edər ki, — kortəbii hərəkat, ən az müqavimət xətti ilə gedən hərəkat, məhz burjua ideologiyasının hökmranlığına doğru gedir? Sadəcə olaraq o səbəbə görə ki, burjua ideologiyası öz mənşəyi etibarı ilə sosialist ideologiyasından xeyli yaşlıdır, o daha ətraflı işlənib hazırlanmışdır, onun yayılmaq vasitələri ölçülməz dərəcədə çoxdur24. Həm də hər hansı bir ölkədə sosialist hərəkatı nə qədər gənc olursa, qeyri-sosialist ideologiyasını möhkəmləndirmək üçün göstərilən bütün cəhdlərə qarşı mübarizə də bir o qədər əzmli olmalıdır, “şüurlu ünsürü şişirtmək” və s. əleyhinə bağıran pis məsləhətçilərdən fəhlələri bir o qədər qətiyyətlə çəkindirmək lazımdır. “İqtisadçı” məktubunun müəllifləri “Rab. Delo” ilə səs-səsə verərək, hərəkatın körpəlik dövrünə xas olan dözməzliyi şiddətli tənqid edirlər. Biz buna cavab veririk: bəli, hərəkatımız, doğrudan da, körpəlik halındadır və tezliklə böyümək üçün o öz kortəbiiliyə pərəstişkarlığı ilə hərəkatın böyüməsini ləngidən adamlara qarşı, doğrudan da, dözməzliyə alışmalıdır. Özünü mübarizənin bütün qəti dövrlərini çoxdan görüb keçirmiş qocalara oxşatmaqdan daha gülünc və daha zərərli bir şey ola bilməz!Üçüncüsü, “Rab. Mısl”ın birinci nömrəsi bizə göstərir ki, “iqtisadçılıq” adı (biz, əlbəttə, bundan əl çəkmək fikrində deyilik, çünki hər nə cür olsa da, bu ləqəb artıq müəyyənləşmişdir) yeni məsləkin mahiyyətini kifayət qədər dürüst ifadə etmir. “Rab. Mısl” siyasi mübarizəni tamamilə inkar etmir: “Rab. Mısl”ın 1-ci №-sində çap edilmiş kassa nizamnaməsində hökumətə qarşı mübarizədən bəhs olunur. “Raboçaya Mısl” ancaq belə fərz edir ki, “siyasət həmişə itaətkarlıqla iqtisadiyyatın ardınca gedir” (“Raboçeye Delo” isə bu tezisi dəyişdirərək, öz proqramında inandırmağa çalışır ki, “Rusiyada iqtisadi mübarizə siyasi mübarizədən hər bir başqa ölkədə olduğuna nisbətən daha çox ayrılmazdır”). Siyasət dedikdə sosial-demokrat siyasəti nəzərdə tutularsa, “Raboçaya Mısl”ın və “Raboçeye Delo”nun bu müddəaları əsla doğru deyildir. Gördüyümüz kimi, çox vaxt fəhlələrin iqtisadi mübarizəsiburjua siyasəti ilə, klerikal və s. siyasəti ilə (ayrılmaz surətdə olmasa da) bağlı olur. Siyasət dedikdə tred-yunionist siyasəti nəzərdə tutularsa, yəni dövlət tərəfindən, fəhlələrin vəziyyətinə xas olan fəlakətlər əleyhinə çevrilən, lakin hələ bu vəziyyəti aradan qaldırmayan, yəni əməyin kapitala tabe-liyini məhvetməyən bəzi tədbirlər görülməsi yolunda bütün fəhlələrin ümumi səyi nəzərdə tutularsa, “Rab. Delo” nun müddəaları doğrudur. Bu səy həm sosializmə düşməncəsinə yanaşan ingilis tred-yunionistləri, həm katolik fəhlələr, həm “Zubatov” fəhlələri və sairə üçün, doğrudan da, ümumi bir səydir. Siyasət var, siyasət var. Beləliklə, görürük ki, siyasi mübarizə məsələsində də “Rab. Mısl” onu inkar etməkdən çox, onun kortəbiiliyinə, onun şüursuzluğuna pərəstiş edir. Fəhlə hərəkatının özündən kortəbii surətdə doğan siyasi mü-barizəni (daha doğrusu: fəhlələrin siyasi arzu və tələblərini) tamamilə qəbul edən “Rab. Mısl”, sosializmin ümumi vəzifə-lərinə və müasir rus şəraitinə uyğun olan spesifik sosial-demokrat siyasətinin müstəqil hazırlanmasından tamamilə boyun qaçırır. Aşağıda göstərəcəyik ki, “Rab. Delo”nun da səhvi belədir.c) “Özünü azadetmə qrupu”25 və “Raboçeye Delo”“Rab. Mısl”ın birinci nömrəsinin az məlum olan və hazırda, demək olar, tamamilə unudulmuş baş məqaləsini biz ona görə belə müfəssəl araşdırdıq ki, bu məqalə sonradan saysızhesabsız xırda axınlar şəklində meydana çıxmış ümumi axını hamıdan qabaq və hamıdan qabarıq ifadə etmişdir. V. İ.“Rab. Mısl”ın birinci nömrəsini və baş məqaləsini tərifləyib “kəskin, qızğın” yazılmışdır dedikdə (“Listok “Rabotnika””№ 9—10, səh. 49), tamamilə haqlı idi. Öz fikrinə inanmış olan və yeni bir şey söylədiyini güman edən hər kəs yazanda “qızğın” yazır, elə yazır ki, öz baxışlarını qabarıq ifadə etmiş olur. Yalnız iki stul arasında oturmağa adət eləmiş adamlarda heç bir “qızğınlıq” yoxdur, yalnız bu cür adamlar dünən “Rab. Mısl”ın qızğınlığını təriflədiyi halda, bu gün “mübahisə qızğınlığı” üstündə onun əleyhdarlarına hücum edə bilərlər.““Rab. Mısl”a ayrıca əlavə” üzərində dayanmayaraq (“iqtisadçıların” ideyalarını ən ardıcıl surətdə ifadə edən bu əsərə aşağıda biz müxtəlif münasibətlərlə istinad etməli olacağıq), ancaq “Fəhlələrin özünü azadetmə qrupunun müraciətini” qısaca qeyd edəcəyik (mart 1899, Londonda çıxan “Nakanune”də26 yenidən çap edilmişdir, № 7, iyul 1899-cu il). Bu müraciətin müəllifləri çox haqlı olaraq deyirlər ki, “Rusiya fəhlələri hələ yenicə oyanır, yenicə ətrafa nəzər salır və instinktlə hərəkət edərək qarşıya çıxan ilk mübarizə vasitələrindən yapışırlar”; lakin müəlliflər bundan “R. Mısl” kimi, eyni bir yanlış nəticə çıxarıb unudurlar ki, instinktiv hərəkət də məhz şüursuzluqdur (kortəbiilikdir) və sosialistlər bunun köməyinə gəlməlidirlər, unudurlar ki, müasir cəmiyyətdə “qarşıya çıxan ilk” mübarizə vasitələri həmişə tred-yunionist mübarizə vasitələri olacaq, “qarşı çıxan ilk” ideologiya isə — burjua (tred-yunionist) ideologiyası olacaqdır. həmin müəlliflər habelə siyasəti də “inkar” etmirlər, ancaq (ancaq!) c. V. V.-nin ardınca deyirlər ki, siyasət üstqurumdur, buna görə də “siyasi təşviqat iqtisadi mübarizə uğrunda aparılan təşviqat üzərində üstqurum olmalıdır, bu mübarizə zəminindən doğub onun ardınca getməlidir”. “R. Delo”ya gəldikdə isə, o, öz fəaliyyətini birbaşa “iqtisadçıları” “müdafiə etməkdən” başlamışdır. “Rab. Delo” özünün lap birinci nömrəsində (№ 1, səh. 141—142), guya öz məlum kitabçasında27 “iqtisadçılara” xəbərdarlıq edirkən, “Akselrodun hansı gənc yoldaşlardan bəhs etdiyini bilmir”, — deyə açıq bir yalan söylədikdən sonra, bu yalan münasibəti ilə Akselrod və Plexanov ilə başlanan qızğın mübahisədə boynuna almalı olmuşdur ki, o “belə təəccüblənməklə, xarici ölkələrdəki bütün daha gənc sosial-demokratları bu haqsız ittihamdan müdafiə etmək istəyirdi” (Akselrodun “iqtisadçıları” məhdudluqda ittiham etməsindən). Həqiqətdə isə bu ittiham tamamilə haqlı idi və “R. Delo” çox gözəl bilirdi ki, bu ittiham əzcümlə onun redaksiya üzvü olan V. İ.-nin də üzərinə düşür. Yeri gəlmişkən, qeyd edim ki, göstərilən mübahisədə Akselrod tamamilə haqlı idi və mənim: “Rus sosial-demokratlarının vəzifələri” adlı kitabçamı təfsir edirkən “R. Delo”nun söylədikləri tamamilə haqsız idi. Həmin kitabça 1897-ci ildə, “Rab. Mısl” hələ meydana gəlməmişdən əvvəl yazılmışdır; o zaman mən SPB. “Mübarizə ittifaqı”nın yuxarıda xarakteristikasını vermiş olduğum əvvəlki məsləkini hakim məslək hesab edirdim və etməyə də haqlı idim. Hər halda 1898-ci ilin yarısınadək bu məslək, doğrudan da, hakim bir məslək idi. Buna görə də “iqtisadçılığın” mövcud olduğunu və təhlükəsini təkzib etmək üçün “R. Delo”nun, S. Peterburqda 1897—1898-ci illərdə “iqtisadi” baxışlar tərəfindən sıxışdırılıb aradan çıxarılmış baxışları şərh edən bir kitabçaya istinad etməyə azacıq da olsa, haqqı yox idi28.Lakin “R. Delo” yalnız “iqtisadçıları” “müdafiə etmək” deyil, özü də daim büdrəyib onların əsas səhvlərini təkrar edirdi. Bu büdrəmənin mənbəyi “R. Delo” proqramının aşağıdakı tezisini ikimənalı anlamaqda idi: “rus həyatında ən mühüm hadisə, başlıca olaraq İttifaqın ədəbi fəaliyyətinin vəzifələrini və xarakterini müəyyən etməli olacaq (kursiv bizimdir) bir hadisə, zənnimizcə, son illərdə başlanmış kütləvi fəhlə hərəkatıdır” (kursiv “R. D.”nindir), kütləvi hərəkatın çox mühüm bir hadisə olması barəsində mübahisə ola bilməz. Lakin bütün məsələ bu kütləvi hərəkatın “vəzifələri müəyyən etməsini” necə başa düşməkdədir. Bunu iki cür: ya bu hərəkatın kortəbiiliyi qarşısında pərəstiş etmək, yəni sosial-demokratiyanın rolunu özlüyündə fəhlə hərəkatına sadəcə qulluq göstərmək dərəcəsinə endirmək mənasında başa düşmək olar (“Rab. Mısl”, “Özünü azadetmə qrupu” və sair “iqtisadçılar” bu cür başa düşürlər); ya da o mənada başa düşmək olar ki, kütləvi hərəkat qarşımıza, hələ bu hərəkat meydana gəldiyindən əvvəlki dövrdə kifayətlənə biləcəyimiz vəzifələrdən daha çox mürəkkəb olan yeni nəzəri, siyasi vəzifələr və təşkilat vəzifələri qoyur. “Rab. Delo” bunu məhz birinci mənada anlamağa meyl edirdi və etməkdədir, çünki yeni vəzifələr haqqında müəyyən heçbir şey demirdi və həmişə məhz belə fikir yeridirdi ki, guya bu “kütləvi hərəkat” bizi onun irəli sürdüyü vəzifələri aydın dərk etmək və yerinə yetirmək zərurətindən xilas edir. Bunu göstərmək kifayətdir ki, “R. Delo” kütləvi fəhlə hərəkatı üçün birinci vəzifə olaraq mütləqiyyəti yıxmaq vəzifəsinin irəli sürülməsini mümkün hesab etmirdi və bu vəzifəni (kütləvi hərəkat xatirinə) endirib ən yaxın siyasi tələblər uğrunda mübarizəvəzifəsinə müncər edirdi (“Cavab”, səh. 25).“Rab. Delo”nun redaktoru B. Kriçevskinin 7-ci №-dəki “Rus hərəkatında iqtisadi və siyasi mübarizə” adlı məqaləsini29, eyni səhvləri təkrar edən bu məqaləni kənara qoyaraq, bilavasitə “R. Delo”nun 10-cu №-sinə keçək. Biz, əlbəttə, B. Kriçevski ilə Martınovun “Zarya” və “İskra” əleyhinə ayrı-ayrı etirazlarını araşdırmağa girişməyəcəyik. Burada bizi maraqlandıran ancaq “Raboçeye Delo”nun 10-cu №-sində tutmuş olduğu prinsipial mövqedir. Məsələn, biz belə bir qəribə halı araşdırmayacağıq ki, “R. Delo” aşağıdakı iki müddəa arasında “tam ziddiyyət” görmüşdür:“Sosial-demokratiya qabaqcadan düşünülmüş heç bir siyasi mübarizə planı və ya üsulu ilə öz əl-qolunu bağlamır, öz fəaliyyətini məhdud etmir, — o, bütün mübarizə vasitələrini qəbul edir, təki bu vasitələr partiyanın mövcud qüvvələrinə uyğun olsun” və i. a. (“İskra” № 1).“Hər bir şəraitdə və hər bir dövrdə siyasi mübarizə aparmaq işində təcrübə əldə etmiş möhkəm bir təşkilat olmasa, möhkəm prinsiplər əsasında qurulan, dönmədən həyata keçirilən və taktika adlandırılmağa layiq olan müntəzəm fəaliyyət planından heç danışıq ola bilməz” (“İskra” № 4).Məqsədəuyğun olmaq şərti ilə bütün mübarizə vasitələrinin, bütün plan və üsulların prinsipcə qəbul edilməsini, müəyyən bir siyasi şəraitdə, texnikadan bəhs edilirsə, dönmədən həyata keçirilən bir planın rəhbər tutulması tələbi ilə qarışdırmaq ona bənzər ki, təbabətin hər bir müalicə sisteminin qəbul edilməsi, müəyyən bir xəstəliyi müalicə edirkən müəyyən bir sistemin əsas tutulması tələbi ilə qarışdırılsın. Lakin elə iş də ondadır ki, “Rab. Delo” özü kortəbiiliyə pərəstiş adlandırdığımız xəstəliyə tutulmuş olduğu halda, bu xəstəlik üçün heç bir “müalicə sistemi” qəbul etmək istəmir. Buna görə də o, qəribə bir kəşf edib deyir ki, “taktika-plan marksizmin əsas ruhuna ziddir” (№ 10, səh. 18), taktika — “partiya ilə birlikdə artmaqda olan partiya vəzifələrinin artması prosesidir” (səh. 11, kursiv “R. D.”-nindir). Bu son kəlamın məşhur bir kəlam olmaq, “Rab. Delo” “məsləkinin” sarsılmaz bir abidəsi olmaq üçün bütün şansı vardır. “Hara getməli?” sualına rəhbərorqan cavab verir: hərəkət — onun başlanğıc nöqtəsi ilə sonrakı nöqtəsi arasındakı məsafənin dəyişilməsi prosesidir. Lakin misilsiz olan bu əllaməlik yalnız qəribə bir hal deyil (belə olsaydı, onun üzərində bir o qədər dayanmağına dəyməzdi), eyni zamanda bütün bir məsləkin proqramıdır, məhz: R. M.-in (““Rab. Mısl”a ayrıca əlavə”də) aşağıdakı sözlərlə ifadə etdiyi proqramdır: arzu olunan o mübarizədir ki, mümkündür, mümkün olan mübarizə isə o mübarizədir ki, hazırkı dəqiqədə gedir. Bu, məhz kortəbiiliyə passivcə uyğunlaşan hədsiz opportunizm məsləkidir.“Taktika-plan marksizmin əsas ruhuna ziddir!”. Bu ki, marksizmə böhtandır, marksizmi məhz elə bir karikaturaya çevirməkdir ki, xalqçılar bizimlə mübarizə aparırkən həmin karikaturanı bizə qarşı qoyurdular. Bu, məhz şüurlu xadimlərin təşəbbüs və əzmini azaltmaqdır, marksizm isə əksinə, sosial-demokratın təşəbbüs və əzminə çox böyük təkan verir, onun üçün ən geniş perspektivlər açır, “kortəbii surətdə” mübarizəyə qalxan milyonlarla və milyonlarla fəhlə sinfinin qüdrətli qüvvələrini onun (əgər belə demək olarsa) ixtiyarına verir! Beynəlxalq sosial-demokratiyanın bütün tarixi, gah bir, gah da digər siyasi rəhbər tərəfindən irəli sürülənvə birinin siyasi, təşkilat baxışlarının uzaqgörənliyini və düzgünlüyünü doğruldan, digərinin bəsirətsizliyini və siyasi səhvlərini aşkara çıxaran planlarla doludur. Almaniya ən böyük tarixi dönüşlərdən birini keçirdiyi zaman — imperiyanın təşkil edilməsi, reyxstaqın açılması, ümumi seçki hüququ verilməsi zamanı — sosial-demokratiya siyasəti və ümumiyyətlə fəaliyyəti üçün bir plan Libknext tərəfindən,biri də Şveytser tərəfindən irəli sürülmüşdü. Alman sosialistlərini müstəsna qanun əzməyə başladığı zaman, — birplan, sadəcə zorakılığa və terrora çağırmağa hazır olan Most ilə Hasselman tərəfindən, digəri — Höxberq, Şramm və (qismən) Bernşteyn tərəfindən irəli sürülmüşdü; axırıncılar sosial-demokratlara az qala təbliğ etməyə başlamışdılarki, onlar özlərinin ağılsız sərtliyi və inqilabçılığı ilə bu qanunun verilməsinə səbəb olmuşlar və indi ləyaqətli hərəkət edib bağışlanmağa nail olmalıdırlar; bir plan da qeyri-leqal orqan30 nəşrini hazırlayanlar və həyata keçirənlər tərəfindən irəli sürülmüşdü. Yol seçmək məsələsi üstündəki mübarizənin qurtarmasından və seçilmiş yolun yararlılığı haqqındatarix öz son qərarını söylədikdən bir çox illər sonra geriyə baxdıqda, partiya ilə birlikdə partiya vəzifələrinin də artdığını demək və belə bir kəlamla əllaməlik göstərmək, əlbəttə, çətin deyildir. Lakin qarışıqlıq zamanı31, rus “tənqidçiləri” və “iqtisadçıları” sosial-demokratiyanı tred-yunionizm dərəcəsinə endirdikləri, terrorçular isə köhnə səhvləri təkrar edən “taktika-plan” qəbul olunmasını səylə təbliğ etdikləri bir zamanda bu kimi əllaməliklə kifayətlənmək — öz-özünə “yoxsulluq şəhadətnaməsi” vermək deməkdir. Bir çox rus sosial-demokratlarında məhz təşəbbüs və əzm olmadığı, “siyasi təbliğat, təşviqat və təşkilat vüsəti”32 olmadığı bir zamanda, inqilabi işi daha geniş təşkil etmək “planları” olmadığı bir zamanda, — belə bir zamanda: “taktika-plan marksizmin əsas ruhuna ziddir” demək nəinki marksizmi nəzəriyyəcə bayağılaşdırmaq deməkdir, habelə partiyanıəməli cəhətdən geri çəkmək deməkdir.“R. Delo” sonra bizə bu cür öyüd verib deyir:“İnqilabçı sosial-demokratın vəzifəsi obyektiv inkişafı rədd etmək və ya onu subyektiv planlarla əvəz etmək deyil, öz şüurlu fəaliyyəti ilə onu ancaq sürətləndirməkdir. “İskra” nəzəriyyədə bunun hamısını bilir. Lakin marksizmin şüurlu inqilabi fəaliyyətə haqlı olaraq verdiyi böyük əhəmiyyət təcrübədə “İskra”nı, taktikaya doktrinaçılıqla baxdığına görə, inkişafın obyektiv və ya kortəbii ünsürünün əhəmiyyətini kiçiltməyə vadar edir” (səh. 18).Yenə də c. V. V. və onun həmfikirlərinə layiq olan çox böyük nəzəri dolaşıqlıq. Biz bu filosofumuzdan soruşmaq istərdik ki, subyektiv planlar düzəldənin obyektiv inkişafı “kiçiltməsi” nədən ibarət ola bilər? Yəqin bundan ibarət ola bilər ki, o, obyektiv inkişafın filan sinifləri, təbəqələri, qrupları, filan millətləri, millətlər qruplarını və s. yaratdığını və ya möhkəmlətdiyini, məhv etdiyini və ya zəiflətdiyini, bununla da beynəlxalq miqyasda siyasi qüvvələrin filan və filan qruplaşmasına, inqilabçı partiyalar mövqeyinin və sairənin yaranmasına səbəb olduğunu nəzərdən qaçırar. Lakin o halda belə bir plan düzəldənin təqsiri kortəbii ünsürü kiçiltməkdən deyil, əksinə, şüurlu ünsürü kiçiltməkdən ibarət olar, zira obyektiv inkişafı düzgün anlamaq üçün onun “şüuru” çatmaz. Buna görə də kortəbiiliklə şüurluluğun təkcə “nisbi (kursiv “Raboçeye Delo”nundur) əhəmiyyətini qiymətləndirmək” haqqındakı danışıq əsla “şüurluluq” olmadığını aşkara çıxarır. Əgər məlum “kortəbii inkişaf ünsürlərini” ümumiyyətlə insan şüuru dərk edə bilərsə, o halda bu ünsürlərin düzgün qiymətləndirilməməsi “şüurlu ünsürün kiçildilməsinə” bərabər olar. Yox, əgər şüur bunları dərk edə bilməzsə, o halda biz bunları bilmirik və bunlardan bəhs edə bilmərik. Bəs B. Kriçevski nədən bəhs edir? Əgər o, “İskra”nın “subyektiv planlarını” səhv hesab edirsə (o isə bu planları məhz səhv plan elan edir), onda o, həmin planlarda məhz hansı obyektiv faktların etinasız buraxıldığını göstərməli idi və bu etinasızlıq üstündə “İskra”nı şüur azlığında, onun dilincə desək, “şüurlu ünsürü kiçiltməkdə” təqsirləndirməli idi. Yox, əgər onun subyektiv planlardan narazı qalıb “kortəbii ünsürün kiçildilməsinə” (!!) istinad etməkdən başqa bir dəlili yoxdursa, bu halda, o bununla ancaq sübut etmiş olur ki, o (1) nəzəri cəhətdən — marksizmi Beltovun kifayət qədər məsxərəyə qoymuş olduğu à 1a Kareyevlər, Mixaylovskilər anlayır, (2) əməli cəhətdən — bizim leqal marksistləri bernşteynçiliyə, bizim sosial-demokratları isə “iqtisadçılığa” çəkən “kortəbii inkişaf ünsürlərindən” tamamilə razıdır və nə olursa olsun, rus sosial-demokratiyasını “kortəbii” inkişaf yolundan çıxarmaq qərarına gəlmiş olan adamlara “bərk acığı tutur”.Sonra isə tamamilə məzəli şeylər gəlir. “Təbiət elmlərinin hər cür müvəffəqiyyətinə baxmayaraq, adamların dədə-baba üsulu ilə törəyib artacağı kimi, — yeni ictimai quruluşun meydana gəlməsi də, ictimai elmlərin hər cür müvəffəqiyyətinə və şüurlu mübarizlərin artmasına baxmayaraq, gələcəkdə də başlıca olaraq kortəbii partlayışların nəticəsindən ibarət olacaqdır” (19). Qədim atalar sözündə: dünyada hansı kəmağılın uşağı olmamışdır? – deyildiyi kimi, “ən yeni sosialistlərin” (à 1a Narsis Tuporılov33) hikməti də belə deyir: yeni ictimai quruluşun kortəbii surətdə meydana gəlməsində iştirak etmək üçün hər kəsin ağlı çatar. Biz də bu fikirdəyik ki, hər kəsin ağlı çatar. Bu cür iştirak etmək üçün “iqtisadçılıq” hökm sürdükdə “iqtisadçılığa”, terrorçuluq meydana gəldikdə isə — terrorçuluğa uymaq kifayətdir. Məsələn, bu ilin yazında, terrora uymaqdan çəkindirmək məsələsi böyük əhəmiyyət kəsb etdiyi zaman “Rab. Delo” özü üçün “yeni” olan bu məsələ qarşısında çaşıb qalmışdı. İndi isə yarım il keçdikdən, məsələ öz gündəlik əhəmiyyətini itirdikdən sonra “Rab. Delo” eyni zamanda, bir tərəfdən, bizə deyir: “zənnimizcə, terrorçuluq əhvali-ruhiyyəsinin yüksəlişinə müqavimət göstərmək sosial-demokratiyanın vəzifəsi ola bilməz və olmamalıdır” (“R. D.” № 10, səh 23); digər tərəfdən də, qurultayın qətnaməsini bizə təqdim edir: “Müntəzəm hücumçu terroru qurultay vaxta münasib hesab etmir” (“İki qurultay”, səh. 18). Əcəb də aydın və səlisdir! Müqavimət göstərmirik, — lakin elan edirik ki, vaxta münasib deyildir, həm də elan edirik ki, qeyri-müntəzəm və müdafiə məqsədi güdən terror “qətnaməyə” daxil olmur. Etiraf edilməlidir ki, belə bir qətnamə çox qorxusuzdur və heç bir şey deməmək üçün danışan bir adamın danışığında səhv ola bilməyəcəyi kimi, burada da əsla səhv ola bilməz! Həm dəbelə bir qətnamə tərtib etmək üçün təkcə bir şey lazımdır ki, bu da hərəkatın quyruğundan yapışmağı bacarmaqdır. Terror məsələsini “Rab. Delo”nun yeni bir məsələ elan etməsini “İskra” məsxərəyə qoyduqda “R. Delo” “İskra”nı acıqlı surətdə təqsirləndirib deyirdi ki, bu “taktika məsələlərinin 15 il bundan əvvəl bir qrup mühacir yazıçı tərəfindən irəli sürülmüş həllini partiya təşkilatına zorla qəbul etdirmək kimi tamamilə ağlasığmaz bir iddiada olmaqdır” (səh. 24). Doğrudan da,nə qəribə bir iddiadır və şüurlu ünsür nə qədər də şişirdilir: məsələlər qabaqcadan nəzəri cəhətdən həll edilir ki, sonra həm təşkilat, həm partiya, həm də kütlə bu həllin düzgünlüyünə inandırılsın34! O, ayrı məsələdir ki, hamıya məlum şeyləri təkrar edəsən və heç kəsə bir şey “zorla qəbul etdirməyərək” həm “iqtisadçılığa” tərəf, həm də terrorçuluğa tərəf hər bir “dönüşə” tabe olasan. “Rab. Delo” bu böyük həyat hikmətini hətta ümumiləşdirərək “İskra” ilə “Zarya”nı “öz proqramını hərəkata, nizamsız aləm üzərində uçan bir ruh kimi qarşı qoymaqda” (səh. 29) təqsirləndirir. Sosial-demokratiyanın rolu nəinki kortəbii hərəkatın üzərində uçan, habelə bu hərəkatı “öz proqramı” səviyyəsinə yüksəldən bir “ruh” olmaqdan ibarət deyilsə, bəs nədən ibarətdir? Axı ondan ibarət deyildir ki, hərəkatın quyruğunda sürünsün: ən yaxşı halda bu, hərəkat üçün faydasızdır, pis halda isə — çox-çox zərərlidir. “Raboçeye Delo” isə bu “taktika-prosesə” yalnız riayət etmək deyil, hətta bunu bir prinsip dərəcəsinə qaldırır, belə ki, onun məsləkini də opportunizm deyil, (quyruq sözündən) quyruqçuluq adlandırmaq daha doğru olardı. Həm də etiraf etməmək olmaz ki, həmişə hərəkatın ardınca quyruq kimi sürünməyə qəti qərar vermiş adamlar “kortəbii inkişaf ünsürünün kiçildilməsinə” qarşı həmişəlik və qəti təmin olunmuşlar.* * *Beləliklə, biz yəqin etdik ki, rus sosial-demokratiyasındakı “yeni məsləkin” əsas səhvi kortəbiiliyə pərəstiş etməkdən, kütlənin kortəbiiliyinin biz sosial-demokratlardan çoxlu şüurluluq tələb etdiyini anlamamaqdan ibarətdir. Kütlələrin kortəbii yüksəlişi nə qədər çox olursa, hərəkat nə qədər genişlənirsə, sosial-demokratiyanın həm nəzəri, həm siyasi, həm də təşkilat işində çox şüurluluq olması tələbi də bir o qədər böyük, müqayisəedilməz dərəcədə sürətlə artır.Rusiyada kütlələrin kortəbii yüksəlişi elə bir sürətlə baş verdi (və baş verməkdədir) ki, sosial-demokrat gənclər bu nəhəng vəzifələri yerinə yetirməyə hazır olmadılar. Bu hazırlıqsızlıq bizim ümumi bəlamızdır, bütün rus sosial-demokratlarının bəlasıdır. Kütlələrin yüksəlişi daim və ardıcıl surətdə davam edib genişlənərək, nəinki başlandığı yerdə kəsilmirdi, hətta yeni yerləri və yeni əhali təbəqələrini qavrayırdı (fəhlə hərəkatının təsiri altında məktəbli gənclər, ümumiyyətlə ziyalılar və hətta kəndlilər arasında da həyəcan başlanmışdı). İnqilabçılar isə həm öz “nəzəriyyələrində”, həm də fəaliyyətlərində bu yüksəlişdən geridə qalırdılar, onlar bütün hərəkata rəhbərlik etməyə qadir olan daimi və ardıcıl bir təşkilat yarada bilmirdilər.Birinci fəsildə biz “Rab. Delo” tərəfindən bizim nəzəri vəzifələrimizin alçaldıldığını və dəbdə olan “tənqid azadlığı” şüarının “kortəbii” surətdə təkrar edildiyini göstərmişdik: təkrar edənlərin “şüuru” çatmırdı ki, Almaniyadakı və Rusiyadakı “tənqidçi” opportunistlərlə inqilabçıların mövqeləri arasında tam bir əkslik olduğunu anlasınlar.Gələcək fəsillərdə biz sosial-demokratiyanın siyasi vəzifələri və təşkilat işi sahəsində həmin kortəbiiliyə pərəstişin necə ifadə olunduğunu nəzərdən keçirəcəyik. “Rab. Delo” № 10, sent, 1901-ci il, səh. 17 və 18. Kursiv “Rab. Delo”nundur. [LENİN] 1896-cı ildəki məşhur Peterburq sənaye müharibəsi – V. İ. Lenin Peterburq toxucu fəhlələrinin 1896-cı il may – iyun aylarında keçirilən kütləvi tətilini nəzərdə tuturdu. Bu tətilin səbəbi o idi ki, fabrikçilər II Nikolayın tacqoyma mərasimi münasibəti ilə iş günü olmayan günlər üçün fəhlələrin əmək haqqını bütünlüklə vermək istəmirdilər. Red. Tred-yunionizm, bəzən düşünüldüyü kimi, heç də hər cür “siyasəti” rədd etmir. Tred-yunionlar həmişə müəyyən siyasi təşviqat və mübarizə aparmışlar (lakin bu, sosial-demokrat təşviqatı və mübarizəsi olmamışdır). Tred-yunionist siyasəti ilə sosial-demokrat siyasətinin fərqindən biz sonrakı fəsildə bəhs edəcəyik. [LENİN] “Təşviqat” haqqında kitabçası – 1894-cü ildə Vilnoda (sonralar Bundun təşkilatçılarından biri olan) A. Kremer tərəfindən yazılmış və Y. O. Martov tərəfindən redaktə edilmişdi. Vilnodakı sosial-demokrat işinin təcrübəsini ümumiləşdirən bu kitabçanın rus sosial-demokratlarına böyük təsiri olmuşdu, həmin kitabçada deyilirdi ki, dərnəklərdəki məhdud təbliğatdan əl çəkmək və fəhlələr arasında, onların gündəlik ehtiyac və tələbləri zəminində kütləvi təşviqata keçmək lazımdır. Lakin ümumi demokratik tələblər zəminində siyasi təşviqat aparmağın zərərinə olaraq xalis iqtisadi mübarizənin rol və əhəmiyyətinin şişirdilməsi gələcək “iqtisadçılığın” rüşeymi idi. Red. “Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı” – 1895-ci ilin payızında V. İ. Lenin tərəfindən təşkil edilmiş bu təşkilat Peterburqda iyirmiyə qədər marksist fəhlə dərnəyini birləşdirirdi. “Mübarizə ittifaqı” Rusiyada ilk dəfə sosializmi fəhlə hərəkatı ilə birləşdirməyə, dərnəklərdə az bir miqdar qabaqcıl fəhlələr arasında marksizmin təbliğ edilməsindən proletariatın geniş kütlələri arasında siyasi təşviqata keçilməsini həyata keçirməyə başladı. “İttifaq” fəhlə hərəkatına rəhbərlik edərək, fəhlələrin iqtisadi tələblər uğrunda mübarizəsini çarizm əleyhinə siyasi mübarizə ilə birləşdirirdi. Red. A. A. Vaneyev ilk həbs yerində təklikdə dustaq saxlanıldığı zaman tutulmuş olduğu vərəm xəstəliyindən 1899-cu ildə Şərqi Sibirdə vəfat etmişdir. Buna görə də biz mətndə göstərilən məlumatı nəşr etməyi mümkün bildik; A. A. Vaneyevi bilavasitə və ən yaxından tanıyan adamlardan alınmış bu məlumatın düzgünlüyünə biz zaminik. [LENİN] İ. Lenin tərəfindən “Raboçeye Delo” qəzeti üçün yazılmış olan “Rus fəhlələrinə” adlı baş məqalə indiyədək tapılmamışdır. Red. “Russkaya Starina” – tarix jurnalıdır. 1870–1918-ci illərdə Peterburqda hər ay nəşr olunurdu. Jurnalda Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələri, gündəlikləri, qeydləri və məktublarının dərc olunmasına mühüm yer verilirdi. Red. Yaroslavl Böyük manufakturasının tətil edən fəhlələrinə 1895-ci il aprelin 27-də (9 may) divan tutulması nəzərdə tutulur. 4000 nəfərdən artıq fəhləni əhatə edən bu tətilin səbəbi müdiriyyət tərəfindən fəhlələrin əmək haqqını aşağı salan yeni iş qiymətlərinin tətbiq edilməsi idi. 1 fəhlənin öldüyü, 14nün isə yaralandığı hadisədən sonra II Nikolay raportunda “fabrik nizamsızlıqları zamanı mətin və möhkəm hərəkət etdiklərinə görə igid fanaqoriya polkuna “təşəkkür”ünü bildirmişdir. Red. “S. – Peterburqski Raboçi Listok” – Peterburq “Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı”nın orqanı idi. Qəzet fəhlə sinfinin iqtisadi mübarizəsini geniş siyasi tələblərlə birləşdirmək vəzifəsini irəli sürürdü, fəhlə partiyası yaratmaq zərurətini təkidlə qeyd edirdi. Red. “Rusiya sosial-demokrat fəhlə partiyasının manifesti”ndən bəhs olunur; bu sənəd RSDFP I qurultayının tapşırığı ilə 1898-ci ildə buraxılmışdı. “Manifest” siyasi azadlıq uğrunda mübarizəni və mütləqiyyətin devrilməsini Rusiya sosial-demokratiyasının başlıca vəzifəsi kimi irəli sürürdü. Red. “İqtisadçılar” özlərinin “Rus sosial-demokrat orqanlarına məktub”unda (“İskra” № 12) Deyirlər: “90-cı illərin axırlarındakı sosial-demokratların fəaliyyətinə mənfi yanaşan “İskra” o zaman xırda tələblər uğrunda mübarizədən savayı, başqa bir iş üçün şərait olmadığına etinasızlıq göstərirlər”. Mətndə göstərilən faktlar sübut edir ki, “şərait olmadığına” dair bu iddia həqiqətə tamamilə ziddir. 90-cı illərin nəinki axırlarında, hətta ortalarında da, xırda tələblər uğrunda mübarizədən savayı başqa bir iş üçün bütün şərait var idi, ancaq rəhbərlərin kifayət qədər hazırlığı yox idi. “İqtisadçılar” isə biz ideoloqların, rəhbərlərin kifayət qədər hazırlıqlı olmadığımızı açıqca etiraf etmək əvəzinə hər şeyi “şərait olmaması” üzərinə yıxmaq, hərəkatın heç bir ideoloq tərəfindən dəyişdirilməsi mümkün olmayan yolunu müəyyən edən maddi mühitin təsiri üzərinə yıxmaq istəyirlər. Bu, kortəbiilik qarşısında itaətkarlıq deyil, bəs nədir? “ideoloqların” öz nöqsanlarına məftun olması deyil, bəs nədir? [LENİN] “Qocalar”ın – Peterburq “Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı”nın baniləri İ. Leninin, A. A. Vaneyevin, Q. M. Krijanovskinin, Y. O. Martovun və başqalarının – 1897-ci il fevralın 14-ü ilə 17-si arasında (26 fevral – 1 mart) Peterburqda S. İ. Radçenkonun və Y. O. Martovun mənzillərində “Mübarizə ittifaqı”nın yeni heyətinin nümayəndələri ilə keçirdiklərimüşavirələrdən bəhs olunur. Red. “Listok “Rabotnika”” – “xaricdəki rus sosial-demokratları ittifaqı”nın qeyri-dövri nəşri idi. 1896-cı ildən 1898-ci ilədək Cenevrədə nəşr olunmuşdur. Red. Yeri gəlmişkən, qeyd edək ki, 1898-ci ilin noyabrında, “iqtisadçılıq” xüsusən xaricdə tamamilə müəyyənləşdiyi zaman “R. Mısl”ı bu cür tərif edən şəxs məhz, çox keçmədən “Rab. Delo”nun redaktorlarından biri olan V. İ. idi. “Rab. Delo” isə rus sosial-demokratiyasında iki məsləkin olduğunu hələ danırdı, necə ki, indi də danmaqdadır! [LENİN] Bu müqayisənin doğru olduğunu aşağıdakı səciyyəvi faktdan görmək olar “Dekabristlər” həbs edildikdən sonra Şlisselburq yolu fəhlələri içərisində belə bir xəbər yayılmışdı ki, bu müvəffəqiyyətsizliyə “dekabristlər ilə əlaqədar qruplardan birinə yaxın olan fitnəkar N. N. Mixaylov (diş həkimi) kömək etmişdir; fəhlələr o qədər qəzəblənmişdilər ki, Mixaylovu öldürmək qərarına gəlmişdilər. [LENİN] “Raboçaya Mısl”ın yenə də həmin birinci nömrəsinin baş məqaləsindən. Bundan görmək olar ki, bu “rus sosial-demokratiyası V. V.-lərinin” nəzəri hazırlığı nə dərəcədə imiş; marksistlər siyasətlə iqtisadiyyatın münasibətini məhz bu cür anlaması üstündə çoxdan bəri “irtica ustası” adı verilmiş əsil c. V. V.-yə qarşı ədəbiyyatda mübarizə apardıqları bir zamanda, onlar “iqtisadi materializmin” kobud surətdə bayağılaşdırılmasını təkrar edirdilər. [LENİN] Almanlarda hətta: “Nur-Gewerkschaftler” kimi xüsusi bir söz vardır ki, bu “yalnız-həmkarlar” mübarizəsi tərəfdarlarını göstərir. [LENİN] Biz müasir sözünü o şəxslər üçün xüsusilə qeyd edirik ki, onlar riyakarlıqla çiyinlərini çəkib deyəcəklər: “Raboçaya Mısl”ı indi biabır etmək asandır, lakin axı bu anarxizmdir! “Rab. Mısl” ideyalarının tamamilə əsiri olduqları aşağıda sübut ediləcək bu kimi müasir riyakarlara cavab olaraq deyirik: Mutato nomine de te fabula narratur (sənin haqqında özgə adı ilə nağıl deyilir. Red.). [LENİN] “İskra”nın 12-ci №-sində “iqtisadçıların” məktubu. [LENİN] “R. Delo” № 10. [LENİN] “Neue Zeit” 1901-1902, XX, I, № 3, səh. 79. K. Katutskinin bəhs etdiyi komissiya layihəsi Vyana qurultayı tərəfindən (keçən ilin axırlarında) bir qədər dəyişdirilmiş şəkildə qəbul edilmişdir. [LENİN] “Die Neue Zeit” (“Yeni zəmanə”) – Almaniya sosial-demokrat partiyasının nəzəri jurnalıdır. 1883–1923-cü illərdə Ştutqartda çıxmışdır. Red.Almaniya sosial-demokrat partiyasının 1901-ci ildə keçirilən Vyana qurultayında köhnə Haynfeld proqramı (1888) əvəzinə yeni proqram qəbul edilmiş, yeni proqram layihəsində bernşteynçiliyə ciddi güzəştlər edilmiş və bu hal bir sıra tənqidi mülahizələrə səbəb olmuşdu. Red. Bu, əlbəttə, o demək deyildir ki, fəhlələr ideologiyanın hazırlanmasında iştirak etmirlər. Lakin onlar fəhlə sifəti ilə deyil, sosializmin nəzəriyyəçiləri sifəti ilə, Prudonlar və Veytlintqlər sifəti ilə iştirak edirlər, başqa sözlə desək, ancaq öz zəmanəsindəki biliyi az-çox mənimsəməyə və bu biliyi irəlilətməyə müvəffəq olduqda müvafiq dərəcədə iştirak edirlər. Fəhlələrin buna tez-tez müvəffəq ola bilməsi üçün isə ümumiyyətlə fəhlələrin şüur səviyyəsinin yüksəldilməsinə mümkün qədər artıq qayğı göstərilməlidir, bunun üçün gərək fəhlələr süni surətdə məhdudlaşdırılmış olan “fəhlələr üçün ədəbiyyat” çərçivəsi daxilində qapanıb qalmasınlar, ümumi ədəbiyyatı getdikcə daha çox qavramağı öyrənsinlər. Hətta “qapanıb qalmasınlar” əvəzində qapadılıb saxlanmasınlar deyilsə, daha doğru olar, çünki fəhlələr özləri ziyalılar üçün də yazılanların hamısını oxuyur və oxumaq istəyirlər və ancaq bəzi (pis) ziyalılar belə güman edirlər ki, “fəhlələr üçün” yalnız fabrik qaydalarından danışmaq və çoxdan məlum olan şeyləri dönə-dönə təkrar etmək kifayətdir. [LENİN] Hirş-Dunker həmkarlar ittifaqları – Almaniya reformist həmkarlar ittifaqı təşkilatlarıdır. 1868-ci ildə burjua proqressist partiyasının xadimləri M. Hirş və F. Dunker tərəfindən yaradılmışdır. Onlar əmək ilə kapitalın mənafelərinin “ahəngdarlığı” ideyasını təbliğ edir, tətil mübarizəsinin məqsədəuyğunluğunu inkar edir, kapitalistlərin dəittifaqlara qəbul edilməsini mümkün sayırdılar. Red. Çox vaxt deyirlər ki, fəhlə sinfi kortəbii surətdə sosializmə doğru gedir. Bu tamamilə doğrudur, o mənada doğrudur ki, sosialist nəzəriyyəsi fəhlə sinfinin fəlakətlərinin səbəblərini hər şeydən dərin və hər şeydən doğru müəyyən edir, ona görə də fəhlələr bu nəzəriyyəni belə asanlıqla mənimsəyirlər, bu şərtlə ki, həmin nəzəriyyə özü kortəbiilik qarşısında təslim olmasın, bu şərtlə ki, həmin nəzəriyyə kortəbiiliyi özünə tabe etsin. Adətən bu özlüyündə bəlli bir şey hesab olunur, lakin “Rab. Delo” bu bəlliliyi unudur və təhrif edir. Fəhlə sinfi kortəbii surətdə sosializmə doğru gedir, lakin buna baxmayaraq, ən çox yayılmış (və daim müxtəlif formalarda dirildilən) burjua ideologiyasını ən böyük bir kortəbiiliklə fəhlələrə qəbul etdirmək istəyirlər. [LENİN] “Fəhlə sinfinin özünü azadetmə qrupu” – “iqtisadçılardan” ibarət kiçik bir qrup idi. 1898-ci ilin payızında Peterburqda yaranmış və bir neçə ay yaşamışdı. Red. “Nakanune” – “ictimai-inqilabi icmal”, xalqçı məsləkin aylıq jurnalıdır. “Nakanune”nin səciyyəvi cəhəti onun, ümumiyyətlə, marksizmə, xüsusilə də rus inqilabçı sosial-demokratiyasına düşmənçilik münasibəti idi. Red. “Rus sosial-demokratlarının hazırkı vəzifələri və taktikası məsələsinə dair” Cenevrə, 1898. “Raboçaya Qazeta”ya 1897-ci ildə yazılmış iki məktub. [LENİN] “R. Delo” öz birinci yalanına (“P. B. Akselrodun hansı gənc yoldaşlardan bəhs etdiyini bilmirik”), özünü müdafiə edirkən ikinci bir yalan da əlavə edib “Cavab”da yazırdı: ““Vəzifələr” haqqında resenziya yazılan zamandan bəri, bəzi rus sosial-demokratları arasında, hərəkatımızın “Vəzifələr”də təsvir edilmiş vəziyyətinə nisbətən geriyə atılmış bir addım olan iqtisadi birtərəflilik meylləri meydana gəlmiş və ya az-çox aydın bir surətdə müəyyənləşmişdir” (səh. 9). 1900-cü ildə çıxan “Cavab”da belə deyilir. “R. D.”-nin birinci nömrəsi (resenziya dərc olunmuş nömrəsi) isə 1899-cu ilin aprelində çıxmışdır. Məgər “iqtisadçılıq» ancaq 1899-cu ildəmi meydana gəlmişdir? Yox. 1899-cu ildə ilk dəfə olaraq rus sosial-demokratları “iqtisadçılığa” qarşı protest (“Credo” əleyhinə protest) etdilər. (Bax: Əsərləri, 5-ci nəşri, 4-cü cild, səh. 175—189.) “İqtisadçılıq” isə 1897-ci ildə meydana gəlmişdir; bunu “R. Delo” çox gözəl bilir, zira V. İ artıq 1898-ci ilin noyabrında (“List. “Rab.”” № 9—10) “Rab. Mısl”ı tərifləmişdi. [LENİN] Məsələn, siyasi mübarizədə “mərhələlər nəzəriyyəsi” və ya “qorxaq dolanbaclıq” nəzəriyyəsi bu məqalədə belə ifadə olunur: “Siyasi tələblər, öz xarakteri etibarı ilə bütün Rusiya üçün ümumidirsə də, ilk zamanlarda” (bu 1900-cü ilin avqustunda yazılmışdır!) “fəhlələrin müəyyən təbəqəsinin (Sic!) iqtisadi mübarizədən əldə etdiyi təcrübəyə uyğun olmalıdır. Yalnız (!) həmin təcrübə əsasında siyasi təşviqata başlamaq mümkün və lazımdır” və i. a. (səh. 11). 4-cü səhifədə müəllif iqtisadi müxalifətdə, öz fikrincə, tamamilə əsassız hesab etdiyi ittihamlar əleyhinə çıxaraq həyəcanla deyir: “Hansı sosial-demokrat bilmir ki, Marksın və Engelsin təliminə görə ayrıayrı siniflərin iqtisadi mənafeyi tarixdə həlledici rol oynayır və, deməli,o cümlədən, proletariatın öz iqtisadi mənafeyi uğrunda apardığı mübarizə onun sinfi inkişafı və azadlıq mübarizəsi üçün birinci dərəcəli əhəmiyyətə malik olmalıdır?” (kursiv bizimdir). Bu “deməli” tamamilə yersizdir. İqtisadi mənafeyin həlledici rol oynamasından heç də, iqtisadi (=həmkarlar) mübarizənin birinci dərəcəli əhəmiyyətə malik olması kimi bir nəticə çıxmır, zira siniflərin ən mühüm, “həlledici” mənafeyi ümumiyyətlə ancaq əsaslı siyasi dəyişikliklər nəticəsində təmin oluna bilər; o cümlədən, proletariatın əsas iqtisadi mənafeyi, ancaq, burjuaziyanın diktaturasını proletariatın diktaturası ilə əvəz edən siyasi inqilab vasitəsi ilə təmin oluna bilər. B. Kriçevski “rus sosial-demokratiyası V. V.-lərinin” fikrini (—siyasət iqtisadiyyatın ardınca gedir və s.) və alman sosial-demokratiyası bernşteynçilərinin fikrini təkrar edir (məsələn, Voltman məhz bu cür fikir yeridib sübut etməyə çalışırdı ki, fəhlələr siyasi inqilab fikrinə düşməmişdən əvvəl, “iqtisadi qüvvə” kəsb etməlidirlər). [LENİN] Sosialistlər əleyhinə müstəsna qanun dövründə Almaniya sosial-demokrat partiyasının mərkəzi orqanı olan “Der Sozialdemokrat” (“Sosial-Demokrat”) qəzeti nəzərdə tutulur. Engelsin ideya rəhbərliyi qəzetin marksist məsləkini təmin edirdi. Müstəsna qanunun tətbiqi nəticəsində törənmiş ilk çaşqınlığa üstün gələn Almaniya fəhlə kütlələrinin mübariz əhvali-ruhiyyəsinin bu qəzetin fəaliyyəti üçün çox böyük əhəmiyyəti olmuşdur. Red. Merinq “Almaniya sosial-demokratiyasının tarixi” adlı öz kitabının bir paraqrafını Ein Jahr der Verwirrüng (qarışıqlıq ili) adlandırmışdır; bu paraqrafda o, yeni şəraitə uyğun “taktika-plan” seçilirkən sosialistlərin əvvəlcə göstərdikləri tərəddüd və qətiyyətsizliyi təsvir edir. [LENİN] “İskra”nın 1-ci №-sinin baş məqaləsindən. [LENİN] “Zarya”nın 1901-ci il aprel tarixli 1-ci №-sində, “Nartsis Tuporılov” imzası ilə dərc edilmiş “Ən yeni rus sosialistinin himni” adlı satirik şeir nəzərdə tutulur. Bu şeirdə “iqtisadçılar”, onların kortəbii hərəkata uyğunlaşması lağa qoyulmuşdu. Şeirin müəllifi Y. O. Martov idi. Red. O da unudulmamalıdır ki, “Əmək azadlığı” qrupu terror məsələsini “nəzəri cəhətdən” həll edirkən, qabaqkı inqilabi hərəkatın təcrübəsini ümumiləşdirmişdi. [LENİN] IIITRED-YUNİONİST SİYASƏTİ VƏ SOSİAL-DEMOKRAT SİYASƏTİYenə də “Rab. Delo”nun tərifənməsindən başlayaq. Martınov “İskra” ilə olan ixtilaflar barəsində “Raboçeye Delo”nun 10-cu №-sindəki məqaləsinə: “İfşa ədəbiyyatı və proletar mübarizəsi” sərlövhəsi vermişdir. “Biz onun (fəhlə partiyasının) inkişaf yolunu kəsən qaydaları təkcə ifşa etməklə kifayətlənə bilmərik. Biz proletariatın ən yaxın və gündəlik mənafeyini də müdafiə etməliyik” (səh. 63) – bu ixtilafların mahiyyətini o belə şərh etmişdir. “...“İskra”... felən inqilabi müxalifətin orqanıdır, qaydalarımızı, başlıca olaraq siyasi qaydalarımızı ifşa edən bir orqandır... Biz isə fəhlə işi uğrunda, proletar mübarizəsi ilə sıx üzvi əlaqə saxlamaqla işləyirik və işləyəcəyik” (yenə orada). Bu formul üçün Martınova təşəkkür etməmək olmaz. Bu formul görkəmli bir ümumi maraq kəsb edir, zira, əslində, təkcə “R. Delo” ilə bizim aramızdakı ixtilafları deyil, siyasi mübarizə məsələsində “iqtisadçılarla” bizim aramızda olan ümumiyyətlə bütün ixtilafları da əhatə edir. Biz artıq göstərdik ki, “iqtisadçılar” “siyasəti” qəti inkar etmirlər, ancaq daim büdrəyib siyasətin sosial-demokrat anlayışından tred-yunionist anlayışına keçirlər. Martınov da eyni ilə bu cür büdrəyir, buna görə də biz məhz onu həmin məsələdə “iqtisadçı” yanılmalarının nümunəsi kimi götürməyə razıyıq. Onu nümunə seçmək üstündə – biz bunu göstərməyə çalışacağıq – nə ““Rab. Mısl”a ayrıca əlavə”nin müəllifləri, nə “Özünü azadetmə qrupu” intibahnaməsinin müəllifləri, nə də “İskra”nın 12ci №-sindəki “iqtisadçı” məktubunun müəllifləri bizdən narazı qalmağa haqlı olmazlar.a) Siyasi təşviqat və onun iqtisadçılar tərəfindən məhdudlaşdırılmasıHamıya məlumdur ki, rus fəhlələrinin iqtisadi1 mübarizəsinin geniş yayılması və möhkəmlənməsi ilə yanaşı olaraq iqtisadi ifşalar (fabrik və peşə ifşaları) “ədəbiyyatı” yaranmışdır. “Vərəqələr”in başlıca məzmunu fabrik qaydalarını ifşa etməkdən ibarət idi və çox keçmədən fəhlələr arasında ifşa məsələsinə əsl bir həvəs oyandı. Fəhlələr özlərinin dilənçi güzəranı, hədsiz dərəcədə ağır əməyi və hüquqsuz vəziyyəti haqqında sosial-demokrat dərnəklərinin bütün həqiqəti söyləyən yeni növ vərəqələr vermək istədiyini və verə bildiyini gördükdə, onlar fabrik və zavodlardan, demək olar, xəbərlər yağdırmağa başladılar. Bu “ifşa ədəbiyyatı” yalnız həmin vərəqədə qaydaları tənqid olunan fabrikdə deyil, ifşa edilmiş faktlar haqqında az-çox xəbər çatan bütün fabriklərdə də çox böyük bir gurultu qoparırdı. Müxtəlif müsəssiələrdə və müxtəlif peşələrdə işləyən fəhlələrin ehtiyac və fəlakətləri isə çox cəhətdən bir-birinin eyni olduğuna görə, “fəhlə həyatı haqqında doğru söz” hamını valeh edirdi. Ən geridə qalmış fəhlələr arasında “çap olunmaq” üçün əsl bir həvəs oyandı, bu – soyğunçuluq və zülm üzərində qurulmuş bütün müasir ictimai qaydaya qarşı müharibənin başlanğıc formasına olan nəcib bir həvəs idi. “Vərəqələr” də çox-çox hallarda həqiqətən müharibə elan etmək demək idi, çünki ifşalar son dərəcə həyəcanlandırıcı təsir göstərirdi, ən eybəcər biabırçılıqların aradan qaldırılmasını bütün fəhlələrin tələb etməsinə və tətillər vasitəsi ilə bu tələbləri müdafiə etməyə hazır olduqlarını bildirməsinə səbəb olurdu. Nəhayət, fabrikçilərin özləri də müharibə elan edilməsi demək olan bu vərəqələrin əhəmiyyətini o qədər başa düşmüşdülər ki, çox vaxt işin gəlib müharibə dərəcəsinə çatmasını istəmirdilər. İfşalar, həmişə olduğu kimi, təkcə öz meydana gəlməsi ilə qüvvət kəsb etmiş və qüdrətli bir mənəvi təzyiq əhəmiyyəti qazanmışdı. Dəfələrlə elə olurdu ki, vərəqənin təkcə meydana gəlməsi, tələblərin hamısının və ya bir qisminin ödənilməsi üçün kifayət edirdi. Bir sözlə, iqtisadi ifşalar (fabrik ifşaları) iqtisadi mübarizədə mühüm bir vasitə idi və indi də belə bir vasitə olaraq qalmaqdadır. Həm də nə qədər ki, fəhlələrin labüd surətdə özlərini müdafiə etməsinə səbəb olan kapitalizm vardır, ifşaların bu əhəmiyyəti də qalacaqdır. Ən qabaqcıl Avropa ölkələrində hələ indi də görmək olar ki, daldabucaq yerdə olan bir “peşədəki” və ya evdə işləmənin hamılıqca unudulmuş bir sahəsindəki biabırçılıqları ifşa etmək sinfi şüurun oyanması üçün, həmkarlar mübarizəsinin başlanması və sosializmin yayılması üçün başlanğıc nöqtəsi olur2.Son zamankı rus sosial-demokratlarının böyük əksəriyyəti, demək olar, tamamilə həmin fabrik ifşalarını təşkil etmək işi ilə məşğul idi. Bu məşğul olmanın nə dərəcəyə çatdığını və bu işin özlüyündə, mahiyyətcə, hələ sosial-demokrat fəaliyyəti deyil, ancaq tred-yunionist fəaliyyəti olduğunun unudulduğunu görmək üçün “Rab. Mısl”ı xatırlamaq kifayətdir. İfşalar əslində ancaq müəyyən bir peşədə işləyən fəhlələrin öz sahibkarlarına qarşı münasibətini əhatə edirdi və nəticəsi də ancaq bundan ibarət olurdu ki, iş qüvvəsini satanlar bu “əmtəəni” daha əlverişli satmağı və alıcı ilə xalis alver sazişi zəminində mübarizə etməyi öyrənirdilər. Bu ifşalar (inqilabçılar təşkilatı bunlardan müəyyən surətdə istifadə etdikdə) sosial-demokrat fəaliyyətinin başlanğıcı və tərkib hissəsi ola bilərdi, lakin eyni zamanda “yalnız-həmkarlar” mübarizəsinə və qeyri-sosial-demokrat fəhlə hərəkatına doğru da apara bilərdi (kortəbiiliyə pərəstiş edildikdə isə aparmalı idi). Sosial-demokratiya fəhlə sinfinin yalnız iş qüvvəsini satmaq üçün əlverişli şərait əldə etmək uğrundakı mübarizəsinə rəhbərlik etmək deyil, yoxsulları varlılara satılmağa məcbur edən ictimai quruluşun məhv edilməsi uğrundakı mübarizəsinə də rəhbərlik edir. Sosial-demokratiya fəhlə sinfini, onun müəyyən sahibkarlar qrupuna olan münasibəti cəhətdən deyil, müasir cəmiyyətin bütün siniflərinə, mütəşəkkil bir siyasi qüvvə olan dövlətə münasibəti cəhətdən təmsil edir. Buradan aydındır ki, sosial-demokratlar nəinki yalnız iqtisadi mübarizə ilə kifayətlənə bilməzlər, hətta yol verə bilməzlər ki, iqtisadi ifşaların təşkili onların başlıca fəaliyyəti olsun. Biz fəhlə sinfinə siyasi tərbiyə vermək, onun siyasi şüurunu inkişaf etdirmək işinə fəal surətdə girişməliyik. Buna indi, “İskra” ilə “Zarya” tərəfindən “iqtisadçılıq” üzərinə edilən birinci hücumdan sonra “hamı şərikdir” (hərçənd, bu saat görəcəyik ki, bəziləri yalnız sözdə şərikdirlər).Sual olunur, bəs siyasi tərbiyə nədən ibarət olmalıdır? Fəhlə sinfinin mütləqiyyətə düşmən olması ideyasını təbliğ etməklə kifayətlənmək olarmı? Əlbəttə, yox. Fəhlələrin siyasi zülm altında olduğunu izah etmək kifayət deyildir (necə ki, onların mənafeyinin sahibkarların mənafeyinə əks olduğunu izah etmək kifayət deyildi). Bu zülmün hər bir konkret təzahürü ətrafında təşviqat aparmaq lazımdır (necə ki, biz iqtisadi zülmün konkret təzahürləri ətrafında təşviqat aparmağa başlamışdıq). Bu zülm isə cəmiyyətin ən müxtəlif siniflərinə toxunduğundan, ən müxtəlif həyat və fəaliyyət sahələrində, həm peşə, həm ümumi vətəndaşlıq, həm şəxsi, həm ailə, həm din, həm elm və sairə və sairə sahələrinə təzahür etdiyindən, aydın deyilmi ki, mütləqiyyəti siyasi cəhətdən hərtərəfli ifşa etmək işinin təşkilini öz üzərimizə götüməsək, fəhlələrin siyasi şüurunu inkişaf etdirmək vəzifəmizi yerinə yetirmiş olmarıq? Axı zülmün konkret təzahürləri ətrafında təşviqat aparmaq üçün bu təzahürləri ifşa etmək lazımdır (necə ki, iqtisadi təşviqat aparmaq üçün fabrikdəki biabırçılıqları ifşa etmək lazım gəlirdi)?Gərək ki, bu aydındır? Lakin məhz buradaca məlum olur ki, siyasi şüuru hərtərəfli inkişaf etdirməyin lüzumuna “hamı” ancaq sözdə şərikdir. Məhz buradaca məlum olur ki, məsələn, “Rab. Delo” nəinki hərtərəfli siyasi ifşalar təşkil etmək (və ya bunun təşkilinə başlamaq) vəzifəsini öz öhdəsinə götürməmişdi, hətta bu vəzifənin ifasına girişən “İskra”nı da geri çəkməyə başlamışdı. Dinləyin: “Fəhlə sinfinin siyasi mübarizəsi ancaq” (heç də ancaq deyil) “iqtisadi mübarizənin ən çox inkişaf etmiş geniş və həqiqi formasıdır” (“Rab. Delo”nun proqramı, “R. D.” № 1, səh. 3). “İndi sosial-demokratların qarşısında belə bir vəzifə durur ki, nə vasitə ilə iqtisadi mübarizənin özünə mümkün qədər siyasi xarakter verilsin” (Martınov 10-cu №-də, səh. 42). “İqtisadi mübarizə kütləni fəal siyasi mübarizəyə cəlb etmək üçün ən geniş tətbiq edilə bilən bir vasitədir” (İttifaq qurultayının qətnaməsi və “düzəlişlər”: “İki qurultay”, səh. 11 və 17). Oxucunun gördüyü kimi, bütün bu müddəalar “Rab. Delo” lap əmələ gələndən ta son “redaksiya təlimatları”nadək onun əsas müddəaları olmuşdur və aydındır ki, bunların hamısı siyasi təşviqata və mübarizəyə eyni bir baxışı ifadə edir. İndi bu baxışa, bütün “iqtisadçılar” arasında hakim olan fikir, yəni, siyasi təşviqat iqtisadi təşviqatın ardınca getməlidir – deyən fikir nöqteyi-nəzərindən baxın. Bu doğrudurmu ki, iqtisadi mübarizə kütlələri siyasi mübarizəyə cəlb etmək üçün ümumiyyətlə3 “ən geniş tətbiq edilə bilən bir vasitədir”? Qətiyyən doğru deyildir. Heç də yalnız iqtisadi mübarizə ilə əlaqədar olan təzahürlər deyil, polis zülmünün və mütləqiyyət azğınlığının bütün və hər cür təzahürləri də belə bir “cəlbetmə” üçün eyni dərəcədə “geniş tətbiq edilə bilən” vasitədir. Zemstvo rəisləri və kəndlilərə cismani cəza verilməsi, məmurların rüşvətxorluğu və polisin şəhər “qara camaatı ilə” rəftarı, aclarla mübarizə və xalqın işığa və biliyə olan həvəsini boğmaq, zorla vergi almaq və təriqətçiləri təqib etmək, əsgərlərə qaba və ağır təlim vermək, tələbələrlə və liberal ziyalılarla əsgər kimi rəftar etmək – “iqtisadi” mübarizə ilə bilavasitə əlaqədar olmayan bütün bu və min cür bu kimi zülm təzahürləri nə səbəbə siyasi təşviqat üçün və kütlələri siyasi mübarizəyə cəlb etmək üçün ümumiyyətlə az “geniş tətbiq edilə bilən” bir vasitə və əsas sayılır? Məhz əksinə: həyatda fəhlənin hüquqsuzluqdan, azğınlıq və zorakılıqdan əzab çəkdiyi (özünə, yaxud yaxın adamlarına edilən zülmdən əzab çəkdiyi) hallar sırasında məhz həmkarlar mübarizəsinə qarşı polis zülmü halları, şübhəsiz, ancaq cüzi bir azlıq təşkil edir. Nə üçün gərək vasitələrdən təkcə biri “ən geniş tətbiq edilə bilən” bir vasitə elan edilərək, siyasi təşviqatın vüsəti qabaqcadan məhdudlaşdırılsın, bir halda ki, sosial-demokrat bu vasitələrlə yanaşı olaraq başqa, ümumiyyətlə eyni dərəcədə “geniş tətbiq edilə bilən” vasitələrdən də istifadə etməlidir?Çox-çox qədim zamanlarda (bir il bundan əvvəl!..) “Rab. Delo” yazmışdı: “ən yaxın siyasi tələblər kütlələr üçün bir və ya, heç olmazsa, bir neçə tətildən sonra”, “hökumət polisi və jandarmları işə saldıqdan sonra mümkün olur” (№ 7, səh. 15, avqust 1900-cü il). Bu opportunist mərhələlər nəzəriyyəsi indi İttifaq tərəfindən artıq rədd edilmişdir; həmin İttifaq bizə güzəşt edib deyir: “lap əvvəldən ancaq iqtisadi zəmin üzərində siyasi təşviqat aparmağa heç bir lüzum yoxdur” (“İki qurultay”, səh. 11). Rus sosial-demokratiyasının gələcək tarixçisi bizim “iqtisadçıların” sosializmi nə dərəcədə alçaltdıqlarını hər cür uzun-uzadı danışıqlardan daha yaxşı, “İttifaqın” öz köhnə yanılmalarının bir hissəsini təkcə bu cür inkar etməsindən görəcəkdir! Lakin siyasəti məhdudlaşdırmanın bir formasından bu cür əl çəkmək bahasına bizi məhdudlaşdırmanın başqa bir formasına razı olmağa vadar edə biləcəyini düşünmək İttifaq tərəfindən nə böyük bir sadədillik idi! Daha məntiqli olmazdımı, burada da deyiləydi ki, iqtisadi mübarizəni mümkün qədər daha geniş aparmaq lazımdır, iqtisadi mübarizədən həmişə siyasi təşviqat üçün istifadə etmək lazımdır, lakin kütlələri fəal siyasi mübarizəyə cəlb etmək üçün iqtisadi mübarizəni ən geniş tətbiq edilə bilən bir vasitə hesab etməyə “heç bir lüzum yoxdur”?İttifaq ona əhəmiyyət verir ki, o, Yəhudi Fəhlə İttifaqının (Bundun)4 4-cü qurultayının müvafiq qətnaməsində yazılmış “ən yaxşı vasitə” ifadəsini “ən geniş tətbiq edilə bilən bir vasitə” ifadəsi ilə əvəz etmişdir. Biz bu iki qətnamədən hansının daha yaxşı olduğunu söyləməkdə, doğrusu, çətinlik çəkərdik: bizim fikrimizcə, ikisi də pisdir. İttifaq da, Bund da burada büdrəyərək (qismən, ola bilər, hətta düşünmədən, ənənə təsiri altında) siyasəti iqtisadçıcasına, tred-yunionistcəsinə təfsir edirlər. Bunun: “ən yaxşı” ifadəsi iləmi, yoxsa: “ən geniş tətbiq edilə bilən” ifadəsi ilə deyilməsi əslində məsələni qətiyyən dəyişdirmir. Əgər İttifaq desəydi ki, “iqtisadi zəmin üzərində siyasi təşviqat” ən geniş tətbiq edilən (“tətbiq edilə bilən” yox) bir vasitədir, – onda bizim sosial-demokrat hərəkatımızın inkişafındakı müəyyən bir dövr barəsində haqlı olardı. O məhz “iqtisadçılar” barəsində, 1898–1901-ci illərdəki praktiklərdən bir çoxlarının (bəlkə də çoxunun) barəsində haqlı olardı, çünki bu praktik “iqtisadçılar”, doğrudan da siyasi təşviqatı demək olar, yalnız iqtisadi zəmin üzərində tətbiq edirdilər (onlar bunu ümumiyyətlə tətbiq edirdilərsə!). Bu cür siyasi təşviqatı “Rab. Mısl” da, “Özünü azadetmə qrupu” da, gördüyümüz kimi, qəbul edir və hətta məsləhət görürdülər! “Rab. Delo” gərək, faydalı iqtisadi təşviqat işi aparılmaqla yanaşı olaraq siyasi mübarizənin zərərli bir surətdə məhdudlaşdırılmasını qəti pisləyəydi, amma bunun əvəzində o, (“iqtisadçılar” tərəfindən) ən geniş tətbiq edilən bir vasitəni ən geniş tətbiq edilə bilən bir vasitə elan edir! Təəcüblü deyildir ki, biz bu adamları “iqtisadçı” adlandırdıqda, onların əlacı kəsilib bizi həm “fırıldaqçı”, həm “pozğunluq salan”, həm “papa nümayəndəsi”, həm “iftiraçı”5 adlandırmaqla söyüb yamanlayır, hamının və hər kəsin qarşısında ağlayıb deyirlər ki: “indi qətiyyən heç bir sosial-demokrat təşkilatı “iqtisadçılığa” tərəfdar deyildir”6. Ay bu böhtançılar, yaman siyasətçidirlər! Onlar bütün bu “iqtisadçılığı” bəlkə də qəsdən uydurmuşlar ki, təkcə öz insansevməzlikləri üzündən adamları bərk təhqir etsinlər?Sosial-demokratiyanın qarşısına: “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” kimi bir vəzifə qoyulmasının Martınovun dilində nə kimi konkret, real mənası vardır? İqtisadi mübarizə, iş qüvvəsini satmağın əlverişli şərtləri uğrunda, fəhlələrin əmək və həyat şəraitini yaxşılaşdırmaq uğrunda fəhlələrin sahibkarlara qarşı kollektiv mübarizəsidir. Bu mübarizə zərurət nəticəsi olaraq, həmkarlar mübarizəsidir, çünki müxtəlif peşələrdə əmək şəraiti son dərəcə müxtəlifdir və deməli, həmin şəraitin yaxşılaşdırılması uğrunda aparılan mübarizə də peşələr üzrə (Qərbdə həmkarlar ittifaqları tərəfindən, Rusiyada müvəqqəti həmkarlar birləşmələri və vərəqələri tərəfindən və s.) aparılmaya bilməz. Deməli, “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” yenə də həmin həmkarlar tələblərinin, yenə də həmin peşə əmək şəraitinin yaxşılaşdırılması tələbinin (öz məqaləsinin sonrakı, 43-cü səhifəsində Martınovun dediyi kimi) “qanunlar vermək və inzibati tədbirlər görmək” vasitəsi ilə həyata keçirilməsinə çalışmaq deməkdir. Bütün fəhlə həmkarlar ittifaqları məhz belə edirlər və həmişə də belə etmişlər. Kamil alim (və “kamil” opportunist) olan ər-arvad Vebblərin əsərinə baxın, onda görərsiniz ki, ingilis fəhlə ittifaqları, “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” vəzifəsini artıq lap çoxdan dərk etmişlər və həyata keçirirlər, lap çoxdan bəridir ki, tətillər azadlığı uğrunda, kooperativ və həmkarlar hərəkatı yolunda duran bütün və hər cür yuridik maneələrin aradan qaldırılması uğrunda, qadınları və uşaqları müdafiə edən qanunlar verilməsi uğrunda, sanitariya və fabrik qanunları verilməsi vasitəsi ilə əmək şəraitinin yaxşılaşdırılması və s. uğrunda mübarizə aparırlar.Beləliklə, “olduqca” dərin mənalı və inqilabi görünən dəbdəbəli bir ibarənin – “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” ibarəsinin arxasında, mahiyyətcə, ənənəvi bir cəhd, sosial-demokrat siyasətini tred-yunionist siyasəti dərəcəsinə endirmək cəhdi gizlənir! Guya, “ehkamı inqilabiləşdirməyi həyatı inqilabiləşdirməkdən yüksək”7 tutan “İskra”nın birtərəfliliyini islah etmək pərdəsi altında bizə yeni bir şey adı ilə iqtisadi islahatlar uğrunda mübarizə təqdim edirlər. Doğrudan da: “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” ibarəsində iqtisadi islahatlar uğrunda mübarizədən başqa heç bir şey yoxdur. Əgər Martınov öz sözlərinin mənasını yaxşıca düşünsəydi, özü də bu sadə nəticəyə gələ bilərdi. Martınov özünün ən ağır topunu “İskra”ya qarşı çevirib deyir: “Partiyamız iqtisadi istismar əleyhinə, işsizlik əleyhinə, aclıq və i. a. əleyhinə qanunlar verilməsi və inzibati tədbirlər görülməsi barəsində hökumətin qarşısına konkret tələblər qoya bilərdi və qoymalı idi” (“R. D.”nin 10-cu №-sində səh. 42–43). Tədbirlər görülməsi barəsində konkret tələblər vermək – məgər ictimai islahatlar tələb etmək deyilmi? Ona görə biz qərəzsiz oxuculardan bir daha soruşuruq ki, raboçeyedeloçular (ağızlara düşmüş bu kobud sözü işlətdiyimə görə məni bağışlasınlar!) iqtisadi islahatlar uğrunda mübarizə zərurəti tezisini özləri ilə “İskra” arasında bir ixtilaf kimi irəli sürdükləri zaman biz onları gizli bernşteynçi adlandırdıqda onlara böhtanmı atmış oluruq?İnqilabçı sosial-demokratiya islahatlar uğrunda mübarizəni həmişə öz fəaliyyətinə daxil etmişdir və etməkdədir. Lakin inqilabçı sosial-demokratiya “iqtisadi” təşviqat aparmaqla hökumət qarşısında nəinki hər cür tədbirlər görmək tələbi qoyur, habelə (və ən əvvəl) onun mütləqiyyət hökuməti olmaqdan əl çəkməsi tələbini də irəli sürür. Bundan başqa, inqilabçı sosial-demokratiya hökumət qarşısında bu tələbi yalnız iqtisadi mübarizə zəminində deyil, ictimai-siyasi həyatın ümumiyyətlə bütün təzahürləri zəminində də irəli sürməyi özünə vəzifə bilir. Bir sözlə, inqilabçı sosial-demokratiya islahatlar uğrunda mübarizəni, hissə tama tabe olduğu kimi, azadlıq uğrunda, sosializm uğrunda aparılan inqilabi mübarizəyə tabe edir. Martınov isə mərhələlər nəzəriyyəsini başqa bir şəkildə dirildir və siyasi mübarizənin, necə deyərlər, hökmən iqtisadi yolla inkişaf etdirilməsini qəti təklif etməyə çalışır. İnqilabi yüksəliş dövründə islahatlar uğrunda mübarizənin guya xüsusi bir “vəzifə” olduğunu meydana atan Martınov bununla partiyanı geriyə çəkir və həm “iqtisadi”, həm də liberal opportunizmə kömək etmiş olur.Sonra. İslahatlar uğrunda mübarizəni utana-utana “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” kimi dəbdəbəli bir tezis arxasında gizlədən Martınov təkcə inqilabi islahatları (və hətta təkcə fabrik islahatlarını) xüsusi bir şey kimi irəli sürmüşdür. Bunu o nə üçün etmişdir, bilmirik. Bəlkə diqqətsizlik nəticəsində etmişdir? Lakin əgər o, “fabrik” islahatları ilə bərabər başqa islahatları da nəzərdə tutsaydı, o halda onun indicə qeyd etdiyimiz bütün tezisinin bir mənası qalmazdı. Bəlkə ona görə belə etmişdir ki, hökumət tərəfindən yalnız iqtisadi sahədə “güzəştlər” ola biləcəyini mümkün və ehtimal hesab edir?8 Əgər belədirsə, onda bu qəribə bir yanılmadır: güzəştlər çubuqla döymək haqqında, pasport haqqında, ödənc tədiyələri haqqında, təriqətçilik haqqında, senzura haqqında və s. və s. haqqında qanunlar vermək sahəsində də mümkündür və olur. “İqtisadi” güzəştlər (və ya saxta güzəştlər) hökumət üçün, əlbəttə, hər şeydən ucuz və hər şeydən əlverişlidir, zira hökumət bununla fəhlə kütlələri arasında özünə etimad qazanmağa ümid edir. Lakin məhz buna görə də biz sosial-demokratlar heç bir halda və qətiyyən heç şeylə belə bir fikrə (və ya anlaşılmazlığa) yol verməməliyik ki, guya iqtisadi islahatlar bizim üçün daha qiymətlidir, guya biz məhz bunları ən mühüm bir şey hesab edirik və s. Martınov qanunlar vermək və inzibati tədbirlər görmək barəsində yuxarıda irəli sürmüş olduğu konkret tələblər haqqında deyir: “Bu cür tələblər boş bir söz olmazdı, çünki bunlar hiss olunan müəyyən nəticələr ümidi verdiyindən, fəhlə kütləsi həmin tələblərə fəal tərəfdar olardı”... Biz “iqtisadçı” deyilik, əsla! Biz ancaq, cənab Bernşteynlər, Prokopoviçlər, Struvelər, R. M.-lər və tutti quanti!9 kimi, konkret nəticələrin “hiss olunması” qarşısında qul kimi diz çökürük! Biz ancaq (Narsis Tuporılovla birlikdə) başa salırıq ki, “hiss olunan nəticələr ümidi” verməyən hər şey “boş sözdür”! Biz ancaq elə danışırıq ki, guya fəhlə kütləsi mütləqiyyətə qarşı hər cür protestə, hətta özünə qətiyyən heç bir hiss olunan nəticə ümidi verməyən protestə də fəal tərəfdar olmağa qabil deyildir (və öz filisterliyini fəhlə kütləsinin boynuna yıxanların əksinə olaraq, öz qabiliyyətini hələ sübut etməmişdir)!Heç olmazsa, işsizliyə və aclığa qarşı “tədbirlər” haqqında Martınovun özünün göstərdiyi misalları götürün. “Raboç. Delo”, öz vədinə görə, “hiss olunan nəticələr ümidi verən” “qanunlar vermək və inzibati tədbirlər görmək barəsində konkret (qanun layihələri şəklindəmi?) tələblər” hazırlamaq və düzəltməklə məşğul olduğu bir zamanda, “həmişə ehka-mı inqilabiləşdirməyi həyatı inqilabiləşdirməkdən yüksək tutan” “İskra” işsizliyin bütün kapitalizm quruluşu ilə qırılmaz surətdə əlaqədar olduğunu izah etməyə çalışırdı, “aclıq gəlir” deyə xəbərdarlıq edirdi, polisin “aclara qarşı mübarizəsini” və biabırçı “müvəqqəti katorqa qaydalarını” ifşa edirdi, bu zaman “Zarya” aclığa həsr edilmiş “Daxili icmalın” bir hissəsini, təşviqat kitabçası olaraq, ayrıca buraxırdı. Lakin, allah göstərməsin, bu islahedilməz-məhdud ortodokslar, “həyatın özünün” tələblərinə qarşı kar olan ehkamçılar bu işdə nə qədər “birtərəfli” idilər! Onların məqalələrindən heç birində – ay aman! – heç bir, təsəvvür edin: “hiss olunacaq nəticələr ümidi verən” qətiyyən heç bir “konkret tələb” yox idi! Yazıq ehkamçılar! Onları Kriçevskilərə və Martınovlara vermək lazımdır ki, öyrətsinlər, onları inandırsınlar ki, taktika artmaqda olanın artması prosesidir və i. a. və iqtisadi mübarizənin özünə siyasi xarakter vermək lazımdır!“Fəhlələrin sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizəsinin (“hökumətə qarşı iqtisadi mübarizə”!!) özünü bilavasitə inqilabi əhəmiyyətindən başqa bir də o əhəmiyyəti vardır ki, bu mübarizə daim fəhlələri özlərinin siyasi hüquqsuzluğu məsələsinə rast gətirir” (Martınov, səh. 44). Biz bu sitatı artıq yuxarıda deyilənləri yüzüncü və mininci dəfə təkrar etməkdən ötrü deyil, ondan ötrü gətiririk ki, bu yeni və son dərəcə gözəl formul üçün Martınova xüsusi təşəkkür edək: “Fəhlələrin sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizəsi”. Nə gözəldir! “İqtisadçılar” arasındakı bütün ayrı-ayrı ixtilaflar və çalar fərqləri nə böyük bir məharətlə, nə böyük bir ustalıqla kənar edilərək10 “iqtisadçılığın” bütün mahiyyəti: fəhlələri “ümumi mənafe uğrunda, yəni bütün fəhlələrin vəziyyətini yaxılaşdırmaq uğrunda apardıqları siyasi mübarizəyə”11 çağırmaq, mərhələlər nəzəriyyəsi, sonra da qurultayın “ən geniş tətbiq edilmək” haqqındakı qətnaməsi və sairədən ibarət bütün mahiyyəti burada qısa və aydın bir müddəa ilə ifadə edilmişdir. “Hökumətə qarşı iqtisadi mübarizə” – məhz tredyunionist siyasətidir və bu siyasət sosial-demokrat siyasətindən hələ çox-çox uzaqdır.b) Martınovun Plexanovu dərinləşdirməsi əhvalatıBir dəfə bir yoldaş “iqtisadçılığa” meyl edən adamlardan çoxunun hökmən “öz ağlı ilə” böyük həqiqətlərə (məsələn, iqtisadi mübarizənin fəhlələri hüquqsuzluq məsələsinə rast gətirməsi kimi həqiqətlərə) çatmağa və bunu edirkən, inqilabi fikrin və inqilabi hərəkatın keçmiş inkişafı nəticəsində əldə edilmiş nə varsa, hamısını dahi zəka sahibinə məxsus böyük bir saymazlıqla etinasız buraxmağa qeyri-adi dərəcədə meyl göstərməsini nəzərdə tutaraq demişdi: “Son zamanlar bizdə nə çox sosial-demokrat Lomonosovları meydana gəlmişdir!”. Lomonosov–Martınov da məhz bu cür zəka sahibidir. Onun “Növbəti məsələlər” məqaləsinə nəzər salın, onda görərsiniz ki, o, Akselrodun artıq çoxdan söyləmiş olduqlarına (Akselrod barəsində bizim Lomonosov, əlbəttə, tamamilə sükut edir) “öz ağlı ilə” necə yaxınlaşır; görərsiniz ki, o, məsələn, burjuaziyanın bu və ya digər təbəqələrinin müxalifətinə bizim etinasızlıq göstərə bilmədiyimizi necə anlamağa başlayır (“R. D.” № 9, səh. 61, 62, 71 – “R. Delo” redaksiyasının Akselroda “Cavab”ı ilə müqayisə et, səh. 22, 23–24) və s. Lakin – heyhat! – ancaq “yaxınlaşır” və ancaq “başlayır”, bundan artıq bir şey etmir, zira Akselrodun fikrini o yenə də hələ o dərəcə anlamamışdır ki, “fəhlələrin sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizəsindən” danışır. “Rab. Delo” üç ildən bəri (1898–1901) var qüvvəsi ilə çalışırdı ki, Akselrodu anlasın, amma – amma yenə də anlamamışdır! Bəlkə bunun da səbəbi yenə odur ki, sosialdemokratiya, “bəşəriyyət kimi”, həmişə öz qarşısına yalnız həyata keçirilə bilən vəzifələr qoyur?Lakin Lomonosovları fərqləndirən onların təkcə çox şeyi bilmədikləri deyil (belə olsaydı, hələ dərd yarı idi!), habelə odur ki, onlar öz nadanlıqlarını da dərk etmirlər. Bu isə artıq əsl bəladır və bu bəla üzündən onlar dərhal Plexanovu “dərinləşdirməyə” başlayırlar.“Plexanov adı çəkilən kitabçanı (“Rusiyada aclıqla mübarizədə sosialistlərin vəzifələri haqqında” kitabçasını), – deyə Lomonosov–Martınov yazır, – yazdığı zamandan bəri xeyli vaxt keçmişdir. 10 il ərzində fəhlə sinfinin iqtisadi mübarizəsinə rəhbərlik etmiş olan sosial-demokratlar... partiya taktikasını nəzəri cəhətdən geniş surətdə əsaslandırmağa hələ macal tapmamışdılar. İndi bu məsələ yetişmişdir və əgər biz partiya taktikasını nəzəri cəhətdən bu cür əsaslandırmaq istəsəydik, şübhəsiz ki, vaxtı ilə Plexanovun şərh etdiyi taktika prinsiplərini dərinləşdirməli olardıq... İndi biz təbliğat ilə təşviqat arasındakı fərqə Plexanovun vermiş olduğu tərifdən başqa cür tərif verməli olardıq” (Martınov bir az bundan qabaq Plexanovun bu sözlərini qeyd etmişdir: “təbliğatçı bir şəxsə və ya bir neçə şəxsə çoxlu ideya verir, təşviqatçı isə yalnız bir, yaxud yalnız bir neçə ideya verir, amma bu ideyaları o, bir yığın adama verir”). “Təbliğat dedikdə biz bütün hazırkı quruluşun və ya onun ayrı-ayrı təzahürlərinin inqilabi nöqteyi-nəzərdən aydınlaşdırılmasını nəzərdə tutardıq, – həm də bunun tək-tək adamlar üçünmü, yoxsa geniş kütlə üçün anlaşılan bir formada aydınlaşdırılmasının fərqi yoxdur. Təşviqat dedikdə biz sözün dürüst mənasında (sic!) kütləni müəyyən konkret hərəkətlərə çağırmağı və proletariatın ictimai həyata bilavasitə inqilabi tərzdə qarışmasına yardım göstərməyi nəzərdə tutardıq”.Rus sosial-demokratiyasını – habelə beynəlxalq sosial-demokratiyanı da – daha dürüst, daha dərin yeni terminologiya, Martınov terminologiyası münasibəti ilə təbrik edirik. Bu vaxtadək biz (Plexanovla, habelə beynəlxalq fəhlə hərəkatının bütün başçıları ilə birlikdə) belə güman edirdik ki, əgər təbliğatçı, məsələn, həmin işsizlik məsələsini götürürsə, böhranların kapitalist təbiətini izah etməlidir, müasir cəmiyyətdə bu böhranların labüdlüyünün səbəbini göstərməlidir, müasir cəmiyyəti sosializm cəmiyyətinə çevirmək zərurətini təsvir etməlidir və i. a. Bir sözlə, təbliğatçı “çoxlu ideya” verməlidir, o qədər çoxlu ki, dərhal bu ideyaların hamısını, məcmusunu ancaq (nisbətən) az adam mənimsəyə bilər. Təşviqatçı isə yenə həmin məsələdən danışırkən, öz dinləyicilərinin hamısına ən çox məlum olan və ən qabarıq bir misal – tutaq ki, işsiz bir ailənin acından qırılmasını, yoxsulluğun artmasını və s. – götürüb var qüvvə ilə çalışır ki, hamıya və hər kəsə məlum olan bu faktdan istifadə edərək, “kütləyə” bir ideya: sərvətin artması ilə yoxsulluğun artması arasındakı ziddiyyətin mənasızlığı ideyasını versin, çalışıb bu hədsiz ədalətsizliyə qarşı kütlədə narazılıq və hiddət oyatsın; həmin ziddiyyətin mükəmməl izahını isə təbliğatçının öhdəsinə buraxır. Buna görə də təbliğatçı başlıca olaraq mətbu söz vasitəsi ilə, təşviqatçı isə canlı söz vasitəsi ilə iş görür. Təşviqatçıdan tələb olunan keyfiyyətlər təbliğatçıdan tələb olunmur. Məsələn, Kautski ilə Lafarqı biz təbliğatçı, Bebel ilə Gedi isə təşviqatçı adlandıra bilərik. Əməli fəaliyyətə üçüncü bir sahə və ya vəzifə ayırmaq və “kütləni müəyyən konkret hərəkətlərə çağırmağı” bu vəzifəyə daxil etmək isə ən böyük bir mənasızlıqdır, zira “çağırış” təkcə bir əməliyyat olmaqla, ya təbii və labüd olaraq həm nəzəri əsəri, həm təbliğat kitabçasını, həm də təşviqat nitqini tamamlayır, ya da xalis bir icra vəzifəsi təşkil edir. Doğrudan da, misal üçün, alman sosial-demokratlarının indi taxıl gömrükləri əleyhinə mübarizəsini götürün. Nəzəriyyəçilər gömrük siyasətinə dair tədqiqat əsərləri yazaraq, misal üçün, ticarət müqavilələri uğrunda və ticarət azadlığı uğrunda mübarizəyə “çağırırlar”; təbliğatçı eyni işi jurnalda, təşviqatçı isə camaat qarşısındakı nitqlərində görür. Bu halda kütlənin “konkret hərəkətləri”, taxıl gömrüklərinin artırılmaması haqqında reyxstaqa verilən petisiyaları imzalamaqdan ibarətdir. Bu hərəkətlərə dolaylı yol ilə çağıranlar nəzəriyyəçilərdir, təbliğatçı və təşviqatçılardır, bilavasitə – petisiya vərəqələrini fabriklərə və hər cür fərdi mənzillərə aparan fəhlələrdir. “Martınov terminologiyasına” görə belə çıxır ki, Kautski ilə Bebel – hər ikisi təbliğatçıdır, petisiya vərəqələrini aparıb imzaladanlar isə təşviqatçıdırlar, belə deyilmi?Almanları misal gətirəndə bir alman sözü – Verballhornung yadıma düşdü; rusca hərfiyyən balhornlaşdırma deməkdir. İvan Balhorn XVI əsrdə Leypsiqdə naşir imiş; o bir əlifba kitabı nəşr edir və adətən edildiyi kimi, kitabda bir xoruz şəkli də verir; amma ayaqları mahmızlı adi bir xoruz əvəzinə mahmızsız, yanında da iki yumurta olan bir xoruz şəkli verir. Kitabın üstündə isə: “İvan Balhornun təshih etdiyi nəşri” sözlərini yazır. Odur ki, o zamandan bəri almanlar əslində xarablaşdırmaqdan ibarət olan bu cür “təshihə” Verballhornung deyirlər. İndi də Martınovların Plexanovu necə “dərinləşdirdiyini” gördükdə, istər-istəməz Balhorn yada düşür...Bizim Lomonosov bu dolaşıqlığı nə üçün “icad” etmişdir? Bunu göstərmək üçün ki, “İskra” da, “on beş il bundan əvvəl Plexanovun etdiyi kimi, işin ancaq bir tərəfinə fikir verir” (39). “İskra”da, heç olmazsa hazırkı zamanda, təbliğat vəzifələri təşviqat vəzifələrini ikinci sıraya keçirir” (52). Bu son fikir Martınov dilindən ümumi insan dilinə tərcümə edilsə (zira bu yeni kəşf edilmiş terminologiyanı bəşəriyyət hələ qəbul etməmişdir), onda belə çıxar: “İskra” da siyasi təbliğat və siyasi təşviqat vəzifələri “hiss olunan müəyyən nəticələr ümidi verən” “qanunlar verilməsinə və inzibati tədbirlər görülməsinə dair hökumət qarşısında konkret tələblər qoymaq” (və ya əgər hələ böyüyüb Martınov səviyyəsinə çatmamış köhnə bəşəriyyətin köhnə terminologiyasını heç olmazsa bircə dəfə də işlətmək olarsa, ictimai islahatlar tələbi) vəzifəsini ikinci sıraya keçirir. Oxuculara təklif edirik, bu tezisi aşağıdakı parça ilə tutuşdursunlar.“Bu proqramlarda” (inqilabçı sosial-demokratların proqramlarında) “bizi heyrətə salan bir də budur ki, onlar fəhlələrin (bizdə mövcud olmayan) parlamentdə fəaliyyətinin üstünlüklərini daim ilk sıraya keçirir və eyni zamanda ölkəmizdə fabrikçilərin fabrik qanunvericiliyi məclislərində fəhlələrin iştirak etmələrinin... və ya heç olmazsa şəhər özünüidarəsində fəhlələrin iştirak etmələrinin əhəmiyyətinə (özlərinin inqilabi nihilizmi üzündən) tam etinasızlıq göstərirlər...”.Lomonosov–Martınovun öz ağlı ilə gəlib çatdığı eyni fikri bu parçanın müəllifi bir az daha düz, daha aydın və açıq ifadə edir. Bu müəllif isə ““Rab. Mısl”ın ayrıca əlavəsi”ndə (səh. 15) yazan R. M.-dir.c) Siyasi ifşalar və “inqilabi fəallıq tərbiyəsi”Martınov “fəhlə kütləsinin fəallığını yüksəltmək” haqqında öz “nəzəriyyəsini” “İskra”ya qarşı irəli sürməklə həqiqətdə bu fəallığı azaltmağa çalışdığını büruzə vermişdir, zira o bütün “iqtisadçıların” da təzim etdiyi eyni iqtisadi mübarizəni həmin fəallığın oyadılması üçün ən münasib, xüsusilə mühüm, “ən geniş tətbiq edilə bilən” bir vasitə və sahə elan etmişdir. Həmin yanılmanın səciyyəvi cəhəti məhz ondadır ki, bu heç də təkcə Martınova xas deyildir. Həqiqətdə isə “fəhlə kütləsinin fəallığını yüksəltməyə” biz yalnız o şərtlə nail ola bilərik ki, “iqtisadi zəmin üzərində siyasi təşviqat” ilə kifayətlənməyək. Siyasi təşviqatın labüddən genişləndirilməsi üçün əsas şərtlərdən biri isə hərtərəfli siyasi ifşalar təşkil etməkdir. Kütlələrdə siyasi şüur və inqilabi fəaliyyət məhz bu kimi ifşalardan başqa heç bir vasitə ilə tərbiyə edilə bilməz. Ona görə də bu cür fəaliyyət bütün beynəlxalq sosial-demokratiyanın ən mühüm vəzifələrindən birini təşkil edir, zira siyasi azadlıq da bu ifşaları əsla aradan qaldırmır, ifşaların ancaq istiqamət sahəsini bir qədər dəyişdirir. Məsələn, Almaniya partiyası məhz siyasi ifşalar kampaniyasını böyük bir ciddiyyətlə davam etdirmək sayəsində öz mövqelərini xüsusilə möhkəmləndirir və nüfuzunu genişləndirir. Əgər fəhlələr bütün və hər cür özbaşınalıq və zülm hallarına, zorakılıq və cinayət hallarına, – bu hallar hər hansı sinif tərəfindən baş verirsə versin, – öz münasibətini bildirməyə, həm də heç bir başqa nöqteyi-nəzərdən deyil, məhz sosial-demokrat nöqteyi-nəzərindən bildirməyə alışdırılmamışlarsa, fəhlə sinfinin şüuru həqiqətən siyasi şüur ola bilməz. Əgər fəhlələr konkret, həm də hökmən mühüm (aktual) siyasi faktlar və hadisələr əsasında başqa ictimai siniflərin hər birini, bu siniflərin əqli, mənəvi və siyasi həyatının bütün təzahürlərini müşahidə etməyi öyrənməsələr, əhali içərisindəki bütün siniflərin, təbəqə və qrupların fəaliyyət və həyatının bütün cəhətlərini təcrübədə materialistcəsinə təhlil etməyi və bunlara materialistcəsinə qiymət verməyi öyrənməsələr, fəhlə kütlələrinin şüuru həqiqətən sinfi şüur ola bilməz. Kim fəhlə sinfinin diqqətini, müşahidə və şüurunu yalnız və ya, heç olmazsa, başlıca olaraq bu sinfin özünə yönəldir, – o, sosial-demokrat deyildir, zira fəhlə sinfinin mənlik şüuru müasir cəmiyyətdəki bütün siniflərin qarşılıqlı münasibəti haqqında tam aydın nəzəri təsəvvürlərin olması ilə... daha doğrusu, nəzəri təsəvvürlərdən daha çox siyasi həyat təcrübəsi əsasında hasil edilmiş ən aydın təsəvvürlərin olması ilə də sıx əlaqədardır. Bax buna görə də bizim “iqtisadçıların” təbliğat aparıb: iqtisadi mübarizə kütlələrin siyasi hərəkata cəlb olunması üçün ən geniş tətbiq edilə bilən bir vasitədir deməsi öz əməli mənası etibarı ilə olduqca zərərli və olduqca mürtəce bir təbliğatdır. Sosial-demokrat olmaq üçün fəhlə gərək mülkədarın və keşişin, əyanın və kəndlinin, tələbənin və səfilin iqtisadi təbiətini və ictimai-siyasi simasını aydın təsəvvür etsin, onların güclü və zəif cəhətlərini bilsin, hər bir sinfin və hər bir təbəqənin öz eqoist meyllərini və öz əsl “iç üzünü” pərdələmək üçün işlətdiyi ibarələri və hər cür sofizmləri başa düşməyi bacarsın, bu və ya başqa bir mənafeyi hansı təsisatların və qanunların əks etdirdiyini və məhz necə əks etdirdiyini başa düşə bilsin. Bu “aydın təsəvvürü” isə heç bir kitabçadan əldə etmək olmaz: bunu ancaq hazırda ətrafımızda nələr olduğunun, hamının və hər kəsin təklikdə nələr danışdığının və ya, heç olmazsa, pıçıldaşdığının, filan hadisələrdə, filan rəqəmlərdə, filan məhkəmə hökmlərində və sairədə, və sairədə, və sairədə nələr ifadə olunduğunun canlı mənzərəsi və bunlar haqqında isti-isti tərtib olunmuş ifşalar verə bilər. Bu hərtərəfli siyasi ifşalar kütlələrdə inqilabi fəallıq tərbiyə etmək üçün zəruri və əsas şərtdir.Səbəb nədir ki, polisin xalqla vəhşicəsinə rəftar etməsi barəsində, təriqətçilərin təqib edilməsi, kəndlilərin döyülməsi barəsində, senzuranın törətdiyi biabırçılıqlar, əsgərlərə işgəncə verilməsi, ən zərərsiz mədəni təşəbbüslərin boğulması və s. barəsində rus fəhləsi hələ az inqilabi fəallıq göstərir? Bəlkə səbəb odur ki, “iqtisadi mübarizə” onu bu işə “sövq” etmir, bu iş ona az “hiss olunan nəticələr” “ümidi verir”, az “müsbət şey” verir? Yox, təkrar edirik ki, belə bir fikir ancaq günahı özgənin boynuna qoymaqdır, öz filisterliyini (həm də bernşteynçiliyini) fəhlə kütləsinin üstünə yıxmaqdır, bundan başqa bir şey deyildir. Biz təqsiri ancaq özümüzdə, kütlələrin hərəkatından geridə qalmağımızda görməliyik, çünki bütün bu rəzalətlərin kifayət qədər geniş, aydın və sürətlə ifşa olunmasını hələ təşkil edə bilməmişik. Biz bunu etsək (bunu isə etməliyik və edə bilərik), onda ən avam bir fəhlə də başa düşər və ya hiss edər ki, tələbəni və təriqətçini, kəndlini və yazıçını təhqiredib tapdalayan da, məhz onun özünə həyatının hər addımındazülm edən, onu əzən eyni qara qüvvədir, bunu hiss etdikdən sonra isə o özü də öz fikrini bildirmək istər, böyük bir səylə bildirmək istər, bu halda o – bu gün senzorları haya basar, sabah kəndli qiyamını yatırmış qubernatorun evinin qabağında nümayiş edər, birisi gün isə müqəddəs inkvizisiya yolu ilə gedən cübbəli jandarmlara qulaqburması verər və i. a. Fəhlə kütlələri içərisinə hərtərəfli və təzə ifşalar çatdırmaq yolunda biz hələ çox az iş görmüşük, demək olar, heç bir iş görməmişik. Bizlərdən bir çoxu özünün bu vəzifəsini hələ heç dərk etmir və fabrik məişətinin dar çərçivəsi içərisində “adi gündəlik mübarizənin” ardınca kortəbii surətdə sürünür. Vəziyyət belə ikən: ““İskra”da parlaq və mükəmməl ideyalar təbliğinə nisbətən adi gündəlik mübarizənin irəliyə gedişinin əhəmiyyətini kiçiltmək meyli vardır” (Martınov, səh. 61) demək – partiyanı geriyə çəkmək deməkdir, bizim hazırlıqsızlığımızı, geriliyimizi müdafiə etmək və tərifləmək deməkdir.Kütləni hərəkətə çağırmağa gəldikdə isə, ciddi siyasi təşviqat, canlı və aydın ifşalar olduğu təqdirdə bu, özlüyündə əmələ gələcəkdir. Birincini cinayət başında tutmaq və dərhal hamının qarşısında və hər yerdə rüsvay etmək, – bu özlüyündə hər bir “çağırışdan” daha yaxşı təsir edir, bəzən elə möhkəm təsir edir ki, sonra baş çıxarmaq olmur, camaatı “çağıran” əslində kim olmuşdur, bu və ya başqa nümayiş planını irəli sürən əslində kim olmuşdur və s. Hərəkətə çağırmaq – sözün ümumi mənasında deyil, konkret mənasında çağırmaq – ancaq hərəkət yerində mümkündür, ancaq o adam çağıra bilər ki, özü də bu saat hərəkətə qoşulub gedir. Bizim işimiz, sosial-demokrat publisistlərinin işi isə siyasi ifşaları və siyasi təşviqatı dərinləşdirmək, genişləndirmək və qüvvətləndirməkdir.Yeri gəlmişkən, “çağırışlar” haqqında. Yaz hadisələrindən əvvəl fəhlələri tələbələrin əsgərliyə verilməsi kimi bir məsələyə, yəni fəhləyə qətiyyən heç bir hiss olunan nəticələr ümidi verməyən bir məsələyə fəal surətdə qarışmağa çağıran yeganə orqan “İskra” idi. “183 tələbənin əsgərliyə verilməsi” haqqında 11 yanvar tarixli sərəncam elan edildikdə “İskra” dərhal bu barədə bir məqalə dərc etdi (№ 2, fevral) və hələ heç bir nümayiş başlanmamışdan, açıqca olaraq “fəhləni tələbəyə yardım etməyə” çağırdı, “xalqı”, cəsarət edib meydan oxumağa başlayan hökumətə aydın cavab verməyə çağırdı. Biz hamıdan və hər kəsdən soruşuruq: belə bir görkəmli hadisəni necə və nə ilə izah etməli ki, “çağırışlardan” bu qədər bəhs edən, hətta “çağırışları” fəaliyyətin xüsusi bir növü kimi göstərən Martınov həmin çağırışdan bir kəlmə də olsun bəhs etməmişdir? Bundan sonra Martınovun: “İskra” “hiss olunan nəticələr ümidi verən” tələblər uğrunda mübarizəyə kifayət qədər “çağırmır” deyə onu birtərəfli elan etməsi filisterlik deyilmi?Bizim “iqtisadçılar”, o cümlədən də “Raboçeye Delo” geridə qalmış fəhlələrə uyğunlaşmaq sayəsində müvəffəqiyyət qazanırdılar. Lakin sosial-demokrat fəhlə, inqilabçı fəhlə (belə fəhlələrin sayı isə getdikcə artır) bütün bu “hiss olunan nəticələr ümidi verən” tələblər uğrunda mübarizə etmək və sairə haqqındakı danışıqları hiddətlə rədd edər, zira başa düşər ki, bu ancaq köhnə bayatının, manat üstünə bir qəpik bayatısının yeni variantıdır. Belə bir fəhlə “R. Mısl”dan və “Rab. Delo”dan olan öz məsləhətçilərinə deyər: cənablar, siz əbəs yerə ortalığa atılıb, bizim özümüzün də öhdəsindən gələ bildiyimiz bir işə hədsiz canfəşanlıqla qarışır və öz əsl vəzifələrinizi yerinə yetirməkdən yayınırsınız. Deyirsiniz ki, sosial-demokratların vəzifəsi iqtisadi mübarizənin özünə siyasi xarakter verməkdir, axı bu heç də ağıllı bir söz deyildir; bu ancaq başlanğıcdır və sosial-demokratların başlıca vəzifəsi bu deyildir, zira bütün dünyada, o cümlədən Rusiyada da çox vaxt polis özü iqtisadi mübarizəyə siyasi xarakter verməyə başlayır, fəhlələrin özləri anlamağa başlayırlar ki, hökumət kimlərin tərəfini saxlayır12.Sizin, sanki Amerikanı kəşf etməyiniz kimi, dilinizdən düşməyən bu: “fəhlələrin sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizəsini”, Rusiyanın bir çox daldabucaq yerlərində, tətillərdən xəbəri olan, sosializm haqqında isə, demək olar, heç bir şey eşitməyən fəhlələrin özləri aparırlar. Axı sizin hamınızın, hiss olunan nəticələr ümidi verən konkret tələblər irəli sürməklə biz fəhlələrdə yaratmaq istədiyiniz “fəallıq” artıq bizdə vardır və biz özümüz öz gündəlik peşəmizdə, xırda işimizdə bu konkret tələbləri çox vaxt ziyalıların heç bir yardımı olmadan irəli sürürük. Lakin bu cür bir fəallıq bizim üçün azdır; biz uşaq deyilik ki, bizə daim “iqtisadi” siyasət horrası yedirdəsiniz; biz başqalarının da bildikləri hər şeyi bilmək istəyirik, biz siyasi həyatın bütün cəhətləri ilə ətraflı tanış olmaq, bütün və hər cür siyasi hadisədə fəal iştirak etmək istəyirik. Buna görə də qoy ziyalılar bizim özümüzün də bildiyimiz şeyləri az təkrar etsinlər13, qoy bizə hələ bilmədiyimiz şeyi, öz fabrik təcrübəmizdən, “iqtisadi” təcrübəmizdən heç bir zaman öyrənə bilməyəcəyimiz şeyi versinlər, yəni: bizə daha çox siyasi bilik versinlər. Siz ziyalılar, özünüz üçün belə bilik əldə edə bilərsiniz və borcunuzdur ki, bu biliyi bizə indiyədək olduğundan yüz qat, min qat artıq çatdırasınız, həm də yalnız danışıq, kitabça və məqalələr şəklində deyil (bunlar çox vaxt, – bağışlayın, açıq deyəcəyəm! – bir qədər cansıxıcı olur), məhz bu saat həyatın bütün sahələrində bizim hökumətin və bizim hakim siniflərin nələr etdiklərini canlı bir surətdə ifşa etmək şəklində, hökmən bu şəkildə verəsiniz. Bu vəzifənizi bir qədər artıq səylə yerinə yetirin və “fəhlə kütləsinin fəallığını yüksəltməkdən” az dəm vurun. Bizim fəallığımız sizin güman etdiyinizdən olduqca çoxdur və biz hətta heç bir “hiss olunan nəticələr” ümidi verməyən tələbləri də açıq mübarizə, küçə mübarizəsi vasitəsi ilə müdafiə etməyi bacarırıq! Həm də siz bizim fəallığımızı “yüksəldə” bilməzsiniz, çünki məhz sizin özünüzün fəallığınız heç çatışmır. Cənablar, kortəbiiliyə az pərəstiş edin, öz fəallığınızı yüksəltmək üzərində çox düşünün!ç) İqtisadçılıqla terrorçuluq arasında ümumi cəhət nədir?Yuxarıda qeyddə biz təsadüfən həmrəy çıxmış bir “iqtisadçı” ilə sosial-demokrat olmayan bir terrorçunu müqayisə etdik. Lakin ümumiyyətlə desək, bunların arasında təsadüfi deyil, zəruri bir daxili əlaqə vardır ki, biz bu barədə aşağıda hələ bəhs etməli olacağıq və bu barədə məhz inqilabi fəallıq tərbiyə etmək məsələsi ilə əlaqədar olaraq bəhs etmək lazımdır. “İqtisadçılarla” müasir terrorçuların bir ümumi kökü vardır, oda məhz kortəbiiliyə həmin pərəstişdən ibarətdir ki, qabaqkı fəsildə biz bundan bəhs edirkən onun ümumi bir hal olduğunu göstərmişdik, indi isə biz onun siyasi fəaliyyət və siyasi mübarizə sahəsindəki təsirini gözdən keçiririk. İlk baxışda bizim bufikrimiz paradoks görünə bilər: çünki “adi gündəlik mübarizəni” təkidlə qeyd edən adamlarla ayrı-ayrı şəxsləri ən fədakar mübarizəyə çağıran adamlar arasında zahirən çox böyük fərq görünür. Lakin bu paradoks deyildir. “İqtisadçılarla” terrorçular kortəbii axının müxtəlif qütblərinə pərəstiş edirlər: “iqtisadçılar” – “xalis fəhlə hərəkatının” kortəbiiliyinə, terrorçular isə inqilabi fəaliyyəti fəhlə hərəkatı ilə bir tam halında birləşdirməyi bacarmayan və ya birləşdirməyə imkanı olmayan ziyalıların ən coşqun hiddətinin kortəbiiliyinə pərəstiş edirlər. Kim bu imkana etiqadını itirmişsə və ya buna heç bir zaman inanmamışsa, ona öz hiddət hissini və inqilabi coşğunluğunu büruzə vermək üçün doğrudan da terrordan savayı başqa bir yol tapmaq çətindir. Beləliklə, göstərdiyimiz məsləklərin hər ikisində kortəbiiliyə pərəstiş, məşhur “Credo” proqramını həyata keçirməyə başlamaqdan savayı bir şey deyildir: fəhlələr “sahibkarlara və hökumətə qarşı öz iqtisadi mübarizələrini” aparırlar (“Credo” müəllifi bizi bağışlasın ki, onun fikrini Martınovun sözləri ilə ifadə edirik! Zənnimizcə, buna haqqımız vardır, zira “Credo”da da deyilir ki, fəhlələr iqtisadi mübarizədə “siyasi rejimə rast gəlirlər”) – ziyalılar isə öz qüvvələri ilə söz yox ki, terror vasitəsi ilə siyasi mübarizə aparırlar. Bu tamamilə məntiqi və labüd bir nəticədir ki, həmin proqramı həyata keçirməyə başlayanlar bu nəticənin labüdlüyünü özləri dərk etməsələr də, bu nəticə üzərində israr etməmək olmaz. Siyasi fəaliyyətin özünə məxsus bir məntiqi vardır və bu məntiq heç də ən yaxşı niyyətlə ya terrora çağıranların və ya iqtisadi mübarizənin özünə siyasi xarakter verməyə çağıranların şüurundan asılı deyildir. Cəhənnəm xoş niyyətlə yaradılmışdır, bu məsələdə də xoş niyyətlər hələ heç də “ən az müqavimət xətti ilə”, xalis burjua proqramı olan “Credo” xətti ilə kortəbiiliyə uymağın qarşısını almır. Habelə o da təsadüfi deyildir ki, bir çox rus liberalları – açıq liberallar da, marksist donu geyinənlər də – bütün qəlbdən terrora rəğbət bəsləyirlər və hazırda terrorçuluq əhvali-ruhiyyəsinin yüksəlməsinə yardım etməyə çalışırlar. Fəhlə hərəkatına məhz hərtərəfli yardım etməyi, lakin proqramına terror daxil etməyi və özünü sosial-demokratiyadan, necə deyərlər, xilas etməyi öz qarşısına məqsəd qoyan“Svoboda14 inqilabçı sosialist qrupu” əmələ gəldikdə, – bu fakt sosial-demokrat səndələmələrinin bu kimi nəticələr verəcəyini hələ 1897-ci ilin axırlarında hərfiyyən qabaqcadan xəbər verən (“Müasir vəzifələr və taktika məsələsinə dair”) və özünün məşhur “iki perspektivinin” ilkin qeydlərini yazan P. B. Akselrodun diqqətəlayiq uzaqgörənliyini bir daha təsdiq etdi. Rus sosial-demokratları arasında bütün sonrakı mübahisələr və ixtilaflar isə bitki toxumu içində mövcud olduğu kimi, həmin iki perspektivin daxilində mövcuddur15.Göstərilən nöqteyi-nəzərdən bu da aydın olur ki, “iqtisadçılığın” kortəbiiliyindən yaxasını qurtara bilməyən “Rab. Delo” terrorçuluğun kortəbiiliyindən də yaxasını qurtara bilməmişdir.Terroru müdafiə üçün “Svoboda” tərəfindən irəli sürülmüş qəribə dəlili burada qeyd etmək çox maraqlı olar. “Svoboda” terrorun qorxuducu rolunu “tamamilə inkar edir” (“İnqilabçılığın dirçəlməsi”, səh. 64), lakin bunun müqabilində terrorçuluğun “ekssitativ (həyəcanlandırıcı) əhəmiyyətini” irəli sürür. Bu, əvvələn, terrordan yapışmağa məcbur edən ənənəvi (sosial-demokratiyadan qabaqkı) ideyalar silsiləsinin pozulma və süqut mərhələlərindən biri olmaq etibarı ilə səciyyəvidir. İndi hökuməti daha terrorla “qorxutmaq” – beləliklə də, onunsıralarına pozğunluq salmaq mümkün deyildir deyə təsdiq etmək, əslində, terroru bir mübarizə sistemi olmaq etibarı ilə, proqramın müqəddəs saydığı bir fəaliyyət sahəsi olmaq etibarı ilə tamamilə pisləmək deməkdir. İkincisi, bu, “kütlələrdə inqilabi fəallıq tərbiyə etmək” işində bizim vacib vəzifələrimizi anlamamaq nümunəsi olmaq etibarı ilə daha çox səciyyəvidir. “Svoboda” terroru fəhlə hərəkatını “həyəcanlandırmaq”, ona “güclü təkan” vermək vasitəsi olaraq təbliğ edir. Öz-özünü bundan daha aydın bir surətdə rədd edən bir dəlil təsəvvür etmək çətindir! Sual olunur, rus həyatında məgər biabırçılıqlar azdırmı ki, xüsusi “həyəcanlandırıcı” vasitələr uydurmağa ehtiyac olsun? Digər tərəfdən, bir adam ki hətta rus həyatındakı özbaşınalıqlardan da həyəcana gəlmir və gətirilmir, o halda aydın deyilmi ki, belə bir adam hökumətin bir ovuc terrorçu ilə əlbəyaxa vuruşmasına da “burnunu qurdalaya-qurdalaya” baxacaqdır? Elə iş də burasındadır ki, rus həyatının rəzalətləri fəhlə kütlələrini çox həyəcana gətirir, amma biz xalq həyəcanının, rus həyatından sızan, bizim hamımızın təsəvvür edib düşündüyümüzdən ölçülməz dərəcədə çox sızan bütün damlalarını və kiçik axınlarını, məhz bir böyük sel halında birləşdirilməsi lazım gələn bu damlaları və kiçik axınları, əgər belə demək olarsa, yığmağı, bir yerə toplamağı bacarmırıq. Bunun həyata keçirilə bilən bir vəzifə olduğunu fəhlə hərəkatının olduqca artması və yuxarıda qeyd etdiyimiz kimi, fəhlələrin siyasi ədəbiyyata böyük həvəs göstərməsi qəti sübut edir. Terrora çağırmaq, habelə iqtisadi mübarizənin özünə siyasi xarakter verməyə çağırmaq isə rus inqilabçılarının ən vacib vəzifəsindən: hərtərəfli siyasi təşviqat aparılmasını təşkil etmək vəzifəsindən yayınmağın müxtəlif formalarıdır. “Svoboda” təşviqatı terrorla əvəz etmək istəyərək, açıqca etiraf edir ki, “kütlələr içərisində güclü, ciddi bir təşviqat başlandıqda, terror öz ekssitativ (həyəcanlandırıcı) rolunu oynamış olacaqdır” (“İnqilabçılığın dirçəlməsi”, səh. 68). Bu məhz onu göstərir ki, yaz hadisələrinin16 açıqca sübut etdiyinə baxmayaraq, terrorçular da, “iqtisadçılar” da kütlələrin inqilabi fəallığını kifayət qədər qiymətləndirmirlər, həm də terrorçular, süni “həyəcanlandırıcı” vasitələr axtarmağa başlayır, “iqtisadçılar” isə “konkret tələblərdən”danışırlar. Terrorçular da, “iqtisadçılar” da siyasi təşviqat və siyasi ifşaların təşkili işində özlərinin fəallığını artırmağa kifayət qədər fikir vermirlər. Bu işi isə nə indi, nə də bir başqa zamanda heç bir digər işlə əvəz etmək olmaz.Tələbələrin və fəhlələrin kütləvi inqilabi çıxışları 1901-ci ilin fevral-martında Peterburqda, Moskvada, Kiyevdə, Xarkovda, Kazanda, Tomskda və Rusiyanın digər şəhərlərində baş vermiş siyasi nümayişlər, yığıncaqlar, tətillər nəzərdə tutulur. Hərəkat əvvəlcə akademik tələblərlə məhdudlaşsa da, sonradan inqilabi-siyasi tələbə hərəkatına çevrilmişdi. Qabaqcıl fəhlələr tərəfindən dəstəklənən hərəkat rus cəmiyyətinin bütün təbəqələrində rəğbətlə qarşılanmışdı. Red.d) Fəhlə sinfi demokratiya uğrunda qabaqcıl mübarizdirBiz gördük ki, ən geniş siyasi təşviqat aparmaq və deməli, hərtərəfli siyasi ifşalar təşkil etmək, fəaliyyətin – əgər bu fəaliyyət həqiqətən sosial demokrat fəaliyyətidirsə – şübhəsiz, zəruri və hər şeydən çox zəruri vəzifəsidir. Lakin biz bu nəticəni çıxarırkən ancaq fəhlə sinfinin siyasi biliyə və siyasi tərbiyəyə olan ən zəruri ehtiyacını əsas tutduq. Halbuki məsələnin yalnız bu cür qoyulması çox məhdud olardı, ümumiyyətlə hər bir sosial-demokratiyanın və xüsusən müasir rus sosial-demokratiyasının ümumdemokratik vəzifələri etinasız buraxılmış olardı. Bu müddəanı mümkün qədər daha konkret aydınlaşdırmaqdan ötrü işə “iqtisadçı” üçün ən “yaxın” cəhətdən, yəni əməli cəhətdən yanaşmağa çalışaq. Fəhlə sinfinin siyasi şüurunu inkişaf etdirməyin zəruri olduğuna “hamı şərikdir”. Sual olunur, bunu necə etməli və bunu etmək üçün nə lazımdır? İqtisadi mübarizə fəhlələri ancaq hökumətin fəhlə sinfinə münasibəti məsələlərinə “sövq edir”, buna görə də biz “iqtisadi mübarizənin özünə siyasi xarakter vermək” vəzifəsi üzərində hər nə qədər çalışsaq da, bu vəzifə çərçivəsi daxilində fəhlə sinfinin siyasi şüurunu heç bir zaman (sosial-demokratiya siyasi şüuru dərəcəsinədək) inkişaf etdirə bilmərik, zira bu çərçivənin özü dardır. Martınovun formulunun bizim üçün qiymətli olması heç də Martınovun işi dolaşdırmaq bacarığını göstərdiyinə görə deyil, ona görədir ki, həmin formul bütün “iqtisadçıların” əsas səhvini qabarıq şəkildə ifadə edir, bu səhv isə onların belə bir əqidəsindən ibarətdir ki, guya fəhlələrin sinfi siyasi şüurunu onların iqtisadi mübarizəsinin, necə deyərlər, içərisindən, yəni yalnız (və ya heç olmazsa, başlıca olaraq) bu mübarizəni əsas tutaraq, yalnız (və ya heç olmazsa, başlıca olaraq) bu mübarizəyə əsaslanaraq inkişaf etdirmək mümkündür. Belə bir baxış kökündən səhvdir, – həm də məhz ona görə ki, “iqtisadçılar” onlara qarşı apardığımız mübahisə üstündə bizdən acıqlanaraq, ixtilafların mənbəyi haqqında yaxşıca düşünmək istəmirlər və nəticədə belə bir vəziyyət əmələ gəlir ki, biz bir-birimizi əsla anlamırıq, bir-birimizlə müxtəlif dillərdə danışırıq.Fəhləyə sinfi siyasi şüur ancaq xaricdən, yəni iqtisadi mübarizənin xaricindən, fəhlələrin sahibkarlara olan münasibətləri dairəsinin xaricindən gətirilə bilər. Bu biliyin əldə edilə biləcəyi yeganə sahə bütün siniflərin və təbəqələrin dövlətə, hökumətə münasibətləri sahəsidir, bütün siniflər arasındakı qarşılıqlı münasibətlər sahəsidir. Buna görə də, fəhlələrə siyasi bilik vermək üçün nə etməli? – sualına “iqtisadçılıq” meylində olan praktiklər hələ kənarda dursun, ümumiyyətlə, praktiklərin çox vaxt kifayətləndikləri tək bir cavabı, yəni: “fəhlələrin içərisinə getməli” cavabını vermək olmaz. Fəhlələrə siyasi bilik vermək üçün sosial-demokratlar əhalinin bütün sinifləri içərisinə getməli, öz ordusunun dəstələrini hər tərəfə göndərməlidirlər.Biz qəsdən belə sərt bir formul götürür və qəsdən belə sadə kəskin bir dillə danışırıqsa, bu heç də paradokslar söyləmək arzusundan irəli gəlmir, bunun səbəbi “iqtisadçıların” diqqətini onların bağışlanmaz surətdə etinasız buraxdıqları vəzifələrə, tred-yunionist siyasəti ilə sosial-demokrat siyasəti arasında olan və onların anlamaq istəmədikləri fərqə yaxşıca “cəlb etdirməkdir”. Buna görə də oxucudan xahiş edirik ki, qızışmayıb bizi axıradək diqqətlə dinləsin.Son illərdə ən çox yayılmış sosial-demokrat dərnəyi tipini götürün və onun işinə yaxından fikir verin. Onun “fəhlələrlə əlaqəsi” vardır və bununla kifayətlənərək vərəqələr nəşr edir; həmin vərəqələrdə fabriklərdəki qanunsuzluqlar, hökumətin kapitalistlərə tərəfgirlik göstərməsi və polislərin zorakılığı ifşa edilir; fəhlə yığıncaqlarında aparılan söhbətlər adətən eyni mövzulardan kənara çıxmır; inqilabi hərəkat tarixinə dair, Rusiyanın və Avropanın iqtisadi təkamülü və müasir cəmiyyətdə bu və ya başqa siniflərin vəziyyəti və s. məsələlərinə dair referatlar və müsahibələr son dərəcə az təsadüf olunan birşeydir, cəmiyyətin başqa sinifləri içərisində müntəzəm surətdə əlaqə yaratmaq və bu əlaqəni genişləndirmək üzərində heç kəs əsla düşünmür. Əslində, çox vaxt belə bir dərnəyin üzvləri xadim idealını siyasi rəhbər olan bir sosialistdən daha çox tred-yunion katibinə bənzər bir adam kimi təsəvvür edirlər. Zira hər bir tred-yunionun, məsələn, ingilis tred-yunionunun katibi həmişə fəhlələrə iqtisadi mübarizə aparmaqda yardım göstərir, fabrik ifşaları təşkil edir, tətil azadlığını, gözətçi postları qoymaq (həmin zavodda tətil olduğu haqqında hamını və hər kəsi xəbərdar etmək üçün) azadlığını sıxışdıran qanun və tədbirlərin ədalətsizliyini izah edir, xalqın burjua siniflərinə mənsub olan münsiflər məhkəməsinin tərəfgirliyini izah edir və sairə və sairə. Bir sözlə, hər bir tred-yunion katibi “sahibkarlara və hökumətəqarşı iqtisadi mübarizə” aparır və belə bir mübarizə aparılmasına yardım edir. Buna görə də dönə-dönə israr etmək lazımdır ki, bu hələ sosial-demokratizm deyildir, sosialdemokrat idealı tred-yunion katibi deyil, xalq tribunu olmalıdır, elə bir tribun ki, harada baş verdiyindən, hansı təbəqəyə və ya sinfə aid olduğundan asılı olmayaraq, bütün və hər cür özbaşınalıq və zülm təzahürlərini görüb bunlardan danışmağı bacarsın, bütün bu təzahürləri polis zorakılığının və kapitalist istismarının bir mənzərəsi şəklində ümumiləşdirməyi bacarsın, hər kiçik şeydən bacarıqla istifadə edərək öz sosialist əqidələrini və öz demokratik tələblərini hamının qarşısında şərh edə bilsin, proletariatın azadlıq mübarizəsinin ümumdünya tarixi əhəmiyyətini hamıyavə hər kəsə izah edə bilsin. Məsələn, Robert Nayt (əngüclü ingilis tred-yunionlarından biri olan qazançılar cəmiyyətinin məşhur katibi və rəhbəri) ilə Vilhelm Libknext kimi xadimləri müqayisə edin – və Martınovun “İskra” ilə öz ixtilaflarını ifadə etdiyi qarşılıqlı müqayisəni bunlara tətbiq edin. Siz görərsiniz ki, – mən Martınovun məqaləsini vərəqləməyə başlayıram, –R. Nayt daha çox “kütlələri müəyyən konkret hərəkətə çağırırdı” (39), V. Libknext isə “bütün hazırkı quruluşu və ya onun ayrı-ayrı təzahürlərini inqilabi tərzdə işıqlandırmaqla” daha çox məşğul olurdu (38-39); R. Nayt “proletariatın ən yaxın tələblərinin xülasəsini verir və bunları həyata keçirmək vasitələrini göstərirdi” (41), V. Libknext isə bunu da etməklə bərabər “eyni zamanda müxtəlif müxalifət təbəqələrinin fəal işinə rəhbərlik etməkdən”, “onlar üçün müsbət hərəkət proqramı verməkdən”17 də (41) imtina etmirdi; R. Nayt məhz “mümkün qədər, iqtisadi mübarizənin özünə siyasi xarakter verməyə “ çalışırdı (42) və “hökumət qarşısında müəyyən, hiss olunan nəticələr ümidi verən konkret tələblər qoymağı” gözəl bacarırdı (43), V. Libknext isə daha çox “birtərəfli” “ifşalarla” məşğul olurdu (40); R. Nayt “adi gündəlik mübarizənin irəliləməsinə” daha çox əhəmiyyət verirdi (61), V. Libknext isə – “parlaq və mükəmməl ideyalar təbliğinə” (61); V. Libknext rəhbərlik etdiyi qəzetdən məhz “bizim qaydaları, həm də başlıca olaraq, siyasi qaydaları, – çünki siyasi qaydalar əhalinin ən müxtəlif təbəqələrinin mənafeyi ilə toqquşur, – ifşa edən inqilabi müxalifət orqanı” yaradırdı, R. Nayt isə “fəhlə işi üçün proletar mübarizəsi ilə üzvi surətdə sıx əlaqədə işləyirdi” (63) – əgər “üzvi surətdə sıx əlaqə”, yuxarıda Kriçevskinin və Martınovun timsallarında öyrənmiş olduğumuz kortəbiiliyə pərəstiş mənasında anlaşılırsa – və “öz təsirinin dairəsini məhdudlaşdırırdı”, həm də, əlbəttə, Martınov kimi o da əmin idi ki, “bununla təsirin özünü mürəkkəbləşdirirdi” (63). Bir sözlə, görərsiniz ki, Martınov sosial-demokratiyanı de fakto tred-yunionizm dərəcəsinə endirir, səbəbi isə, əlbəttə, heç də sosial-demokratiyanın yaxşılığını istəmədiyi deyil, ancaq odur ki, zəhmət çəkib Plexanovu anlamaq əvəzində Plexanovu dərinləşdirməyə bir az tələsmişdir.Lakin şərhimizə qayıdaq. Biz dedik ki, sosial-demokrat əgər proletariatın siyasi şüurunun hərtərəfli inkişaf etdirilməsi zərurətinə yalnız sözdə tərəfdar deyilsə, “əhalinin bütün sinifləri içərisinə getməlidir”. Belə suallar meydana çıxır: bunu necə etməli? Bunun üçün qüvvəmiz varmı? Belə bir iş üçün bütün digər siniflər içərisində zəmin varmı? Bu, sinfi nöqteyi-nəzərdən uzaqlaşmaq və ya uzaqlaşmağa doğru getmək olmazmı? Bu suallar üzərində dayanaq.“Əhalinin bütün sinifləri içərisinə” biz həm nəzəriyyəçi sifəti ilə, həm təbliğatçı sifəti ilə, həm təşviqatçı sifəti ilə, həm də təşkilatçı sifəti ilə “getməliyik”. Sosial-demokratların nəzəri fəaliyyətinə ayrı-ayrı siniflərin ictimai və siyasi vəziyyətinin bütün xüsusiyyətlərini öyrənmək istiqaməti verilməli olduğuna heç kəs şübhə etmir. Lakin bu cəhətdən olduqca az iş görülür, fabrik həyatının xüsusiyyətlərini öyrənmək üçün görülən işə nisbətən qeyri-proporsional surətdə az iş görülür. Komitələrdə və dərnəklərdə siz, hətta hər hansı bir dəmir istehsalını xüsusi olaraq dərindən öyrənməklə məşğul olan damalara rast gələrsiniz, – lakin, demək olar, elə bir misal tapmazsınız ki, təşkilat üzvləri (çox vaxt olduğu kimi, cürbəcür səbəblərə görə, əməli işdən uzaqlaşmağa məcbur olanlar) bizim ictimai və siyasi həyatımızın digər əhali təbəqələri içərisində sosial-demokrat işi aparmaq üçün əsas ola biləcək hər hansı bir vacib məsələsinə dair material toplamaqla xüsusi olaraq məşğul olsunlar. Fəhlə hərəkatının müasir rəhbərlərindən çoxunun az hazırlıqlı olmasından bəhs edirkən, bu cəhətdən hazırlanmağı da qeyd etməmək olmaz, zira bu da “proletar mübarizəsi ilə üzvi surətdə sıx əlaqəni” “iqtisadçıcasına” anlamaqla əlaqədardır. Lakin başlıcası, əlbəttə, xalqın bütün təbəqələri içərisində təbliğat və təşviqat aparmaqdır. Qərbi Avropa sosial-demokratı üçün bu vəzifəni arzu edən hər kəsin gələ bildiyi xalq yığıncaqları və toplanışları asanlaşdırır, – parlament asanlaşdırır; burada sosial-demokrat bütün siniflərin deputatları qarşısında danışır. Bizdə nə parlament var, nə də yığıncaq azadlığı, – lakin buna baxmayaraq, biz sosial-demokratı dinləmək istəyən fəhlələr üçün yığıncaq düzəltməyi bacarırıq. Biz habelə əhalinin bütün və hər cür siniflərinin demokratı dinləmək istəyən nümayəndələri ilə də yığıncaqlar keçirməyi bacarmalıyıq. Zira kim işdə unutsa ki, “kommunistlər hər cür inqilabi hərəkata kömək edirlər” və buna görə biz öz sosialist əqidələrimizi bir dəqiqə də olsa gizlətmədən bütün xalqın qarşısında ümumdemokratik vəzifələri şərh və təkidlə qeyd etməliyik – kim bunu işdə unutsa, o, sosial-demokrat deyildir. Kim işdə unutsa ki, hər cür ümumdemokratik məsələni irəli sürməkdə, kəskinləşdirməkdə və həll etməkdə özü hamıdan qabaqda getməlidir, o, sosial-demokrat deyildir.“Buna hamı tamamilə şərikdir!” – deyə səbirsiz oxucu bizim sözümüzü kəsir – və “Rab. Delo”nun redaksiyası üçün son ittifaq qurultayında qəbul edilmiş yeni təlimatda açıqca deyilir: “İctimai və siyasi həyatın, ya bilavasitə ayrıca bir sinif olmaq etibarı ilə ya da azadlıq uğrunda mübarizədə bütün inqilabçı qüvvələrin avanqardı olmaq etibarı ilə proletariata toxunan bütün halları və hadisələri siyasi təbliğat və təşviqat aparmaq üçün əsas olmalıdır” (“İki qurultay”, səh. 17, kursiv bizimdir). Bəli, bunlar çox doğru və çox yaxşı sözlərdir və əgər “R. Delo” bunları başa düşsəydi, əgər bu sözlərlə yanaşı olaraq bunlara zidd gedən şeylər deməsəydi, biz tamamilə razı qalardıq. Axı özümüzü “avanqard”, qabaqcıl dəstə adlandırmaq azdır, elə hərəkət etmək lazımdır ki, qalan dəstələrin hamısı bizim irəlidə getdiyimizi görsün və bunu təsdiq etməyə məcbur olsun. Biz də oxucudan soruşuruq: qalan “dəstələrin” nümayəndələri doğrudandamı elə axmaqdırlar ki, “avanqard” barəsində bizim təkcə sözümüzə inansınlar? Belə bir konkret mənzərə təsəvvür edin. Elmli rus radikalları və ya liberal konstitusiyaçıları “dəstəsinə” bir sosial-demokrat gəlib deyir: biz avanqardıq; “indi bizim qarşımızda – mümkün qədər iqtisadi mübarizənin özünə necə siyasi xarakter vermək vəzifəsi durur”. Az-çox ağıllı bir radikal və ya konstitusiyaçı (rus radikalları və konstitusiyaçıları arasında isə ağıllı adamlar çoxdur) bu sözləri eşitdikdə ancaq gülümsəyər və deyər (əlbəttə, öz ürəyində deyər, zira o əksər hallarda təcrübəli diplomatdır): “amma bu “avanqard” adamdır ha! Heç onu da başa düşmür ki, axı fəhlələrin iqtisadi mübarizəsinin özünə siyasi xarakter vermək vəzifəsi – bizim vəzifəmizdir, burjua demokratiyasının qabaqcıl nümayəndələrinin vəzifəsidir. Axı, bütün Qərbi Avropa burjuaları kimi biz də fəhlələri siyasətə cəlb etmək istəyirik, lakin sosial-demokrat siyasətinə deyil, məhz tred-yunionist siyasətinə cəlb etmək istəyirik. Fəhlə sinfinin tred-yunionist siyasəti fəhlə sinfinin məhz burjua siyasətidir. Bu “avanqardın” isə öz vəzifəsi barəsindəki formulu məhz tred-yunionist siyasətinin formuludur! Buna görə də qoy onlar hətta özlərini istədikləri qədər sosial-demokrat adlandırsınlar. Doğrudan da, mən uşaq deyiləm ki, ad üstündə özümdən çıxam! Ancaq qoy bu zərərli ortodoks ehkamçıların təsiri altına düşməsinlər, qoy sosial-demokratiyanı şüursuz sürətdə tred-yunionist yoluna çəkənlər üçün “tənqid azadlığı” saxlasınlar!”.Həm də bizim konstitusiyaçı bildikdə ki, sosial-demokratiyanın avanqard olmasından danışan sosial-demokratlar hərəkatımızda, demək olar, bütünlüklə kortəbiiliyin hakim olduğu hazırkı zamanda dünyada hər şeydən çox “kortəbii ünsürün azaldılmasından” qorxurlar, “parlaq və mükəmməl ideyalar təbliğinə nisbətən adi gündəlik mübarizənin irəliyə gedişinin əhəmiyyətini azaltmaqdan” və sairədən və sairədən qorxurlar, bunu bildikdə onun xəfifcə gülümsəməsi bir qəhqəhəyə çevrilər! “Qabaqcıl” dəstə şüurluluğun kortəbiiliyi ötüb keçəcəyindən qorxur, uyğun düşünməyənləri də ümumi etirafa məcbur edəcək cəsarətli bir “plan” irəli sürməkdən qorxur! Olmaya onlar avanqard sözü ilə aryerqard sözünü dəyişik salırlar?Doğrudan da, Martınovun aşağıdakı mühakiməsinə diqqət verin. 40-cı səhifədə o deyir ki, “İskra”nın ifşa taktikası birtərəflidir, “biz hökumətə qarşı nə qədər etibarsızlıq və nifrət toxumu səpsək də, onu yıxmaq üçün kifayət qədər fəal ictimai coşqunluq yaratmağa müvəffəq olmayınca məqsədimizə nail ola bilmərik”. Yeri gəlmişkən, deyək ki, bu öz fəallığını əskiltməyə çalışmaqla kütlənin fəallığını artırmaq qayğısına qalmaq əhvalatı artıq bizə məlumdur. Lakin indi iş bunda deyildir. Martınov burada, deməli, inqilabi coşqunluqdan (“yıxmaq üçün”) danışır. Bəs o nə kimi bir nəticəyə gəlir? Adi vaxtlarda müxtəlif ictimai təbəqələr labüddən bir-birindən ayrılıqda hərəkət edirlər, “buna görə aydındır ki, biz sosial-demokratlar eyni zamanda müxtəlif müxalifət təbəqələrinin fəal işinə rəhbərlik edə bilmərik, onlara müsbət hərəkət proqramı verə bilmərik, onlara öz mənafeləri uğrunda nə kimi üsullarla gündəlik mübarizə aparmalı olduqlarını göstərə bilmərik... Liberal təbəqələr artıq özləri öz ən yaxın mənafeləri uğrunda fəal mübarizənin qayğısına qalarlar və bu mübarizə onları bizim siyasi rejim ilə üz-üzə gətirib toqquşdurar” (41). Beləliklə, Martınov inqilabi coşqunluqdan, mütləqiyyəti yıxmaq uğrunda fəal mübarizədən bəhs etməyə başlayaraq, dərhal həmkarlar coşqunluğuna, ən yaxın mənafe uğrunda fəal mübarizəyə sapır! Özlüyündə aydındır ki, biz tələbələrin, liberalların və sairənin öz “ən yaxın mənafeləri” uğrundakı mübarizəsinə rəhbərlik edə bilmərik, lakin, ey möhtərəm “iqtisadçı”, bundan ki, bəhs olunmurdu! Mütləqiyyəti yıxmaqda müxtəlif ictimai təbəqələrin mümkün və zəruri iştirakından bəhs olunurdu, “müxtəlif müxalifət təbəqələrinin” bu “fəal işinə” isə biz əgər “avanqard” olmaq istəyiriksə, nəinki rəhbərlik edə bilərik, hətta hökmən rəhbərlik etməliyik. Tələbələrimizin, liberallarımızın və sairənin “bizim siyasi rejim ilə üz-üzə gəlib toqquşmalarının” qayğısına nəinki təkcə onlar özləri qalarlar, bunun qayğısına hamıdan əvvəl və hamıdan artıq polisin özü və mütləqiyyət hökuməti məmurlarının özləri qalarlar. Lakin “biz” əgər qabaqcıl demokratlar olmaq istəyiriksə, çalışmalıyıq ki, əslində təkcə universitet qaydalarından, yaxud təkcə zemstvo qaydalarından və s. qaydalardan narazı olan adamların diqqətini bütün siyasi quruluşun yararsızlığı fikrinə sövq edək. Biz öz partiyamızın rəhbərliyi altında üzərimizə elə bir hərtərəfli siyasi mübarizə təşkil etmək vəzifəsi götürməliyik ki, bütün və hər cür müxalifət təbəqələri bu mübarizəyə və bu partiyaya əllərindən gələn qədər yardım edə bilsinlər və həqiqətən yardım etməyə başlasınlar. Biz praktik sosial-demokratlardan elə siyasi başçılar yetişdirməliyik ki, onlar bu hərtərəfli mübarizənin bütün təzahürlərinə rəhbərlik edə bilsinlər, lazım olan dəqiqədə həyəcana gəlmiş təbəqələrə də, narazı zemstvoçulara da, qəzəblənmiş təriqətçilərə də, incidilmiş xalq müəllimlərinə də və sairə və sairəyə də “müsbət hərəkət proqramı verməyi” bacarsınlar. Buna görə də Martınovun bu iddiası əsla düz deyildir ki, guya “onlar haqqında biz ancaq mənfi rolda, qaydaların ifşaçısı rolunda çıxış edə bilərik... Biz ancaq müxtəlif hökumət komissiyalarına onların bəslədiyi ümidlərin boş ümidlər olduğunu göstərə bilərik” (kursiv bizimdir). Bunu deməklə Martınov inqilabçı “avanqardın” həqiqi rolunun nədən ibarət olması məsələsində qətiyyən heç bir şey anlamadığını göstərir. Oxucu bunu nəzərə alsa, onda Martınovun bu aşağıdakı son sözlərinin həqiqi mənası ona aydın olar: ““İskra” bizim qaydaları, həm də başlıca olaraq, siyasi qaydaları ifşa edən inqilabi müxalifət orqanıdır, çünki bu qaydalar əhalinin ən müxtəlif təbəqələrinin mənafeyi ilə toqquşur. Biz isə fəhlə işi üçün proletar mübarizəsi ilə üzvi surətdə sıx əlaqədə işləyirik və işləyəcəyik. Öz təsirimizin dairəsini məhdudlaşdırmaqla biz bu təsirin özünü mürəkkəbləşdiririk” (63). Bu nəticənin həqiqi mənası budur: “İskra” fəhlə sinfinin tred-yunionist siyasətini (çox vaxt bizim praktiklərimiz anlaşılmazlıq nəticəsində, hazırlığın olmaması və ya əqidə üzündən bu siyasətlə kifayətlənirlər) sosial-demokrat siyasəti dərəcəsinə qaldırmaq istəyir. “Rab. Delo” isə sosial-demokrat siyasətini tred-yunionist siyasəti dərəcəsinə endirmək istəyir. Eyni zamanda da hələ hamını və hər kəsi inandırmağa çalışır ki, bu – “ümumi işlə tamamilə bir yerə sığa bilən mövqelərdir” (63). Ah, sancta simplicitas!18İrəli gedək. Əhalinin bütün sinifləri içərisində öz təbliğat və təşviqatımızı aparmaq üçün qüvvələrimiz varmı? Əlbəttə, vardır. Çox vaxt bunu inkar etməyə mail olan bizim “iqtisadçılar” hərəkatımızın (təqribən) 1894-cü ildən 1901-ci ilədək irəli atmış olduğu çox böyük addımı nəzərdən qaçırırlar. Əsl “quyruqçu” olan bunlar çox vaxt hərəkatın çoxdan ötüb keçmiş başlanğıc dövrünün təsəvvürləri ilə yaşayırlar. O zaman qüvvələrimiz doğrudan da olduqca az idi, o zaman tamamilə fəhlələr arasında işləməklə məşğul olmaq və bundan kənara çıxmağı kəskin pisləmək qətiyyəti təbii və qanuni idi, o zaman bütün vəzifə fəhlə sinfi içərisində möhkəmlənməkdən ibarət idi. İndi hərəkata yığın-yığın qüvvə cəlb edilmişdir, elmli siniflərin gənc nəslinin bütün ən yaxşı nümayəndələri bizə tərəf gəlirlər, bütün əyalətlərdə hər yerdə, hərəkatda iştirak etmiş və ya iştirak etmək arzusunda olan adamlar, sosial-demokratiya tərəfinə meyl edən adamlar fəaliyyətsiz oturub qalmağa məcburdurlar (1894-cü ildə isə rus sosial-demokratlarını barmaqla saymaq olardı). Bizim hərəkatın əsas siyasi və təşkilat nöqsanlarından biri budur ki, biz bütün bu qüvvələri işə cəlb etməyi, bunların hamısına iş verməyi bacarmırıq (bu barədə biz gələcək fəsildə daha ətraflı bəhs edəcəyik). Həmin qüvvələrdən böyük əksəriyyətinin əsla “fəhlələr içərisinə” getmək imkanı yoxdur, buna görə də qüvvələri bizim əsas işimizdən yayındırmaq təhlükəsi barəsində heç danışıq da ola bilməz. Fəhlələrə həqiqi, hərtərəfli və canlı siyasi bilik vermək üçün isə hər yerdə və hər yanda, bütün ictimai təbəqələrdə, bizim dövlət mexanizminin daxili yaylarına bələd olmaq imkanı verən bütün mövqelərdə “öz adamlarımızın”, sosial-demokratların olması lazımdır. Həm də bu kimi adamlar yalnız təbliğat və təşviqat cəhətdən deyil, daha çox təşkilat cəhətdən lazımdır.Əhalinin bütün sinifləri içərisində işləmək üçün zəmin varmı? Kim bunu görmürsə, o yenə də, öz şüuru etibarı ilə kütlələrin kortəbii yüksəlişindən geridə qalır. Fəhlə hərəkatı bəzilərində narazılıq, başqalarında müxalifətin köməyinə ümid, bəzilərində isə mütləqiyyətin yaşaya bilməyəcəyi və yıxılacağının labüdlüyü şüurunu doğurmuş və doğurmaqdadır. Əgər biz bütün və hər cür narazılıq təzahürlərindən istifadə etmək, hətta lap rüşeym halında olan protestin bütün ən xırda hissəciklərini toplamaq və təhlil etmək vəzifəmizi anlamasaydıq, biz ancaq sözdə “siyasətçi” və sosial-demokrat olardıq (necə ki, həqiqətdə də çox zaman belə olur). Biz hələ onu demirik ki, bütün çoxmilyonlu zəhmətkeş kəndlilər, kustarlar, xırda sənətkarlar kütləsi və başqaları, az-çox bacarıqlı sosial-demokratın təbliğatını həmişə böyük bir həvəslə dinlərdi. Məgər əhalinin elə bir sinfini göstərmək olarmı ki, onun içərisində hüquqsuzluqdan və özbaşınalıqdan narazı adamlar, qrup və dərnəklər olmasın, buna görə də, ən vacib ümumdemokratik ehtiyacların ifadəçisi olan sosial-demokratın təbliğatı üçün əlverişli zəmin təşkil etməsin? Kim əhalinin bütün sinif və təbəqələri içərisində sosial-demokratın həmin siyasi təşviqatını konkret təsəvvür etmək istəyirsə, ona biz həmin təşviqatın başlıca (lakin aydındır ki, yeganə olmayan) vasitəsi olaraq, sözün geniş mənasında siyasi ifşaları göstərə bilərik.Haqqında aşağıda müfəssəl bəhs etməli olacağımız “Nədən başlamalı?” məqaləmdə (“İskra” № 4, may, 1901-ci il) mən yazmışdım: “Biz xalqın bütün az-çox şüurlu təbəqələrində siyasi ifşalar həvəsi oyatmalıyıq. Siyasi ifşa səslərinin hazırda zəif, nadir və qətiyyətsiz olması bizi narahat etməməlidir. Bunun səbəbi heç də polis azğınlığına hamının dözməsi deyildir. Bunun səbəbi odur ki, ifşa etmək qabiliyyəti və qətiyyəti olan adamların çıxıb danışması üçün tribuna yoxdur, natiqləri böyük həvəslə dinləyən və ruhlandıran dinləyici yoxdur; səbəbi oldur ki, həmin adamlar xalq içərisində heç yerdə elə bir qüvvə görmürlər ki, “hər şeyə qadir” rus hökumətinin əlindən ona şikayət etməyinə dəysin... Çar hökumətini bütün xalqın ifşa etməsi üçün biz indi tribuna yarada bilərik və yaratmağa borcluyuq; – belə bir tribuna sosial-demokrat qəzetindən ibarət olmalıdır”.Siyasi ifşalar üçün məhz belə bir ideal auditoriya fəhlə sinfidir, ona hərtərəfli və canlı siyasi bilik və hər şeydən əvvəl və hər şeydən çox lazımdır; fəal mübarizə heç bir “hiss olunan nəticə” ümidi verməsə də, fəhlə sinfi bu biliyi fəal mübarizəyə çevirməyə hamıdan çox qabildir. Ümumxalq ifşaları üçün tribuna isə ancaq ümumrus qəzeti ola bilər. “Siyasi orqan olmasa, müasir Avropada siyasi hərəkat adlanmağa layiq bir hərəkat ola bilməz”, Rusiya isə bu cəhətdən, şübhəsiz, müasir Avropaya mənsubdur. Mətbuat bizdə artıq çoxdandır ki, bir qüvvə olmuşdur – yoxsa hökumət onu pulla ələ almağa və cürbəcür Katkovlara, Meşşerskilərə maddi yardım göstərməyə on min manatlarla pul sərf etməzdi. Həm də mütləqiyyət Rusiyasında qeyri-leqal mətbuatın senzura sədlərini yıxaraq, leqal və mühafizəkar orqanları özü haqqında açıq danışmağa məcbur etməsi yeni bir şey deyildir. 70-ci və hətta 50-ci illərdə də belə idi. İndi isə qeyri-leqal mətbuatı oxumaq və “İskra”ya (№ 7)19 məktub yazan bir fəhlənin təbiri ilə desək, “necə yaşamağı və ölməyi” bu mətbuatdan öyrənmək həvəsində olan xalq təbəqələri qat-qat geniş və dərindir.İqtisadi ifşalar fabrikçiyə müharibə elan etdiyi kimi, siyasi ifşalar da hökumətə məhz belə bir müharibə elan etməkdir. Həm də bu ifşa kampaniyası nə qədər geniş və güclü olsa, müharibə başlamaq üçün müharibə elan edən ictimai sinif sayca nə qədər çox və nə qədər qətiyyətli olsa, bu müharibə elanının mənəvi əhəmiyyəti də bir o qədər çox olar. Buna görədə siyasi ifşalar artıq özlüyündə düşmən quruluşa pozğunluq salmaq üçün qüdrətli vasitələrdən, düşmənin təsadüfi və ya müvəqqəti müttəfiqlərini ondan ayırmaq vasitələrindən, mütləqiyyət hakimiyyətinin daimi iştirakçıları arasında ədavət və etimadsızlıq yaymaq vasitələrindən biridir.Bizim zəmanəmizdə ancaq həqiqətən ümumxalq ifşaları təşkil edən bir partiya inqilabi qüvvələrin avanqardı ola bilər. Bu “ümumxalq” sözünün isə çox böyük məzmunu vardır. Fəhlə sinfinə mənsub olmayan ifşaçıların böyük əksəriyyəti (avanqard olmaq üçün isə məhz başqa sinifləri cəlb etmək lazımdır) – ayıq fikirli siyasətçilər və soyuqqanlı işgüzar adamlardır. Onlar çox gözəl bilirlər ki, hələ “hər şeyə qadir” rus hökuməti bir yana qalsın, hətta kiçik bir məmurdan da “şikayət etmək” necə təhlükəli bir işdir. Buna görə də onlar yalnız o zaman bizə şikayətlə müraciət edəcəklər ki, bu şikayətin, doğrudan da, təsir göstərməyə qadir olduğunu, bizim bir siyasi qüvvə olduğumuzu görmüş olsunlar. Kənar adamların gözündə belə olmaq üçün öz şüurumuzu, təşəbbüskarlığımızı və səyimizi yüksəltmək üzərində çox və inadla işləməliyik; bunun üçün aryerqardın nəzəriyyəsi və əməli işi üzərinə “avanqard” adı yapışdırmaq kifayət deyildir.Əgər biz doğrudan da bütün xalq qarşısında hökuməti ifşa etmək işinin təşkilini öz üzərimizə götürməliyiksə, onda hərəkatımızın sinfi xarakteri nədən ibarət olar? – deyə, “proletar mübarizəsi ilə üzvi surətdə sıx əlaqəyə” dərəcəsindən artıq bir canfəşanlıqla pərəstiş edənlər bizdən soruşarlar və artıq soruşurlar. – Elə məhz ondan ibarət olar ki, bu ümumxalq ifşalarını biz sosial-demokratlar təşkil edərik: – ondan ibarət olar ki, təşviqatın qaldırdığı bütün məsələlər marksizmin bilərəkdən və bilməyərəkdən təhrif edilməsinə əsla yol vermədən xalis sosial-demokrat ruhunda işıqlandırılar; – ondan ibarət olar ki, bu hərtərəfli siyasi təşviqatı partiya aparacaqdır – həm bütün xalq adından hökumət üzərinə təzyiqi, həm proletariatın siyasi müstəqilliyini mühafizə etməklə yanaşı olaraq onun inqilabi tərbiyəsini, həm fəhlə sinfinin iqtisadi mübarizəsinə rəhbərliyi, proletariatla onun istismarçıları arasında baş verən və yeni-yeni proletariat təbəqələrini ayağa qaldırıb bizim cəbhəyə cəlb edən kortəbii toqquşmalardan istifadə olunmasını ayrılmaz vəhdət halında birləşdirən bir partiya aparacaqdır!Lakin “iqtisadçılığın” ən səciyyəvi cəhətlərindən biri məhz həmin əlaqəni anlamamaqdan, – bundan əlavə: proletariatın ən mühüm tələbatı (siyasi təşviqat və siyasi ifşalar vasitəsiilə hərtərəfli siyasi tərbiyə) ilə ümumdemokratik hərəkatın tələbatı arasındakı həmin uyğunluğu anlamamaqdan ibarətdir. Anlamamaq yalnız “Martınov” ibarələrində deyil, habelə mənaca həmin ibarələrin eyni olub guya sinfi nöqteyi-nəzərə istinad edilməsində də istifadə olunur. Məsələn, “İskra”nın 12ci №-sindəki “iqtisadçı” məktubunun20 müəllifləri görün bu barədə nə deyirlər: ““İskra”nın yenə həmin əsas nöqsanı (ideologiyanın həddindən artıq qiymətləndirilməsi), sosial-demokratiyanın müxtəlif ictimai siniflərə və məsləklərə münasibəti məsələlərində “İskra”nın ardıcıl olmamasına səbəb olur. Mütləqiyyətə qarşı dərhal mübarizəyə keçmək vəzifəsini nəzəri hesablamalar vasitəsi ilə...” (“partiya ilə birlikdə artan partiya vəzifələrinin artması...” vasitəsi ilə deyil) “həll edərək və hazırkı vəziyyətdə bu vəzifənin fəhlələr üçün çox çətin olduğunu, yəqin ki, hiss edərək”... (həm də fəhlələr üçün bu vəzifənin, körpə uşaqlara qayğı göstərən “iqtisadçı” ziyalılar üçün olduğundan daha az çətin göründüyünü nəinki hiss edərək, habelə gözəlcə bilərək; çünki fəhlələr unudulmaz Martınovun dili ilə desək, hətta heç bir “hiss olunan nəticələr” ümidi verməyən tələblər uğrunda da çarpışmağa hazırdırlar) ... “lakin bu mübarizə üçün fəhlələrin daha çox qüvvə toplamasını gözləməyə səbr edə bilməyərək “İskra” liberalların və ziyalıların sıralarında özünə müttəfiqlər axtarmağa başlayır...”.Bəli, bəli, bizim “iqtisadçıların” öz geriliyini fəhlələrin boynuna yıxmaqdan, özlərinə əzm olmadığını guya fəhlələrin qüvvəsinin az olması ilə doğrultmaqdan əl çəkəcəkləri vaxtı, hər cür “barışdırıcıların” hələ lap çoxdan bizə vəd etdikləri bu fərəhli vaxtı “gözləməkdən” daha bütün “səbrimiz” doğrudan da tükənmişdir. Biz “iqtisadçılarımızdan” soruşuruq: “bu mübarizə üçün fəhlələrin qüvvə toplaması” nədən ibarət olmalıdır? Aydın deyilmi ki, bu fəhlələrə siyasi tərbiyə verməkdən ibarət olmalı, bizim mənfur mütləqiyyətin bütün cəhətlərini onların qarşısında ifşa etməkdən ibarət olmalıdır? Aydın deyilmi ki, elə məhz bu iş üçün bizə “liberallar və ziyalıların sıralarında müttəfiqlər”, – zemstvoçulara, müəllimlərə, statistikaçılara, tələbələrə və s. qarşı başlanmış siyasi hücumun ifşa olunmasında bizimlə iştirak etməyə hazır olan müttəfiqlər lazımdır? Doğrudanmı bu son dərəcə “mürəkkəb mexanikanı” anlamaq o qədər çətindir? Məgər P. B. Akselrod hələ 1897-ci ildən bəri sizə təkrar etmirmi ki, “Rus sosial-demokratlarının qeyri-proletar siniflər arasında özünə tərəfdarlar və müstəqim, yaxud qeyri-müstəqim müttəfiqlər tapması məsələsi ən əvvəl və başlıca olaraq proletariatın öz içərisində aparılan təbliğat fəaliyyətinin xarakteri ilə həll olunur”?21 Martınovlar və başqa “iqtisadçılar” isə yenə də işi belə təsəvvür etməkdədirlər ki, fəhlələr əvvəlcə “sahibkarara və hökumətə qarşı iqtisadi mübarizə ilə” özlərinə qüvvə toplamalıdırlar (tred-yunionist siyasəti üçün) və ancaq bundan sonra yəqin ki, tred-yunionistcəsinə “fəallıq tərbiyəsindən” sosial-demokrat fəallığına “keçməlidirlər”!“İqtisadçılar” sözlərinə davam edib deyirlər: “...“İskra” öz axtarışlarında çox vaxt sinfi nöqteyi-nəzərdən kənara çıxır, sinfi ziddiyyətləri pərdələyir və “müttəfiqlərin” hökumətdən narazılığının səbəbləri və dərəcəsi çox müxtəlif olduğuna baxmayaraq, bu narazılığın ümumi olduğunu birinci sıraya çəkir. Məsələn “İskra”nın zemstvoya münasibəti belə bir münasibətdir”... “İskra” guya “hökumət sədəqələrinə qane olmayan zadəganlara fəhlə sinfinin yardım göstərəcəyini vəd edir və bunu vəd edirkən əhalinin bu təbəqələri arasındakı sinfi ədavətdən bir kəlmə də bəhs etmir”. Əgər oxucu “Mütləqiyyət və zemstvo” sərlövhəli məqalələrə (“İskra” № 2 və 4)22 müraciət etsə, məktubun müəllifləri, yəqin ki, bu məqalələrdən danışırlar, görər ki, bu məqalələr23 hökumətin “silki-bürokratik zemstvonun yumşaq təşviqatına”, “hətta varlı siniflərin də özfəaliyyətinə” göstərdiyi münasibətə həsr edilmişdir. Məqalədə deyilir ki, hökumətin zemstvo əleyhinə apardığı mübarizəyə fəhlə laqeyd baxa bilməz; məqalədə zemstvoçulara təklif olunur ki, yumşaq nitqlərdən əl çəksinlər və inqilabçı sosial-demokratiya bütün varlığı ilə hökumətə qarşı qalxdıqda öz möhkəm və kəskin sözlərini söyləsinlər. Məktubun müəllifləri burada nə ilə razılaşmırlar? – məlum deyil. Bəlkə onlar belə güman edirlər ki, fəhlə “varlı siniflər” və “silki-bürokratik zemstvo” sözlərini “başa düşməz?”; belə güman edirlər ki, zemstvoçuları yumşaq sözlərdən kəskin sözlərə keçməyə təhrik etmək “ideologiyaya həddindən artıq qiymət verməkdir”? Bəlkə onlar elə xəyal edirlər ki, fəhlələr mütləqiyyətin zemstvoya da münasibətini bilməsələr, mütləqiyyətə qarşı mübarizə üçün “özlərinə qüvvə toplaya” bilərlər? Bunların hamısı yenə də naməlum qalır. Təkcə bir şey aydındır: müəlliflər sosial-demokratiyanın siyasi vəzifələrini çox dumanlı bir şəkildə təsəvvür edirlər. Bu onların aşağıdakı cümləsindən daha aydın görünür: ““İskra”nın tələbələr hərəkatına da münasibəti məhz belədir” (yəni, yenə də “sinfi antaqonizmləri pərdələyən münasibətdir”). Biz fəhlələrə müraciətlə: kütləvi nümayişdə göstərin ki, zorakılığın, azğınlığın və özbaşınalığın əsl mənbəyi tələbələr deyil, rus hökumətidir (“İskra” № 2) – demək əvəzində görünür ki, biz “R. Mısl” ruhunda mülahizə dərc etməli imişik! Həm də bu kimi fikirlər sosial-demokratlar tərəfindən 1901-ci ilin payızında, fevral və mart hadisələrindən sonra, yeni tələbə yüksəlişi ərəfəsində, mütləqiyyətə qarşı protestin “kortəbiiliyinin” hərəkata sosial-demokratiya tərəfindən şüurlu rəhbərliyi bu sahədə də ötüb keçdiyini aşkara çıxaran həmin yüksəliş ərəfəsində söylənilir. Polis və kazakların döydükləri tələbələrə fəhlələrin kortəbii surətdə havadar çıxmaq səyi sosial-demokrat təşkilatının şüurlu fəaliyyətini ötüb keçir!Məktubun müəllifləri davam edib deyirlər: “Halbuki başqa məqalələrdə “İskra” hər cür kompromisləri kəskin pisləyir və məsələn, kedistlərin dözülməz rəftarını müdafiəyə qalxışır”. Adətən, müasir sosial-demokratlar arasındakı ixtilaflar barəsində çox təkəbbürlü və yüngüllüklə danışıb, guya bu ixtilaflar əhəmiyyətsizdir və ayrılmaq üçün əsas ola bilməz deyən adamlara məsləhət görürük ki, bu sözlərin üzərində yaxşıca düşünsünlər. Mütləqiyyətin ən müxtəlif siniflərə düşmən olduğunu aydınlaşdırmaq işində, ən müxtəlif təbəqələrin mütləqiyyətə müxalifəti ilə fəhlələri tanış etmək işində biz hələ olduqca az iş görmüşük deyən adamların, bu işi bir “kompromis”, yəqin, “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” nəzəriyyəsi ilə kompromis hesab edən adamlarla eyni bir təşkilatda müvəffəqiyyətlə işləməsi mümkün şeydirmi?Biz kəndlilərin azad edilməsinin qırx illiyi münasibəti ilə kəndə sinfi mübarizə gətirmək zərurətindən (№ 3) və Vittenin məxfi məktubu münasibəti ilə, özünüidarə ilə mütləqiyyətin barışmaz olduqlarından (№ 4) danışmışıq; biz yeni qanun münasibəti ilə, torpaq sahiblərinin və onlara xidmət edən hökumətin təhkimçiliyinə hücum etmişik (№ 8) və qeyri-leqal zemstvo qurultayını təbrik edərək, zemstvoçuları acizanə xahişlərdən mübarizəyə keçməyə həvəsləndirmişik (№ 8) – biz siyasi mübarizənin zəruriliyini anlamağa başlayan və siyasi mübarizəyə keçən tələbələri həvəsləndirmişik (№ 3); eyni zamanda “yalnız tələbə” hərəkatı tərəfdarları olub tələbələri küçə nümayişlərində iştirak etməyə çağıranların “hədsiz anlaqsızlığını” ifşa etmişik (№ 3, Moskva tələbələri İcraiyyə komitəsinin 25 fevral tarixli müraciətnaməsi münasibəti ilə); biz “Rossiya”24 qəzetinə mənsub olan liberal hiyləgərlərin “mənasız xəyallarını” və “yalançı riyakarlığını” ifşa etmişik (№ 5) və eyni zamanda “dinc ədiblərə, qoca professorlara və alimlərə, məşhur liberal zemstvoçulara divan tutan” hökumət zindanının qudurğanlığını qeyd etmişik (№ 5: “Ədəbiyyata polis basqını”)25; biz “fəhlələrin yaşayışını yaxşılaşdırmaq üçün dövlət himayəçiliyi” proqramının əsl mənasını ifşa etmişik və “islahatlar verilməsinin aşağıdan tələb ediləcəyini gözləməkdənsə, yuxarıdan islahatlar verməklə bu tələbin irəli sürülməsinin qarşısını almaq yaxşıdır” deyən “dəyərli etirafı” təbrik etmişik (№ 6); – biz protestçi statistikaçıları həvəsləndirmişik (№ 7) və ştreykbrexer statistikaçıları pisləmişik (№ 9)26. Kim bu taktikanı proletariatın sinfi şüurunu korlamaq və liberalizmlə saziş hesab edirsə, – bununla məhz “Credo” proqramının əsl mənasını əsla anlamadığını və bu proqramdan özünü nə qədər kənara çəksə də, məhz bu proqramı de facto həyata keçirdiyini göstərir! Çünki o, bununla sosial-demokratiyanı “sahibkarlara və hökumətə qarşı iqtisadi “mübarizəyə” tərəf çəkir və hər bir “liberal” məsələyə fəal qarışmaq və bu məsələyə öz sosial-demokratik münasibətini müəyyən etmək vəzifəsindən imtina edərək liberalizmin qarşısında təslim olur.e) Bir daha “iftiraçılar”, bir daha “fırıldaqçılar”Bu iltifatlı sözlər, oxucunun yadında olduğu kimi, “Rab. Delo”nun sözləridir, biz onu “fəhlə hərəkatını burjua demokratiyası alətinə çevirmək üçün dolayı yolla zəmin hazırlamaqda” təqsirləndirmişdik, o da həmin sözlərlə bizə cavab verir. Sadəlövhlükdən “Rab. Delo” belə bir qərara gəlmişdir ki, bu ittiham mübahisəli çıxışdan başqa bir şey deyildir: demişdir ki, guya bu kinli ehkamçılar bizə hər cür xoşagəlməz sözlər demək fikrinə düşmüşlər, zira burjua demokratiyası aləti olmaqdan daha xoşagəlməz nə ola bilər? Buna görə də qalın hərflərlə “təkzib” çap edilir: “açıq bir iftira” (“İki qurultay”, səh. 30), “fırıldaq” (31), “hiyləgərlik” (33). Yupiter kimi, “R. Delo” (Yupiterə az bənzəyişi olsa da) məhz haqsız olduğuna görə acıqlanır və öz tələsik söyüşləri ilə öz əleyhdarlarının fikrini başa düşməkdə aciz olduğunu sübut edir. Halbuki kütləvi hərəkatın kortəbiiliyinə hər cür pərəstişin, sosial-demokrat siyasətini hər vasitə ilə tred-yunionist siyasəti dərəcəsinə endirmənin nə səbəbə fəhlə hərəkatını burjua demokratiyası alətinə çevirmək üçün məhz zəmin hazırlamaq olduğunu anlamaqdan ötrü çox da düşünmək lazım deyildir. Kortəbii fəhlə hərəkatı özlüyündə ancaq tred-yunionizm yarada bilər (və labüd olaraq yaradır), fəhlə sinfinin tred-yunionist siyasəti isə məhz fəhlə sinfinin burjua siyasətidir. Fəhlə sinfinin siyasi mübarizədə və hətta siyasi inqilabda iştirakı onun siyasətini hələ heç də sosial-demokrat siyasəti etmir. Bəlkə “R. Delo” bunu inkar etmək fikrindədir? Bəlkə o, beynəlxalq sosial-demokratiyanın və rus sosial-demokratiyasının vacib məsələlərini necə başa düşdüyünü, nəhayət, hamının qarşısında açıq və hiyləsiz şərh etmək istər? – Əsla, o heç vaxt belə bir fikrə düşməz, zira o, “yox-yox” üsulu adlandırıla bilən bir üsuldan möhkəm yapışıb durur. Mən mən deyiləm, at da mənim deyildir, özüm də faytonçu deyiləm. Biz “iqtisadçı” deyilik, “R. Mısl” “iqtisadçılıq” deyil, Rusiyada ümumiyyətlə “iqtisadçılıq” yoxdur. Bu çox hiyləgər və "siyasətcil” bir üsuldur, lakin bunun ancaq bir xırdaca əlverişsiz cəhəti vardır ki, bu üsulu işlədən orqanları: “nə buyurursunuz?” ayaması ilə adlandırırlar.“Rab. Delo”ya elə gəlir ki, Rusiyada ümumiyyətlə burjua demokratiyası bir “xəyaldır” (“İki qurultay”, səh. 32)27. Nə xoşbəxt adamlardır! Dəvəquşu kimi başlarını qanadlarının altına soxub elə güman edirlər ki, bununla ətrafda hər nə varsa, hamısı yox olur. Marksizmin pozulması və hətta yox olması münasibəti ilə hər ay öz şadlığını hamıya bildirən bir sıra liberal publisistlər; sinfi mübarizəni fəhlələrə brentanocasına anladan28, siyasəti də tred-yunionistcəsinə anladan liberal-ları şirnikdirən bir sıra liberal qəzetlər (“SPB. Vedomosti”, “Russkiye Vedomosti” və bir çox başqaları); – marksizmin tənqidçilərindən, əsl meyllərini “Credo”nun çox yaxşı açıb göstərdiyi və əbədi matahlarının Rusiyada vergisiz-gömrüksüz gəzən yeganə matah olduğu adamlardan ibarət bir dəstə; qeyri-sosial-demokrat inqilabi məsləklərin, xüsusən fevral və mart hadisələrindən sonra canlanması; – bunların hamısı, yəqin ki, xəyal imiş! Bunların hamısının burjua demokratiyasına əsla dəxli yoxmuş!“Rab. Delo”, habelə “İskra”nın 12-ci №-sindəki “iqtisadçı” məktubunun müəllifləri gərək “bunun üzərində düşünəydilər ki, nəyə görə həmin yaz hadisələri sosial-demokratiyanın nüfuz və etibarının qüvvətlənməsinə səbəb olmaq əvəzində, qeyri-sosial-demokrat inqilabi məsləklərin bu cür canlanmasına səbəb olmuşdur”? – Ona görə ki, biz öz vəzifəmizə layiq ola bilmədik, fəhlə kütlələrinin fəallığı bizim fəallığımızdan yüksək çıxdı, bütün müxalifət təbəqələrinin əhvali ruhiyyəsini yaxşıca bilən və hərəkata başçılıq etməyi, kortəbii nümayişi siyasi nümayişə çevirməyi, ona daha geniş siyasi xarakter verməyi və i. a. bacaran kifayət qədər hazırlıqlı inqilabçı rəhbər və təşkilatçılarımız olmadı. Belə bir şəraitdə daha çevik, daha fəal olan qeyri-sosial-demokrat inqilabçılar labüddən bizim geriliyimizdən istifadə edəcəklər, fəhlələr isə polis və qoşuna qarşı nə qədər fədakarlıqla, nə qədər ciddiyyətlə vuruşsalarda, onlar nə qədər inqilabi tərzdə hərəkət etsələr də, ancaq bu inqilabçılara kömək edən bir qüvvə olarlar, sosial-demokrat avanqardı deyil, burjua demokratiyasının aryerqardı olarlar. Yalnız zəif cəhətlərini bizim “iqtisadçıların” mənimsəmək istədikləri Almaniya sosial-demokratiyasını götürün. Nəyə görə Almaniyada heç bir siyasi hadisə olmur ki, sosialdemokratiyanın nüfuz və etibarının daha çox qüvvətlənməsinə təsir etməmiş keçsin? Ona görə ki, bu hadisəni ən inqilabi bir surətdə qiymətləndirməkdə, özbaşınalığa qarşı hər cür protesti müdafiə etməkdə sosial-demokratiya həmişə hamıdan qabaqdaolur. Almaniya sosial-demokratiyası öz-özünə təskinlik verib belə düşünmür ki, guya iqtisadi mübarizə fəhlələrin diqqətini onların hüquqsuzluğu məsələsinə rast gətirəcəkdir, guya konkret şərait fəhlə hərəkatını labüddən inqilabi yola sövq edir. Almaniya sosial-demokratiyası ictimai və siyasi həyatın bütün sahələrinə və bütün məsələlərinə qarışır, burjua proqressistlərindən seçilmiş şəhər bələdiyyə rəisinin Vilhelm tərəfindən təsdiq edilməməsi məsələsinə də (bizim “iqtisadçılar” hələ macal tapıb almanları öyrənə bilməmişlər ki, bu, əslində liberalizmlə kompromisdir!), “ədəbsiz” əsərlər və şəkillər nəşrinə qarşı qanun verilməsi məsələsinə də, professorların təyininə hökumətin təsir etməsi məsələsinə də və sairə və i.a. məsələlərə də qarışır. Hər yerdə onlar hamıdan qabağa düşüb bütün siniflərdə siyasi narazılıq doğu-rurlar, yuxuluları silkələyib oyadır, geridə qalanları irəlilədir, proletariatın siyasişüurunun və siyasi fəallığının inkişafı üçün hərtərəfli material verirlər. Nəticəsi də belə olur ki, sosializmin hətta şüurlu düşmənləri də qabaqcıl siyasi mübarizə ehtiram edirlər və çoxvaxt nəinki burjua dairələrindən, hətta bürokratiya və saray dairələrindən də mühüm sənəd nə vasitə ilə isə “Vorwärts” redaksiyasının kabinetinə gəlib çıxır.Həmin zahiri “ziddiyyətin” sirri bax budur və bu “ziddiyyəti” “Rab. Delo” əsla anlaya bilməyərək ancaq əllərini qaldırıb qışqırır: “hiyləgərlikdir”! Doğrudan da, bir təsəvvür edin: biz, “Rab. Delo” kütləvi fəhlə hərəkatını ən mühüm hesab edirik (və bunu qalın hərflərlə çap edirik!), biz hamını və hər kəsi kortəbii ünsürün əhəmiyyətini azaltmaqdan çəkindiririk, biz iqtisadi mübarizənin özünə, özünə, özünə siyasi xarakter vermək istəyirik, biz proletar mübarizəsi ilə üzvi surətdə və sıx əlaqədə qalmaq istəyirik! Bizə isə deyirlər ki, biz fəhlə hərəkatını burjua demokratiyası alətinə çevirmək üçün zəmin hazırlayırıq. Həm də bunu kim deyir? Liberalizmlə “kompromisə” girib hər bir “liberal” məsələsinə qarışan (“proletar mübarizəsi ilə üzvi əlaqəni” necə də başa düşmürlər!), həm tələbələrə, həm də hətta (ay aman!) zemstvoçulara bu qədər çox fikir verən adamlar! “Ümumiyyətlə öz qüvvələrinin çox (“iqtisadçılara” nisbətən çox) faizini əhalinin qeyri-proletar sinifləri arasında işləməyə sərf etmək istəyən adamlar! Bəs bu “hiyləgərlik” deyildirmi??Yazıq “Rab. Delo”! Görəsən, o, bir zaman bu mürəkkəb mexanikanın sirrini anlayacaqmı? Anlaşılmazlığa yol verməmək üçün qeyd edək ki, sonrakı şərhimizdə biz hər yerdə iqtisadi mübarizə dedikdə (bizdə müəyyənləşmiş təbirə əsasən), yuxarıda gətirdiyimiz sitatda Engelsin “kapiatlistlərə müqavimət” adlandırmış olduğu və azad ölkələrdə həmkarlar, sindikal və ya tred-yunionist mübarizə adlanan “əməli iqtisadi mübarizəni” nəzərdə tuturuq. [LENİN] Bu fəsildə biz ancaq siyasi mübarizədən, bu mübarizəni çox geniş və ya çox məhdud anlamaqdan bəhs edirik. Buna görə də ancaq ötəri olaraq qeyd edək ki, “Rab. Delo”nun “İskra”nı iqtisadi mübarizə məsələsində “həddindən artıq çəkinməkdə” ittiham etməsi (“İki qurultay”, səh. 27, Martınov öz “Sosial-demokratiya və fəhlə sinfi” kitabçasında bunu bir daha çeynəmişdir) qəribə bir haldır. Əgər c. İttihamçılar “İskra”dakı iqtisadi mübarizə şöbəsinin bir illiyini heç olmazsa pud və ya çap vərəqi hesabı ilə ifadə etsəydilər (bu onların sevdiyi bir işdir) və onu “R. Delo” və “R. Mısl”ın birlikdə götürülmüş müvafiq şöbəsi ilə müqayisə etsəydilər, onların hətta bu cəhətdən də geridə qaldığını asanlıqla görərdilər. Görünür ki, onlar bu sadə həqiqəti dərk edir, buna görə də öz pərtliklərini açıqca ifadə edən dəlillərə əl atmağa məcbur olurlar. “İskra” – deyə onlar yazırlar – “istər-istəməz (!) həyatın amansız tələbləri ilə hesablaşmağa (!) və heç olmazsa (!!) fəhlə hərəkatına dair xəbərlər dərc etməyə məcbur olur” (“İki qurultay”, səh. 27). Amma necə də bizi lap məhv edən dəlildir! [LENİN] Biz deyirik “ümumiyyətlə”, zira “Rab. Delo”da məhz bütün partiyanın ümumi prinsiplərindən və ümumi vəzifələrindən bəhs Şübhəsiz, əməli işdə elə hallar olur ki, siyasət doğrudan da iqtisadiyyatın ardınca getməli olur, – lakin bütün Rusiya üçün nəzərdə tutulan bir qətnamədə bundan ancaq “iqtisadçılar” danışa bilərlər. Axı elə hallar da olur ki, “lap əvvəldən” siyasi təşviqatı “ancaq iqtisadi zəmin üzərində” aparmaq mümkün olur, – lakin yenə də “Rab. Delo”, nəhayət bu fikrə gəlmişdir ki, buna “heç bir ehtiyac yoxdur” (“İki qurultay”, səh. 11). Gələn fəsildə biz göstərəcəyik ki, “siyasətçilərin” və inqilabçıların taktikası sosial-demokratiyanın tred-yunionist vəzifələrini nəinki etinasız buraxmır, əksinə, təkcə bu taktika onların ardıcıl surətdə yerinə yetirilməsini təmin edir. [LENİN] “Litvada, Polşada və Rusiyada ümumyəhudi fəhlə ittifaqı” (Bund) 1897ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi; Rusiyanın qərb vilayətlərindəki yəhudi sənətkarlarının başlıca olaraq yarımproletar ünsürlərini birləşdirirdi. RSDFP-nin I qurultayında (1898) Bund RSDFP tərkibinə, yalnız ayrılıqda yəhudi yəhudi proletarlarına aid məsələlərdə müstəqil olan muxtar bir təşkilat” kimi daxil olmuşdur. Bund Rusiya fəhlə hərəkatında millətçilik və separatizmin təmsilçisi idi, sosial-demokrat hərəkatının mühüm məsələlərində opportunist mövqe tuturdu. Bundun IV qurultayının “Siyasi mübarizə vasitələri haqqında” qətnaməsin-də deyilirdi ki, “geniş kütlələri hərəkata cəlb etmək üçün ən yaxşı vasitə iqtisadi mübarizədir”. RSDFP daxilində bundçular daim partiyanın opportunist qanadına (“iqtisadçılara”, menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşeviklərin və bolşevizmin əleyhinə mübarizə aparırdılar. Onlar, sonradan Oktyabr inqilabı zamanı düşmən qüvvələr tərəfində mübarizə aparmış, I dünya müharibəsi zamanı isə sosial-şovinizm mövqeyi tutmuşdular. Red. “İki qurultay” kitabçasının öz sözləridir, səh. 31, 32, 28 və 30. [LENİN] “İki qurultay”, səh. [LENİN] “Rab. Delo” № 10, səh. 60. Bu – “həqiqi hərəkatın hər bir addımı bir düjün proqramdan əhəmiyyətlidir” tezisini hərəkatımızın hazırkı, qarma-qarışıq vəziyyətinə tətbiq etmənin Martınov variantıdır və bunun nə olduğunu biz yuxarıda göstərmişdik. Əslində, bu ancaq Bernşteynin “hərəkat – hər şeydir, son məqsəd – heç şey” deyən bədnam ibarəsinin ruscaya tərcüməsidir. [LENİN] Səh. 43: “Əlbəttə, əgər biz hökumət qarşısında, müəyyən iqtisadi tələblər irəli sürməyi fəhlələrə məsləhət görürüksə, bunu ona görə edirik ki, iqtisadi sahədə mütləqiyyət hökuməti ehtiyac üzündən müəyyən güzəştlərə getməyə hazırdır” [LENİN] – Bunlara bənzər bütün başqaları. Red. Aradan qaldırılaraq. Red. “Rab. Mısl”, “Ayrıca əlavə”, səh. 14. [LENİN] “İqtisadi mübarizənin özünə siyasi xarakter vermək” tələbi siyasi fəaliyyət sahəsində kortəbiiliyə pərəstiş etməyi ən qabarıq surətdə ifadə edir. İqtisadi mübarizə çox vaxt kortəbii surətdə, yəni “inqilabi batsil olan ziyalılar” işə qarışmadan, şüurlu sosial-demokratlar işə qarışmadan siyasi xarakter kəsb edir. Məsələn, İngiltərədə fəhlələrin iqtisadi mübarizəsi də, sosialistlərin heç bir iştirakı olmadan siyasi xarakter kəsb etmişdir. Sosial-demokratların vəzifəsi isə iqtisadi zəmin üzərində siyasi təşviqat aparmaqla qurtarmır, onların vəzifəsi bu tred-yunionist siyasətini sosial-demokratik siyasi mübarizəyə çevirməkdir, iqtisadi mübarizənin fəhlələr arasında doğurduğu siyasi şüur əlamətlərindən istifadə edib fəhlələri sosial-demokrat siyasi şüuru dərəcəsinə yüksəltməkdir. Martınovlar isə kortəbii surətdə oyanan siyasi şüuru yüksəltmək və irəlilətmək əvəzinə kortəbiilik qarşısında diz çökür və təkrar edir, ürək bulandıracaq qədər tez-tez təkrar edirlər ki, iqtisadi mübarizə fəhlələri özlərinin siyasi hüquqsuzluq məsələsinə “sövq edir”. Cənablar, elə orası pisdir ki, kortəbii surətdə bu cür tred-yunionist siyasi şüurunun oyanması sizin özünüzü sosial-demokrat vəzifələriniz məsələsinə “sövq etmir”! [LENİN] Fəhlələrin “iqtisadçılara” söylədikləri bütün bu sözləri bizim əbəs uydurmuş olmadığımızı təsdiq etmək üçün iki şahidə istinad edəcəyik; bunlar fəhlə hərəkatı ilə, şübhəsiz, bilavasitə tanışdırlar və heç də biz “ehkamçıların” tərəfini saxlamaq meylində deyildirlər, çünki bu şahidlərdən biri “iqtisadçıdır” (hətta, “Raboçeye Delo”nu siyasi orqan hesab edir!), o biri də terrorçudur. Birinci şahid “Rab. D.”-nın 6-cı №-sində: “Peterburq fəhlə hərəkatı və sosial-demokratiyanın əməli vəzifələri” sərlövhəsi ilə dərc olunmuş, doğruluq və coşqunluq cəhətdən gözəl yazılmış məqalənin müəllifidir. O, fəhlələri: 1) şüurlu inqilabçılara, 2) aralıq təbəqəyə və 3) yerdə qalan kütləyə ayırır. Həmin aralıq təbəqə “çox vaxt özünün ən yaxın iqtisadi mənafeyindən daha çox siyasi həyat məsələləri ilə maraqlanır, zira öz iqtisadi mənafeyinin ümumi ictimai şəraitlə əlaqəsi artıq çoxdan bəllidir”... “Rab. Mısl”ı “kəskin surətdə tənqid edirlər”: “yenə də eyni köhnə şeylərdən yazır, bunlar çoxdan məlumdur, çoxdan oxumuşuq”, “siyasi icmalda yenə də heç bir şey yoxdur” (səh. 30-31). Hətta üçüncü təbəqə də: “meyxana və kilsə təsirindən az pozğunlaşmış olan daha həssas, daha gənc bu fəhlə kütləsi, demək olar ki, heç vaxt siyasi məzmunlu kitab tapa bilmədiyindən siyasi həyat hadisələrini dürüst başa düşmür, tələbələrin qiyamı haqqında eşitdiyi tək-tək xəbərlər üzərində düşünür” və i. a. Terrorçu isə yazır: “... Müxtəlif, özgə şəhərlərdəki fabrik həyatının xırım-xırda cəhətlərinə dair yazılanları bir-iki dəfə oxuyur, sonra daha oxumurlar... Cansıxıcıdır... Fəhlə qəzetində dövlətdən bəhs etməmək... fəhləni körpə uşaq hesab etmək deməkdir... Fəhlə körpə uşaq deyildir” (“Svoboda”, inqilabçı-sosialist qrupunun nəşri, səh. 69 və 70). [LENİN] “Svoboda” – jurnaldır, İsveçrədə, “inqilabçı-sosialist” “Svoboda” qrupu tərəfindən nəşr edilirdi (1901-ci ilin mayında J. O. Zelenski (Nadejdin) tərəfindən təsis edilmişdi); jurnalın cəmi iki nömrəsi çıxmışdı. V.İ. Lenin “Svoboda” qrupunu elə “zəminsiz qruplar” sırasına aid edirdi ki, bunların “nə möhkəm, ciddi ideyaları, proqramı, taktikası, təşkilatı, nə də kütlələr içərisində kökləri” yox idi. Red. Martınov “başqa, daha real (?) bir dilemma təsəvvür edir” (“Sosial-demokratiya və fəhlə sinfi”, 19): “Ya sosial-demokratiya proletariatın iqtisadi mübarizəsinə bilavasitə rəhbərlik etməyi öz öhdəsinə götürür və bununla (!) onu inqilabi sinfi mübarizəyə çevirir” ... “Bununla”, yəni, yəqin ki, iqtisadi mübarizəyə bilavasitə rəhbərlik etməklə deməkdir. Qoy Martınov bizə göstərsin görək, harada görünmüşdür ki, həmkarlar mübarizəsinə bir tək rəhbərlik etməklə tred-yunionist hərəkatını inqilabi sinfi hərəkata çevirmək mümkün olmuşdur? Bəlkə o anlar ki, bu cür “çevirmə” üçün biz hərtərəfli siyasi təşviqata “bilavasitə rəhbərlik etməyə” fəal girişməliyik?.. “Ya da başqa bir perspektiv: sosial-demokratiya fəhlələrin iqtisadi mübarizəsinə rəhbərlikdən kənara çəkilir və bununla... öz qanadlarını qırmış olur”... “Rab. Delo”nun yuxarıda qeyd etdiyimiz fikrinə görə, “kənara çəkilən” “İskra”dır. Lakin biz gördük ki, “İskra” iqtisadi mübarizəyə rəhbərlik etmək üçün “Raboçeye Delo”dan xeyli çox iş görür, həm də “İskra” bununla kifayətlənmir və bunun xatirinə öz siyasi vəzifələrini məhdudlaşdırmır. [LENİN] Böyük küçə nümayişləri başlanmış olan 1901-ci ilin yazından bəhs olunur. [LENİN] (1907-ci il nəşrinə müəllifin qeydi. Red.) Tələbələrin və fəhlələrin kütləvi inqilabi çıxışları 1901-ci ilin fevral-martında Peterburqda, Moskvada, Kiyevdə, Xarkovda, Kazanda, Tomskda və Rusiyanın digər şəhərlərində baş vermiş siyasi nümayişlər, yığıncaqlar, tətillər nəzərdə tutulur. Hərəkat əvvəlcə akademik tələblərlə məhdudlaşsa da, sonradan inqilabi-siyasi tələbə hərəkatına çevrilmişdi. Qabaqcıl fəhlələr tərəfindən dəstəklənən hərəkat rus cəmiyyətinin bütün təbəqələrində rəğbətlə qarşılanmışdı. Red. Məsələn, Fransa-Prussiya müharibəsi zamanı Libknext bütün demokratiyaya hərəkət prqramı verirdi, – Marksla Engels isə 1848-ci ildə bu işlə daha çox məşğul olurdular. [LENİN] – Ah, müqəddəs sadəlik! Red. “İskra” qəzetinin 1901-ci il avqust tarixli 7-ci nömrəsində, “Fəhlə hərəkatı xronikası və fabrik-zavodlardan məktublar” bölməsində Peterburqdan bir toxucu fəhlənin məktubu dərc olunmuşdu; bu məktub Lenin “İskra”sının qabaqcıl fəhlələrə çox böyük təsiri olduğunu göstərirdi. Müəllif yazırdı: “… Mən “İskra”nı bir çox yoldaşlara göstərmişdim, qəzet tamam əzilib-cırılmışdı, amma qiymətli idi... Orada bizim işimizdən, bütün Rusiyanın işindən yazılmışdı, bunu isə qəpiklə qiymətləndirmək, saatla ölçmək olmaz; onu oxuyanda başa düşürsən ki, nə üçün jandarmlar və polis biz fəhlələrdən və ardınca getdiyimiz ziyalılardan qorxurlar. Onlar doğrudan da, yalnız sahibkarların cibi üçün deyil, həm çar üçün, həm də sahibkarlar üçün, onların hamısı üçün zəhmlidirlər... Fəhlə kütlələri indi asanlıqla qızışa bilər, aşağıdan közərmə başlanıbdır, bircə qığılcım lazımdır ki, alovlansın. Ah, necə doğru yazılıbdır ki, qığılcımdan alov doğar... Keçmişlərdə hər bir tətil bir hadisə idi, indi isə hər kəs görür ki, təkcə tətil bir şey deyil, indi azadlığa nail olmaq lazımdır, sinə gərib onu əldə etmək lazımdır. İndi hamı, qoca da, cavan da oxumaq istərdi, bəla orasındadır ki, kitab yoxdur. Keçən bazar günü mən on bir nəfər toplayıb “Nədən başlamalı?”-nı oxudum, gecə yarısına qədər dağılmadıq. Necə düzgün yazılıbdır, necə hər şey göstərilibdir... İstəyirik sizin bu “İskra”ya məktub yazaq ki, o yalnız necə başlamağı deyil, necə yaşamağı və ölməyi də öyrətsin”. Red. Yer azlığı bizə imkan vermədi ki, “iqtisadçılar” üçün son dərəcə səciyyəvi olan bu məktuba “İskra”da tam ətraflı cavab verək. Biz bu məktubun meydana gəlməsinə çox şad olduq, zira “İskra”da sinfi nöqteyi-nəzərin möhkəm olmadığına dair danışıqlar bizə artıq çoxdan bəri və ən müxtəlif tərəflərdən çatmaqda idi və ona cavab vermək üçün biz ancaq fürsət axtarırdıq və ya dillərdə gəzən ittihamın müəyyən şəkildə ifadə edilməsini gözləyirdik. Hücuma isə biz müdafiə ilə deyil, əkshücumla cavab verməyə adət etmişik. [LENİN] P.B. Akselrod. “Rus sosial-demokratlarının müasir vəzifələri və taktikası məsələsinə dair”. Cenevrə, 1898, səh. 16–17. Red. B. Struvenin “İskra”nın 1901-ci il fevral və maytarixli 2-ci və 4-cü nömrələrində çap edilmiş “Mütləqiyyət və zemstvo” məqaləsi nəzərdə tutulur. Red. Bu məqalələr arasında isə (“İskra” № 3), xüsusi olaraq, kəndimizdəki sinfi antoqonizmlər haqqında bir məqalə dərc edilmişdi. [LENİN] “Rossiya” – gündəlik, mötədil liberal qəzetidir; 1899-1902-ci illərdə Peterburqda Q. P. Sazonovun redaktorluğu və felyetonçulardan A. V. Amfiteatrovun və V. M. Doroşeviçin iştirakı ilə çıxırdı. Rus cəmiyyətinin burjua dairələrində geniş yayılmışdı. 1902-ci ilin yanvarında hökumət onu Amfiteatrovun “Cənab Obmanovlar” felyetonu üstündə bağladı. Red. V. İ. Zasuliçin “Müasir hadisələr barəsində” məqaləsi və “Bizim ictimai həyatımızdan” bölməsində tələbə həyəcanları xronikası (“İskra” № 3, 1901-ci il aprel), A. N. Potresovun “Mənasız xəyallar haqqında” məqaləsi və “Ədəbiyyat üzərinə polis basqını” məqaləsi (“İskra” № 5, 1901-ci il iyun) nəzərdə tutulur. Red. “Yekaterinoslav zemstvosundakı hadisə” və “Vyatka ştreykberexerləri” məqalələri(“İskra” № 7 və 9, 1901-ci il avqust və oktyabr) nəzərdə tutulur. Red. Buradaca “fəhlə hərəkatını labüd olaraq inqilabi yola sövq edən konkret rus şəraitinə” istinad edilir. Adamlar bunu başa düşmək istəmirlər ki, fəhlə hərəkatının inqilabi yolu, hələ sosial-demokrat yolu olmaya da bilər! Axı bütün Qərbi Avropa burjuaziyası mütləqiyyət zamanı fəhlələri inqilabi yola “sövq edirdi”, şüurlu bir surətdə sövq edirdi. Biz sosial-demokratlar isə bununla kifayətlənə bilmərik. Əgər biz hər nə ilə olursa olsun, sosial-demokrat siyasətini kortəbii siyasət, tred-yunionist siyasəti dərəcəsinə endiririksə, biz bununla məhz burjua demokratiyasına kömək edirik. [LENİN] Sinfi mübarizəni brentanocasına anlamaq, “brentanizm” – “proletariatın qeyri-inqilabi “sinfi” mübarizəsini qəbul edən liberal-burjua təlimidir” (V. İ. Lenin). Bu təlim fəhlə məsələsinin fabrik qanunvericiliyi və fəhlələrin həmkarlar ittifaqlarında təşkil edilməsi yolu ilə kapitalizm çərçivəsi daxilində həll edilməsinin mümkünlüyünü təbliğ edirdi. O, burjua siyasi iqtisadında kateder sosializmi məktəbinin başlıca nümayəndələrindən biri olan L. Brentanonun adı ilə adlandırılmışdır. Red. IVİQTİSADÇILARIN KUSTARÇILIĞI VƏ İNQİLABÇILAR TƏŞKİLATI“Rab. Delo”nun yuxarıda araşdırdığımız iddiaları, yəni iqtisadi mübarizə siyasi təşviqatın ən geniş tətbiq edilə bilən bir vasitəsidir, indi bizim vəzifəmiz iqtisadi mübarizənin özünə siyasi xarakter verməkdir və s. iddiaları bizim yalnız siyasi vəzifələrimizi deyil, təşkilat vəzifələrimizi də məhdud anlamağı göstərir. Siyasi müxalifət, prostest və hiddətin bütün və hər cür təzahürlərini ümumi bir hücum halında birləşdirən ümumrus mərkəzləşdirilmiş təşkilatı, peşəkar inqilabçılardan ibarət olub bütün xalqın həqiqi siyasi başçıları tərəfindən rəhbərlik edilən bir təşkilat “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” üçün əsla lazım deyildir, – buna görə belə bir mübarizə əsasında yaradıla da bilməz. Səbəbi də aydındır. Hər bir təsisatın təşkilat xarakterini, təbii və labüd olaraq, həmin təsisatın fəaliyyətinin məzmunu müəyyən edir. Buna görə “Rab. Delo” yuxarıda araşdırdığımız öz iddiaları ilə yalnız siyasi fəaliyyətin məhdudluğunu deyil, təşkilat işinin də məhdudluğunu müqəddəs bilib qanuniləşdirir. Həmişə olduğu kimi, bu halda da “Rab. Delo” şüurluluğu kortəbiilik qarşısında təslim olan bir orqandır. Kortəbii surətdə əmələ gələn təşkilat formalarına pərəstiş etmək, bizim təşkilat işimizin nə qədər məhdud və ibtidai şəkildə olduğunu, bu mühüm sahədə bizim hələ nə qədər “kustar” olduğumuzu dərk etməmək, bunu dərk etməmək, deyirəm, hərəkatımızın əsl xəstəliyidir. Özlüyündə aydındır ki, bu tənəzzül xəstəliyi deyil, artma xəstəliyidir. Lakin məhz indi kortəbii hiddət dalğası hərəkatın rəhbər və təşkilatçıları olan bizləri az qala gəlib basdığı bir zamanda geriliyi hər cür müdafiə etmək əleyhinə, bu işdə məhdudluğu hər cür qanuniləşdirmək əleyhinə ən barışmaz mübarizə aparılması xüsusilə lazımdır, əməli işdə iştirak edən və ya buna girişməyə hazırlaşan hər kəsdə, indi bizdə hakim olar kustarçılığa qarşı narazılıq və ondan xilas olmağa sarsılmaz bir qətiyyət oyatmaq xüsusilə lazımdır.a) Kustarçılıq nədir?Bu suala 1894-1901-ci illərin tipik bir sosial-demokrat dərnəyinin fəaliyyətinin kiçicik təsviri ilə cavab verməyə çalışaq. Biz artıq bu dövrdə bütün məktəbli gənclərin marksizmə elliklə uyduğunu göstərmişdik. Əlbəttə, gənclərin marksizmə belə uymasının səbəbi yalnız və heç də marksizmin bir nəzəriyyə olması deyildi, bunun səbəbi o idi ki, marksizm “nə etməli?” sualına cavab verirdi, düşmən üzərinə hücuma keçməyə çağırırdı. Həm də bu yeni döyüşçülər heyrət ediləcək dərəcədə ibtidai silah və ibtidai hazırlıqla hücuma gedirdilər. Əksər hallarda isə hətta bunların demək olar heç bir silahı və qətiyyən heç bir hazırlığı yox idi. Qədim kəndlilər kimi əllərinə təkcə bir dəyənək götürüb müharibəyə gedirdilər. Tələbə dərnəyi hərəkatın köhnə xadimləri ilə heç bir əlaqə yaratmadan başqa yerlərdəki və ya hətta şəhərin başqa hissələrindəki (və ya başqa məktəblərdəki) dərnəklərlə heç bir əlaqəyə girmədən, inqilabi işin ayrı-ayrı hissələrinin heç bir cəhətini təşkil etmədən, az-çox uzun bir dövr üçün heç bir müntəzəm fəaliyyət planı olmadan fəhlələrlə əlaqəyə girir və işə başlayır. Dərnək tədricən, getdikcə daha geniş təbliğat və təşviqat aparır, öz işə başlaması faktı ilə olduqca geniş fəhlə təbəqələrinin rəğbətini, habelə “Komitəyə” pul verən və onun sıralarına gənclərin yeni-yeni qruplarını göndərən elmli cəmiyyətin bəzi hissəsinin rəğbətini qazanır. Komitənin (və ya mübarizə ittifaqının) cazibəsi artır, onun fəaliyyət vüsəti genişlənir və o bu fəaliyyəti tamamilə kortəbii bir surətdə genişləndirir: bir il və ya bir neçə ay bundan əvvəl tələbə dərnəklərində çıxış edən və “haraya getməli?” məsələsini həll edən, fəhlələrlə əlaqə düzəldən və əlaqə saxlayan, vərəqələr, hazırlayıb buraxan adamlar başqa inqilabçı qrupları ilə əlaqə düzəldirlər, ədəbiyyat əldə edirlər, yerli qəzet nəşr etməyə girişirlər, nümayiş düzəltmək haqqında danışmağa başlayırlar, nəhayət, açıq hərbi əməliyyata keçirlər (həm də bu açıq hərbi əməliyyat, şəraitə görə, həm ilk təşviqat vərəqəsindən, həm qəzetin ilk nömrəsindən, həm ilk nümayişdən ibarət ola bilər). Həm də, adətən, bu əməliyyatın ilk başlanğıcı dərhal tam bir müvəffəqiyyətsizliklə nəticələnir ki, bu hərbi əməliyyat uzun müddətli və inadlı bir mübarizə üçün qabaqcadan düşünülmüş, tədriclə hazırlanmış müntəzəm bir planın nəticəsi olmayıb köhnə qayda ilə aparılan dərnək işinin kortəbii bir surətdə artması idi; ona görə ki, polis, təbii olaraq, demək olar, həmişə yerli hərəkatın, hələ tələbəlik skmayasından “özünü göstərmiş” olan başlıca xadimlərinin hamısını tanıyırdı və onları tutmaqdan ötrü özü üçün ən əlverişli bir fürsət gözləyərək, dərnəyin kifayət qədər artıb genişlənməsinə qəsdən yol verirdi ki, əldə tutulan corpus delicti1 olsun və tanıdığı adamların bir neçəsini həmişə qəsdən “toxumluq” saxlayırdı (bu texniki ifadə mənə məlum olduğu kimi, həm bizimkilər, həm də jandarmlar arasında işlədilir). Bu cür müharibəni müasir qoşuna qarşı dəyənəklə silahlanıb döyüşə gedən kəndli dəstələrinin yürüşü ilə müqayisə etməmək olmaz. Buna görə də hərəkatın həyatiliyinə ancaq təəccüb etmək lazım gəlir, çünki vuruşanların tamamilə hazırlıqsız olduqlarına baxmayaraq, hərəkat genişlənir, artır və qələbələr çalırdı. Doğrudur, tarixi nöqteyi-nəzərdən, başlanğıcda silahın ibtidai olması nəinki labüd idi, çoxlu döyüşçü cəlb etmək şərtlərindən biri olmaq etibarı ilə hətta qanuni idi. Lakin ciddi hərbi əməliyyatlar başlanan kimi (bu əməliyyatlar isə əslində, artıq 1896-cı ilin yayındakı tətillərdən etibarən başlanmışdı) bizim hərbi təşkilatımızın nöqsanları özünü getdikcə daha kəskin hiss etdirməyə başladı. Hökumət ilk zamanlar karıxaraq bir sıra səhvlər (məsələn, cəmiyyətə müraciətlə sosialistlərin cinayətlərini təsvir etmək və ya fəhlələri paytaxtlardan əyalətdəki sənaye mərkəzlərinə sürgün etmək kimi səhvlər) buraxdıqdan sonra çox keçmədən yeni mübarizə şəraitinə uyğunlaşdı və özünün ən mükəmməl vasitələrlə silahlanmış fitnəkar, casus və jandarm dəstələrini lazımi yerlərə yerləşdirə bildi. Dərnəklər o qədər tez-tez dağıdılır, o qədər çoxlu adam həbs olunurdu, yerli dərnəkləri elə tərtəmiz süpürüb yox edirdilər ki, fəhlə kütləsi tam mənası ilə bütün rəhbərlərini itirirdi, hərəkat ağlasığmaz dərəcədə sıçrayışlar şəkli alırdı və işdə qətiyyən heç bir varislik və rabitə yaradıla bilmirdi. Yerli xadimlərin son dərəcə dağınıqlığı, dərnəklərin tərkibinin təsadüfi olması, nəzəri, siyasi və təşkilat məsələləri sahəsində hazırlıq olmaması və görüş dairəsinin məhdudluğu təsvir edilən şəraitin labüd nəticəsi idi. İş o yerə çatmışdı ki, bəzi yerlərdə kifayət qədər təmkinli və konspirativ işləyə bilmədiyimizdən fəhlələr daha ziyalılara inanmamağa və onlardan uzaq olmağa başlamışdılar: onlar deyirdilər ki, ziyalılar çox düşüncəsiz hərəkət edib təşkilatın ələ keçməsinə səbəb olurlar!Bu kustarçılığın, nəhayət, bütün düşüncəli sosial-demokratlar tərəfindən bir xəstəlik kimi hiss edilməyə başladığını, hərəkata az-çox bələd olan hər kəs bilir. Buna bələd olmayan oxucu bizim süni surətdə hərəkatda xüsusi bir mərhələ və ya xüsusi bir xəstəlik “quraşdırdığımızı” güman etməsin deyə, biz yuxarıda artıq bir dəfə adı çəkilmiş şahidə istinad edəcəyik. Qoy uzun sitat gətirdiyimiz üçün bizdən şikayətlən-məsinlər.“Əgər tədriclə daha geniş əməli fəaliyyətə keçid, — deyə B-v “Rab. Delo”nun 6-cı №-sində yazır, – yəni rus fəhlə hərəkatının ümumi keçid dövründən bilavasitə asılı olan bu keçid səviyyəsi bir cəhətdirsə... onda rus fəhlə inqilabının ümumi mexanizmində eyni dərəcədə maraqlı başqa bir cəhət də vardır. Biz işə yararlı inqilabi qüvvələrin ümumi azlığından2 bəhs edirik ki, bu da yalnız Peterburqda deyil, hətta bütün Rusiyada hiss olunur. Fəhlə hərəkatı ümumiyyətlə canlandıqca, fəhlə kütləsi ümumiyyətlə inkişaf etdikcə, fəhlələrin daha açıq kütləvi mübarizəyə keçməsi üzündən hökumətin təqibləri, həbs və sürgünləri şiddətləndikcə yüksək keyfiyyətli inqilabi qüvvələrin azlığı daha artıq gözə çarpır və şübhəsiz ki, hərəkatın dərinliyinə və ümumi xarakterinə təsirsiz qalmır. Bir çox tətillər inqilabi təşkilatçıların güclü və bilvasitə təsiri olmadan keçir... təşviqat vərəqələri və qeyri-leqal ədəbiyyat azlığı hiss olunur... fəhlə dərnəkləri təşviqatçısız qalır... Bununla yanaşı olaraq pul vəsaitinə də daim ehtiyac hiss olunur. Bir sözlə, fəhlə hərəkatının artması inqilabi təşkilatların artmasını və inkişafını ötüb keçir. Fəaliyyətdə olan inqilabçıların mövcud tərkibi, həyəcana gəlmiş bütün fəhlə kütləsinə təsir göstərmək işini öz əlinə almaq üçün, bütün həyəcanlara heç olmazsa müntəzəmlik və mütəşəkkillik xarakteri vermək üçün kifayət etmir... Ayrı-ayrı dərnəklər, ayrı-ayrı inqilabçılar toplaşdırılmamışdır, birləşdirilməmişdir, bunlar müntəzəm inkişaf etmiş hissələri olan vahid, qüvvətli və intizamlı bir təşkilat deyildirlər”... Müəllif dağılan dərnəklərin yerində dərhal yenilərinin meydana gəlməsi “ancaq hərəkatın həyatiliyini sübut edir... lakin tamamilə yararlı inqilabçı xadimlərin kifayət qədər olduğunu heç də göstərmir” dedikdən sonra belə bir nəticə çıxarır: “Peterburq inqilabçılarının əməli cəhətdən hazırlıqsızlığı onların fəaliyyətinin nəticələrində də özünü göstərir. Son mühakimələr, xüsusən “Özünü azadetmə” və “Əməyin kapitala qarşı mübarizəsi”3 qruplarının mühakiməsi açıqca göstərdi ki, müəyyən bir zavodda əmək şəraiti ilə və deməli, təşviqat şəraiti ilə də ətraflı surətdə tanış olmayan, konspirasiya prinsiplərini bilməyən və sosial-demokratiyanın yalnız ümumi baxışlarını mənimsəmiş” (mənimsəmişmi?) “olan gənc bir təşviqatçı, ancaq 4, 5, 6 ay işləyə bilir. Sonra həbs edilir və çox vaxt bu həbs bütün təşkilatın və ya heç olmazsa təşkilatın bir hissəsinin darmadağın edilməsinə səbəb olur. Sual olunur, bir qrupun ki ömrü cəmi bir neçə ay sürür, belə bir qrup müvəffəqiyyətlə və səmərəli işləyə bilərmi?.. Aydındır ki, mövcud təşkilatların nöqsanlarını tamamilə keçid dövrünün hesabına aid etmək olmaz... aydındır ki, işləyən təşkilatların tərkibinin sayı və başlıca olaraq keyfiyyəti burada az əhəmiyyətli bir rol oynamır, buna görə bizim sosial-demokratların birinci vəzifəsi... üzvləri ciddi seçməklə təşkilatları real surətdə birləşdirməkdən ibarət olmalıdır”.b) Kustarçılıq və iqtisadçılıqİndi biz yəqin ki, artıq hər bir oxucunun fikrinə gələn bir sualın üzərində dayanmalıyıq. Bütün hərəkata məxsus bir artma xəstəliyi olan bu kustarçılığı rus sosial-demokratiyasındakı cərəyanlardan biri olan “iqtisadçılıqla” əlaqədar etmək olarmı? Zənnimizcə, olar. Əməli hazırlığın olmaması, təşkilat işlərindəki bacarıqsızlıq, doğrudan da, ümumi bir hal olub bizim hamımıza, o cümlədən, lap əvvəldən daim inqilabi marksizm nöqteyi-nəzərində duranlara da aiddir. Buna görə də özlüyündə hazırlığın olmaması üstündə praktikləri heç kəs, əlbəttə, təqsirləndirə də bilməzdi. Lakin “kustarçılıq” anlayışına hazırlığın olmamasından savayı nə isə ayrı bir şey də daxildir: ümumiyyətlə bütün inqilabi işin məhdud olması, belə məhdud iş əsasında yaxşı inqilabçılar təşkilatının əmələ gələ bilməyəcəyini anlamamaq, nəhayət — başlıcası da budur — bu məhdudluğu doğrultmaq və xüsusi bir “nəzəriyyə” dərəcəsinə qaldırmaq cəhdləridir, yəni bu sahədə də kortəbiiliyə pərəstiş etməkdir. Bu cür cəhdlər meydana çıxdıqda isə artıq, şübhəsiz, məlum oldu ki, kustarçılıq “iqtisadçılıqla” əlaqədardır və biz, ümumiyyətlə, “iqtisadçılıqdan” (yəni həm marksizm nəzəriyyəsini, həm sosial-demokratiyanın rolunu, həm də onun siyasi vəzifələrini məhdud anlamaqdan) xilas olmasaq, təşkilat fəaliyyətimizin məhdudluğundan xilas ola bilmərik. Bu cəhdlər isə iki istiqamətdə meydana çıxmışdı. Bəziləri başlayıb deyirdilər: fəhlə kütləsi özü hələ inqilabçıların ona “qəbul etdirdikləri” kimi geniş və mübariz siyasi vəzifələr irəli sürməmişdir, fəhlə kütləsi hələ ən yaxın siyasi tələblər uğrunda mübarizə etməlidir, “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə”4 aparmalıdır (kütləvi hərəkata ”müyəssər” olan bu mübarizəyə təbiidir ki, hətta ən hazırlıqsız gənclərə “müyəssər” olan bir təşkilat da uyğun ola bilər). Hər cür “tədricilikdən” uzaq olan başqaları isə başlayıb deyirlər: “siyasi inqilab etmək” mümkün və lazımdır, lakin bunun üçün proletariatı səbatlı və inadlı mübarizə ilə tərbiyə edən möhkəm inqilabçılar təşkilatı yaradılmasına heç bir ehtiyac yoxdur; bunun üçün hamımız artıq “müyəssər” və tanış olan dəyənəkdən yapışsaq, kifayətdir. Kinayəsiz desək — bizə ümumi tətil5 düzəltmək kifayətdir və ya “ekssitativ terror”6 vasitəsi ilə fəhlə hərəkatının “süst” gedişini canlandırmaq kifayətdir. Bu məsləklərin hər ikisi, opportunistlər də, “inqilabbazlar” da hakim olan kustarçılıq qarşısında təslim olurlar, ondan xilas olmaq imkanına inanmırlar, bizim birinci və ən zəruri əməli vəzifəmizi: siyasi mübarizənin coşqunluğunu, sabitliyini və ardıcıllığını təmin edə bilən inqilabçılar təşkilatı yaratmaq vəzifəmizi anlamırlar.Biz indicə B-v-dən aşağıdakı sözləri sitat gətirmişdik: “fəhlə hərəkatının artması inqilabi təşkilatların artmasını və inkişafını ötüb keçir”. Bu “yaxın müşahidəçilərinin verdiyi qiymətli məlumat” (B-v-nin məqaləsi haqqında “Raboçeye Delo” redaksiyasının rəyi) bizim üçün ikiqat qiymətlidir. Bu məlumat göstərir ki, biz rus sosial-demokratiyasında müasir böhranın əsas səbəbini rəhbərlərin (“ideoloqların”, inqilabçıların, sosial-demokratların) kütlələrdə olan kortəbii yüksəlişdən geridə qalmasında görməkdə haqlı idik. O göstərir ki, kortəbii ünsürün, adi gündəlik mübarizənin əhəmiyyətini kiçiltmək təhlükəsi haqqında, taktika-proses və sairə haqqında “iqtisadçı” məktubunun müəlliflərinin (“İskra”nın 12-ci№-sində), B. Kriçevskinin və Martınovun mülahizələri bütövlükdə məhz kustarçılığı tərifləmək və müdafiə etməkdən ibarətdir. Üz-gözünü etinasızlıqla turşutmadan “nəzəriyyəçi” kəlməsini dillərinə gətirə bilməyən, yaşayışdakı hazırlıqsızlıq və gerilik qarşısında diz çökmələrini “həyat duyğusu” adlandıran bu adamlar işdə bizim ən vacib əməli vəzifələrimizi anlamadıqlarını büruzə verirlər. Geridə qalmış adamların üstünə qışqırıb deyirlər: Ayaqlaşın! Qabağa keçməyin! Təşkilat işində coşqunluğu və təşəbbüskarlığı olmayan, işi geniş və cəsarətli qurmaq “planı” olmayan adamların üstünə qışqırıb “taktika-prosesdən” danışırlar! Bizim əsas qüsurumuz siyasi və təşkilat vəzifələrimizi gündəlik iqtisadi mübarizənin ən yaxın, “hiss olunan”, “konkret” mənafeyi dərəcəsinə endirməkdən ibarətdir, — bizə isə təkrar edib deyirlər: iqtisadi mübarizənin özünə siyasi xarakter vermək lazımdır! Bir daha deyirik: bu, dəfn mərasimini görüb: “bərəkətli olsun!” deyə qışqıran xalq eposu qəhərmanının “həyat duyğusunun” tamamilə eynidir.Bu əllamələrin Plexanova həqiqətən “narsiscəsinə” böyük bir lovğalıqla öyüd verdikərini xatırlayın: “fəhlə dərnəklərinə sözün həqiqi, əməli mənasında, yəni siyasi tələblər uğrunda məqsədəuyğun və müvəffəqiyyətli əməli mübarizə mənasında siyasi vəzifələr ümumiyyətlə (sic!) müyəssər deyildir” (““R. D.” Redaksiyasının cavabı”, səh. 24). Cənablar, dərnək də var, dərnək də! Nə qədər ki, kustarlar özlərinin kustarçılığını başa düşməmiş və ondan xilas olmamışlar, əlbəttə, “kustarlar” dərnəyinə siyasi vəzifələr müyəssər ola bilməz. Əgər bu kustarçılar hələ bundan başqa bir də özlərinin kustarçılığına aşiq olmuşlarsa, əgər onlar “əməli” sözünü hökmən kursivlə yazır və xəyal edirlər ki, əməlilik öz vəzifələrini kütlənin ən geridə qalmış təbəqələrinin anlaması dərəcəsinə endirməyi tələb edir, — o zaman, əlbəttə, bu kustarlardan bir şey gözləmək olmaz və onlara həqiqətən siyasi vəzifələr ümumiyyətlə müyəssər deyildir. Lakin Alekseyev və Mışkin kimi, Xalturin və Jelyabov kimi görkəmli xadimlərin dərnəyinə siyasi vəzifələr sözün ən həqiqi, ən əməli mənasında müyəssərdir, məhz ona görə və o qədər müyəssərdir, nə qədər ki, kortəbii surətdə oyanmaqda olan kütlə onların qızğın təbliğatını dinləyir, onların böyük coşqunluğunu inqilabçı sinif öz coşqunluğu ilə qarşılayıb davam etdirir. Plexanov bu inqilabçı sinfi göstərməklə bərabər, onun hökmən labüd olaraq kortəbii surətdə oyanacağını sübut etməklə bərabər “fəhlə dərnəklərinin” qarşısına yüksək və böyük siyasi vəzifə də qoymaqda min dəfə haqlı idi. Siz isə həmin vəzifəni alçaltmaq üçün, “fəhlə dərnəklərinin” coşqunluğunu və fəaliyyət dairəsini məhdudlaşdırmaq üçün o zamandan bəri əmələ gəlmiş kütləvi hərəkata istinad edirsiniz. Bu, kustarın öz kustarçılığına aşiq olması deyil, bəs nədir? Siz öz praktikliyinizlə lovğalanırsınız, amma Rusiyada əməli işlə məşğul olan hər kəsin bildiyi belə bir faktı görmürsünüz ki, inqilabi işdə nəinki dərnəyin, hətta ayrıca bir şəxsiyətin də coşqunluğu nə kimi xariqələr yarada bilər. Yoxsa siz elə güman edirsiniz ki, bizim hərəkatımızda 70-ci illərdəki görkəmli xadimlər kimi xadimlər ola bilməz? Nə səbəbə ola bilməz? O səbəbə ki, hazırlığımız azdır? Lakin biz hazırlaşırıq, hazırlaşacağıq və hazırlaşmış olacağıq! Doğrudur, bədbəxtlikdən bizdə “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizənin” durğun suyu kiflənmişdir, kortəbiilik qarşısında diz çöküb ibadət edən, rus proletariatının (Plexanov demişkən) “gerisini” dərin hörmətlə seyr edən adamlar meydana gəlmişdir. Lakin biz bu kifdən xilas ola bilərik. Məhz indi, həqiqi inqilabi nəzəriyyəni rəhbər tutan rus inqilabçısı həqiqətən inqilabçı olan və kortəbii surətdə ayılmaqda olan bir sinfə arxalanaraq, – nəhayət! qəddini düzəldib lap dikələr və bütün öz pəhləvan gücünü göstərə bilər. Bunun üçün ancaq o lazımdır ki, siyasi vəzifələrimizi və təşkilat işlərimizin genişliyini məhdudlaşdırmaq niyyəti, hər bir belə niyyət külli miqdar praktiklər içərisində və hələ məktəb skamyasından əməli iş həsrətində olan daha çox adamlar içərisində istehzla və nifrətlə qarşılansın. Həm də biz buna nail olacağıq, cənablar, arxayın olun!“Nədən başlamalı?” məqaləmdə “Raboçeye Delo” əleyhinə yazmışdım: “Müəyyən xüsusi bir məsələ haqqında təşviqat taktikasını, partiya təşkilatı işinin müəyyən bir hissəsinin həyata keçirilməsi taktikasını 24 saat içərisində dəyişdirmək olar, ümumiyyətlə, həmişə və hökmən mübariz təşkilatın və kütlələr içərisində siyasi təşviqatın lazım olub-olmaması haqqındakı baxışları isə nəinki 24 saat içərisində, hətta 24 ay ərzində də olsa, yalnız tamamilə səbatsız adamlar dəyişdirə bilərlər”. “Raboçeye Delo” cavab verir: ““İskra”nın ittihamlarından felən ittiham xarakteri daşıya bilən bu yeganə ittiham tamamilə əsassızdır. “R. Delo”nun oxucuları yaxşı bilirlər ki, biz lap əvvəldən “İskra”nın meydana gəlməsini gözləməyərək, nəinki siyasi təşviqata çağırırdıq”... (həm də deyirdik ki, təkcə fəhlə dərnəkləri üçün deyil, “habelə kütləvi fəhlə hərəkatı üçün də birinci siyasi vəzifə olaraq mütləqiyyəti yıxmaq vəzifəsini qarşıya qoymaq mümkün deyildir”, ancaq ən yaxın siyasi tələblər uğrunda mübarizə vəzifəsini qarşıya qoymaq mümkündür və “ən yaxın siyasi tələblər kütlə üçün bir və ya heç olmazsa bir neçə tətildən sonra müyəssər olur”)... “habelə xaricdən öz nəşrlərimizi yeganə sosial-demokrat siyasi təşviqat materialı olaraq Rusiyada işləyən yoldaşlarımıza çatdırırdıq”... (həm də bu yeganə materialda siz nəinki ancaq iqtisadi mübarizə zəminində ən geniş siyasi təşviqat tətbiq edirdiniz, hətta, nəhayət, o yerə çatıb deyirdiniz ki, bu məhdud təşviqat “ən geniş tətbiq edilə biləndir”. Həm də, cənablar, görmürsünüzmü ki, sizin dəlilləriniz — belə bir yeganə material şəraitində — məhz “İskra”nın meydana gəlməsi zərurətini və “İskra”nın “Raboçeye Delo”ya qarşı mübarizə aparması zərurətini sübut edir?)... “Digər tərəfdən, bizim nəşriyyat fəaliyyətimiz işdə partiyanın taktika birliyini hazırlayırdı”... (ona inanmaq birliyini ki, taktika — partiya ilə birlikdə artan partiya vəzifələrinin artması prosesidir? Qiymətli birlikdir!)... “bununla da “mübariz təşkilatın” yaranması üçün imkan hazırlayırdıq ki, bunun da yaradılması yolunda İttifaq bir xarici təşkilat üçün ümumiyyətlə müyəssər olan hər şeyi etmişdir” (“R. D.” № 10, səh. 15). Yayınmaq üçün əbəs cəhd edirsiniz! Sizin özünüz üçün müyəssər olan hər şeyi etdiyinizi mən heç bir zaman inkar etmək fikrində olmamışam. Mən demişəm və deyirəm ki, sizə “müyəssər olanın” hədləri, öz anlamanızın yaxıngörənliyi nəticəsində məhdudlaşır. “Ən yaxın siyasi tələblər” uğrunda mübarizə üçün və ya “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” üçün “mübariz təşkilat” haqqında danışmağın özü gülüncdür.Lakin əgər oxucu kustarçılığa “iqtisadi” aşiqliyin incilərini görmək istəyirsə, onda, əlbəttə, eklektik və səbatsız “Rab. Delo”dan ardıcıl və qətiyyətli “Rab. Mısl”a keçməlidir. R. M. “Ayrıca əlavə”nin 13-cü səhifəsində yazmışdır: “İndi bir iki kəlmə də inqilabçı ziyalılar deyilənin özü haqqında; bu ziyalılar, doğrudur, “çarizmə qarşı qəti vuruşmağa” tamamilə hazır olduqlarını işdə dəfələrlə göstərmişlər. Ancaq bütün bəla bundadır ki, siyasi polis tərəfindən amansız surətdə təqib olunan inqilabçı ziyalılarımız həmin siyasi polisə qarşı mübarizəni mütləqiyyətə qarşı siyasi mübarizə hesab edirdilər. Buna görə də “mütləqiyyətə qarşı mübarizə üçün haradan qüvvə almaq?” məsələsi həmin ziyalılar üçün hələ indiyə qədər də aydınlaşmamış qalır”.Doğru deyilmi ki, kortəbii hərəkat pərəstişkarının (pis mənada pərəstişkarın) polisə qarşı mübarizəyə bu qəribə etinasızlğı misilsizdir? O bizim konspirasiya bacarıqlarımızı bununla doğrultmağa hazırdır ki, kortəbii kütləvi hərəkat olduğu bir şəraitdə bizim üçün siyasi polisə qarşı mübarizə aparmaq, əslində, heç əhəmiyyətli bir şey də deyildir!! İnqilabi təşkilatlarımızın nöqsanları hamını o dərəcə narahat edir ki, bu əcaib nəticəni çox və çox azları imzalayar. Lakin əgər bunu, məsələn, Martınov imzalamazsa, səbəbi ancaq o ola bilər ki, Martınov öz müddəalarını axıradək düşünə bilmir və ya buna cəsarəti çatmır. Doğrudan da, məgər kütlənin hiss olunan nəticələr ümidi verən konkret tələblər irəli sürməsi kimi bir “vəzifə”, inqilabçıların möhkəm, mərkəzləşdirilmiş, mübariz təşkilatını yaratmaq yolunda xüsusi qayğıkeşlik göstərilməsini tələb edir? Məgər “siyasi polisə qarşı heç də mübarizə” etməyən kütlə də bu “vəzifəni” yerinə yetirmirmi? Bundan əlavə: əgər bir neçə rəhbərdən başqa habelə, “siyasi polisə qarşı mübarizə etməyə” əsla qabil olmayan fəhlələr də (böyük əksəriyyətlə) işə girişməsəydilər, bu vəzifə yerinə yetirilə bilərdimi? Kütlənin orta nümayəndələri olan bu kimi fəhlələr tətildə, polisə və qoşuna qarşı küçə mübarizəsində çox böyük qətiyyət və fədakarlıq göstərməyə qabildirlər, onlar bütün hərəkatımızın nəticəsini həll etməyə qabildirlər (və ancaq onlar bunu edə bilərlər), — lakin məhz siyasi polisə qarşı mübarizə üçün xüsusi keyfiyyətlər tələb olunur, peşəkar inqilabçılar tələb olunur. Buna görə də biz kütlənin yalnız konkret tələblər “irəli sürməsinə” çalışmaq deyil, habelə ona da çalışmalıyıq ki, fəhlə kütləsi getdikcə daha çox bu cür peşəkar inqilabçılar “irəli sürsün”. Beləliklə, biz peşəkar inqilabçılar təşkilatı ilə xalis fəhlə hərəkatı arasındakı nisbət məsələsinə yanaşmış olduq. Ədəbiyyatda az əks olunmuş bu məsələ biz “siyasətçiləri”, “iqtisadçılığa” az-çox meyl göstərən yoldaşlarla söhbət və mübahisələrdə çox məşğul etmişdir. Bu məsələ üzərində xüsusi dayanmağına dəyər. Lakin əvvəlcə, kustarçılığın “iqtisadçılıqla” əlaqəsi haqqındakı müddəamızın şərhini daha bir sitat gətirməklə qurtaraq.C-b N. N. öz “Cavab”ında yazırdı: ““Əmək azadlığı” qrupu hökumətə qarşı açıq mübarizə aparılmasını tələb etdiyi halda, belə bir mübarizə üçün maddi qüvvənin olub-olmadığını ölçüb-biçmir, bunun üçün nə kimi yollar olduğunu göstərmir”. Həm də müəllif sonuncu sözləri kursivlə yazaraq “yollar” sözünə belə bir qeyd verir: “Bu hal konspirasiya məqsədləri ilə izah edilə bilməz, çünki proqramda sui-qəsddən deyil, kütləvi hərəkatdan bəhs olunur. Kütlə isə gizli yollarla gedə bilməz. Məgər gizli tətil etmək mümkündürmü? Məgər gizli nümayiş etmək və petisiya vermək mümkündürmü?” (“Vademecum”, səh. 59). Müəllif həm bu “maddi qüvvəyə” (tətil və nümayiş düzəldənlərə), həm də mübarizə üçün “yollara” lap yanaşmış, lakin yenə də çaşıb məəttəl qalmışdır, zira o, kütləvi hərəkata “pərəstiş edir”, yəni o, kütləvi hərəkata bizim inqilabi fəallığımızı coşqunlaşdırıb ona təkan verməli olan bir şey kimi deyil, bizi öz inqilabi fəallığımızdan qurtarmalı olan bir şey kimi baxır. Gizli tətil — bu tətildə iştirak edənlər üçün və onunla bilavasitə əlaqədar olanlar üçün — mümkün deyildir. Lakin rus fəhlələri kütləsi üçün bu tətil “gizli” qala bilər (və çox vaxt qalır da), zira hökumət çalışacaqdır ki, tətilçilərlə hər bir əlaqə kəsilsin, çalışacaqdır ki, tətil haqqında əsla heç bir xəbər yayıla bilməsin. Bax, artıq burada “siyasi polisə qarşı” xüsusi “mübarizə” lazımdır, elə mübarizə ki, tətillərdə iştirak edən kütlə qədər geniş bir kütlə bunu heç bir zaman fəal surətdə apara bilməz. Bu mübarizəni inqilabi işlə bir peşə kimi məşğul olan adamlar “tam məharətlə” təşkil etməlidirlər. Kütlənin kortəbii surətdə hərəkata qoşulması nəticəsində bu mübarizənin təşkil edilməsi lüzumu heç də azalmamışdır. Əksinə, bunun nəticəsində həmin mübarizənin təşkil edilməsi lüzumu daha da artır, zira biz sosialistlər hər bir tətilin və hər bir nümayişin polis tərəfindən gizli saxlanılmasına mane ola bilməsək (və bəzən özümüz də bunları gizli hazırlamasaq), kütlə qarşısında öz əsas vəzifəmizi yerinə yetirməmiş olarıq. Bunu isə biz məhz ona görə edə bilərik ki, kortəbii surətdə oyanan kütlə də öz içərisindən getdikcə daha çox “peşəkar inqilabçılar” irəli sürəcəkdir (bu şərtlə ki, biz hər vasitə ilə fəhlələri yerində saymağa çağırmaq fikrinə düşməyək).c) Fəhlələr təşkilatı və inqilabçılar təşkilatıƏgər siyasi mübarizə anlayışı sosial-demokrat üçün “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” anlayışının eynidirsə, təbii surətdə gözləmək olar ki, “inqilabçılar təşkilatı” anlayışı da onun üçün az-çox “fəhlələr təşkilatı” anlayışının eyni olacaqdır. Həqiqətən də, bu cür olur, belə ki, təşkilatdan bəhs edirkən biz tam mənası ilə müxtəlif dillərdə danışırıq. Məsələn, qabaqlarda tanımadığım xeyli ardıcıl bir “iqtisadçı” ilə etdiyimiz söhbət indiki kimi yadımdadır7. “Siyasi inqilabı kim edəcəkdir?” kitabçasından söz düşmüşdü və hər ikimiz tezliklə bu fikrə gəldik ki, kitabçanın əsas nöqsanı — təşkilat məsələsinə etinasız yanaşmasıdır. Biz artıq belə xəyal edirdik ki, ikimizin də fikrimiz birdir, lakin... söhbət uzanır və məlum olur ki, biz müxtəlif şeylərdən bəhs edirmişik. Müsahibim müəllifi tətil kasalarına, qarşılıqlı yardım cəmiyyətlərinə və s. etinasız yanaşmaqda təqsirləndirir, mən isə siyasi inqilab “etmək” üçün zəruri olan inqilabçılar təşkilatını nəzərdə tuturdum. Bu ixtilaf meydana çıxan kimi daha ümumiyyətlə heç bir prinsipial məsələdə bu “iqtisadçı” ilə razılaşdığım yadıma gəlmir!İxtilaflarımızın mənbəyi nədən ibarət idi? Məhz ondan ibarət idi ki, “iqtisadçılar” siyasi məsələlərdə olduğu kimi, təşkilat məsələlərində də daim azıb sosial-demokratizmdən tred-yunionizmə keçirlər. Sosial-demokratiyanın siyasi mübarizəsi fəhlələrin sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizəsindən xeyli geniş və mürəkkəbdir. Habelə (və buna görə) inqilabçı sosial-demokrat partiyasının təşkilatı da fəhlələrin bu kimi mübarizə üçün olan təşkilatından labüd surətdə başqacür olmalıdır. Fəhlələrin təşkilatı, əvvələn, həmkarlar təşkilatı olmalıdır; ikincisi, bu təşkilat mümkün qədər geniş olmalıdır; üçüncüsü, o mümkün qədər az konspirativ olmalıdır (burada və aşağıda mən, əlbəttə, yalnız mütləqiyyət Rusiyasını nəzərdə tuturam). İnqilabçılar təşkilatı isə əksinə, birinci növbədə və əsasən peşəsi inqilabi fəaliyyətdən ibarət olan adamları əhatə etməlidir (buna görə də mən inqilabçı sosial-demokratları nəzərdə tutub inqilabçılar təşkilatından bəhs edirəm). Belə bir təşkilatın üzvlərininin bu ümumi əlaməti qarşısında fəhlələrlə ziyalıların hər cür fərqi tamamilə silinməlidir; biz hələ bunların ayrı-ayrı peşələri arasındakı fərqdən danışmırıq. Bu təşkilat gərək əsla çox geniş olmasın və mümkün qədər daha konspirativ olsun. Bu üç cür fərq üzərində dayanaq.Siyasi azadlıq olan ölklərdə tred-yunionlarla sosial-demokratiyanın fərqi aydın olduğu kimi, həmkarlar təşkilatı ilə siyasi təşkilatın da fərqi tamamilə aydındır. Sosial-demokratiyanın tred-yunionlara münasibəti, əlbəttə, müxtəlif ölkələrdə tarixi, yuridik və başqa şəraitə görə dəyişilir, — bu münasibət çox və ya az sıx, mürəkkəb və sairə ola bilər (bizim nöqteyi-nəzərimizcə, bu münasibət mümkün qədər çox sıx və mümkün qədər az mürəkkəb olmalıdır), lakin azad ölkələrdə həmkarlar ittifaqları təşkilatı ilə sosial-demokrat partiyası təşkilatının eyniliyindən heç danışıq da ola bilməz. Rusiyada isə mütləqiyyətin zülmü, ilk nəzərdə, sosial-demokrat təşkilatı ilə fəhlə ittifaqı arasındakı hər cür fərqi silir, zira hər cür fəhlə ittifaqları və hər cür dərnəklər qadağan edilmişdir, zira fəhlələrin iqtisadi mübarizəsinin başlıca təzahürü və silahı olan tətil ümumiyyətlə cinayətkar qəbahət (bəzən isə hətta siyasi qəbahət!) hesab olunur. Beləliklə, bizim şərait, bir tərəfdən, iqtisadi mübarizə aparan fəhlələri siyasi məsələlərə çox “sövq edir” (və bizim Kriçevskilər, Martınovlar və komandası birinci növ “sövq etmədən” canfəşanlıqla dəm vurduqları halda, ikinci növ “sövq etməni” görmürlər). Doğrudan da, təsəvvür edin ki, bir qisim adamlar vaxtının yüzdə 99 hissəsini “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizəyə” sərf edirlər. Onların bəziləri bütün öz fəaliyyəti dövründə (4—6 ay) bir dəfə də olsun daha mürəkkəb inqilabçılar təşkilatı lazım olması məsələsinə rast gəlməzlər; digərləri ola bilsin ki, nisbətən yayılmış bernşteynçilik ədəbiyyatına “rast gələrlər” və bu ədəbiyyatdan “adi gündəlik mübarizənin irəliyə doğru gedişinin” çox əhəmiyyətli olması əqidəsini əldə edərlər. Nəhayət, üçüncüləri, bəlkə də, dünyaya “proletar mübarizəsi ilə sıx və üzvi əlaqənin”, həmkarlar hərəkatı ilə sosial-demokrat hərəkatı arasında əlaqənin yeni nümunəsini göstərmək kimi şirnikdirici bir ideyaya uyarlar. Bu cür adamlar belə mühakimə edə bilərlər ki, ölkə kapitalizm meydanına və deməli, fəhlə hərəkatı meydanına nəqədər gec çıxarsa, sosialistlər də həmkarlar hərəkatında bir o qədər çox iştirak edib ona yardım göstərə bilərlər, qeyri-sosial-demokrat həmkarlar ittifaqları da bir o qədər az ola bilər vəolmalıdır. Belə bir mühakimə burayadək tamamilə doğrudur, lakin bəla orasındadır ki, daha dərinlərə gedib sosial-demokratizmlə tred-yunionizmi tamamilə birləşdirmək xəyalına düşürlər. Biz bu saat “S.-Peterburq Mübarizə ittifaqı nizamnaməsi”-nin timsalında bu xəyalların bizim təşkilat planlarımıza necə zərərli təsir göstərdiyini görəcəyik.Fəhlələrin iqtisadi mübarizə təşkilatları həmkarlar təşkilatları olmalıdır. Hər bir sosial-demokrat fəhlə bu təşkilatlara mümkün qədər yardım göstərməli və bunlarda fəal işləməlidir. Bu belədir. Lakin “sex” ittifaqlarına yalnız sosial-demokratların üzv ola bilməsini tələb etmək bizim üçün əsla əlverişli deyildir: bu, kütləyə bizim təsirimizi azaltmış olardı. Qoy sahibkarlara və hökumətə qarşı mübarizə üçün birləşməyin zəruri olduğunu başa düşən hər bir fəhlə sex ittifaqında iştirak etsin. Əgər sex ittifaqları, heç olmazsa təkcə bu adi məsələni anlamaq dərəcəsinə çata bilənlərin hamısını birləşdirməsəydi, əgər bu sex ittifaqları çox geniş təşkilatlar olmasaydı, sex ittifaqları qarşısında duran məqsədin özü də əldə edilə bilməzdi. Həm də bu təşkilatlar nə qədər geniş olsa, bizim onlara təsirimiz də bir o qədər geniş olar, yalnız iqtisadi mübarizənin “kortəbii” inkişafı ilə göstərilən təsir deyil, habelə ittifaqın sosialist üzvlərinin öz yoldaşlarına bilavasitə və şüurlu təsir etməsi vasitəsi ilə göstərilən təsir də bir o qədər geniş olar. Lakin təşkilatın tərkibi geniş olduqda, ciddi konspirasiya (iqtisadi mübarizədə iştirak etmək üçün lazım olan hazırlıqdan daha artıq hazırlıq tələb edən konspirasiya) mümkün deyildir. Tərkibin geniş olması lüzumu ilə ciddi konspirasiya arasında bu ziddiyəti necə uyuşdurmalı? Sex təşkilatçılarının mümkün qədər az konspirativ olmasına necə nail olmalı? Bunun üçün ümumiyyətlə desək, yalnız iki yol ola bilər: ya sex ittifaqlarını leqallaşdırmaq (bəzi ölkələrdə sosialist ittifaqları və siyasi ittifaqlar leqallaşdırılmazdan qabaq sex ittifaqları leqallaşdırılmışdır), ya da təşkilatı gizli saxlamaq, lakin o qədər “azad”, az rəsmiləşdirilmiş, almanlar demişkən, lose halına salmaq ki, konspirasiya üzvlər kütləsi üçün sıfır dərəcəsinə ensin.Rusiyada qeyri-sosialist və qeyri-siyasi fəhlə ittifaqlarının leqallaşdırılması artıq başlanmışdır və heç bir şübhə ola bilməz ki, sürətlə artmaqda olan sosial-demokrat fəhlə hərəkatımızın hər addımı bu leqallaşdırma təşəbbüslərini, – başlıca olaraq, mövcud quruluşu istəyənlər tərəfindən, lakin qismən də fəhlələrin özləri və liberal ziyalılar tərəfindən edilən bu təşəbbüsləri – çoxaldacaq və buna həvəsi artıracaqdır. Leqallaşdırma bayrağı artıq Vasilyevlər və Zubatovlar tərəfindən qaldırılmış, ona c. Ozerovlar və Vormslar tərəfindən yardım vəd edilmiş və göstərilmişdir, fəhlələr arasında da artıq bu yeni cərəyanın ardıcılları vardır. Biz də bundan sonra həmin cərəyanla hesablaşmaya bilmərik. Necə hesablaşmaq məsələsində sosial-demokratlar arasında çətin iki fikir ola bilsin. Biz gərək Zubatovların və Vasilyevlərin, jandarmların və keşişlərin bu cərəyanda hər cür iştirakını dönmədən ifşa edib, həmin iştirakçıların əsl niyyətlərini fəhlələrə izah edək. Biz həmçinin açıq fəhlə yığıncaqlarında liberal xadimlərin nitqlərində seziləcək hər cür barışdırıcılıq və “ahəngdarlıq” meyllərini ifşa etməliyik, onlar siniflərin dinc əməkdaşlığının arzu ediləsi bir hal olduğuna səmimi etiqad bəslədikləri üçün, yaxud böyüklərə xidmət göstərmək istədikləri üçün və ya, nəhayət, sadəcə bacarıqsızlıq üzündən belə hərəkət etsələr də — fərqi yoxdur, biz onları ifşa etməliyik. Nəhayət, biz gərək polisin çox vaxt fəhlələr üçün qurduğu tələdən, yəni həmin açıq yığıncaqlarda və icazə verilmiş cəmiyyətlərdə “coşqun adamları” gözaltı etmək və leqal təşkilatlar vasitəsi ilə qeyri-leqal təşkilatlara da fitnəkarlar göndərmək tələsindən fəhlələri xəbərdar edək.Lakin bütün bunları etmək heç də fəhlə hərəkatının leqallaşdırılmasının nəticə etibarı ilə Zubatovlara deyil, məhz bizə fayda verəcəyini unutmaq demək deyildir. Əksinə, biz məhz öz ifşa kampaniyamızla alağı buğdadan ayrırıq. Alağı biz artıq göstərdik. Buğda — fəhlələrin daha geniş və ən geridə qalmış təbəqələrinin diqqətini ictimai və siyasi məsələlərə cəlb etməkdir, biz inqilabçıları, əslində leqal olan (leqal kitablar yaymaq, qarşılıqlı yardım və s.) və genişləndikcə labüd olaraq təşviqat üçün bizə getdikcə daha çoxlu material verəcək vəzifələrdən azad etməkdir. Bu mənada biz Zubatovlara və Ozerovlara deyə bilərik və deməliyik: çalışın, cənablar, çalışın! Nə qədər ki, siz fəhlələrə tələ qurursunuz (açıq fitnəkarlıq mənasındamı və ya “namuslu surətdə” fəhlələrin əxlaqını “struvizmlə” pozmaq mənasında), biz də çalışıb sizi ifşa edəcəyik. Nə qədər ki, siz irəliyə doğru — ən “qorxaq dolanbac yollarla” olsa da, yenə irəliyə doğru — həqiqi bir addım atırsınız, biz deyərik: lütf edin! İrəliyə doğru atılan həqiqi bir addım ancaq fəhlələr üçün fəaliyyət meydanını azacıq da olsa həqiqətən genişləndirməkdən ibarət ola bilər. Hər bir belə genişləndirmə isə bizə fayda verər və elə leqal cəmiyyətlərin yaranmasını sürətləndirər ki, bu cəmiyyətlərdə fitnəkarlar sosialistləri ovlamaq deyil, sosialistlər özləri üçün tərəfdarlar ovlayacaqlar. Bir sözlə, indi bizim işimiz alağa qarşı mübarizə etməkdir. Otaq dibçəklərində buğda göyərtmək bizim işimiz deyildir. Alağı təmizləməklə buğda toxumlarının göyərə bilməsi üçün yer təmizləyirik. Həm də nə qədər Afanasi İvanıçlar ilə Pulxeriya İvanovnalar otaqda bitkiçiliklə məşğul olurlar, biz həm bugünkü alağı çala bilən, həm də sabahkı buğdanı biçə bilən biçinçilər hazırlamalıyıq8.Beləliklə, mümkün qədər az konspirativ və mümkün qədər çox geniş həmkarlar təşkilatı yaratmaq məsələsini biz leqallaşdırma vasitəsi ilə həll edə bilmərik (lakin Zubatovlar və Ozerovlar bizim üçün bu məsələni qismən də olsa həll etmək imkanı açsaydılar, biz çox şad olardıq, — bundan ötrü biz onlara qarşı mümkün qədər qətiyyətlə mübarizə etməliyik!). Bircə gizli həmkarlar təşkilatları yolu qalır, buna görə də biz bu yola artıq qədəm qoymaqda olan (bizə bu yəqin məlumdur) fəhlələrə hər cür yardım etməliyik. Həmkarlar təşkilatları iqtisadi mübarizəni genişləndirmək və möhkəmləndirmək işinə çox böyük fayda verməklə bərabər, siyasi təşviqat və inqilabi təşkilat işinə də çox mühüm yardım göstərə bilər. Bu nəticəni əldə etmək üçün, başlanmaqda olan həmkarlar hərəkatına sosial-demokratiyanın istədiyi istiqaməti vermək üçün ən əvvəl Peterburq “iqtisadçılarının” artıq beş ildən bəri irəli sürdükləri təşkilat planının mənasızlığını aydın təsəvvür etmək lazımdır. Bu plan həm 1897-ci il iyul tarixli “Fəhlə kassası nizamnaməsi”ndə (“List. “Rab.”” № 9-10, səh. 46, — “Rab. Mısl”ın 1ci №-sindən), həm də 1900-cu il oktyabr tarixli “İttifaq fəhlə təşkilatı nizamnaməsi”ndə şərh edilmişdir (S.-Peterburqda çap edilən və “İskra”nın 1-ci №-sində adı çəkilən xüsusi vərəqə). Hər iki nizamnamənin əsas nöqsanı — geniş fəhlə təşkilatını təfərrüatı ilə rəsmiləşdirmək və bu təşkilatı inqilabçılar təşkilatı ilə qarışdırmaqdır. Daha ətraflı işlənib hazırlanmış olan ikinci nizamnaməni götürək. Bu nizamnamə əlli iki paraqrafdan ibarətdir: onun 23 paraqrafı, hər bir fabrikdə düzəldilən (“çoxu 10 adam”) və “mərkəzi (fabrik) qrupları” seçən “fəhlə dərnəklərinin” quruluşunu, iş aparmaq qaydasını və fəaliyyət hüdudlarını şərh edir. 2-ci paraqrafda deyilir: “Mərkəzi qrup öz fabrikində və ya zavodunda baş verən bütün hadisələri izləyir və buradakı hadisələrin xronikasını aparır”. “Mərkəzi qrup kassaya pul verənlərin hamısına kassanın vəziyyəti haqqında hər ay hesabat verir” (paraqraf 17) və s. 10 paraqraf “rayon təşkilatına”, 19-u da “Fəhlə təşkilatı komitəsi” ilə “Mübarizə ittifaqının SPB. komitəsi”nin bir-biri ilə son dərəcə mürəkkəb bir şəkildə çulğalaşmasına həsr edilmişdir (hər bir rayondan və “icra qruplarından” — “təbliğatçı qruplarından, yerlərlə əlaqə, xarici ölkələrlə əlaqə, anbarları idarə etmək, nəşriyyat işi və kassa işi qruplarından” seçilmiş vəkillər).Sosial-demokratiya = fəhlələrin iqtisadi mübarizəsində “icra qrupları”! “İqtisadçıların” fikrinin necə yayınıb sosi-aldemokratizmdən tred-yunionizmə keçdiyini, sosial-demok-rat üçün ən əvvəl proletariatın bütün azadlıq mübarizəsinə rəhbərlik edə biləcək inqilabçılar təşkilatı yaratmaq haqqında düşünmək lazım gəlməsi təsəvvürünün “iqtisadçıya” nə dərəcə yabançı olduğunu bundan daha qabarıq bir şəkildə nümayiş etdirmək çətin olardı. “Fəhlə sinfinin siyasi azadlığından”, “çar özbaşınalığına” qarşı mübarizədən bəhs etmək və eyni zamanda bu cür təşkilat nizamnamələri yazmaq — sosial-demokratiyanın əsl siyasi vəzifələrini qəytiyyən anlamamaq deməkdir. Əlli paraqrafdan heç birində rus mütləqiyyətinin bütün cəhətlərini, Rusiyadakı müxtəlif ictimai siniflərin bütün simasını kütlələr içərisində işıqlandıran ən geniş siyasi təşviqat lazım olduğunu anlamağın əlaməti də yoxdur. Belə bir nizamnamə ilə yalnız siyasi məqsədlərə deyil, hətta tred-yunionist məqsədlərinə də çatmaq mümkün deyildir, zira tred-yunionist məqsədlərinə çatmaq üçün peşələr üzrə təşkilat tələb olunur, bunun isə heç adı da çəkilmir.Lakin, demək olar, ən səciyyəvi cəhət odur ki, çox mürəkkəb olan bütün bu “sistem” hər bir ayrıca fabriki üçpilləli seçki sistemi şəraitində yeknəsəq və gülünc olacaq qədər xırdaçı qaydalar vasitəsi ilə “komitəyə” bağlamaq istəyir. “İqtisadçıların” məhdud görüş dairəsi çərçivəsində sıxılan fikir burada açıqca süründürmə və dəftərxanaçılıq iyi verən bir təfərrüata qapılır. İşdə, əlbəttə, büütün bu paraqrafların dörddə üç hissəsi heç bir zaman tətbiq olunmur, lakin hər fabrikdə mərkəzi qrupu olan belə bir “konspirativ” təşkilat, jandarmların bu təşkilatı olduqca geniş surətdə dağıtmasını asanlaşdırır. Polyak yoldaşlar artıq belə bir hərəkat dövrü keçirmişlər; o zaman hamı geniş dairədə fəhlə kassaları təşkilinə uymuşdu, lakin bununla yalnız jandarmlar üçün bolluca şikar yaratdıqlarını çox tez başa düşüb bu fikirdən əl çəkdilər. Əgər biz geniş fəhlə təşkilatları olmasını arzu edir və geniş dairədə ələ keçmək istəmiriksə, jandarmları sevindirmək istəmiriksə, o halda çalışmalıyıq ki, bu təşkilatlar əsla rəsmiləşməsin. — Bu halda həmin təşkilatların öz vəzifələrini yerinə yetirməsi mümkün olarmı? — Buyurun, həmin vəzifələrə baxın: “… fabrikdə baş verən bütün hadisələri izləmək və buradakı hadisələrin xronikasını aparmaq” (nizamnamənin 2-ci paraqrafı). Doğrudanmı bunu hökmən rəsmiləşdirmək lazımdır? Bunun üçün heç də xüsusi qruplar təşkil etməyib qeyri-leqal qəzetlərə məktublar göndərməklə buna daha yaxşı nail olmaq olmazmı? “…Zavodda fəhlələrin öz vəziyyətlərini yaxşılaşdırmaq uğrunda mübarizəsinə rəhbərlik etmək” (nizamnamənin 3-cü paraqrafı). Bunu da rəsmiləşdirməyə lüzum yoxdur, fəhlələrin nə kimi tələblər irəli sürmək istədiklərini az-çox bacarıqlı hər bir təşviqatçı adi mübahisədən tamamilə öyrənə bilər, öyrəndikdən sonra isə geniş təşkilata deyil, inqilabçılardan ibarət kiçik təşkilata xəbər ver bilər ki, lazımi vərəqə yazılıb yayılsın. “…Kassa təşkil edib… manata 2 qəpik üzvlük haqqı almaq” (paraqraf 9) – sonra da kassa haqqında hər ay hamıya hesabat vermək (paraqraf 17), üzvlük haqqı verməyən üzvləri çıxarmaq (paraqraf 10) və s. Bax bu, polis üçün lap göydəndüşmə olar, çünki “mərkəzi fabrik kassasının” bütün bu konspirasiyasını açmaq, həm pulları müsadirə etmək, həm ən yaxşı adamların hamısını tutmaq üçün bundan daha asan yol ola bilməz. Üzərinə müəyyən (çox məhdud və çox konspirativ) bir təşkilatın ştempeli basılmış birqəpiklik və ya ikiqəpiklik markalar buraxmaq və ya markasız-filansız pul toplamaq və qeyri-leqal qəzetdə müəyyən parol vasitəsi ilə hesabat vermək daha sadə olmazmı? Beləliklə yenə də eyni məqsəd əldə edilər, amma jandarmlar üçün kələfin ucunu tapmaq yüzqat çətinləşər.Mən nizamnamənin nümunə üçün araşdırılmasını davam etdirə bilərdim, lakin zənnimcə, bu deyilənlər də kifayətdir. Ən etibarlı, təcrübəli və mətanətli fəhlələrdən ibarət sıx birləşmiş kiçik özək, başlıca rayonlarda inanılmış adamları olan və inqilabçılar təşkilatı ilə ən ciddi konspirasiya qaydaları əsasında əlaqə saxlayan belə bir özək, kütlənin ən geniş yardımı ilə və əsla rəsmiləşdirilmədən, həmkarlar təşkilatının öhdəsinə düşən bütün vəzifələri tamamilə yerinə yetirə bilər, həm də məhz sosial-demokratiyanın istədiyi kimi yerinə yetirər. Bütün jandarmlara baxmayaraq, sosial-demokrat həmkarlar hərəkatının möhkəmləndirilməsinə və genişləndirilməsinə ancaq bu yolla nail olmaq olar.Mənə etiraz edərlər ki, bu dərəcədə lose9, əsla rəsmiləşdirilməyən, hətta bəlli və qeydə alınmış üzvləri də olmayan bir təşkilat heç təşkilat adlandırıla da bilməz. – Bəlkə də. Mən ad güdmürəm. Lakin bu “üzvsüz təşkilat” hər nə lazımsa, edər və bizim gələcək tred-yunionların sosializmlə möhkəm əlaqəsini lap əvvəldən təmin edər. Hər kəs ki, mütləqiyyət şəraitində seçki, haqq-hesab, ümumi səsvermə və sairə əsasında qurulan geniş fəhlə təşkilatı istəyir, o, sadəcə olaraq, islahedilməz bir utopistdir.Buradan belə bir sadə nəticə çıxır: əgər biz möhkəm qurulmuş sabit inqilabçılar təşkilatından başlasaq, onda bütün hərəkatın sabitliyini təmin edə bilərik, həm sosial-demokrat, həm də əsl tred-yunion məqsədlərinə nail ola bilərik. Yox, əgər biz, guya kütlə üçün ən çox “əlverişli” (işdə isə jandarmlar üçün ən çox əlverişli olan və inqilabçıları ələ keçirməyi polis üçün ən çox əlverişli edən) geniş fəhlə təşkilatından başlasaq, onda biz bu məqsədlərdən heç birinə nail ola bilmərik, kusrtarçılıqdan yaxa qurtarmarıq və bizim dağınıqlığımız, daim darmadağın edilə bilməyimiz ancaq kütlə üçün Zubatov və Ozerov tipli tred-yunionları əlverişli etmiş olar.Bu inqilabçılar təşkilatının vəzifələri əslində nədən ibarət olmalıdır? – Bu barədə biz bu saat ətraflı danışarıq. Lakin əvvəlcə yenə də “iqtisadçı” ilə ən yaxın bir qonşuluqda olan bizim (qarabəxt!) terrorçunun daha bir tipik mühakiməsini araşdıraq. Fəhlələr üçün çıxarılan “Svoboda” jurnalında (№ 1) “Təşkilat” adlı bir məqalə var; məqalənin müəllifi özünün tanışları olan ivanovo-voznesenskli “iqtisadçı” fəhlələri müdafiə etmək istəyir. O yazır:“Kütlə səssiz-səmirsiz durduqda, şüursuz olduqda, hərəkat aşağılardan qalxmadıqda pisdir. Bir baxın: bayramlarda, yaxud yayda tələbələr universitet şəhərindən çıxıb evlərinə dağılışdıqda fəhlə hərəkatı da dayanır. Məgər kənardan təkan verilən belə bir fəhlə hərəkatı gerçək bir qüvvə ola bilərmi? Haradanmış... Bu hərəkat hələ öz ayağı ilə yeriməyi öyrənməmişdir, onu yedəkdə gəzdirirlər. Həmişə belə olur: tələbələr dağılışan kimi hərəkat dayanır; adamların ən bacarıqlılarını, qaymağını yığıb aparan kimi süd çürüyür; “Komitə” həbs edilən kimi, yenisi qurulanadək yenə sakitlik başlanır; hələ nə cür komitə qurulacağı da məlum deyildir, bəlkə bu heç də əvvəlkinə bənzəməyəcəkdir: o komitə bir şey deyirdi, bu isə əksini deyəcəkdir. Dünənki gün ilə sabahkı gün arasında rabitə qırılır, keçmişin təcrübəsi gələcək üçün ibrət olmur. Hamısı da ona görədir ki, dərində, kütlə içərisində kök yoxdur, yüz nəfər ağılsız deyil, ancaq on nəfər ağıllı işləyir. On nəfəri həmişə tora salmaq olar, lakin təşkilat kütləni əhatə etdikdə, hər şey kütlə içərisindən baş verdikdə, kim nə qədər çalışsa da, işi məhv edə bilməz” (səh. 63).Faktlar düzgün təsvir edilmişdir. Kustarçılığımızın mənzərəsi pis verilməmişdir. Çıxarılan nəticələr isə özünün həm ağılsızlığı, həm də siyasi çiyliyi cəhətdən “Raboçaya Mısl”a layiq nəticələrdir. Bu, ağılsızlığın lap ifrat dərəcəsidir, zira müəllif hərəkatın “dərində” “kök salması” kimi fəlsəfi və ictimai-tarixi məsələni jandarmlara qarşı yaxşı mübarizə etmək məsələsi kimi texniki-təşkilat məsələsi ilə qarışdırır. Bu, siyasi çiyliyin lap ifrat dərəcəsidir, zira müəllif pis rəhbərlərdən üz döndərib yaxşı rəhbərlərə müraciət etmək əvəzində, ümumiyyətlə rəhbərlərdən üz döndərib “kütləyə” müraciət edir. Siyasi təşviqatı ekssitativ terrorla əvəz etmək fikri siyasi cəhətdən bizi geriyə çəkdiyi kimi, bu da təşkilat cəhətdən geriyə çəkmək cəhdidir. Sözün doğrusu, mən tam mənası ilə embarras de richesses10 çəkirəm, bilmirəm ki, “Svoboda”nın bizə təqdim etdiyi dolaşıqlığın araşdırılmasına nədən başlayım. Əyanilik xatirinə çalışıb misaldan başlayacağam. Almanları götürün. Ümid edirəm ki, siz onlarda təşkilatın kütləni əhatə etdiyini, hər şeyin kütlə içərisindən baş verdiyini, fəhlə hərəkatının öz ayaqları ilə yeriməyi öyrənmiş olduğunu inkar etməyə qalxışmazsınız? Amma bir görün, bir milyonluq kütlə öz “on” nəfər sınanmış siyasi başçısının necə də qədrini bilir, onlardan necə də möhkəm yapışır! Parlamentdə dəfələrlə elə olmuşdur ki, düşmən partiyaların deputatları sosialistlərə tənə ilə demişlər: “əcəb demokratsınız! Hərəkatınız ancaq sözdə fəhlə sinfinin hərəkatıdır, həqiqətdə isə həmişə eyni başçılar dəstəsi çıxış edir. İllər keçir, on illər keçir, yenə də həmin Bebel, yenə də həmin Libknext. İmperator tərəfindən təyin edilən məmurlar sizin guya fəhlələr tərəfindən seçilmiş nümayəndələrinizdən daha tez-tez dəyişilir!” Lakin almanlar bu cür demaqoqluq cəhdlərini, “kütləni” “başçılara” qarşı qoymaq, kütlədə pis, şöhrətpərəstlik instinktləri oyatmaq, kütlənin “on nəfər ağıllıya” olan etimadını qırmaq vasitəsi ilə hərəkatın möhkəmliyini və sabitliyini əlindən almaq cəhdlərini ancaq istehzalı təbəssümlə qarşılayırdılar. Almanların siyasi düşüncəsi artıq kifayət qədər inkişaf etmişdir, onlar kifayət qədər siyasi təcrübə toplamışlar, buna görə də başa düşürlər ki, “on” nəfər istedadlı (istedadlılar isə yüzlərlə doğulmaz), sınanmış, bir peşəkar kimi hazırlıqlı olub, uzun müddət məktəb keçərək bilik almış, bir-birinə gözəlcə isnişmiş başçılar olmasa, müasir cəmiyyətdə heç bir sinfin möhkəm mübarizəsi mümkün deyildir. Almanlar öz aralarında da demaqoqlar görmüşlər; bu demaqoqlar “yüzlərlə ağılsızı” yaltaqlıqla tərifləyərək onları “on nəfər ağıllıdan” üstün tutur, kütlənin “qüvvətli yumruğunu”yaltaqlıqla tərifləyərək onu (Most və ya Hasselman kimi) düşünülməmiş “inqilabi” hərəkətlərə təhrik edir və təmkinli və səbatlı başçılara qarşı kütlə arasında etimadsızlıq yayırdılar. Odur ki, sosializm içərisində olan bütün və hər cür demaqoq ünsürlərə qarşı məhz dönməz və barışmaz mübarizə aparmaq sayəsində alman sosializmi belə böyümüş və möhkəmlənmişdir. Bizim əllamələr isə belə bir dövrdə, yəni rus sosial-demokratiyasının bütün böhranı, kortəbii surətdə oyanmış kütlələrin kifayət qədər hazırlıqlı, məlumatlı və təcrübəli rəhbərləri olmaması üzündən törəndiyi bir zamanda İvanuşka əllaməliyi ilə elan edirlər ki: “hərəkat aşağılardan qalxmadıqda pisdir”!“Tələbələrdən ibarət komitə yaramaz, o, möhkəm deyildir”. – Tamamilə haqlı sözdür. Buradan isə çıxan nəticə odur ki, peşəkar inqilabçılardan ibarət komitə lazımdır, həm də tələbəninmi, yoxsa fəhləninmi hazırlaşıb peşəkar bir inqilabçı ola biləcəyinin fərqi yoxdur. Siz isə belə bir nəticə çıxarırsınız ki, fəhlə hərəkatına kənardan təkan vermək lazım deyildir! Siz öz siyasi sadəlövhlüyünüz üzündən heç görmürsünüz ki, bununla bizim “iqtisadçılara” və bizim kustarçılığa yardım edirsiniz. İcazə verin soruşaq ki, bizim tələbələr tərəfindən bizim fəhlələrə “təkan verilməsi” nədən ibarət olmuşdur? Təkcə bundan ibarət olmuşdur ki, tələbə özünün malik olduğu xırda-xuruş siyasi biliyi, əlinə keçən sosializm ideyaları qırıntılarını (zira hazırkı tələbənin başlıca zehni qidası olan leqal marksizm, əlifbadan başqa, qırıntıdan başqa bir şey verə də bilməzdi) fəhlələrə verirdi. Bu cür “kənardan təkan vermək” isə heç də çox deyildi, əksinə, bizim hərəkatda lap az idi, olduqca, hədsiz dərəcədə az idi, zira biz həddən artıq bir canfəşanlıqla öz məhdud dairəmizdə qalmışıq, “fəhlələrin sahibkarlara və hökumətə qarşı” adi “iqtisadi mübarizəsinə” həddən artıq, bir qul kimi pərəstiş etmişik. Bu cür “təkan verməklə” biz peşəkar inqilabçılar yüz qat artıq məşğul olmalıyıq və olacağıq. Lakin məhz “kənardan təkan vermək” kimi iyrənc bir söz tapıb işlətdiyiniz üçün və bu söz labüd olaraq fəhlədə (heç olmazsa, sizin qədər geridə qalmış olan fəhlədə) ona kənardan siyasi bilik və inqilabi təcrübə gətirənlərin hamısına qarşı etimadsızlıq və bu cür adamların hamısını instinkt üzrə rədd etmək arzusu doğurduğu üçün siz demaqoq olursunuz, demaqoqlar isə fəhlə sinfinin ən qatı düşmənidirlər.Bəli, bəli! Tələsib fəryada başlamayın ki, guya mən “yoldaşlıq üsulu ilə” mübahisə etmirəm! Mən əsla sizin saf niyyətdə olduğunuza şübhə etmək fikrində deyiləm, mən yuxarıda dedim ki, təkcə bir siyasi sadəlövhlük üzündən də demaqoq olmaq olar. Lakin mən göstərdim ki, siz demaqoqluq dərəcəsinə enmişsiniz. Həm də mən yorulmadan daim təkrar edəcəyəm ki, demaqoqlar fəhlə sinfinin ən qatı düşmənidirlər. Məhz ona görə ən qatı düşmənidirlər ki, onlar kütlənin pis instinktlərini coşdururlar, geridə qalmış fəhlələr isə onların dostu kimi, həm də bəzən səmimi dostu kimi çıxış edən bu düşmənləri tanıya bilmirlər. Ona görə ən qatı düşmənidirlər ki, dağınıqlıq və səndələmələr dövründə, hərəkatımızın siması hələ yenicə təşəkkül tapmağa başladığı bir dövrdə kütləni demaqoqluqla qızışdırmaqdan asan bir şey yoxdur və sonra kütlə yalnız ən acı təcrübələr əsasında öz səhvini yəqin edə bilər. Bax buna görədir ki, müasir rus sosial-demokratiyanın hazırda şüarı həm demaqoqluq dərəcəsinə enən “Svoboda” əleyhinə, həm də demaqoqluq dərəcəsinə enən “Raboçeye Delo” əleyhinə qəti mübarizə aparmaqdan ibarət olmalıdır (bu barədə hələ aşağıda ətraflı bəhs ediləcəkdir11).“On nəfər ağıllını tutmaq yüz ağılsızı tutmaqdan asandır”. Bu gözəl həqiqət (bunu söylədiyiniz üçün həmişə yüz nəfər ağılsız sizi alqışlayacaqdır) ancaq ona görə özlüyündə bir həqiqət kimi görünür ki, mühakimə yürüdərkən siz bir məsələdən sıçrayıb başqasına keçmisiniz. Siz əvəl “komitənin” tutulmasından, “təşkilatın” tutlmasından danışmağa başladınız və danışmaqdasınız, indi isə hərəkatın “dərinlərdəki köklərinin” tutulması məsələsinə keçmişsiniz. Əlbəttə, bizim hərəkatımız ancaq ona görə tutulmazdır ki, onun dərinlərdə yüz və yüz minlərlə kökü vardır, lakin axı söhbət heç də bundan getmir. Bizim bütün kustarçılığımıza baxmayaraq, “dərinlərdəki köklər” mənasında bizi heç indi də “tutub qurtara” bilməzlər, amma bununla belə biz hamımız “təşkilatçıların” tutulmasından və beləliklə hərəkatdakı hər cür varisliyin pozulmasından şikayətlənirik və şikayətlənməyə də bilmərik. Lakin əgər siz təşkilatların tutulmaq məsələsini irəli sürürsünüz və ondan başqa məsələyə keçməyəcəksiniz, onda mən sizə deyərəm ki, on nəfər ağıllını tutmaq yüz nəfər ağılsızı tutmaqdan çox-çox çətindir. Həm də siz mənim “antidemokratizmim” və s. üstündə kütləni hər nə qədər mənim üstümə qaldırsanız da, mən bu müddəanı müdafiə edəcəyəm. Təşkilat məsələsində “ağıllı” dedikdə, dəfələrlə göstərmiş olduğum kimi, ancaq peşəkar inqilabçıları nəzərdə tutmaq lazımdır, — bunların tələbələrdənmi, yoxsa fəhlələrdən yetişməsinin fərqi yoxdur. Buna görə mən qəti deyirəm: 1) sabit və varisliyi davam etdirən rəhbərlər təşkilatı olmasa, heç bir inqilabi hərəkat möhkəm ola bilməz; 2) kortəbii surətdə mübarizəyə cəlb olunan, hərəkatın təməli olub həmin hərəkatda iştirak edən kütlə nə qədər geniş olsa, bu kimi bir təşkilatın olması bir o qədər çox zəruridir və bu təşkilat bir o qədər möhkəm olmalıdır (zira belə olmasa kütlələrin geridə qalmış təbəqələrinin hər cür demaqoqlar tərəfindən qızışdırılması bir o qədər asan olar); 3) bu kimi təşkilat başlıca olaraq bir peşəkar kimi inqilabi fəaliyyətlə məşğul olan adamlardan ibarət olmalıdır; 4) mütləqiyyət ölkəsində biz bu kimi bir təşkilatın üzvlərinin tərkibini nə qədər kiçiltsək və onda yalnız bir peşəkar kimi inqilabi fəaliyyətlə məşğul olan və siyasi polis-lə mübarizə məharətində bir peşəkar kimi hazırlıq əldə etmiş olan üzvlər iştirak etsələr, həmin təşkilatı “tutmaq” bir o qədər çox çətin olar və — 5) — həm fəhlə sinfindən, həm də cəmiyyətin başqa siniflərindən hərəkatda iştirak etmək və onda fəal işləmək imkanı olan adamların tərkibi də bir o qədər geniş olar. Bizim “iqtisadçılara”, terrorçulara və “iqtisadçı-terrorçulara”12 təklif edirəm ki, qoy bu müddəları təkzib etməyə qalxışsınlar; mən indi bu müddəalardan iki axırıncının üzərində dayanacağam. “On nəfər ağıllını” və “yüz nəfər ağılsızı” tutmağın asanlığı məsələsi yuxarıda araşdırmış olduğumuz bu məsələdən ibarət olur ki, ən ciddi bir konspirasiyanın zəruri olduğu şəraitdə kütləvi təşkilat yaratmaq mümkündürmü? Geniş təşkilatı biz heç vaxt yüksək konspirasiya səviyyəsinə qaldıra bilmərik, bunsuz isə hökumətə qarşı sabit və ardıcıl olaraq davam etdirilən mübarizə haqqında heç danışıq da ola bilməz. Həm də bütün konspirativ vəzifələrin sayca mümkün qədər az olan peşəkar inqilabçılar əlində toplanması heç də o demək deyildir ki, bu peşəkar inqilabçılar “hamının əvəzinə düşünəcəklər”, kütlə hərəkatda fəal iştirak etməyəcəkdir. Əksinə, kütlə getdikcə daha çox bu cür peşəkar inqilabçılar yetişdirəcəkdir, zira o zaman kütlə biləcəkdir ki, bir neçə tələbənin və iqtisadi mübarizə aparan bir neçə fəhlənin “komitə” düzəltmək üçün yığılması kifayət deyildir, biləcəkdir ki, illər uzunu kütlə içərisindən peşəkar inqilabçılar yetişdirmək lazımdır, həm də kütlə təkcə kustarçılıq haqqında deyil, məhz bu kimi peşəkar inqilabçılar yetişdirmək haqqında da “düşünəcəkdir”. Təşkilatın konspirativ vəzifələrinin mərkəzləşdirilməsi heç də hərəkatın bütün vəzifələrinin mərkəzləşdirilməsi demək deyildir. Qeyri-leqal ədəbiyyat işindəki konspirativ vəzifələri “on” peşəkar inqilabçının mərkəzləşdirməsi, ən geniş kütlənin qeyri-leqal ədəbiyyatda fəal iştirakını azaltmaq deyil, on qat qüvvətləndirər. Beləliklə və ancaq beləliklə biz ona nail olarıq ki, qeyri-leqal ədəbiyyat oxumaq, onda iştirak etmək və hətta qismən onu yaymaq, demək olar ki, daha konspirativ bir iş olmaz, zira çox keçmədən polis anlayar ki, min nüsxələrlə yayılan ədəbiyyatın hər nüsxəsi üstündə uzun-uzadı mühakimə qurmaq və inzibati tədbirlər görmək mənasızdır və mümkün olmayan bir işdir. Həm də bu yalnız mətbuata deyil, hərəkatın bütün vəzifələrinə, o cümlədən nümayişə də aiddir. İşin bütün konspirativ cəhətlərini, vərəqələr hazırlamaq, təxmini plan düzəltmək, şəhərin hər rayonu üçün, hər bir fabrik məhəlləsi üçün, hər bir məktəb və s. üçün rəhbərlər dəstəsi təyin etmək işlərinin peşəkarlıq cəhətdən bizim polisdən az bişkin olmayan “on” nəfər sınanmış inqilabçının əlində mərkəzləşdirilməsi kütlənin nümayişdə ən fəal və ən geniş iştirak etməsi üçün nəinki zərərli olmaz, əksinə, çox xeyirli olar (bilirəm, mənim baxışlarımın “qeyri-demokratik” olmasına etiraz edəcəklər, lakin mən heç də ağıllı olmayan bu etiraza aşağıda ətraflı cavab verəcəyəm). Ən çox konspirativ vəzifələrin inqilabçılar təşkilatı tərəfindən mərkəzləşdirilməsi, geniş kütlə üçün qurulan, buna görə də mümkün qədər az rəsmiləşdirilmiş və mümkün qədər az konspirativ olan tam bir yığın başqa təşkilatların: həm fəhlə həmkarlar ittifaqlarının, həm fəhlələrin şəxsi təhsil və qeyri-leqal ədəbiyyat oxumaq dərnəklərinin, həm də sosialist dərnəklərinin, habelə əhalinin bütün başqa təbəqələri içərisindəki demokratik dərnəklərin və sairə və sairənin fəaliyyətinin genişliyini və məzmunluluğunu zəiflətmək deyil, daha da zənginləşdirər. Bu kimi dərnəklər, ittifaqlar və təşkilatlar hər yerdə ən geniş miqdarda lazımdır və bunların ən müxtəlif vəzifələri olmalıdır, lakin bunları inqilabçılar təşkilatı ilə qarışdırmaq, bunların arasındakı həddi silmək, kütləvi hərəkata “xidmət” üçün özlərini bütünlüklə məhz sosial-demokrat fəaliyyətinə həsr edən adamların lazım olması, bu adamların səbr və səbatla hazırlaşıb peşəkar inqilabçı səviyyəsinə çatmalı olması düşüncəsini, kütlə içərisində onsuz da son dərəcə sönük bir halda olan bu düşüncəni söndürmək mənasız və zərərlidir.Bəli, bu düşüncə son dərəcə sönükləşmişdir. Təşkilat cəhətdən əsas qüsurumuz budur ki, biz öz kustarçılığımızla Rusiyada inqilabçını nüfuzdan salmışıq. Nəzəriyyə məsələlərində zəif və mütərəddid, görüş dairəsi isə məhdud olan, öz süstlüyünü doğrultmaq üçün kütlənin kortəbiiliyini dəlil gətirən, xalq tribunundan daha çox tred-yunion katibinə bənzəyən, düşmənlərdə də hörmət oyada biləcək geniş, cəsarətli bir plan irəli sürməyi bacarmayan, öz peşəkarlıq məharətində, yəni siyasi polisə qarşı mübarizədə təcrübəsiz, bacarıqsız olan bir adam, — bağışlayın! — belə bir adam inqilabçı deyil, aciz bir kustardır.Qoy pratiklərdən heç biri bu kəskin sözə görə məndən inciməsin, zira söhbət hazırlığın olmamasından getdiyinə görə bunu mən hamıdan əvvəl özümə aid edirəm. Mən öz qarşısına çox geniş, çox ətraflı vəzifələr qoymuş bir dərnəkdə13 çalışırdım və biz, bu dərnəyin bütün üzvləri belə bir tarixi zamanda, məhşur kəlamı dəyişdirərək: bizə inqilabçılar təşkilatı versəniz, biz Rusiyanı alt-üst edərik! — demək mümkün olduğu bir zamanda öz kustarçılığımızı dərk edir və bu səbəbdən əzab, dəhşətli bir əzab çəkirdik. Buna görə də o zaman böyük xəcalət çəkdiyimi sonralar nə qədər tez-tez xatırlayırdımsa, öz təbliğatı ilə “inqilabçının adını biabır edən” və vəzifəmizin inqilabçını kustar dərəcəsinə alçaltmaqdan ibarət olmayıb kustarları inqilabçılar dərəcəsinə yüksəltməkdən ibarət olduğunu anlamayan saxta sosial-demokratlara bir o qədər artıq hiddətlənirdim.ç) Təşkilat işinin genişliyiBiz yuxarıda B-v-dən eşitdik ki, “işə yararlı inqilabçı qüvvələrin azlığı yalnız Peterburqda deyil, hətta bütün Rusiyada hiss olunur”. Həm də bu faktı çətin ki, bir kəs inkar etməyə başlasın. Lakin məsələ ondadır ki, bunun səbəbini nədə axtarmaq lazımdır? B-v yazır:“Biz bu hadisənin tarixi səbəblərini aydınlaşdırmağa çalışmayacağıq; yalnız bunu deyəcəyik ki, uzun müddət davam edən siyasi irtica nəticəsində ruhdan düşən, baş vermiş və baş verməkdə olan iqtisadi dəyişikliklər üzündən dağınıq düşən bir cəmiyyət öz içərisindən inqilabi fəaliyyət üçün yararlı adamlar olduqca az yetişdirir; fəhlə sinfi inqilabçı fəhlələr yetişdirməklə qeyri-leqal təşkilatların sıralarını qismən tamamlayır, — lakin bu inqilabçıların sayı zamanın tələbatına uyğun deyildir. Onu da nəzərə almalı ki, fabrikdə 11.5 saat məşğul olan bir fəhlə, öz vəziyyətinə görə, əsasən təşviqatçı vəzifələrini yerinə yetirə bilər; təbliğat işinin, qeyri-leqal ədəbiyyat təşkil etmək, gətirmək və təkrar çap etmək, intibahnamələr buraxmaq və i. a. işlərinin isə başlıca ağırlığı istəristəməz, sayca son dərəcə az olan ziyalı qüvvələrin öhdəsinə düşür”. (“R. Delo” № 6. s. 38—39).Biz çox şeydə B-v-in bu fikrinə şərik deyilik, xüsusən də onun nəzərə çarpdırdığımız sözlərinə şərik deyilik; bu sözlər xüsusilə qabarıq bir şəkildə göstərir ki, bizim kustarçılığımızdan (az-çox düşünən hər bir praktik kimi) təngə gəlmiş B-v “iqtisadçılığın” böyük təzyiqi altında olduğu üçün bu dözülməz vəziyyətdən çıxış yolu tapa bilmir. Yox, cəmiyyət “işə” yarayan olduqca çox adam yetişdirir, lakin biz onların hamısından istifadə etməyi bacarmırıq. Hərəkatımızın böhranlı, keçid vəziyyətini, nəzərdən keçirilən cəhətdən bu sözlərlə ifadə etmək olar: adam yoxdur və adam çoxdur. Adam çoxdur, ona görə ki, həm fəhlə sinfi, həm də cəmiyyətin getdikcə daha müxtəlif təbəqələri ildən-ilə, mütləqiyyətin hələ hamılıqca dərk edilməyən, lakin getdikcə daha geniş kütlənin daha artıq kəskinliklə hiss etdiyi dözülməzliyinə qarşı narazılıq göstərib protest etmək istəyən, mütləqiyyətə qarşı mübarizəyə mümkün qədər yardım etməyə hazır olan daha artıq adam yetişdirir. Eyni zamanda da adam yoxdur, ona görə ki, hər bir, hətta ən kiçik qüvvəyə tətbiq olunmaq imkanı verən geniş və eyni zamanda vahid və müntəzəm bir iş qura biləcək rəhbərlər yoxdur, siyasi başçılar yoxdur, istedadlı təşkilatçılar yoxdur. “İnqilabi təşkilatların artması və inkişafı” nəinki fəhlə hərəkatının artmasından geri qalır, — bunu B-v özü də etiraf edir, — hətta xalqın bütün təbəqələri içərisində ümumdemokratik hərəkatın artmasından da geri qalır (Hazırda B-v, yəqin ki, bunu da öz çıxardığı nəticəyə əlavə hesab edərdi).İnqilabi fəaliyyətinin genişliyi hərəkatın geniş kortəbii təməlinə nisbətən çox məhduddur, “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” nəzəriyyəsi kimi miskin bir nəzəriyyənin hədsiz təzyiqi altında çox əzilmişdir. Halbuki hazırda yalnız siyasi təşviqatçılar deyil, təşkilatçı sosial-demokratlar da “əhalinin bütün sinifləri içərisinə”14 getməlidirlər. Həm də heç bir praktik şübhə etməz ki, sosial-demokratlar öz təşkilat işlərinin minlərcə xırda vəzifəsini ən müxtəlif siniflərin ayrı-ayrı nümayəndələri arasında bölüşdürə bilərlər. İxtisaslaşmanın azlığı texnikamızın ən böyük nöqsanlarından biridir və B-v bundan çox təəssüflə və çox haqlı olaraq şikayətlənir. Ümumi işin ayrı-ayrı “əməliyyatları” nə qədər xırda olsa, bu kimi “əməliyyatları” yerinə yetirə bilən (və çox hallarda peşəkar inqilabçı olmağa əsla qabil olmayan) adamlar da bir o qədər çox tapıla bilər, bütün “hissə işçilərini” polisin “tutması” bir o qədər çətin olar və hər bir xırda iş üstündə adam tutmağı dövlətin “xəfiyyəyə” qoyduğu xərci ödəyəcək bir “iş” şəklinə salmaq polis üçün bir o qədər çətin olar. Bizə yardım etməyə hazır olan şəxslərin sayına gəldikdə isə biz hələ bundan qabaqkı fəsildə də göstərmişdik ki, bu cəhətdən cəmi beş il ərzində çox böyük dəyişiklik baş vermişdir. Lakin digər tərəfdən, həm bütün bu xırda hissələri bir yerə toplamaq üçün, həm hərəkatın vəzifələri ilə birlikdə hərəkatın özünü də parçalamamaq üçün, həm də xırda vəzifələri yerinə yetirən adamları gördükləri işin lazımi və əhmiyyətli olmasına inandırmaq üçün, — çünki bunsuz adam heç bir zaman işləməz15, — bütün bunlar üçün məhz sınanmış inqilabçıların möhkəm təşkilatı lazımdır. Belə bir təşkilat olduqda, bu təşkilat nə qədər çox konspirativ işləsə, partiyanın gücünə olan inam da bir o qədər çox möhkəmlənər və bir o qədər geniş yayılar, — məlum olduğu kimi, müharibədə ən əhəmiyyətli şərt odur ki, sən güclü olduğuna yalnız öz ordunda deyil, habelə düşməndə də, bütün bitərəf ünsürlərdə də inam oyadasan; bəzən dostcasına bitərəflik işin müqəddəratını həll edə bilər. Möhkəm nəzəri təməl üzərində duran və öz sosial-demokrat orqanı olan belə bir təşkilat mövcud olduqda, hərəkata cəlb edilmiş yığın-yığın “kənar” ünsürlərin hərəkatı yoldan çıxaracağından qorxmaq lazım gəlməz (əksinə, məhz indi kustarçılıq hökm sürdüyü bir zamanda biz görürük ki, bir çox sosial-demokratlar ancaq özlərini sosial-demokrat sayaraq “Credo” xəttinə meyl edirlər). Bir sözlə, ixtisaslaşma, hökmən mərkəzləşmə olmasını nəzərdə tutur — özü də şübhəsiz mərkəzləşməni tələb edir.Lakin ixtisaslaşmanın bütün zəruriliyini bu qədər gözəl təsvir etmiş olan B-v özü onu, zənnimizcə, yuxarıda gətirilən mühakimənin ikinci hissəsində lazımınca qiymətləndirmir. O deyir ki, fəhlələrdən olan inqilabçıların sayı azdır. Bu tamamilə doğrudur və biz yenə də təkidlə qeyd edirik ki, “yaxın müşahidəçinin verdiyi qiymətli məlumat”, sosial-demokratiyanın indiki böhranının səbəbləri və deməli, həmin böhrandan çıxmaq çarələri haqqındakı nöqteyi-nəzərimizi tamamilə təsdiq edir. Nəinki inqilabçılar kütlələrin kortəbii yüksəlişindən geri qalırlar, habelə inqilabçı fəhlələr də fəhlə kütlələrinin kortəbii yüksəlişindən geri qalırlar. Bu fakt isə fəhlələr haqqındakı vəzifələrimiz məsələsi müzakirə olunurkən çox vaxt bizə təqdim edilən “pedaqogikanın” yalnız mənasızlığını deyil, habelə siyasi mürtəceliyini, hətta “əməli” nöqteyi-nəzərdən də tamamilə aydın bir surətdə təsdiqedir. Bu fakt göstərir ki, bizim ən birinci, ən vacib vəzifəmiz — partiya fəaliyyəti cəhətdən ziyalı inqilabçıların səviyyəsində olan inqilabçı fəhlələr hazırlanmasına yardım etməkdir (biz: partiya fəaliyyəti cəhətdən sözlərini nəzərə çarpdırırıq, zira fəhlələrin başqa cəhətlərdən eyni səviyyəyə çatması zəruri olsa da, heç də o qədər asan deyil və o qədər təkidlə tələb olunmur). Buna görə də başlıca diqqət, heç də “iqtisadçıların” istədikləri kimi özümüzün hökmən “fəhlə kütləsi” dərəcəsinə enməmizə deyil, “Svoboda”nın (bu cəhətdən “iqtisadçı” “pedaqogikasının” ikinci pilləsinə qalxan “Svoboda”nın) istədiyi kimi hökmən “ortabab fəhlələr” dərəcəsinə enməmizə deyil, fəhlələri iqnilabçıların səviyyəsinə qaldırmağa verilməlidir. Mən əsla fəhlələr üçün populyar ədəbiyyat olması lüzumunu və xüsusilə geridə qalmış fəhlələr üçün ən populyar ədəbiyyat olması lüzumunu (ancaq, əlbəttə, küçə ədəbiyyatı olmasın) inkar etmək fikrində deyiləm. Lakin bu pedaqogikanı daim siyasət məsələləri ilə, təşkilat məsələləri ilə qarışdırmaq məni hiddətləndirir. “Ortabab fəhlə” üçün can yandıran siz cənablar fəhlə siyasətindən və ya fəhlə təşkilatından danışmağa başlarkən əvvəlcə hökmən əyilmək istəmənizlə əslində fəhlələri təhqir edirsiniz. Ciddi şeylərdən danışanda bircə qəddinizi düzəldib danışın və pedaqogikanı siyasətçilərin və təşkilatçıların öhdəsinə deyil, pedaqoqların öhdəsinə buraxın! Məgər ziyalılar arasında da qabaqcıllar, “ortabablar” və “kütlə” yoxdur? Məgər ziyalılar üçün də populyar ədəbiyyat olması lüzumunu hamı təsdiq etmir və belə ədəbiyyat yazılmır? Lakin bir an təsəvvür edin ki, tələbələr və ya gimnazistlər təşkilatı haqqında məqalə yazan bir müəllif yeni bir şey kəşf etmiş kimi, birinci növbədə “ortabab tələbələri” təşkil etmək lazım olduğundan danışmağa başlasın. Belə bir müəllifi yəqin ki, məsxərəyə qoyarlar və bu lap yerində olar. Ona deyərlər ki, əgər sizin təşkilat qurmaq ideyacıqlarınız varsa, onları bizə verin, sonrasını özümüz bilərik, “ortabab” hansımızıq, kim yuxarıdır, kim aşağı. Yox, əgər sizin öz təşkilat ideyacıqlarınız yoxdursa, onda sizin “kütlə” və ortabablar” haqqındakı bütün cəhdləriniz ancaq cansıxıcı olar. Başa düşün ki, “siyasət”, “təşkilat” məsələlərinin özü o qədər ciddi məsələlərdir ki, bunlardan ancaq tamamilə ciddi danışmaq olar: fəhlələri (tələbələri də, gimnazistləri də) elə hazırlamaq olar və lazımdır ki, onlarla bu məsələlər haqqında danışmaq mümkün olsun, lakin bir halda ki, artıq siz bunlardan bəhs etməyə başladınız, onda lazımi cavab verin, “ortabablara” və ya “kütləyə” doğru geri çəkilib məsəllər və ibarələrlə yaxanızı qurtarmayın16.İnqilabçı fəhlə də öz işinə tamam hazırlaşmaq üçün peşəkar inqilabçı olmalıdır. Buna görə B-v haqlı olmayaraq deyir ki, fəhlə 11.5 saat fabrikdə məşğul olduğu üçün digər inqilabçılıq vəzifələrinin (təşviqatdan başqa) “başlıca ağırlığı istəristəməz, sayca son dərəcə az olan ziyalı qüvvələrin öhdəsinə düşür”. Bu heç də “istər-istəməz” belə olmur, məhz bizim geriliyimiz üzündən belə olur, çünki biz hər bir bacarıqlı fəhlənin hazırlanıb peşəkar təşviqatçı, təşkilatçı, ədəbiyyat daşıyıcısı və sairə və sairə olmasına kömək etmək vəzifəmizi başa düşmürük. Bu cəhətdən biz öz qüvvələrimizi lap biabırcasına dağıdırıq, ən böyük qayğı ilə böyüdüb yetişdirmək lazım gələn bu qüvvələri qoruyub saxlamağı bacarmırıq. Almanlara baxın: onların qüvvəsi bizimkindən yüz qat artıqdır, amma onlar çox gözəl başa düşürlər ki, “ortabablar” içərisindən heç də çox tez-tez həqiqətən bacarıqlı təşviqatçılar və sair yetişmir. Buna görə onlar hər bir bacarıqlı fəhlə üçün dərhal elə şərait yaratmağa çalışırlar ki, bu şəraitdə onun bacarığı tamamilə inkişaf etsin və tamamilə tətbiq edilə bilsin: onu peşəkar təşviqatçı edirlər, onu həvəsləndirirlər ki, özünün fəaliyyət sahəsini genişləndirsin, fəaliyyətini bir fabrikdən bütün bir sənət sahəsinə, bir yerdən bütün ölkəyə yaysın. Bu fəhlə öz peşəsində təcrübə və məharət əldə edir, öz görüş dairəsini və biliyini genişləndirir, özü ilə yan-yana duran başqa yelərin və başqa partiyaların görkəmli siyasi başçılarına göz yetirir, özü də yüksəlib o dərəcəyə çatmağa, fəhlə mühitinə bələdlik və sosializm əqidələrinin təravəti ilə peşəkarlıq vərdişini özündə birləşdirməyə çalışır, zira peşəkarlıq vərdişi olmadan proletariat öz düşmənlərinin mükəmməl təlim görmüş cərgələri ilə inadlı mübarizə apara bilməz. Fəhlə kütləsi içərisindən Bebellər və Auerlər belə, ancaq belə yetişirlər. Lakin siyasi cəhətdən azad bir ölkədə xeyli dərəcədə öz-özünə başa gələn bir işi bizdə təşkilatçılarımız müntəzəm surətdə çalışıb yerinə yetirməlidir. Fəhlələr içərisindən yetişən az-çox istedadlı və “ümid verən” bir təşviqatçı gərək fabrikdə 11 saat işləməsin. Biz çalışmalıyıq ki, həmin təşviqatçı partiya vəsaiti hesabına yaşasın, lazım gəlsə vaxtında qeyri-leqal vəziyyətə keçməyi bacarsın, öz faəliyyət yerini dəyişdirsin, zira başqa cür olsa o, böyük təcrübə əldə edə bilməz, öz görüş dairəsini genişləndirə bilməz, jandarmlara qarşı mübarizədə, heç olmazsa, bir neçə il davam gətirə bilməz. Fəhlə kütlələlərinin kortəbii yüksəlişi nə qədər çox genişlənib dərinləşirsə, onların içərisindən yalnız istedadlı təşviqatçılar deyil, istedadlı təşkilatçı və təbliğatçılar da, yaxşı mənada “praktiklər” də (əksəriyyəti bir qədər Rusiya sayağı səhlənkar və ağır tərpənən ziyalılarımız içərisində çox az olan “praktiklər” də) bir o qədər çox yetişir. O zaman ki, bizim xüsusi hazırlanmış və uzun müddət təlim görmüş fəhlə inqilabçılar (həm də, aydındır ki, “bütün silah növlərinə məxsus” inqilabçılar) dəstələrimiz oldu, — o zaman dünyada heç bir siyasi polis bu dəstələrin öhdəsindən gələ bilməz, zira inqilaba hədsiz sədaqət bəsləyən adamlardan ibarət bu dəstələrə ən geniş fəhlə kütlələri tərəfindən eyni dərəcədə hədsiz etimad göstəriləcəkdir. Bütün təqsir bizdədir ki, fəhlələri, onlarla “ziyalılar” üçün ümumi olan peşəkar inqilabçılığı öyrənmək yoluna çox az “sövq edirik”, fəhlə kütləsi üçün, “ortabab fəhlələr” üçün nələrin “müyəssər” olması və s. haqqında sarsaq nitqlərimizlə çox tez-tez onları geriyə çəkirik.Bu cəhətdən, habelə başqa cəhətlərdən də təşkilat işinin məhdudluğu bizim nəzəriyyəmizin və siyasi vəzifələrimizin məhdudlaşdırılması ilə şübhəsiz və qırılmaz surətdə (“iqtisadçıların” və yeni başlayan praktiklərin böyük əksəriyyəti tərəfindən dərk olunmasa da) əlaqədardır. Kortəbiiliyə pərəstiş kütlələrə “müyəssər olandan” bir addım da olsa, kənara çıxmaq qorxusu, kütlənin ən yaxın və bilavasitə tələbatına qulluq göstərməkdən çox da yüksəklərə qalxmaq qorxusu doğurur. Qorxmayın, cənablar! Yadda saxlayın ki, təşkilat cəhətdən biz o qədər aşağıdayıq ki, çox da yüksəklərə qalxa biləcəyimiz fikrinin hətta özü mənasız bir şeydir!d) “Sui-qəsdçilik” təşkilatı və “demokratizm”Amma aramızda “həyatın səsinə” son dərəcə həssas olan xeyli çox adam var ki, onlar ən çox məhz bundan qorxur və burada şərh edilmiş baxışlara əsaslananları “narodnayavolyaçılıqda”, “demokratizmi” anlamamaqda və sairədə ittiham edirlər. “Raboçeye Delo”nun da, əlbəttə, təkrar etdiyi bu ittihamlar üzərində dayanmaq lazım gəlir.Bu sətirləri yazana çox yaxşı məlumdur ki, Peterburq “iqtisadçıları” hələ “Raboçaya Qazeta”nı narodnayavolyaçılıqda ittiham edirdilər (səbəbi də onu “Rab. Mısl” ilə müqayisə etsək, aydındır). Buna görə də “İskra” meydana gələndən az sonra bir yoldaş bizə xəbər verdikdə ki, X şəhərinin sosial-demokratları “İskra”nın “narodnayavolyaçı” orqanı adlandırırlar, — bu bizi heç də təəccübləndirmədi. Biz bu ittihamla, əlbəttə, ancaq fəxr edə bilərdik. Çünki “iqtisadçılar” hansı bir layiqli sosial-demokratı narodnayavolyaçılıqda ittiham etməmişlər?Bu ittihamlar iki cür anlaşılmazlıqdan doğur. Əvvələn, inqilabi hərəkat tarixini bizdə o qədər pis bilirlər ki, çarizmə qəti müharibə elan edən hər cür mərkəzləşdirilmiş mübariz təşkilat ideyasını “narodnayavolyaçılıq” adlandırırlar. Halbuki 70-ci illər inqilabçılarının malik olduqları və bizim hamımıza bir nümunə təşkil etməli olan çox gözəl təşkilat heç də nardonayavolyaçılar tərəfindən deyil, çornıperedelçilərə və narodnayavolyaçılara ayrılmış olan zemlyavolyaçılar17 tərəfindən yaradılmışdır. Beləliklə, mübariz inqilabi təşkilatda narodnayavolyaçılığa xas olan bir şey görmək həm tarix, həm də məntiq cəhətdən mənasızdır, zira hər bir inqilabi məslək, əgər doğrudan da ciddi mübarizə fikrindədirsə, belə bir təşkilat olmadan keçinə bilməz. Narodnayavolyaçıların səhvi heç də bütün narazıları öz təşkilatlarına cəlb etmək və bu təşkilatı mütləqiyyətə qarşı qəti mübarizəyə qaldırmaq səyindən ibarət deyildi. Əksinə, bu onların böyük tarixi xidmətidir. Onların səhvi isə bunda idi ki, onlar, əslində heç də inqilabi nəzəriyyə olmayan bir nəzəriyyəyə arxalanırdılar və özlərinin hərəkatını inkişaf etməkdə olan kapitalizm cəmiyyəti daxilindəki sinfi mübarizə ilə ayrılmaz bir surətdə əlaqədar etməyi bacarmırdılar və ya əlaqədar edə bilmirdilər. Buna görə də ancaq marksizmi əsla anlamamaq (və ya onu “struvizm” ruhunda “anlamaq”) nəticəsində belə bir fikir yarana bilərdi ki, kütləvi, kortəbii fəhlə hərəkatının əmələ gəlməsi bizi zemlyavolyaçılarınkı kimi yaxşı, onlarınkından müqayisəyə gəlməz dərəcədə yaxşı inqilabçılar təşkilatı yaratmaq vəzifəsindən azad edir. Əksinə, bu hərəkat məhz həmin vəzifəni bizim öhdəmizə qoyur, zira nə qədər ki, proletariatın kortəbii mübarizəsinə möhkəm bir inqilabçılar təşkilatı rəhbərlik etmir, bu mübarizə heç vaxt proletariatın əsl “sinfi mübarizəsi” ola bilməyəcəkdir.İkincisi, bir çoxları — o cümlədən, görünür, B. Kriçevski də (“R. D.” № 10, s. 18) — siyasi mübarizəni “sui-qəsdçilik” hesab etmək əleyhinə sosial-demokratların daim apardıqları mübahisəni yalnış başa düşürlər. Biz siyasi mübarizəni məhdudlaşdırıb sui-qəsd dərəcəsinə endirməyin qəti əleyhinə olmuşuq və əlbəttə, həmişə bunun əleyhinə olacağıq18, lakin aydındır ki, bu heç də inqilabi təşkilat olması lüzumunu inkar etmək demək deyildi. Həm də, məsələn, qeyddə adı çəkilən kitabçada siyasi mübarizəni sui-qəsd dərəcəsinə endirmək əleyhinə mübahisə ilə yanaşı olaraq, “mütləqiyyətə qəti zərbə endirmək üçün” “üsyana” da, hər cür “başqa hücum üsullarına”19 da “əl ata” biləcək qədər möhkəm bir təşkilat (sosial-demokrat idealı olaraq) təsvir olunur. Mütləqiyyət ölkəsində bu cür möhkəm inqilabi təşkilat öz forması etibarı ilə “sui-qəsdçilik” təşkilatı da adlandırıla bilər, zira fransızların “konspirasiya” sözü “suiqəsd” sözünə barabərdir, konspirativlik isə belə bir təşkilat üçün son dərəcə zəruridir. Belə təşkilat üçün konspirativlik o qədər zəruri şərtdir ki, yerdə qalan şərtlərin hamısı (üzvlərin sayı, onların seçilməsi, vəzifələri və sairə) buna uyğunlaşdırılmalıdır. Buna görə də biz sosial-demokratların sui-qəsdçilik təşkilatı yaratmaq istəməkdə təqsirləndiriləcəyimizdən qorxmaq ən böyük bir sadəlövhlük olardı. “İqtisadçılığın” hər bir düşməni üçün “narodnayavolyaçılıqda” ittiham edilmək kimi, bu ittihamlar da bir fəxr olmalıdır. Bizə etiraz edib deyirlər ki: konspirativ fəaliyyətin bütün tellərini öz əlinə toplayan belə güclü və son dərəcə gizli bir təşkilat, zərurət üzündən mərkəzləşdirilmiş bu təşkilat çox asanlıqla vaxtından əvvəl hücuma açıla bilər, hərəkatı fəhlə sinfi içərisində siyasi narazılığın artmasına, həyəcan və hiddətin gücünə və sairəyə görə mümkün və lazım olduğundan daha tez, düşünülmədən kəskinləşdirə bilər. Biz buna cavab verərik: abstrakt danışsaq, mübariz bir təşkilatın düşünülməmiş bir döyüşə atıla biləcəyini və bunun başqa şəraitdə heç də labüd olmayan məğlubiyyətlə nəticələnə biləcəyini, əlbəttə, inkar etmək olmaz. Lakin belə bir məsələdə abstrakt mülahizələrlə kifayətlənmək olmaz. Zira hər bir döyüşdə abstrakt məğlubiyyət ehtimalı olur və bu ehtimalı azaltmaq üçün döyüşü mütəşəkkil surətdə hazırlamaqdan başqa bir çarə yoxdur. Amma məsələni hazırkı rus şəraitinin konkret zəmini əsasında götürsək, müsbət nəticə çıxarıb demək lazım gələr ki, məhz hərəkatı sabitləşdirmək və onu düşünülməmiş hücum ehtimalından çəkindirmək üçün möhkəm inqilabi təşkilat, şübhəsiz, lazımdır. Məhz indi, belə bir təşkilat olmadığı və inqilabi hərəkat kortəbii şəkildə artdığı bir zamanda, artıq indi bir-birinə əks olan iki ifratçılıq müşahidə olunur (bunlar da, adətən olduğu kimi “uyuşurlar”): gah tamamilə əsassız “iqtisadçılıq” irəli sürülür və mötədillik təbliğ edilir, gah da “inkişaf etməkdə və möhkəmlənməkdə olan, lakin sona çatmaqdan daha çox başlanmağa yaxın olan hərəkatda, onun qurtarması əlamətlərini süni surətdə törətməyə” (V. Z., “Zarya” № 2—3, s. 353.) çalışan eyni dərəcədə əsassız “ekssitativ terror” müşahidə edilir. “Rab. Delo”nun timsalı da göstərir ki, artıq bu hər iki ifratçılıq qarşısında təslim olan sosial-demokratlar vardır. Belə bir hal digər səbəblərdən başqa, bir də ona görə təəccüblü deyildir ki, “sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” heç bir zaman inqilabçını qane etməz, buna görə də bir-birinə əks olan ifratçılıqlar daim gah bir yerdə, gah da digər yerdə baş verəcəkdir. Yalnız möhkəm surətdə sosial-demokrat siyasəti yeridən və necə deyərlər, bütün inqilabi instinkt və arzuları təmin edən mərkəzləşdirilmiş mübariz bir təşkilat, hərəkatı düşünülməmiş hücumdan qorumağa və müvəffəqiyyətlə nəticələnə biləcək hücum hazırlmağa qadirdir.Sonra, bizə etiraz edib deyərlər ki, təşkilat haqqında şərh edilən baxış “demokratik prinsipə” ziddir. Əvvəlki ittiham nə qədər spesifik rus təbiətindədirsə, bu da bir o qədər spesifik xarici ölkələrə məxsus xarakterdədir. Ancaq xaricdəki təşkilat (“Rus s.-d. ittifaqı”) öz redaksiyasına, başqa təlimatlar sırasında aşağıdakı təlimatı verə bilərdi:“Təşkilat prinsipi. Sosial-demokratiyanın müvəffəqiyyətlə inkişaf etməsi və birləşməsi mənafeyi üçün, onun partiya təşkilatının geniş demokratik prinsipini təkidlə qeyd etmək, inkişaf etdirmək, onun uğrunda mübarizə aparmaq lazımdır; partiyamızın sıralarında antidemokratik meyllər meydana çıxdığına görə bu, xüsusilə vacibdir” (“İki qurultay”, səh. 18).“İskra”nın “antidemokratik meyllərinə” qarşı “Rab. Delo”nun necə mübarizə etdiyini bundan sonrakı fəsildə görəcəyik. İndi isə “iqtisadçılar” tərəfindən irəli sürülən bu “prinsipə” yaxından nəzər yetirək. Yəqin hər kəs şərik olar ki, “geniş demokratik prinsipdə” aşağıdakı iki zəruri şərt vardır: əvvələn, tam əyanilik, ikincisi də, bütün vəzifələrin seçkili olması. Əyanilik, həm də yalnız təşkilat üzvləri üçün nəzərdə tutulmayan bir əyanilik olmasa, demokratizmdən danışmaq gülünc olardı. Biz alman sosialist partiyasının təşkilatına demokratik təşkilat deyərik, zira orada hər iş açıq görülür, hətta partiya qurultayının iclasları da açıq keçirilir; lakin üzv olmayanların hamısından sirr pərdəsi ilə gizlədilən bir təşkilata heç kəs demokratik təşkilat deməz. Sual olunur, “geniş demokratik prinsipin” əsas şərti gizli təşkilat üçün yerinə yetirilməz şərt olduğu halda, həmin prinsipi irəli sürməyin nə mənası var? “Geniş prinsip” sadəcə gurultulu, lakin boş bir ibarə olub qalır. Bundan əlavə. Həmin ibarə təşkilat cəhətdən hazırkı dövrün ən vacib məsələlərinin əsla dərk edilmədiyini göstərir. Bizdə “geniş” inqilabçılar kütləsi tərəfindən konspirasiyaya riayət edilmədiyinin nə qədər yayılıb hökm sürdüyünü hamı bilir. Biz gördük ki, “üzvlərin çox ciddi seçilməsini” tamamilə haqlı olaraq tələb edən B-v bundan nə qədər kədərlə şikayətlənir (“R. D.” № 6, səh. 42). İndi isə öz “həyat duyğusu ilə” öyünən adamlar meydana çıxır və işlər belə bir vəziyyətdə ikən, ən ciddi konspirasiya olması və üzvlərin ən ciddi (deməli, daha məhdud) seçilməsi zərurətini deyil, “geniş demokratik prinsipin” zərurətini qeyd edirlər! Buna kobud səhv deyərlər.Demokratizmin ikinci əlaməti — seçkililik məsələsi də eyni vəziyyətdədir. Siyasi azadlıq olan ölkələr üçün bu şərt özlüyündə aydındır. Alman sosial-demokrat partiyasının təşkilat nizamnaməsinin birinci paraqrafında deyilir ki, “Partiya proqramının prinsiplərini qəbul edən və partiyaya öz imkanı daxilində kömək edən hər kəs partiya üzvü hesab olunur”. Teatrda səhnə tamaşaçılar qarşısında açıq olduğu üçün partiya proqramı prinsiplərini qəbul etmək və ya etməmək, partiyaya kömək etmək və ya ona müvaqimət göstərmək qəzetlərdən də, xalq yığıncaqlarından da hamıya və hər kəsə məlumdur. Hamı bilir ki, filan siyasi xadim filan işdən başlamış, filan cür təkamül dövrü keçirmiş, həyatın çətin dəqiqəsində özünü filan cüraparmış, ümumiyyətlə, filan sifətlərin sahibidir – ona görə də təbiidir ki, partiyanın bütün üzvləri bu kimi bir xadimə bələd olurlar və onu müəyyən partiya vəzifəsinə seçə və ya seçməyəbilirlər. Partiya adamının siyasi sahədə atdığı hər bir addımı üzərində ümumi (sözün əsl mənasında ümumi) nəzarət olması,avtomatik surətdə işləyən bir mexanizm yaradır və bu mexanizm biologiyada “ən çox uyğunlaşanlar yaşaya bilir” deyilən nəticəni verir. Tam əyanilik, seçkililik və ümumi nəzarətdən ibarət “təbii seçmə” nəticəsində hər bir xadim, nəhayət, “öz yerini tapır”, öz qüvvə və bacarığına ən çox uyğun gələn bir işdən yapışır, öz səhvlərinin bütün nəticələrini öz üzərində hiss edir və öz səhvlərini boynuna ala bildiyini və bu səhvlərə dahayol verməyə biləcəyini hamının gözü qarşısında sübut edir.İndi gəlin bu mənzərəni bizim mütləqiyyət çərçivəsində təsəvvürünüzə gətirin! Bizdə bir konspirativ inqilabçının hər bir addımına partiya proqramının prinsiplərini qəbul edən və partiyaya öz imkanları daxilində kömək edən” şəxslərin hamısının nəzarət etməsi mümkündürmü? İşin mənafeyini nəzərdə tutan inqilabçı özünün kim olduğunu bütün bu şəxslərin “hamısının” onda doqquzundan gizlətməyə məcbur olduğu halda,onların hamısının bu inqilabçılar içərisindən bu və ya başqasını seçə bilməsi mümkündürmü? “Rab. Delo”-nun yazdığı gurultulu sözlərin əsl mənasına lap azacıq da diqqət versəniz, görərsiniz ki, mütləqiyyət zülməti içərisində, jandarm təqibinin hökmran olduğu bir şəraitdə partiya təşkilatının “geniş demokratizmi” ancaq boş və zərərli bir oyuncaqdır. Bu — boş bir oyuncaqdır, zira həqiqətdə heç bir zaman və heç bir inqilabi təşkilat geniş demokratizm yeritməmişdir və nə qədər istəsədə, yeridə bilməz. Bu — zərərli bir oyuncaqdır, zira işdə “geniş demokratik prinsip” yeritmək cəhdləri ancaq polisin genişhəbslər düzəltməsini asanlaşdırır və hökm sürən kustarçılığı əbədiləşdirir, praktiklərin fikrini, hazırlaşıb peşəkar inqilabçı olmaq kimi ciddi və zəruri bir məsələdən yayındıraraq, seçki sistemləri haqqında “kağız üzərində qalan” ətraflı nizamnamələr düzəltməyə cəlb edir. Ancaq özünə həqiqi, canlı bir iştapa bilməyən adamların çox vaxt toplaşdığı xarici ölkələrdə bəzi yerlərdə və xüsusən cürbəcür xırda qruplarda bu “demokratizm oyunu” inkişaf edə bilərdi.“Rab. Delo”nun həvəslə işlətdiyi bir üsulun, yəni inqilabi işdə demokratizm kimi ləyaqətli bir “prinsip” irəli sürmək üsulunun bütün ləyaqətsizliyini oxucuya göstərmək üçün biz yenə bir şahidə əsaslanaq. Bu şahid — Londonda çıxan “Nakanune” jurnalının redaktoru Y. Serebryakov — “Rab. Delo”ya çox rəğbət, Plexanova və “plexanovçulara” isə böyük nifrət bəsləyir; xaricdəki “Rus sosial-demokratları ittifaqının” parçalanması münasibəti ilə dərc olunan məqalələrdə “Nakanune” qəti olaraq “R. Delo”nun tərəfini saxlayır və Plexanov haqqında bir yığın gərəksiz sözlər yazır. Buna görə də həmin şahid bizim üçün bu məsələdə xüsusilə qiymətlidir. Nakanunenin 7-ci №sində (iyul 1899-cu il) “Fəhlələrin özünü azadetmə qrupunun müraciətnaməsi barəsində” sərlövhəli məqalədə Y. Serebryakov “ciddi inqilabi hərəkatda özünə məftunluq haqqında, başçılıq haqqında, areopaq deyilən haqqında” məsələ qaldırmağın “ayıb” olduğunu göstərərək əzcümlə yazmışdı:“Mışkin, Roqaçov, Jelyabov, Mixaylov, Perovskaya, Fiqner və başqaları heç vaxt özlərini başçı hesab etnəmişlər və onları heç kəs seçməmişdi və təyin etməmişdisə də, həqiqətdə onlar başçı idilər, zira həm təbliğat dövründə, həm də hökumətə qarşı mübarizə dövründə onlar işin ən ağırını öz öhdələrinə götürmüşdülər, ən qorxulu yerlərə gedirdilər və onların fəaliyyəti ən çox səmərəli idi. Həm də başçılıq onların arzusunun nəticəsi deyildi, ətraflarındakı yoldaşlar tərəfindən onların ağlına, coşqunluğuna və sədaqətinə bəslənən etimadın nəticəsi idi. Hərəkatı öz hökmü ilə iradə edə bilən hər hansı bir areopaqdan qorxmaq isə (qorxu olmasa bu barədə yazmaq nə üçün imiş) həddən artıq bir sadəlövhlükdür. Ona kim qulaq asacaqdır?”Biz oxucudan soruşuruq ki, “areopaqın” “antidemokratik meyllərdən” fərqi nədir? Aydın deyilmi ki, “R. Delo”nun “ləyaqətli” təşkilat prinsipi irəli sürməsi də eyni surətdə həm sadəlovhlükdür, həm də ayıbdır, — sadəlövhlükdür, çünki “areopaqın” və ya “antidemokratik meyllərdə” olan adamların “ətraflarındakı yoldaşlar tərəfindən onların ağlına, coşqunluğuna və sədaqətinə etimad” olmadıqda, bunlara heç kəs qulaq asmayacaqdır. Ayıbdır, — çünki o bəzilərinin şöhrətpərəstliyini, başqalarının hərəkatımızda əsl vəziyyətə bələd olmadığını, bir paralarının da hazırlıqsız olduğunu və inqilabi hərəkatın tarixinə bələd olmadığını əsas tutub, bundan istifadə edən demaqoqcasına bir çıxışdır. Hərəkatımızın xadimləri üçün yeganə ciddi təşkilat prinsipi: ən ciddi konspirasiya, üzvləri ən ciddi bir surətdə seçmək və peşəkar inqilabçılar hazırlamaq olmalıdır. Bu kefiyyətlər mövcud olduqda, “demokratizmdən” daha böyük bir şey, yəni: inqilabçılar arasında tam yoldaşlıq etimadı təmin edilmiş olur. Bu böyük şey isə bizim üçün, şübhəsiz, lazımdır, zira bizim Rusiyada onu ümumi demokratik nəzarətlə əvəz etmək haqqında heç danışıq da ola bilməz. Həm də həqiqi “demokatik” nəzarətin qeyrimünkünlüyü üzündən inqilabi təşkilat üzvlərinin nəzarətsiz qalacaqlarını düşünmək böyük səhv olardı: onların vaxtı yoxdur ki, demokratizmin (bir-birinə tam qarşılıqlı etimad göstərən yoldaşlardan ibarət sıx bir özək daxilindəki demokratizmin) oyuncaq formaları haqqında düşünsünlər, lakin onlar öz məsuliyyətini çox yaxşı hiss edir və eyni zamanda təcrübədən bilirlər ki, əsl inqilabçılar təşkilatı yaramaz bir üzvdən xilas olmaq üçün heç bir vasitədən çəkinməz. Bir də ki, bizdə rus (və beynəlxalq) inqilabi mühitin lazımınca inkişaf etmiş və böyük tarixə malik ictimai fikri vardır, bu da yoldaşlıq vəzifələrindən hər cür kənaraçıxanları tam amansızlıqla cəzalandırır (məlum olduğu kimi, “demokratizm”, oyuncaq demokratizm yox, həqiqi demokratizm, tamın bir hissəsi olmaqla həmin yoldaşlıq anlayışına daxildir!). Bütün bunları nəzərə alın — onda başa düşərsiniz ki, “anti-demokratik meyllər” haqqındakı bu danışıqlardan və qətnamələrdən necə bir üfunət, xarici ölkələrə məxsus generallıq oyununun üfunəti gəlir!Bir də nəzərə almaq lazımdır ki, bu cür danışıqların digər bir mənbəyi olan sadəlövhlük də yenə demokratiya barəsində dumanlı təsəvvürdən irəli gəlir. Ər-arvad Vebblərin İngiltərə tred-yunionları haqqndakı kitabında “İbtidai demokratiya” sərlövhəli maraqlı bir fəsil vardır. Müəlliflər bu fəsildə göstərirlər ki, ingilis fəhlələri öz ittifaqlarının meydana gəldiyi ilk dövrdə belə hesab edirdilər ki, ittifaqların idarə olunması işində hamının iştirak etməsi: yalnız bütün məsələlərin həll edilməsi üçün bütün üzvlərin səs verməsi deyil, hətta vəzifələrin də bütün üzvlər tərəfindən növbə ilə yerinə yetirilməsi demokratiyanın zəruri əlamətidir. Yalnız uzun sürən bir tarixi təcrübəəsasında fəhlələr başa düşdülər ki, demokratiya barəsində bu cür təsəvvür mənasızdır və bir tərəfdən nümayəndəli idarələr, digər tərəfdən isə peşəkar vəzifə sahibləri olmalıdır. Ancaq ittifaq kassalarında bir neçə dəfə maliyyə iflası baş verəndən sonra fəhlələr başa düşdülər ki, verilən üzvlük haqqı və alınan pul yardımının proporsionallığı məsələsi yalnız demokratik qaydada səsə qoyulmaqla həll edilə bilməz, buna sığorta işi mütəxəssisi də səs verməlidir. Sonra, Kautskinin parlamentarizm və xalq qanunvericiliyi haqqındakı kitabını götürün, — görərsiniz ki, nəzəriyyəçi marksistin çıxardığı nəticələr“kortəbii surətdə” birləşən fəhlələrin çox illik təcrübəsi dərsi ilə düz gəlir. Kautski Rittinqhauzenin demokratiyanı ibtidai şəkildə anlamasına qarşı qəti etiraz edir, demokratiya xatirinə“xalq qəzetlərinin bilavasitə xalq tərəfindən redaktə olunmasını” tələb etmək fikrində olan adamlara istehza edir, proletariatın sinfi mübarizəsinə sosial demokratiyanın rəhbərlik etməsi üçün peşəkar jurnalistlərin, parlamentarilərin və sairənin lazımolduğunu sübut edir, “zahiri təsir güdərək” bilavasitə xalq qanunvericiliyini mədh edən və bunun müasir cəmiyyətdə tətbiqedilə bilməsinin çox şərti olduğunu anlamayan “anarxistlər vəədiblər sosializmini” şiddətli tənqid edir.Bizim hərəkatımızda əməli surətdə işləmiş olan hər kəs məktəbli gənclər və fəhlələr kütləsi arasında demokratiyaya “ibtidai” baxışın nə qədər geniş yayılmış olduğunu bilir. Təəccüblü deyil ki, bu baxış nizamnamələrə də, ədəbiyyata da keçir. Bernşteyn məsləkli “iqtisadçılar” öz nizamnamələrində yazmışdılar: “§ 10. Bütün ittifaq təşkilatının mənafeyinə aid olan məsələlərin hamısı ittifaq təşkilatındakı bütün üzvlərin səs çoxluğu ilə həll olunur”. Terrorçuluq əhvali-ruhiyyəsində olan “iqtisadçılar” da onları təkrar edib deyirlər: “Komitənin qərarları bütün dərnəklərdən keçməli və ancaq bundan sonra həqiqi qərar şəkli almalıdır” (“Svoboda” № 1, s. 67). Fikir verin ki, belə bir geniş referendum tətbiq etmək tələbi bütün təşkilatın seçki əsasında qurulması tələbindən əlavə iləri sürülür!Biz, əlbəttə, həqiqi demokratik təşkilatların nəzəriyyə və təcrübəsi ilə tanış olmağa çox az imkanı olmuş praktikləri bunun üstündə pisləmək fikrində deyilik. Lakin rəhbər rol oynamaq iddiasında olan “Rab. Delo” belə bir şəraitdə geniş demokratikprinsipə dair qətnamə ilə kifayətləndikdə, bunu necə də yalnız“zahiri təsir güdmək” adlandırmayasan?e) Yerli iş və Ümumrusiya miqyasında işƏgər burada şərh olunan təşkilat planına qarşı onun demokratik olmaması və sui-qəsdçilik xarakterində olması nöqteyi-nəzərindən edilən etirazlar tamamilə əsassızdırsa, onda daha bir məsələ qalır. Bu, yerli işlə Ümumrusiya miqyasındakı iş arasında nisbət məsələsidir. Ehtiyat edib deyirlər ki, mərkəzi təşkilatın yaradılması ağırlıq mərkəzinin yerli iş sahəsindən Ümumrusiya miqyasındakı iş sahəsinə keçməsinə səbəb olmazmı? Bu hal fəhlə kütləsi ilə əlaqələrimizin möhkəmliyini və ümumiyyətlə yerli təşviqatın sabitliyini zəiflədib hərəkata zərər yetirməzmi? Biz buna cavab verib deyirik: son illərdə hərəkatımızın nöqsanı məhz ondadır ki, yerli xadimlər yerlərdə işə həddindən artıq uymuşlar; buna görə ağırlıq mərkəzini bir qədər Ümumrusiya miqyasındakı işə keçirmək, şübhəsiz, lazımdır; bu, həm əlaqələrimizin möhkəmliyini, həm də yerli təşviqatımızın sabitliyini zəiflətmək deyil, möhkəmlədər. Mərkəzi və yerli orqanlar məsələsini götürək və oxucudan xahiş edək unutmasın ki, qəzet işi bizim üçün, olduqca geniş və çoxcəhətli olan ümumiyyətlə inqilabi işi nümayiş etdirmək məqsədi ilə götürülmüş misaldan başqa bir şey deyildir.Kütləvi hərəkatın birinci dövründə (1896-1898-ci illər) yerli xadimlər ümumrus orqanı “Raboçaya Qazeta”nı yaratmaq təşəbbüsündə olurlar; sonrakı dövrdə (1898-1900-cü illər) – hərəkat irəliyə böyük bir addım atır, lakin rəhbərlər bütün diqqəti yerli orqanlara verirlər. Əgər bütün bu yerli orqanlar birlikdə hesablansa məlum olar20 ki, orta hesabla hər aya bir nömrə düşür. Məgər bu bizim kustarçılığımızı əyani bir surətdə nümayiş etdirmir? Məgər bu bizim inqilabi təşkilatımızın hərəkatın kortəbii yüksəlişindən geridə qaldığını aydın bir surətdə göstərmir? Əgər eyni miqdar qəzet nömrəsi dağınıq yerli qruplar tərəfindən deyil, vahid təşkilat tərəfindən buraxılsaydı, biz nəinki çoxlu qüvvəyə qənaət etmiş olardıq, habelə işimizin ölçülməz dərəcədə daha sabit olmasını və ardıcıllığını təmin etmiş olardıq. Bu sadə mülahizəni, demək olar, yalnız yerli orqanlar üzərində fəallıqla işləyən praktiklər də çox tez-tez nəzərdən qaçırırlar (təəssüf ki, çox hallarda bu indi də belədir), bu məsələdə heyrət ediləcək dərəcədə don-kixotluq göstərən publisistlər də çox tez-tez nəzərdən qaçırırlar. Praktik adətən belə bir mülahizə ilə kifayətlənir ki, yerli xadimlərin ümumrus qəzetini yaratmaq məsələsi ilə məşğul olması “çətindir”21 və heç bir qəzet olmamasındansa, yerli qəzetlər olması yaxşıdır. Bu son mülahizə, əlbəttə, tamamilə haqlı mülahizədir və biz ümumiyyətlə yerli qəzetlərin böyük əhəmiyyətini və böyük faydasını təsdiq etməkdə heç bir praktikdən geri qalmarıq. Lakin məlum olduğu kimi, məsələ bunda deyildir, məsələ ondadır ki, 2,5 il ərzində bütün Rusiyada 30 nömrə yerli qəzet buraxılmasında çox aydın ifadə olunan dağınıqlıqdan və kustarçılıqdan qurtarmaq olmazmı. Gəlin ümumiyyətlə yerli qəzetlərin faydası haqqındakı mübahisəsiz, lakin çox ümumi olan bir müddəa ilə kifayətlənməyin, bu qəzetlərin iki il yarımlıq təcrübədə meydana çıxmış mənfi cəhətlərini də mərdliklə açıqca boynunuza alın. Bu təcrübə göstərir ki, bizim şəraitdə yerli qəzetlər əksər hallarda prinsip cəhətcə səbatsız, siyasi cəhətcə əhəmiyyətsizdir, inqilabi qüvvələrin sərf edilməsi cəhətcə həddən artıq baha başa gəlir, texnika cəhətcə tamamilə yarıtmaz olur (mən, əlbəttə, çap texnikasını deyil, tez-tez və müntəzəm çıxmasını nəzərdə tuturam). Həm də göstərdiyimiz nöqsanların heç biri təsadüfi deyildir, bunlar bir tərəfdən, nəzərdən keçirdiyimiz dövrdə yerli qəzetlərin çoxluğunu izah edən, digər tərəfdən də, bu çoxluq üzündən artan dağınıqlığın labüd nəticəsidir. Ayrıca bir yerli təşkilatın əsla gücü çatmaz ki, öz qəzetinin prinsip cəhətdən sabitliyini təmin edib onu bir siyasi orqan yüksəkliyinə qaldırsın, əsla gücü çatmaz ki, bütün siyasi həyatmızı işıqlandırmaq üçün kifayət qədər material toplayıb ondan istifadə etsin. Azad ölkələrdə çoxlu yerli qəzet olması lüzumunu müdafiə etmək üçün adətən gətirilən dəlil isə, yəni yerli fəhlələr tərəfindən çap edilən bu qəzetlərin ucuz başa gəlməsi və yerli əhaliyə daha mükəmməl və tez məlumat verilə bilməsi, – bu dəlil bizdə, təcrübə göstərdiyi kimi, yerli qəzetlərin əleyhinə çevrilir. Bu qəzetlər inqilabi qüvvələrin sərf edilməsi mənasında həddən artıq baha başa gəlir və xüsusilə gec-gec çıxır, səbəbi də sadəcə odur ki, qeyri-leqal bir qəzet nə qədər kiçik də olsa, ona böyük bir konspirativ aparat lazımdır ki, bu aparat üçün iri fabrik sənayesi tələb olunur, zira kustar emalatxanasında bu aparatı heç hazırlamaq münkün deyildir. Konspirativ aparatın ibtidailiyi nəticəsində isə (hər bir praktik bir çox bu kimi misallar bilir) çox vaxt polis, bir-iki nömrənin çıxıb yayılmasından kütləvi həbs üçün istifadə edərək, hər nə varsa elə süpürüb aparır ki, yenə bütün işi təzədən başlamaq lazım gəlir. Yaxşı konspirativ aparat inqilabçıların bir peşəkar kimi yaxşı hazırlıqlı olmasını və ən ardıcıl bir şəkildə qurulmuş əmək bölgüsü olmasını tələb edir, ayrıca bir yerli təşkilatın isə, bu təşkilat hazırkı dəqiqədə nə qədər qüvvətli olsa da, həmin tələblərdən heç birini yerinə yetirməyə əsla gücü çatmaz. Bütün hərəkatımızın ümumi mənafeyi (fəhlələrin prinsipcə möhkəm sosialist və siyasi tərbiyəsi) hələ bir yana dursun, hətta ayrıca yerli mənafelərə də yerli olmayan orqanlar daha yaxşı xidmət edir: bu ancaq ilk nəzərdə paradoksal görünür, əslində isə göstərdiyimiz iki il yarımlıq təcrübə bunu qəti sübut edir. Hər kəs razı olar ki, 30 nömrə qəzet buraxmış olan bütün yerli qüvvələr bircə qəzet üzərində çalışsaydılar, bu qəzet asanlıqla 60 nömrə, bəlkə də yüz nömrə verərdi və deməli, hərəkatın xalis yerli xarakterdə olan bütün xüsusiyyətlərini daha mükəmməl əks etdirmiş olardı. Şübhəsiz, belə bir mütəşəkkillik asan iş deyildir, lakin gərək biz bunun zəruriliyini dərk edək, gərək hər bir yerli dərnək, kənardan təkan gözləməyərək, yerli orqanın müyəssər və yaxın olmasına – inqilabi təcrübəmizin göstərdiyi kimi, xeyli dərəcədə xəyali olan bu müyəssərliyə və yaxınlığa uymayaraq həmin mütəşəkkillik üzərində düşünsün və fəal işləsin.Buna görədir ki, özlərini praktiklərə xüsusilə yaxın sayıb, həmin xəyaliliyi görməyən və: yerli qəzetlər lazımdır, rayon qəzetləri lazımdır, ümumrus qəzetləri lazımdır, – deyə son dərəcə yüngül və son dərəcə boş mühakimə yürütməklə yaxasını qurtaran publisistlər əməli işə çox pis qulluq göstərirlər. Əlbəttə, bunların hamısı, ümumiyyətlə desək, lazımdır, lakin bir halda ki, adam konkret bir təşkilat məsələsinə girişir, deməli, mühitin və zamanın şəraitini də düşünmək lazımdır. Doğrudan da əgər “Svoboda” (№ 1, səh. 68) ayrıca olaraq “qəzet məsələsi üzərində dayanıb”: “Zənnimizcə, azacıq da olsa əhəmiyyətli bir miqdar fəhlənin toplaşdığı hər yerin öz fəhlə qəzeti olmalıdır. Kənardan gətirilmə yox, məhz öz qəzeti olmalıdır” – deyirsə, bu don-kixotluq deyilmi? Əgər bu publisist öz sözlərinin mənası üzərində düşünmək istəmirsə, onda oxucu, barı siz onun əvəzində düşünün: Rusiyada “azacıq da olsa əhəmiyyətli bir miqdar fəhlənin toplaşdığı yer” onlarca, bəlkə yüzlərcədir və əgər doğrudan da hər bir yerli təşkilat özü üçün qəzet çıxarmağa başlasaydı, bu hal bizim kustarçılığımızı nə qədər ədəbiləşdirmiş olardı! Bu dağınıqlıq bizim jandarmların yerli xadimləri lap fəaliyyətlərinin əvvəlində tutmaq, – həm də “azacıq da olsa əhəmiyyətli” zəhmət çəkmədən tutmaq, – və onlardan həqiqi inqilabçılar yetişməsinə imkan verməmək vəzifəsini nə qədər asanlaşdırardı! – Müəllif sözünə davam edib deyir: fabrikçilərin kələklərini və “cürbəcür özgə şəhərlərdə fabrik həyatının xırda çətinliklərini” ümumrus qəzetində təsvir etmək maraqlı olmazdı, “bir oryollu isə Oryol şəhərindəki hadisələr haqqında yazılanları oxumaqdan əsla darıxmaz. O hər dəfə bilir ki, kimə “əl gəzdiriblər”, kimə “çəkiblər”, – bunu bilir, ona görə də ruhu oynayır” (səh. 69). Bəli, bəli, oryollunun ruhu oynayır, lakin bizim publisistin fikri də həddindən çox “oynayır”. Xırdaçılığı belə müdafiə etmək ədəbli bir işdirmi? – o, bax bunun üzərində düşünməli idi. Fabrik ifşalarının zəruriliyini və əhəmiyyətini təsdiq etməkdə biz heç kəsdən geri qalmarıq, lakin onu da yadda saxlamaq lazımdır ki, biz artıq elə bir dərəcəyə çatmışıq ki, peterburqlular Peterburqda çıxan “Raboçaya Mısl” qəzetinin Peterburq xəbərlərini oxumaqdan darıxmağa başlamışlar. Yerlərdə fabrik ifşaları üçün bizim həmişə vərəqlərimiz olmuşdur və bu vərəqələr həmişə qalmalıdır, qəzetin tipini isə biz fabrik vərəqəsi dərəcəsinə endirmək deyil, yüksəltməliyik.“Qəzet” üçün bizə fabrik həyatının “xırda cəhətlərindən” dahaartıq, onun böyük, tipik nöqsanlarının ifşası lazımdır, ən qabarıq misallara əsaslanan, ona görə də bütün fəhlələri və hərəkatın bütün rəhbərlərini maraqlandıra bilən, doğrudan da onların biliyini zənginləşdirə bilən, onların görüş dairəsini genişləndirəbilən, yeni bir rayonun, yeni bir peşə sahəsindəki fəhlələrin oyanmasına səbəb ola bilən ifşalar lazımdır.“Sonra, yerli qəzetdə fabrik müdriyyətinin və ya başqa hökumət adamlarının bütün kələklərini dərhal, isti-isti qələmə almaq olar. Uzaqda olan, ümumi qəzetə xəbər çatanadək isə burada əhvalat artıq yaddan çıxıb gedir: “Görüm nə vaxt olmuşdu – ay allah, yadıma düşmədi!”” (yenə orada). Bəli: ay allah, yadıma düşmədi! 2,5 ildə çap olunmuş 30 nömrə, yenə həmin mənbədən məlum olduğuna görə, 6 şəhərdə çıxmışdır. Deməli, hər şəhərə orta hesabla yarım ilə bir nömrə qəzet düşür! Hətta əgər bizim yüngülfikir publisist yerli işin məhsuldarlığını öz xəyalında üç qat artırarsa da (bu isə orta bir şəhər haqqında, şübhəsiz ki, doğru olmazdı, zira kustarçılıq çərçivəsi daxilində məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq münkün deyildir), – onda yenə də iki aya ancaq bir nömrə düşdüyünü, yəni heç də “isti-isti qələmə almağa” bənzəməyən bir nəticə alındığını görərik. Halbuki on yerli təşkilat birləşib ümumi bir qəzet sahmanlamaq işində fəal iştirak etmək üçün nümayəndələrini göndərsə, o zaman iki həftədən bir bütün Rusiyadakı xırda hadisələri deyil, həqiqətən böyük və tipik biabırçılıqları “qələmə almaq” münkün olardı. Təşkilatlarımızda işin vəziyyəti ilə tanış olan heç kəs buna şübhə etməz. Düşməni cinayət başında tutmaq məsələsinə gəldikdə isə, əgər bunu ancaq gəlişi gözəl bir söz mənasında deyil, ciddi mənada anlasaq, qeyri-leqal bir qəzet bunu ümumiyyətlə xəyalına da gərək gətirməsin: bunu ancaq gizli səpilən vərəqələr vasitəsi ilə etmək münkündür, zira düşməni cinayət başında tutmaq üçün lazım olan ən uzaq müddət çox zaman bir-iki gündən artıq olmur (məsələn, qısamüddətli adi tətili və ya fabrik vuruşmasını, yaxud nümayişi və s. götürün).“Fəhlə yalnız fabrikdə deyil, şəhərdə də yaşayır”, – deyə bizim müəllif sözünə davam edir və lap Boris Kriçevskinin də özü üçün şərəf saya biləcəyi ciddi bir ardıcıllıqla xüsusidən ümumiyə doğru yüksəlir. O da şəhər dumaları, şəhər xəstəxanaları, şəhər məktəbləri məsələsini göstərib tələb edir ki, fəhlə qəzeti ümumiyyətlə şəhər işlərinin üzərindən sükutla keçməsin. – Tələb özlüyündə çox gözəldir, lakin bu tələb yerli qəzetlərdən bəhs edənlərin həddən artıq tez-tez kifayətləndikləri məzmunsuz abstraktlığı xüsusilə əyani bir surətdə nümayiş etdirir. Birincisi, əgər həqiqətən “azacıq da olsa əhəmiyyətli bir miqdar fəhlənin toplaşdığı hər yerdə”, “Svoboda”nın istədiyi kimi, müfəssəl şəhər şöbəsi olan qəzetlər çıxsaydı, bu hal bizim rus şəraitində labüd olaraq tam bir xırdaçılığa dönərdi, çap mütləqiyyəti üzərinə Ümumrusiya miqyasında inqilabi hücum lazım olması düşüncəsinin zəifləməsinə səbəb olardı, mövcud olmayan parlament haqqında həddən çox, mövcud olan şəhər dumaları haqqında isə həddən az bəhs edən inqilabçılar barəsindəki məşhur kəlamla şöhrət qazanmış məsləkin kökündən qoparılıb atılmamış, ancaq gizlənmiş və ya sıxışdırılmış canıbərk zoğlarını gücləndirərdi. Biz labüd olaraq deyirik və bu sözlə qeyd edirik ki, “Svoboda” bunun belə olmasını acıqca arzu etmir, bunun əksini arzu edir. Lakin təkcə gözəl niyyətlər olması kifayət deyil. – Şəhər işlərinin işıqlandırılmasına bütün işimizin prespektivində lazımi yer verə bilmək üçün, əvvəlcə gərək həmin perspekiv tamamilə işlənib hazırlansın, yalnız danışıqlarla deyil, bir çox misallarla da qəti müəyyənləşdirilsin, bir ənənə qədər sabitləşsin. Bu isə bizdə hələ əsla yoxdur və məhz əvvəlcə bunu etdikdən sonra geniş yerli mətbuat haqqında düşünmək və bəhs etmək olar.İkincisi, şəhər işləri haqqında həqiqətən yaxşı və maraqlı yazmaq üçün bu işləri yalnız kitabdan öyrənməklə deyil, bunlara yaxşıca bələd olmaq lazımdır. Bu işlərə bələd olan sosial-demokratlar isə bütün Rusiyada, demək olar, əsla yoxdur. Qəzetdə (populyar bir kitabçada deyil, qəzetdə) şəhər və dövlət işlərindən yazmaq üçün bacarıqlı bir adamın toplayıb hazırladığı təzə və hərtərəfli material lazımdır. Belə bir materialı toplayıb hazırlamaq üçün isə hamının hər işi gördüyü və referendum oyunu ilə əyləndiyi ibtidai bir dərnəyin “ibtidai demokratiyası” kifayət deyildir. Bunun üçün mütəxəssis yazıçılar, mütəxəssis müxbirlər ştabı lazımdır, hər yerdə və hər tərəfdə əlaqə düzəldən, bütün və hər cür “dövlət sirlərini” (Rusiya məmurunu çox lovğalandıran və onun çox asanlıqla ağzından qaçırdığı bu sirləri) öyrənə bilən, hər cür “pərdələr dalına” girə bilən sosial-demokrat reportyorlar ordusu lazımdır, “vəzifəsinə görə” hər yerdə olmalı və hər şeyi bilməli olan adamlar ordusu lazımdır. Odur ki, hər cür iqtisadi, siyasi, ictimai və milli zülmə qarşı mübarizə partiyası olan biz, hər şeyi bilən bu cür adamlar ordusunu tapıb, toplayıb, öyrədib, səfərbər edib döyüşə yeridə bilərik və yeritməliyik, – lakin bunu hələ etmək lazımdır! Bizdə isə yerlərin lap çoxunda bu cəhətdən nəinki hələ heç bir addım da atılmamışdır, çox vaxt bunu etmək lazım olduğunu hətta dərk etmirlər. Buyurun, bizim sosial-demokrat mətbuatında canlı və maraqlı məqalələr, məktublar, bizim diplomatik, hərbi, kilsə, şəhər, maliyyə və sairə və sairə iş-güclərinə dair ifşalar axtarın: demək olar ki, heç bir şey tapmazsınız və ya çox az taparsınız22. Məhz buna görədir ki, “azacıq da olsa əhəmiyyətli bir miqdar fəhlənin toplaşdığı hər yerdə” həm fabrik, həm şəhər, həm də dövlət biabırçılıqlarını ifşa edən qəzetlər olması lüzumu haqqında “birisi bir yığın gözəl və qəşəng şeylər danışmağa başlayanda mənim həmişə bərk acığım tutur”!Yerli mətbuatın mərkəzi mətbuatdan çox olması ya yoxsulluq əlamətidir, ya da zinət əlaməti. Bu o zaman yoxsulluq əlaməti olur ki, hərəkat hələ iri istehsal üçün qüvvə hazırlamamışdır, hələ kustarçılıqda sürünür və demək olar, “fabrik həyatının xırım-xırda cəhətləri” içində batıb qalmaqdadır. O zaman zinət əlaməti olur ki, hərərkat hərtərəfli ifşalar və hərtərəfli təşviqat vəzifəsini tamamilə yerinə yetirmişdir, belə ki, mərkəzi orqandan başqa bir çox yerli orqanlar da lazımdır. Qoy hər kəs özü həll etsin ki, indi bizdə yerli qəzetlərin çox olması nəyi göstərir. Mən isə, anlaşılmazlıqlara yol verməmək üçün çıxardığım nəticənin dürüst formulunu qeyd etməklə kifayətlənəcəyəm. Bu vaxtadək bizim yerli təşkilatların çoxu demək olar ancaq yerli orqanlar haqqında düşünür və demək olar, ancaq bu yerli orqanlar üzərində fəal işləyir. Bu, normal hal deyildir. Bunun əksi olmalıdır; gərək yerli təşkilatların çoxu başlıca olaraq ümumrus orqanı haqqında düşünsün və başlıca olaraq bu orqan üzərində işləsin. Nə qədər ki, bu yoxdur, biz mətbuatda hərtərəfli təşviqat aparmaqla hərəkata həqiqətən xidmət etməyə az-çox iqtidarı olan heç bir qəzet yarada bilməyəcəyik. Lakin elə ki, bu oldu, zəruri mərkəzi orqanla zəruri yerli orqanlar arasında normal münasibət öz-özünə əmələ gəlmiş olacaqdır.* * *İlk baxışda elə görünə bilər ki, ağırlıq mərkəzini yerli işdən Ümumrusiya miqyasındakı işə keçirmək zərurəti haqqında çıxardığımız nəticə xalis iqtisadi mübarizə sahəsinə tətbiq edilə bilməz: burada fəhlələrin bilavasitə düşməni ayrı-ayrı sahibkarlardır və ya sahibkar qruplarıdır və bunların siyasi mübarizədə bilavasitə düşmənimiz olan rus hökümətinin mükəmməl sürətdə mərkəzləşdirilən və bütün təfərrüatına qədər vahid bir iradə ilə rəhbərlik edilən xalis hərbi təşkilatına azacıq da olsa bənzəyən bir təşkilatı yoxdur.Lakin bu belə deyildir. İqtisadi mübarizə – biz bunu dəfələrlə göstərmişik – həmkarlar mübarizəsidir, ona görə də bu mübarizə fəhlələrin yalnız öz iş yerləri dairəsində deyil, öz peşələri üzrə birləşmələrini də tələb edir. Həm də bizim sahibkarların hər cür cəmiyyətlərdə və sindikatlarda birləşməsi nəqədər sürətlə irəliləyirsə, fəhlələrin bu həmkarlar birləşməsi də bir o qədər çox zəruri olur. Bizim dağınıqlığımız və kustar çılığımız bu birləşməyə açıqca mane olur, belə birləşmə üçün fəhlələrin ümumrus həmkarlar ittifaqlarına rəhbərliyi öz öhdəsinə ala biləcək vahid ümumrus inqilabçılar təşkilatı lazımdır. Bu məqsəd üçün arzu olunan təşkilat tipi haqqında artıq yuxarıda bəhs etmişik, indi isə bizim mətbuatımız məsələsi ilə əlaqədar olaraq yalnız bir neçə kəlmə əlavə edəcəyik.Hər bir sosial-demokrat, qəzetində həmkarlar mübarizəsi (iqtisadi mübarizə) şöbəsinin olması lüzumuna çətin ki, bir kəs şübhə edər. Lakin həmkarlar hərəkatının artması həmkarlar mətbuatı haqqında da düşünməyə məcbur edir. Amma bizə elə gəlir ki, Rusiyada həmkarlar qəzetləri haqqında hələ çox az istisnalardan başqa heç danışıq da ola bilməz: bu – zinətdir, bizim isə çox vaxt gündəlik çörəyimiz də olmur. Qeyri-leqal fəaliyyət şəraitinə uyğun gələn və artıq indi zəruri olan həmkarlar mətbuatı forması bizdə gərək həmkarlar kitabçalarından ibarət olsun. Bu kitabçalarda: hər hansı bir peşədəki əmək şəraiti, bu cəhətdən Rusiyanın müxtəlif yerlərinin fərqi, müəyyən peşəyə mənsub olan fəhlələrin başlıca tələbləri, bu peşəyə aid qanunların nöqsanları, müəyyən sex fəhlələrinin iqtisadi mübarizəsinin ən görkəmli halları, onların həmkarlar təşkilatının əmələ gəlməsi, hazırkı vəziyyəti, ehtiyacları və s. məsələsinə dair leqal23 və qeyri-leqal material toplamaq və müntəzəm şəkildə qruplaşdırmaq lazımdır. Belə kitabçalar əvvələn, bizim sosial-demokrat mətbuatımızı, həmkarlar işinə aid olub ancaq müəyyən bir peşəyə mənsub fəhlələri xüsusilə maraqlandıran bir yığın təfsilatdan xilas edərdi; ikincisi, həmkarlar mübarizəsindəki təcrübəmizin nəticələri bu kitabçalarda qeyd edilərdi, indi bir yığın vərəqələr və rabitəsiz məktublar şəklində olub tam mənası ilə itib-batan materiallar həmin kitabçalarda qalar və ümumiləşdirilərdi; üçüncüsü, bu kitabçalar təşviqatçılardan ötrü bir rəhbər ədəbiyyat ola bilərdi, zira əmək şəraiti nisbətən yavaş-yavaş dəyişilir, müəyyən peşəyə mənsub fəhlələrin əsas tələbləri son dərəcə sabit olur ( 1885-ci ildə Moskva rayonu toxucularının tələblərini 1896-cı ildə Peterburq toxucularının tələbləri ilə müqayisə et) və bu tələb və ehtiyacların yekun şəkildə verilməsi, geridə qalmış yerlərdə və ya fəhlələrin geridə qalmış təbəqələri arasında iqtisadi təşviqat üçün illər uzunu gözəl bir vəsait ola bilərdi; bir rayonda müvəfəqiyyətli tətillərin timsalları, bir yerdə həyat səviyəsinin daha yüksək və əmək şəraitinin yaxşı olmasına dair məlumat başqa yerlərin də fəhlələrini həvəsləndirib yeni-yeni mübarizəyə qaldırardı; dördüncüsü, həmkarlar mübarizəsini ümumiləşdirmək təşəbbüsünü öz öhdəsinə götürdükdə, beləliklə də, rus həmkarlar hərəkatının sosializm ilə əlaqəsini möhkəmləndirdikdə, sosial-demokratiya eyni zamanda çalışardı ki, tred-yunionist işimiz sosial-demokrat işimizin ümumi məcmusunda nə həddən az, nə də həddən çox yer tutmasın. Əgər bir yerli təşkilat başqa şəhərdəki təşkilatlarla əlaqədar deyildirsə, onun bu cəhətdən düzgün proporsiya gözləməsi çox çətin olur, bəzən hətta, demək olar, münkün olmur (“Raboçaya Mısl”ın timsalı da bizə göstərir ki, bu məsələdə tred-yunionizmə nə qədər böyük yer vermək dərəcəsinə gəlib çatmaq olar). Lakin möhkəm marksizm nöqteyi-nəzərində duran, bütün siyasi mübarizəyə rəhbərlik edən və peşəkar təşviqatçılar ştabına malik olan ümumrus inqilabçılar təşkilatı bu düzgün proporsiyanı müəyyən etməkdə heç bir zaman çətinlik çəkməz. — cinayət tərkibi. Red. Hər yerdə kursiv bizimdir. [LENİN] “Kapital ilə mübarizə üçün fəhlələr qrupu” nəzərdə tutulur; 1899-cu ilin yazında Peterburqda V. A. Qutovski (sonralar məşhur menşevik Y. Mayevski) tərəfindən təşkil edilən bu qrup bir neçə fəhlədən və ziyalıdan ibarət idi. Peterburq fəhlə hərəkatı ilə möhkəm əlaqəsi yox idi və çox keçmədən, 1899cu ilin yayında üzvlərinin, demək olar, hamısı həbs edildikdən sonra ləğv olundu. Öz baxışlarına görə, “iqtisadçılığa” yaxın idi. Red. “Rab. Mısl” və “Rab. Delo”, xüsusən Plexanova “Cavab”. [LENİN] Rusiyada nəşr edilmiş “Proletarskaya borba” məcmuəsində: “Siyasi inqilabı kim edəcəkdir?” kitabçası. Bu, Kiyev komitəsi tərəfindən də təkrar nəşr olunmuşdu. [LENİN] “İnqilabçılığın dirçəlməsi” və “Svoboda”. [LENİN] Görünür, İ. Leninin 1901-ci ildə A. S. Martınov ilə birinci görüşündən bəhs olunur. Red. “İskra”nın alaqlara qarşı mübarizəsi “Rab. Delo”nun belə bir acıqlı çıxışına səbəb oldu: ““İskra” isə böyük hadisələrdən (yaz hadisələrindən) daha çox Zubatov agentlərinin fəhlə hərəkatını “leqallaşdırmaq” yolundakı miskin cəhətlərini zamanın mühüm hadisəsi hesab edir. “İskra” görmür ki, bu faktlar məhz onun əleyhinədir; məhz bu faktlar göstərir ki, fəhlə hərəkatı hökumətin gözündə çox təhlükəli bir dərəcəyə çatmışdır” (“İki qurultay”, səh. 27). Bütün bunlara səbəb — “həyatın qəti tələblərinə qarşı kar olan” bu ortodoksalların “ehkamçılığıdır”. Arşın boyda buğdanı inadla görmək istəməyib verşok boyda alaqlara qarşı mübarizə edirlər! Bu, “rus fəhlə hərəkatının perspektivini yalnış təsəvvür etmək” (yenə orada, səh. 27) deyilmi? [LENİN] — azad, geniş, Red. — imkan çoxluğundan çətinlik. Red. Ancaq buradaca qeyd edək ki, “Svoboda”nın “kənardan təkan vermək” barəsində və təşkilat haqqındakı bütün sonrakı mühakimələrinə dair dediklərimizin hamısı bütünlüklə “iqtisadçıların” hamısına, o cümlədən “raboçeye deloçulara” da aiddir, zira onlar təşkilat məsələlərində eyni baxışları qismən fəal təbliğ və müdafiə etmişlər, qismən də bu baxışlara meyl göstərmişlər. [LENİN] Bu termin “Svoboda” haqqında bəlkə də əvvəlki termindən daha doğrudur, zira “İnqilabçıların dirçəlməsi”ində terroçuluq müdafiə edilir, araşdırdığımız məqalədə isə — “iqtisadçılıq”. “Svoboda” haqqında ümumiyyətlə demək olar ki, həvəs çox, amma bəxt yoxdur! Qabiliyyət əlamətləri yaxşı, niyyətlər yaxşı, nəticə isə — dolaşıqlıqdır, başlıcası ona görə dolaşıqlıqdır ki, “Svoboda” təşkilatın varisliyini müdafiə etdiyi halda, inqilabi fikrin və sosial-demokrat nəzəriyyəsinin varisliyini qəbul etmək istəmir. Peşəkar inqilabçını yenidən diriltməyə çalışmaq (“İnqilabçılığın dirçəlməsi”), bunun üçün isə, əvvələn, ekssitativ terror, ikincisi də “kənardan təkana” az ehtiyacı olan “ortabab fəhlə təşkilatı” təklif etmək (“Svoboda” № 1, səh. 66 və sonrakılar), — doğrudan da adamın öz mənzilini qızdırmaq üçün bu mənzili söküb yandırması deməkdir. [LENİN] V. İ. Lenin özünün başçılıq etdiyi Peterburq sosial-demokratları (“qocalar”) dərnəyini nəzərdə tutur. Red. Məsələn, hərbçilər arasında son zamanlar demokratizm ruhunun, şübhəsiz, canlanması nəzərə çarpır; bunun səbəbi qismən, fəhlələr və tələbələr kimi “düşmənlərə” qarşı küçə mübarizəsi hallarının getdikcə daha çox artmasıdır. Buna görə də mövcud qüvvələrimiz imkan verən kimi, biz hökmən əsgərlər və zabitlər arasında təbliğat və təşviqata, partiyamıza daxil olan “hərbi təşkilatlar” yaratmağa ən ciddi fikir verməliyik. [LENİN] Bir yoldaşın bir dəfə mənə danışdığını xatırlayıram: sosial-demokratiyaya yardım etməyə hazır olan və ya yardım etmiş bir fabrik müfəttişi çox təəssüflə şikayətlənib deyirmiş ki, bilmirəm mənim göndərdiyim “məlumat” gedib əsl inqilabi mərkəzə çatırmı, mənim yardımım lazımdırmı, mənim kiçik və xırda xidmətlərimdən istifadə etmək imkanı varmı. Hər bir praktik, kustarçılığımız üzündən mütəffiqlərimizin əlimizdən çıxdığı bir çox bu kimi hallar olduğunu, əlbəttə, bilir. Qulluqçu və məmurlar isə bizə yalnız fabrik xətti ilə deyil, habelə poçt, dəmiryol, gömrükxana, zadəganlar və keşişlər xətti ilə də, bütün başqa xəttlər üzrə də, hətta polis və saray dairələri xətti ilə də ayrılıqda “xırda”, birlikdə isə son dərəcə qiymətli xidmət göstərə bilər və göstərirdilər! Əgər bizim indi əsl partiyamız, inqilabçıların həqiqətən mübariz təşkilatı olsaydı, bütün bu “köməkçiləri” bu qədər qətiyyətlə irəli sürməzdik, onları həmişə hökmən “qeyri-leqallığın” mərkəzinə cəlb etməyə tələsməzdik, əksinə, onları xüsusi olaraq qoruyub saxlayardıq və belə vəzifələr üçün xüsusi olaraq adamlar hazırlardıq; yadda saxlamalıyıq ki, bir çox tələbələr “köməkçi” — məmur olduqda partiyaya “qısa müddətli” inqilabçı sifəti ilə verdiklərindən daha çox fayda verə bilərdilər. Lakin — bir dahatəkrar edirəm — belə bir taktikanı ancaq, fəal qüvvə azlığı hiss etməyən, artıqtamamilə möhkəmlənmiş olan bir təşkilat tətbiq edə bilər. [LENİN] “Svoboda” № 1, “Təşkilat” məqaləsi, səh. 66: “Rusiya Əməyi” — hökmən boyük hərflə! — “adından irəli sürüləcək bütün tələbləri fəhlə kütləsi tam qətiyyətlə müdafiə edəcəkdir”. Sonra həmin müəllif ucadan deyir ki: “mən ziyalılara qarşı heç də ədavət bəsləmirəm, amma” ... (həmin bu ammanı Şedrin tərcümə edib demişdir: qulaq alından yuxarı olmaz!)... “amma birisi gəlib bir yığın və qəşəng şeylər danışaraq, bunların öz (onun?) gözəlliyi və başqa ləyaqətləri kimi qəbul olunmasını tələb etdikdə, mənim həmişə bərk acığım tutur”. (62). Bəli, buna mənim də “həmişə bərk acığım tutur”... [LENİN] İnqilabçı xalqçıların “Zemlya i volya” təşkilatı 1876-cı ilin payızında Peterburqda yaranmışdır. Onun üzvləri arasında G. V. Plexanov da var Təşkilat son məqsədin sosializm olduğundan imtina etməyərək, “xalq tələblərini və arzularını hazırkı dəqiqədə olduğu şəkildə” həyata keçirmək, yəni “torpaq və azadlıq” tələblərini həyata keçirmək vəzifəsini yaxın məqsəd olaraq irəli sürürdü. Çornıperedelçilər – (G. V. Plexanov, M. R. Popov, P. B. Akselrod, L. Q. Deyç, V. İ. Zasuliç və başqaları) öz proqram tələblərində əsasən “Zemlya i volya” platformasını müdafiə erirdilər. “Çornı peredel” jurnalı və “Zerno” qəzeti nəşr etdirirdilər. Sonralar çornıperedelçilərin bir hissəsi marksizm tərəfinə keçdi (Plexanov, Akselrod, Zasuliç, Deyç və İqnatov 1883-cü ildə birinci rus marksist təşkilatı olan “Əmək azadlığı” qrupunu yaratdılar), digərləri isə 1881-ci il martın 1-dən sonra narodnayavolyaçılara qoşuldular. Red. Müqayisə et: “Rus sosial-demokratlarının vəzifələri”, səh. 21. P. L. Lavrova qarşı mübahisə. [LENİN] “Rus sosial-demokratlarının vəzifələri”, səh. 23. Yeri gəlmişkən “Rab. Delo”nun ya nə dediyini anlamadığını, ya da öz baxışlarını “küləyin səmtinə görə” dəyişdirdiyini göstərən daha bir misal. “R. Delo”nun 1-ci №-sində kursivlə çap edilmişdir ki, “kitabçanın şərh edilmiş məzmunu “Raboçeye Delo”nun redaksiya proqramına tamamilə düz gəlir” (səh.142). Doğurdanmı? Mütləqiyyəti yıxmaq vəzifəsini kütləvi hərəkat üçün birinci vəzifə hesab etməyin mümkün olmaması baxışımı “Vəzifələrlə”düz gəlir? “Sahibkarlara və hökumətə qarşı iqtisadi mübarizə” nəzəriyyəsimi düz gəlir? Mərhələlər nəzəriyyəsimi düz gəlir? Qoy oxucu özü desin ki, “düz gəlməni” bu qədər orjinal şəkildə anlayan bir orqanın prinsipcə möhkəmləndiyindən danışmaq olarmı? [LENİN] Bax: “Paris konqresinə məruzə”, səh. 14: “O vaxtdan (1897-ci ildən) 1900-cü ilin yazınadək müxtəlif yerlərdə müxtəlif qazetlərin 30 nömrəsi çıxmışdır... Orta hesabla ayda bir nömrədən çox çıxarılmışdır”. [LENİN] Bu çətinlik ancaq zahiri çətinliklərdir. Həqiqətdə isə elə bir yerli dərnək yoxdur ki, onun Ümumrusiya miqyasındakı iş sahəsində bu və ya başqa bir vəzifənin icrasına fəal girişmək imkanı olmasın. “Demə bacarmaram, de ki, istəmirəm”. [LENİN] Məhz buna görədir ki, hətta ən yaxşı yerli orqanların timsalı da bizim nöqteyi-nəzərimizi tamamilə təsdiq edir. Məsələn, “Yujnı Raboçi” qəzeti prinsip səbatsızlığında əsla müqəssir olmayan gözəl bir qəzetdir. Lakin gec-gec çıxması və geniş həbslər üzündən bu qəzet yerli hərəkata vermək istədiyini verə bilmədi. Hazırda partiya üçün ən vacib olan işi, – hərəkatın əsas məsələlərini prinsipial şəkildə qarşıya qoymaq və hərtərəfli siyasi təşviqat aparmaq işini yerli orqanın görməyə gücü çatmadı. Qəzetin verdiyi ən yaxşı şey – mədən sənayeləri qurultayı haqqında, işşsizlik və sairə haqqındakı məqalələr isə xalis yerli material deyildi və yalnız cənub üçün deyil, bütün Rusiya üçün tələb olunurdu. Belə məqalələr bütün sosial-demokrat mətbuatımızda da yox idi. [LENİN]“Yujnı Raboçi” – sosial-demokrat qəzetidir, 1900–1903-cü illərdə çıxmışdır. Qəzet “iqtisadçılığa” və terrorçuluğa qarşı çıxırdı, lakin Rusiyada ümumrus siyasi qəzeti ətrafında mərkəzləşmiş marksist partiyası yaratmaq haqqındakı iskraçı planının əksinə olaraq, “Yujnı Raboçi” qrupu vilayət sosial-demokrat birlikləri yaratmaq yolu ilə RSDFP-nin bərpa edilməsi planını irəli sürürdü. Red. Bu cəhətdən leqal material xüsusilə əhəmiyyətlidir və biz bu materialı müntəzəm surətdə toplayıb ondan istifadə etməkdə xüsusilə geridə qalmışıq. Mübaliğə olmaz desək ki, təkcə leqal material əsasında hələ bir təhər həmkarlar kitabçası yazmaq olar, təkcə qeyri-leqal material əsasında isə belə bir kitabça yazmaq münkün deyildir. “Rab. Mısl” tərəfindən nəşr edilən məsələlər kimi məsələlərə dair fəhlələrdən qeyri-leqal material toplamaqla biz, inqilabçının çoxlu qüvvəsini hədər sərf etmiş oluruq (bu məsələdə inqilabçını leqal xadim asanlıqla əvəz edə bilərdi), lakin yenə də heç vaxt yaxşı material əldə etmirik, zira fabrik qulluqçularının, müfəttişlərinin, həkimlərinin və başqa bu kimilərinin sahib olduqları və yığın-yığın xırda qəzet xəbərlərində, xüsusi sənaye, səhiyyə, zemstvo nəşrlərində və sair nəşrlərdə dərc olunan məlumat çox zaman böyük bir fabrikin təkcə bir şöbəsinə bələd olan və demək olar ki, həmişə öz işinin ümumi şəraitindən və normalarından deyil, ancaq iqtisadi nəticələrindən xəbəri olan fəhlələrdə ola da bilməz.Mənim öz “ilk təcrübəm” indiki kimi yadımdadır, bunu mən heç bir zaman təkrar etmərəm. Yanıma gəlib gedən bir fəhlə var idi: mən həftələrlə əlləşib ona “ehtirasla” suallar verir və onun işlədiyi böyük zavoddakı bütün və hər cür qaydaları öyrənmək istəyirdim. Doğrudur, mən çox böyük zəhmətlə də olsa, hər halda vəziyyəti (təkcə bir zavodun vəziyyətini!) bir növ yazdım, lakin həmin fəhlə bəzən məşğələnin axırında tərini silə-silə gülümsəyib deyirdi: “işdən sonra qalıb işləmək mənim üçün sizin suallarınıza cavab verməkdən asandır!”.Biz inqilabi mübarizəmizi nə qədər çox mətanətlə aparsaq, hökümət də “həmkarlar” işlərinin bir hissəsini bir o qədər çox leqallaşdırmağa, bununla da işimizi qismən yüngünləşdirməyə məcbur olacaqdır. [LENİN] VÜMUMRUS SİYASİ QƏZETİNİN "PLANI"B. Kriçevski bizi "nəzəriyyəni əməli işdən ayırmaq yolu ilə onu cansız bir doktrinaya çevirmək" meylində təqsirləndirərək yazır ("R. D." № 10, s. 30): "Bu cəhətdən "İskra"nın ən böyük səhvi onun ümumpartiya təşkilatı "planıdır"" (yəni "Nədən başlamalı?" məqaləsidir). Martınov da onun dediklərini təkrar edib deyir ki, "adi gündəlik mübarizənin irəliyə gedişinin əhəmiyyətini parlaq və mükəmməl ideyalar təbliğinə nisbətən kiçiltmək meyli, "İskra"da müşahidə olunan bu meyl... onun 4-cü №-də "Nədən başlamalı?" məqaləsində təklif etdiyi partiya təşkili planı ilə nəticələndi" (yenə orada, s. 61). Nəhayət, bu "plandan" (bu sözün dırnaq içərisinə alınması ona istehza ilə yanaşıldığını göstərməlidir) hiddətlənən adamlar sırasına son zamanlar, yenicə bizə çatan (tanıdığımız Svoboda adlı "inqilabi sosialist qrupunun" nəşr etdiyi) "İnqilab ərəfəsi" kitabçasının müəllifi L. Nadejdin də qoşulmuşdur; bu kitabçada deyilir ki, "indi ümumrus qəzetinə bağlı olan bir təşkilatdan bəhs etmək, kabinet fikirləri və kabinet işi törətmək deməkdir" (səh. 126), "ədəbiyyatbazlıq" əlamətidir və s.Bizim terrorçu ilə "adi gündəlik mübarizənin irəliyə gedişini müdafiə edənlər arasında həmrəylik olması, siyasət və təşkilat haqqında fəsillərdə bu yaxınlığın köklərini izlədikdən sonra daha bizi təəccübləndirə bilməz. Lakin biz dərhal qeyd etməliyik ki, L. Nadejdin, həm də yalnız o, xoşuna gəlməyən bir məqalədəki fikirləri yaxşıca anlamaq təşəbbüsündə olmuş, ona mahiyyət etibarı ilə cavab verməyə çalışmışdır, – "Rab. Delo" isə məsələnin mahiyyətinə dair qətiyyən heç bir şey deməmiş və ancaq bir yığın ləyaqətsiz demaqoq hərəkətlərlə məsələni dolaşdırmağa çalışmışdır. Buna görədir ki, nə qədər xoşagəlməz olsa da, əvvəlcə Avgi tövləsinin təmizlənməsinə vaxt sərf etmək lazım gəlir.a) "Nədən başlamalı" məqaləsindən kim incidi?1"Rab. Delo"nun üzərimizə hücum edirkən işlətdiyi seçmə ifadə və sözlərdən bir qismini burada göstərək. "Partiya təşkilatını qəzet yarada bilməz, əksinə, qəzeti partiya təşkilatı yarada bilər"... "Bir qəzet ki partiyadan yüksəkdə duracaq, onun nəzarətindən kənarda qalacaq və öz agentlər şəbəkəsi olduğuna görə partiyadan asılı olmayacaqdır"... "Necə olmuş ki "İskra" özünün mənsub olduğu partiyanın felən mövcud olan sosial-demokrat təşkilatlarını unutmuşdur?"... "Möhkəm prinsipləri və müvafiq planı olanlar eyni zamanda partiyanın real mübarizəsinin ali tənzimçiləri olur və öz planını partiyaya icra etdirirlər"... "Plan bizim canlı və həyati təşkilatlarımızı kabuslar aləminə qovur və agentlərin fantastik şəbəkəsini yaratmaq istəyir"... "Əgər "İskra"nın planı yerinə yetirilmiş olarsa, onda bizim yaranmaqda olan Rusiya sosial-demokrat fəhlə partiyamızın izi-tozu qalmaz"... "Təbliğat orqanı bütün əməli inqilabi mübarizənin nəzarətsiz, mütləq qanunvericisi olur"... "Partiyamız özünün bir muxtar redaksiyaya tamamilə tabe edilməsinə necə yanaşmalıdır" və i. a. və i. a.Oxucu bu sitatların məzmunundan və ifadəsindən görür ki, "Rab. Delo" incimişdir. Lakin o özü üçün deyil, partiyamızın təşkilatları və komitələri üçün incimişdir və bunları guya "İskra" kabuslar aləminə qovmaq və hətta tamamilə yox etmək istəyir. Görün nə dəhşətdir! Bircə şey təəccüblüdür. "Nədən başlamalı?" məqaləsi 1901-ci ilin sentyabrında çıxmışdır; indi artıq 1902-ci ilin yanvarın ortalarıdır. Bütün bu 5 ay ərzində (sentyabra qədər də, sentyabrdan sonra da) partiyanın heç bir komitəsi və heç bir təşkilatı həmin komitə və təşkilatları kabuslar aləminə qovmaq istəyən bu əjdahaya qarşı formal protest etməmişdir! Bu vaxt ərzində isə həm "İskra"da, həm də bir çox başqa yerli və qeyri-yerli nəşrlərdə Rusiyanın hər tərəfindən onlarca və yüzlərcə xəbər dərc edilmişdir. Bəs necə olmuşdur ki, kabuslar aləminə qovulması istənilənlər bunu görməmiş və bunun üstündə inciməmişlər, – inciyən isə kənar bir adam olmuşdur?Ona görə belə olmuşdur ki, komitələr və başqa təşkilatlar "demokratizm" oyunu oynamaqla deyil, əsl işlə məşğuldurlar. Komitələr "Nədən başlamalı?" məqaləsini oxumuş və görmüşlər ki, bu, "müəyyən təşkilat planı hazırlamaq" təşəbbüsüdür ki, "həmin təşkilatı hər tərəfdən başlayıb qurmaq mümkün olsun"; onlar çox gözəl bilir və görürdülər ki, bu "hər tərəfdənin" heç biri təşkilat qurmağın zəruriliyini və arxitektura planının düzgünlüyünü yəqin etməyincə "qurmağa başlamaq" fikrində olmayacaqdır, odur ki, onlar "İskra"da: "Məsələ təxirə salınmayacaq dərəcədə mühüm olduğundan çapa hazırlanan kitabçada daha ətraflı şərh etdiyimiz planın ilkin qeydlərini yoldaşların müzakirəsinə təqdim etməyə cəsarət edirik" deyən adamların böyük cəsarətindən "inciməyi" heç fikirlərinə də gətirmədilər. İşə vicdanla yanaşdıqda anlamaq olardımı ki, əgər yoldaşlar onların diqqətinə təqdim olunan planı qəbul etsələr, bu planı "tabe olduqları" üçün deyil, ümumi işimiz üçün lazımlı olduğuna inandıqları üçün həyata keçirəcəklər, yox əgər qəbul etməsələr, onda bu "ilkin qeydlər" (doğrudan da, nə lovğa sözdür?) ancaq sadəcə ilkin qeydlər olaraq qalacaqdır? Məgər bu demaqogiya deyilmi ki, planın ilkin qeydlərinə qarşı yalnız onu "pisləməklə" və bu planın rədd edilməsini yoldaşlara məsləhət görməklə mübarizə aparmaqdan başqa, inqilab işində təcrübəsi az olan adamları planın ilkin qeydlərinin müəllifləri üzərinə qaldırırlar, təkcə ona görə ki, bu müəlliflər "qanun vermək", "ali tənzimçilər" rolu oynamaq, yəni planın ilkin qeydlərini təklif etmək cəsarətində olmuşlar?? Yerli xadimləri daha geniş baxışlar, vəzifələr, planlar və s. səviyyəsinə yüksəltmək təşəbbüsünə qarşı yalnız bu baxışların düzgün olmaması nöqteyi-nəzərindən deyil, bizi "yüksəltmək" "istədikləri" üçün "inciklik" nöqteyi-nəzərindən etiraz etsələr, onda bizim partiyamız inkişaf edib irəli gedə bilərmi? Budur,L. Nadejdin də bizim planımızı "pisləmişdir", lakin o, yalnız siyasi baxışların sadəlövhlüyü və ya ibtidailiyi ilə izah edilə bilməyən bir demaqogiya dərəcəsinə enməmişdir, "partiya üzərində müfəttişlik" etmək ittihamını o lap əvvəldən və qəti rədd etmişdir. Buna görə də Nadejdinə, onun planı tənqid etməsinə mahiyyət etibarı ilə cavab vermək olar və verilməlidir, "Rab. Delo"ya isə ancaq nifrətlə cavab vermək olar.Lakin "mütləqiyyət" və "tabe olmaq" haqqında bağırtılar dərəcəsinə enən yazıçıya nifrət bəskləmək bizi hələ bu kimi adamlar tərəfindən oxucuya təqdim olunan dolaşıqlığı açmaq vəzifəsindən azad etmir. Bax burada biz "geniş demokratizm" haqqında dillərdə gəzən ibarələrin nə kimi bir şey olduğunu hamıya aydın surətdə göstərə bilərik. Bizi, komitələri unutmaqda, onları kabuslar aləminə qovmaq istəməkdə və ya qovmağa cəhd etməkdə və sairədə təqsirləndirirlər. Biz komitələrə olan öz həqiqi münasibətimizi oxucuya, demək olar ki, heç bir fakt əsasında söyləyə bilmirik, konspirasiya şəraiti üzündən söyləyə bilmirik; vəziyyət belə ikən bu ittihamlara necə cavab verək? Sərt və kütləni acıqlandıran ittiham irəli sürən adamlar öz həyasızlığı sayəsində, inqilabçının, malik olduğu, düzəltdiyi və ya düzəltməyə çalışdığı münasibət və əlaqələri camaatdan səylə gizlədən inqilabçının vəzifələrinə göstərdikləri etinasızlıq sayəsində bizdən irəlidə də olurlar. Aydındır ki, bu kimi adamlarla "demokratizm" sahəsində rəqabətdən biz həmişəlik imtina edirik. Bütün partiya işlərindən xəbərdar olmayan oxucuya gəldikdə isə belə oxucu qarşısında öz borcumuzu yerinə yetirmək üçün yeganə vasitə, mövcud olan haqqında, im Werden2 vəziyyətində olan haqqında danışmaq deyil, keçənlərdə olmuş və keçmiş bir hadisə kimi götürülüb haqqında danışıla bilən şeylərin hissəciyi haqqında danışmaqdan ibarətdir.Bund bizim "uydurmaçılığımıza"3 işarə edir, xaricdəki "İttifaq" bizi partiyanın bütün izi-tozunu yox etmək təşəbbüsündə təqsirləndirir. Buyurun, ağalar. Biz keçmişdən dörd faktı camaata danışarıq, onda siz tamamilə kifayətlənmiş olarsınız81.Birinci4 fakt. Partiyamızın təşkilində və onun əsasını qoyan partiya qurultayına nümayəndə göndərməkdə bilavasitə iştirak etmiş olan "Mübarizə ittifaqları"ndan birinin üzvləri, "İskra" qrupu üzvlərindən biri ilə danışıb razılaşırlar ki, bütün hərəkatın ehtiyaclarına xidmət etmək üçün xüsusi fəhlə kitabxanası düzəldilsin. Fəhlə kitabxanası düzəltmək mümkün olmur və bu kitabxana üçün yazılmış olan "Rus sosial-demokratlarının vəzifələri" və "Yeni fabrik qanunu" kitabçaları dolayı yolla və kənar adamlar vasitəsi ilə xarici ölkələrə gedib çıxır və burada onları çap edirlər.İkinci fakt. Bundun Mərkəzi komitəsinin üzvləri "İskra" qrupu üzvlərindən birinə müraciətlə təklif edirlər ki, Bundun o zamankı ifadəsi ilə dedikdə, "ədəbi laboratoriya" təşkil edilsin. Həm də onlar göstərirlər ki, əgər bu, mümkün olmasa, hətəkatımız çox geri gedə bilər. Danışıqların nəticəsi – "Rusiyada fəhlə işi"5 kitabçasından ibarətdir.Üçüncü fakt. Bundun Mərkəzi komitəsi kiçik bir əyalət şəhərinin vasitəsi ilə "İskra" üzvlərindən birinə müraciətlə, yenidən nəşr ediləcək "Raboçaya Qazeta"nın redaktorluğunu öz öhdəsinə götürməyi təklif edir və əlbəttə, ondan razılıq alır. Sonra təklif dəyişdirilir: redaksiyada yeni dəyişiklik olduğu üçün əməkdaşlıq etməyi təklif edirlər. Söz yox ki, buna da razılıq alınır. Məqalələr göndərilir (bunları saxlamaq mümkün olmuşdur): "Bizim proqramımız" adlı məqalə; bu məqalədə bernşteynçiliyə qarşı, leqal ədəbiyyatdakı və "Raboçaya Mısl"dakı dönüşə qarşı açıq protest edilir; "Ən yaxın vəzifəmiz" ("müntəzəm çıxan və bütün yerli qruplarla sıx əlaqəsi olan partiya orqanının təşkili"; hökmran olan "kustarçılığın" nöqsanları); "Vacib məsələ" (ümumi bir orqan yaratmaqdan qabaq əvvəlcə yerli qrupların fəaliyyətini inkişaf etdirmək lazımdır, deyə irəli sürülən etiraz araşdırılır; "inqilabi təşkilatın" birinci dərəcəli əhəmiyyətə malik olması – "təşkilatı, intizamı və konspirasiya texnikasını son dərəcə təkmilləşdirmək" zərurəti üzərində təkid edilir). "Raboçaya Qazeta"nı yenidən nəşr etmək təklifi həyata keçmir, məqalələr də çap edilməmiş qalır.Dördüncü fakt. Partiyamızın ikinci növbəti qurultayını təşkil edən komitənin bir üzvü "İskra" qrupunun bir üzvünə qurultayın proqramını xəbər verir və yenidən nəşr ediləcək "Raboçaya Qazeta"nı redaktə etmək vəzifəsinə "İskra" qrupunun namizədliyini göstərir. Onun, necə deyərlər, ilk addımı sonra həm onun mənsub olduğu komitə tərəfindən təsdiq edilir, "İskra" qrupu qurultayın harada və nə zaman çağırılacağı haqqında göstəriş alır, lakin (özünün həmin qurultaya nümayəndə göndərməsinin, bəzi səbəblər üzündən, mümkün olub-olmayacağına əmin olmadığına görə) qurultay üçün yazılı məruzə də düzəldir. Həmin məruzədə belə bir fikir irəli sürülür ki, təkcə Mərkəzi Komitə seçməklə biz indi keçirdiyimiz tam bir dağınıqlıq dövründə birləşmə məsələsini nəinki həll etmirik, hətta təşkilatın yenidən tez bir zamanda və tamamilə ələ keçəcəyi halda bir partiya yaratmaq kimi böyük bir ideyanı etibardan sala bilərik, təşkilatın ələ keçməsi isə konspirativliyə riayət olunmadığı indiki şəraitdə tamamilə mümkündür; buna görə də bütün komitələri və bütün başqa təşkilatları, yenidən nəşr edilən ümumi orqana yardım göstərməyə çağırmaqdan başlamaq lazımdır, çünki bu orqan bütün komitələri real surətdə felən əlaqələndirər, bütün hərəkat üçün real surətdə rəhbərlər qrupu hazırlayar, – komitələr tərəfindən yaradılmış olan bu qrup böyüyüb möhkəmləndikdə isə komitələr və partiya artıq asanlıqla onu Mərkəzi Komitəyə çevirə bilərlər. Lakin bir sıra həbslər üzündən qurultay baş tutmur və məruzə ancaq bir neçə yoldaş, o cümlədən bir komitənin müvəkkilləri tərəfindən oxunduqdan sonra konspirasiya mülahizələrinə görə məhv edilir.Qoy indi oxucu özü, uydurmaçılıq haqqında Bundun işarəsi kimi, yaxud bizim guya komitələri kabuslar aləminə qovmaq, partiya təşkilatı ilə "əvəz etmək" istədiyimizi söyləyən "Raboçeye Delo"nun dəlili kimi üsulların xarakteri haqqında mühakimə yürütsün. Biz məhz komitələrə, onlar dəfələrlə dəvət etdiklərinə görə, ümumi iş üçün müəyyən plan qəbul etmək lüzumu haqqında məruzələr edirdik. "Raboçaya Qazeta"ya yazdığımız məqalələrdə və partiya qurultayı üçün hazırladığımız məruzədə biz bu planı yenə də, partiyada nüfuzlu mövqe tutan, buna görə də onu (felən) bərpa etmək təşəbbüsünü öz üzərinə götürən adamların təklifi ilə məhz partiya təşkilatı üçün işləyib hazırlayacaqdıq. Ancaq partiya təşkilatının bizimlə birlikdə iki dəfə, partiyanın mərkəzi orqanını rəsmən yenidən nəşr etməyə başlamaq təşəbbüsü müvəffəqiyyətsizliyə uğradıqdan sonra biz qeyri-rəsmi bir orqan təşkilini özümüzə vacib bildik ki, beləliklə üçüncü təşəbbüs zamanı yoldaşların əlində təkcə təxmini mülahizələr deyil, müəyyən təcrübə nəticələri olsun. İndi bu təcrübənin bəzi nəticələri artıq hamının gözü qarşısındadır və bütün yoldaşlar deyə bilərlər ki, biz öz vəzifəmizi düzgün başa düşürdük, ya yox, habelə deyə bilərlər ki, bəzilərinə "milli" məsələdə ardıcıl olmadıqlarını, başqalarına isə prinsipsiz səndələmələrinin yolverilməzliyini sübut etdiyimiz üçün acığa düşən və ən yaxın keçmişə bələd olmayanları aldatmağa çalışan adamlar haqqında nə düşünmək lazımdır.b) Qəzet kollektiv təşkilatçı ola bilərmi?"Nədən başlamalı?" məqaləsinin bütün canı məhz bu məsələni irəli sürmək və onu müsbət həll etməkdən ibarətdir. Bizə məlum olduğuna görə, bu məsələni təkcə L. Nadejdin mahiyyət etibarı ilə araşdırmaq və onun mənfi həll edilməsi lüzumunu sübut etmək təşəbbüsündə olmuşdur ki, onun da dəlillərini biz bütünlüklə veririk:"...Ümumrus qəzetinin zəruriliyi məsələsinin "İskra"da (№ 4) qoyuluşu bizə çox xoş gəlir, lakin məsələnin bu cür qoyuluşunun "Nədən başlamalı?" məqaləsinin sərlövhəsinə uyğun olması ilə biz əsla razılaşa bilmirik. Bu, şübhəsiz, son dərəcə mühüm işlərdən biridir, lakin inqilabi dövr üçün tələb olunan bir mübariz təşkilatın əsasını bununla, bütöv bir populyar vərəqələr seriyası ilə, bir yığın intibahnamələrlə qoymaq olmaz. Yerlərdə güclü siyasi təşkilatlar yaratmağa başlamaq lazımdır. Bizim bu kimi təşkilatlarımız yoxdur, bizdə başlıca olaraq ziyalı fəhlələr arasında iş aparılmışdır, kütlələr isə demək olar, ancaq iqtisadi mübarizə aparmışlar. Əgər yerlərdə güclü siyasi təşkilatlar yetişdirilməsə, hətta ən mükəmməl təşkil olunmuş bir ümumrus qəzeti nə deməkdir? Bir kol ki, özü yanandır, lakin alışıb yanmaz, heç kəsi də yandırmaz! "İskra" belə güman edir ki, xalq onun ətrafına, onun üçün çalışmağa toplanar, təşkil olunar. Halbuki xalqın daha konkret bir iş ətrafına toplaşıb təşkil olunması onun üçün xeyli asandır! Bu işi isə geniş surətdə yerli qəzetlər təşkil etməkdən fəhlə qüvvələrini lap indidən nümayişlərə hazırlamaqdan, yerli təşkilatların daim işsizlər arasında iş aparmasından (daim onların arasında vərəqələr və qəzetlər yaymaq, onları yığıncaqlara çağırmaq, hökumətə qarşı mübarizəyə çağırmaq və s.) ibarət ola bilər və olmalıdır. Yerlərdə canlı siyasi fəaliyyətə başlamaq lazımdır və həmin real zəmin üzərində birləşmək lazım gəldiyi zaman bu birləşmə süni olmaz, kağız üzərində qalmaz, – yerli işlərin ümumrus işi halında belə birləşdirilməsinə qəzet vasitəsi ilə nail olmaq mümkün deyildir!" ("İnqilab ərəfəsi", s. 54).Biz bu fəsahətli parçada müəllifin həm planımıza verdiyi qiymətin yanlışlığını, həm də onun burada "İskra"ya qarşı qoyulan nöqteyi-nəzərinin ümumiyyətlə yanlışlığını ən qabarıq bir şəkildə göstərən yerlərini kursivlə verdik. Əgər yerlərdə güclü siyasi təşkilatlar yetişdirilməsə, ən mükəmməl ümumrus qəzetinin də heç bir mənası olmaz. – Tamamilə doğrudur. Lakin əsl mətləb də ondadır ki, güclü siyasi təşkilatlar yetişdirmək üçün ümumrus qəzetindən başqa heç bir vasitə yoxdur. "İskra"nın öz "planını" şərh etməyə başlayandan qabaq verdiyi ən mühüm bəyanatı müəllif gözdən qaçırmışdır: "bütün qüvvələri birləşdirə bilən və hərəkata yalnız sözdə deyil, işdə də rəhbərlik edə bilən, yəni hər cür protestə və hər cür həyəcana yardım etməyə həmişə hazır olan və bunlardan istifadə edərək, qəti döyüş üçün yararlı hərbi qüvvələri artıran və möhkəmlədən inqilabi təşkilat yaratmağa çağırmaq" lazımdır. Lakin prinsip etibarı ilə buna indi, fevral və martdan sonra hamı şərik olar, – deyə "İskra" sözünə davam edir, – bizə isə məsələnin prinsipial həlli deyil, əməli həlli lazımdır, gecikmədən elə bir müəyyən quruluş planı vermək lazımdır ki, dərhal hamı müxtəlif tərəflərdən bu quruculuğa başlaya bilsin. Amma bizi yenə də məsələnin əməli həllindən geriyə – "güclü siyasi təşkilatlar yetişdirmək" kimi prinsipcə doğru, mübahisəsiz, böyük bir həqiqətə, lakin qətiyyən kifayət etməyən, işləyənlərin geniş kütləsi üçün tamamilə anlaşılmaz olan bir həqiqətə doğru çəkirlər! Möhtərəm müəllim, indi daha bundan bəhs olunmur, ondan bəhs olunur ki, məhz nə cür tərbiyə etmək və nə cür yetişdirmək lazımdır!Doğru deyildir ki, "bizdə başlıca olaraq ziyalı fəhlələr arasında iş aparılmışdır, kütlələr isə demək olar, ancaq iqtisadi mübarizə aparmışlar". Məsələnin bu şəkildə qoyulması, "Svoboda"nın adətən etdiyi kimi və kökündən yanlış olaraq ziyalı fəhlələri "kütləyə" qarşı qoymaq deməkdir. Bizdə ziyalı fəhlələr də son illər "demək olar, ancaq iqtisadi mübarizə aparmışlar". Bu bir tərəfdən. Digər tərəfdən isə nə qədər ki biz siyasi mübarizə üçün həm ziyalı fəhlələrdən, həm də ziyalılardan rəhbərlər yetişməsinə kömək etməmişik, heç bir zaman kütlələr siyasi mübarizə aparmağı öyrənməyəcəklər; belə rəhbərlər isə ancaq bizim siyasi həyatımızın bütün cəhətlərinə, müxtəlif siniflərin müxtəlif münasibətlərlə baş verən bütün protest və mübarizə təşəbbüslərinə daim, gündəlik qiymət verilməsi əsasında yetişə bilərlər. Buna görə "siyasi təşkilatlar yetişdirməkdən" bəhs etmək və eyni zamanda siyasi qəzetin "kağız işini" "yerlərdə canlı siyasi fəaliyyətə" qarşı qoymaq lap gülüncdür! Məlum olduğu kimi, "İskra" da öz qəzet "planını" elə bir "döyüş hazırlığı" yaratmaq planı kimi qurur ki, işsizlər hərəkatına da, kəndli qiyamlarına da, zemstvoçuların narazılığına da, "həddini aşmış bir çar azğınına qarşı əhalinin hiddətlənməsinə" və sairəyə də yardım edilsin. Axı hərəkata bələd olan hər kəs ətraflı surətdə bilir ki, yerli təşkilatların böyük əksəriyyəti bunu hətta heç düşünmür də, burada nəzərdə tutulan "canlı siyasi fəaliyyət" prespektivlərinin çoxu heç bir təşkilat tərəfindən hələ bir dəfə də olsun həyata keçirilməmişdir və məsələn, zemstvo ziyalıları arasındakı narazılığın və protestin artmasına diqqət yetirmək təşəbbüsü Nadejdinə də ("aman allah, olmaya bu orqan zemstvoçular üçündür?", "Ərəfə", s. 129), "iqtisadçılarda" da ("İskra" № 12, məktub), bir çox praktiklərdə də çaşqın bir heyrət doğurur. Belə bir şəraitdə işi ancaq ondan "başlamaq" olar ki, adamlar bütün bunları düşünməyə vadar edilsin, onlar bütün və hər cür həyəcan və fəal mübarizə əlamətlərini yekunlaşdırıb ümumiləşdirməyə vadar edilsin. Sosial-demokrat vəzifələrinin alçaldığı bizim zəmanəmizdə "canlı siyasi fəaliyyəti" ancaq canlı siyasi təşviqatdan başlamaq olar ki, bu da tez-tez çıxan və müntəzəm yayılan ümumrus qəzeti olmasa mümkün deyildir."İskra"nın "planını" "ədəbiyyatbazlıq" təzahürü sayan adamlar planın mahiyyətinin özünü əsla anlamamış və məqsədi hazırkı şəraitdə ən münasib bir vasitə olmaq etibarı ilə irəli sürülən şeydə görmüşlər. Bu adamlar təklif edilən planı ən aydın izah edən iki müqayisə üzərində zəhmət çəkib düşünməmişlər. "İskra"da deyilmişdir: ümumrus siyasi qəzetinin yaradılması elə bir əsas tel olmalıdır ki, biz həmin teldən tutub bu təşkilatı (yəni hər cür protestə və hər cür həyəcana yardım etməyə həmişə hazır olan inqilabi təşkilatı) daim inkişaf etdirə bilək, dərinləşdirib genişləndirə bilək. Bircə deyin görək: bənnalar çox böyük və heç misli görünməmiş bir tikintinin daşlarını müxtəlif yerlərdən hördükdə, daşın düzgün qoyulmasına kömək edən, ümumi işin son məqsədini göstərən, özündən əvvəl və sonra qoyulan daşlarla qovuşaraq mükəmməl və ümumi bir xətt yaradan hər bir daşı, hətta hər bir daş parçasını da işlətməyə imkan verən bir tel çəkmək "kağız" işidirmi? Məgər indi partiya həyatımızın məhz elə bir dövrü deyildirmi ki, daşımız da, bənnalarımız da var, ancaq hamının görə biləcəyi və hamının tutub izləyə biləcəyi telimiz yoxdur? Qoy haray salıb desinlər ki, tel çəkməklə biz komanda etmək istəsəydik, onda biz bəzi yoldaşların bizə təklif etdikləri kimi, "İskra № 1" əvəzinə "Raboçaya Qazeta № 3" yazardıq və yuxarıda danışılmış hadisələrdən sonra bunu etməyə tamamilə haqlı olardıq. Lakin biz bunu etmədik: biz hər cür yalançı sosial-demokratlara qarşı barışmaz mübarizə üçün əl-qolumuzu açıq saxlamaq istəyirdik; biz istəyirdik ki, bizim telimiz, düz çəkilmişsə, ona bir rəsmi orqan tərəfindən çəkilmiş olduğuna görə deyil, düz çəkilmiş olduğuna görə hörmət edilsin.L. Nadejdin bizə öyüd verib deyir: "Yerli fəaliyyəti mərkəzi orqanlarda birləşdirmək məsələsi tilsimli bir dairə daxilində fırlanır, birləşmək üçün gərək ünsürlər yekcins olsun, lakin bu yekcinsliyin özü yalnız birləşdirici bir şeylə yaradıla bilər, bu birləşdirici şey isə güclü yerli təşkilatların məhsulu ola bilər ki, bunlar indi heç də yekcins xarakterli deyildir". Bu da, güclü siyasi təşkilatlar yetişdirmək lüzumu kimi eyni dərəcədə hörmətə layiq və eyni dərəcədə mübahisəsiz bir həqiqətdir. Bu da onun qədər səmərəsiz bir həqiqətdir. Hər bir məsələ "tilsimli bir dairə daxilində fırlanır", zira bütün siyasi həyat saysız-hesabsız halqalardan ibarət sonsuz bir zəncirdir. Siyasətçinin bütün məharəti də zəncirin məhz elə bir halqasını tapıb ondan bərk-bərk yapışmaqdan ibarətdir ki, bu halqanın əldən çıxarıla bilməsi ən az mümkün olsun, o indiki zamanda ən əhəmiyyətli bir halqa olsun və buna malik olanın bütün zəncirə malik olmasını ən çox təmin etsin6. Əgər daşları telsiz də lazımi yerinə qoymağı bacara biləcək qədər ahəngdar işləyən təcrübəli bənnalar dəstəmiz olsaydı (abstrakt götürüldükdə bu heç də mümkün olmayan bir şey deyildir), onda biz, bəlkə, başqa bir halqadan da yapışa bilərdik. Lakin bəla məhz orasındadır ki, bizim hələ təcrübəli və ahəngdar işləyən bənnalarımız yoxdur, daşlar çox vaxt tamamilə hədər yerə hörülür, ümumi tel üzrə hörülmür, o qədər dağınıq hörülür ki, düşmən bunları üfürüb yıxar, sanki daş deyil, qum imiş.Başqa bir müqayisə: "Qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır. Bu son mənada qəzeti tikilməyə başlanan binanın ətrafında qurulan taxtabəndə oxşatmaq olar; bu taxtabənd tikintinin çevrəsini göstərir, ayrı-ayrı işaatçılar arasında əlaqəni asanlaşdırır, işi öz aralarında bölüşdürməkdə və mütəşəkkil əməklə əldə edilən ümumi nəticələri görməkdə onlara yardım edir"7. Doğru deyilmi ki, bu bir ədibin, bir kabinet işçisinin öz rolunu şişirtməsinə bənzəyir? Evin özü üçün taxtabənd heç də lazım deyildir, taxtabənd ən pis materialdan qurulur, taxtabənd qısa bir müddət üçün qurulur və bina az-çox hazır olduqda bu taxtabəndi qırıb sobaya atırlar. İnqilabi təşkilatlar qurmaq təcrübəsi göstərir ki, bunları bəzən taxtabəndsiz də qurmaq olur – yetmişinci illəri götürün. İndi isə bizə lazım olan tikintinin taxtabəndsiz qurula biləcəyini heç təsəvvürə də gətirmək olmaz.Nadejdin bununla razılaşmayıb deyir: ""İskra" belə güman edir ki, xalq qəzet ətrafına, onun üçün çalışmağa toplaşar, təşkil olunar. Halbuki xalqın daha konkret iş ətrafına toplaşıb təşkil olunması onun üçün xeyli asandır!" Belə ha, belə ha: "daha konkret iş ətrafına xeli asandır"... Ruslarda məsəl var deyərlər: quyuya tüpürmə, vaxt gələr, suyunu içməli olarsan. Amma elə adamlar var ki, tüpürülmüş quyunun da suyunu içə bilirlər. "Marksizmi tənqid edən" bizim bu gözəl leqal "tənqidçilər" və "Raboçaya Mısl"ın qeyri-leqal pərəstişkarları bu böyük konkretlik xatirinə nə kimi çirkin şeylər qaldı ki, söyləməsinlər! "Daha konkret iş ətrafına xeyli asandır" dəlili kimi köhnə dəlillərlə doğruldulan məhdudluğumuz, təşəbbüssüzlüyümüz və qorxaqlığımız bütün hərəkatımızı nə qədər boğmuşdur! Özünü "həyata" qarşı xüsusilə həssas hesab edən, "kabinet" adamlarını xüsusi bir şiddətlə pisləyən, "İskra"nı hər yerdə "iqtisadçılıq" görmək həvəsində təqsirləndirən (iti ağıllılıq iddiası ilə təqsirləndirən), özünü bu ortodokslara və tənqidçilərə bölünməkdən xeyli yüksəkdə zənn edən Nadejdin də öz dəlillərinin özünü hiddətləndirən məhdudluğa xidmət etdiyini və tamamilə tüpürülmüş bir quyudan su içdiyini görmür! Bəli, əgər hiddətlənən şəxs sükansız və yelkənsiz gedirsə və 70-ci illərin inqilabçıları kimi, "kortəbii" surətdə "ekssitativ terrordan", "aqrar terrorundan", "haray" salmaqdan və sairədən yapışırsa, məhdudluqdan ən səmimi surətdə hiddətlənmək, məhdudluq qarşısında diz çökənləri qaldırmaq üçün ən qızğın arzu hələ kifayət deyildir. Bu "daha konkret" şeyə baxın ki, – onun fikrincə, – bunun ətrafına toplaşıb təşkil olunmaq "xeyli asandır": 1. yerli qəzetlər; 2. nümayişlərə hazırlaşmaq; 3. işsizlər arasında iş aparmaq. Lap ilk baxışdan görünür ki, bu işlərin hamısı tamamilə təsadüfi, ağına-bozuna baxmadan, yalnız bir şey demək üçün götürülmüşdür, zira bunlara biz hər nə cür baxsaq da, burada məhz "toplayıb təşkil etməyə" yarayan bir şey görmək tamamilə mənasız olar. Axı həmin Nadejdin özü bir-iki səhifə aşağıda deyir: "biz daha indi belə bir faktı açıqca qeyd etməliyik ki, yerlərdə son dərəcə cüzi iş aparılır, komitələr görə biləcəkləri işin heç onda birini də görmürlər... bizim indiki birləşdirici mərkəzlərimizin ancaq adı var, bu, inqilabi dəftərxanaçılıqdır, bir-birinə general rütbəsi verməkdir və nə qədər ki güclü yerli təşkilatlar əmələ gəlməmişdir, belə də olacaqdır". Bu sözlərdə, şübhəsiz, mübaliğə olmaqla bərabər, bir çox acı həqiqət də vardır və məgər Nadejdin görmür ki, yerlərdəki işin cüziliyi, yerli təşkilatlar çərçivəsinə qapanıb qalmış xadimlərin hazırlıqsızlığı üzündən onların görüş dairəsinin labüd məhdudluğu ilə əlaqədardır? Məgər o da "Svaboda"da təşkilat haqqında yazılan məqalənin müəllifi kimi, geniş yerli mətbuata keçəndən sonra (1898-ci ildən) "iqtisadçılığın" və "kustarçılığın" xüsusilə gücləndiyini unutmuşdur? Məlumdur ki, əgər "geniş yerli mətbuatı" az-çox qənaətbəxş bir surətdə təşkil etmək hətta mümkün olsaydı da (biz isə yuxarıda göstərdik ki, ayrı-ayrı tamamilə təsadüfi hallar istisna olmaqla bu mümkün deyildir), yenə yerli orqanlar mütləqiyyət üzərinə ümumi hücum üçün, vahid mübarizəyə rəhbərlik üçün inqilabçıların bütün qüvvələrini "toplayıb təşkil edə" bilməzdi. Unutmayın ki, burada qəzetin ancaq "toplayıcılıq", təşkilatçılıq əhəmiyyətindən bəhs olunur və biz, dağınıqlığı müdafiə edən Nadejdinə onun öz verdiyi istehzalı sualı verə bilərik: "bəlkə, biz haradansa 200.000 inqilabi təşkilatçı qüvvəsi miras almışıq?" Sonra, "nümayişlərə hazırlaşmağı" elə ona görə "İskra"nın planına qarşı qoymaq olmaz ki, həmin plan məhz ən geniş nümayişləri məqsədlərdən biri olaraq nəzərdə tutur; söhbət isə əməli vasitə seçmək haqqındadır. Nadejdin burada yenə dolaşıb nəzərdən qaçırmışdır ki, nümayişləri (bu vaxtadək çox hallarda tamamilə kortəbii baş verən nümayişləri) ancaq artıq "toplaşıb təşkil olunmuş" bir qoşun "hazırlaya" bilər, biz isə məhz toplayıb təşkil etməyi bacarmırıq. "İşsizlər arasında iş aparmaq". Yenə eyni dolaşıqlıq vardır, zira bu da səfərbərliyə alınmış qoşunun hərbi əməliyyatından biridir, qoşunu səfərbərliyə almaq planı deyildir. Bizim dağınıqlığımızın zərərini, "200 000 qüvvəmizin" olmamasınıNadejdinin burada da nə dərəcədə qiymətləndirmədiyi aşağıdakından görünür. Bir çoxları (o cümlədən Nadejdin də) "İskra"nı işsizlik haqqında məlumatının azlığı və kənd həyatının ən adi hadisələrinə dair müxbir məktublarının təsadüfi olması üstündə təqsirləndirirdi. Bu töhmət haqlı töhmətdir, lakin "İskra" burada "günahsız müqəssirdir". Biz kənddən də "tel çəkməyə" çalışırıq, lakin orada demək olar ki, heç yerdə bənna yoxdur, buna görə də hətta adi bir faktı xəbər verənləri də həvəsləndirmək lazım gəlir, – bu ümidlə ki, beləliklə bu sahədə əməkdaşlıq edənlərin sayı çoxalar və biz hamımız, nəhayət doğrudan da qabarıq faktlar seçməyi öyrənərik. Lakin oxuyub öyrənmək üçün qətiyyən heç bir material o qədər azdır ki, onu bütün Rusiya miqyasında ümumiləşdirmədən oxuyub öyrənmək üçün qətiyyən heç bir material tapılmır. Şübhəsizdir ki, təşviqatçılıq qabiliyyəti və lütlərin həyatına bələdliyi heç olmasa təxminən Nadejdində göründüyü qədər olan bir adam, işsizlər arasında təşviqat aparmaqla hərəkata çox dəyərli xidmət göstərə bilər, – lakin belə bir adam, əksəriyyəti hələ yeni işə girişməyi bacarmayan adamlara ibrət və nümunə olmaq üçün gördüyü işin hər addımı haqqında bütün rus yoldaşlara məlumat verməyə çalışmasa, o öz istedadını yerə basdırmış olar.Birləşmənin əhəmiyyətindən, "toplayıb təşkil etmənin" zərurətindən indi tam mənası ilə hamı danışır, lakin çox hallarda bu birləşdirmə işinə nədən başlamaq və onu nə cür aparmaq haqqında heç bir müəyyən təsəvvür yoxdur. Yəqin, hamı şərik olar ki, əgər biz bir şəhərin ayrı-ayrı dərnəklərini – tutaq ki, rayon dərnəklərini – "birləşdiririksə", o halda bunun üçün ümumi təsisat lazımdır, yəni təkcə "ittifaqın" ümumi adı deyil, həqiqətən ümumi fəaliyyət lazımdır, material, təcrübə və qüvvə mübadiləsi lazımdır, vəzifələrin bir tək rayonlar üzrə deyil, bütün şəhər fəaliyyətinin ixtisasları üzrə bölünməsi lazımdır. Hər kəs razılaşar ki, əməlli-başlı bir konspirativ aparatın (əgər ticarət təbiri işlətmək olarsa) xərcini bir rayonun "vəsaiti" ilə (əlbəttə, həm maddi, həm də insan vasitəsi ilə) ödəmək olmaz və belə bir məhdud sahədə mütəxəssisin istedadı inkişaf edə bilməz. Lakin eyni şey müxtəlif şəhərlərin birləşdiriməsinə də aiddir, zira ayrıca bir yerdən ibarət olan bir sahə də son dərəcə məhdud olur və bunun son dərəcə məhdud olduğunu biz öz sosial-demokrat hərəkatımızın tarixində görmüşük: bunu biz yuxarıda həm siyasi təşviqatın, həmdə təşkilat işinin timsalında ətraflı surətdə sübut etmişik. Bu sahəni genişləndirmək, şəhərlər arasında müntəzəm ümumiiş vasitəsi ilə gerçək əlaqə yaratmaq lazımdır, zira dağınıqlıq adamları əzir və onlar ("İskra"ya yazılan bir məktubun müəllifi demişkən8) "sanki çuxura düşüblər", bilmirlər ki, dünyada nələr olur, kimdən öyrənməlidirlər, nə vasitə ilə təcrübə əldə etməli və geniş fəaliyyət arzusunu necə ödəməlidirlər. Buna görə də mən təkidimdə davam edirəm ki, bu gerçək əlaqənin yaradılmasına ancaq, ən müxtəlif fəaliyyət növlərinin yekunlarını cəmləşdirən və bununla da, bütün yollar Romaya getdiyi kimi, inqilaba doğru gedən bir çox yolların hamısı ilə adamları durmadan irəliləməyə vadar edən yeganə müntəzəm ümumrus təsisatı olmaq etibarı ilə ümumi bir qəzet əsasında başlamaq olar. Əgər biz birləşməni yalnız sözdə istəmiriksə, onda gərək hər bir yerli dərnək dərhal öz qüvvələrinin, məsələn, dörddə bir hissəsini ümumi iş üzərində fəal işləməyə ayırsın, qəzet isə dərhal ona9 bu işin ümumi çevrəsini, həcmini və xarakterini göstərir. Ümumrusiya miqyasında aparılan bütün işdə məhz nə kimi kəsirlərin ən çox hiss olunduğunu, harada təşviqatın olmadığını, harada əlaqələrin zəif olduğunu, böyük ümumi mexanizmin hansı xırda çarxlarını bu dərnəyin düzəldə biləcəyini və ya daha yaxşısı ilə əvəz edə biləcəyini göstərər. Hələ işə girişməmiş və hələ iş axtaran bir dərnək, bu halda ayrıca xırda bir emalatxanada işləyən, nə özündən qabaqkı "sənayenin" inkişafından xəbəri olan, nə də istehsalda mövcud sənaye üsullarının ümumi vəziyyətinə bələd olan bir kustar kimi deyil, mütləqiyyət üzərinə ümumi inqilabi təzyiqi əks etdirən geniş bir müəssisənin iştirakçısı kimi başlaya bilərdi. Həm də hər bir kiçik çarx nə qədər mükəmməl hazırlansa, ümumi iş üzərində çalışan hissə işçilərinin sayı nə qədər çox olsa, şəbəkəmiz də bir o qədər sıxlaşar və labüd olan həbslər ümumi sıralarımıza bir o qədər az pozğunluq salardı.Təkcə qəzeti yaymaq vəzifəsinin özü gerçək əlaqə yaratmağa başlar (bu şərtlə ki, o, qəzet adlanmağa layiq olsun, yəni müntəzəm çıxsın və qalın jurnallar kimi ayda bir dəfə deyil, ayda dörd dəfə çıxsın). İndi inqilabi iş üçün şəhərlər arasında əlaqə son dərəcə az görünən, hər halda istisna təşkil edən bir şeydir; o halda isə bu əlaqə bir qayda şəkli alar və əlbəttə, yalnız qəzetin yayılmasını deyil, habelə (bu isə daha mühümdür) təcrübə mübadiləsini, material, qüvvə və vəsait mübadiləsini də təmin edər. Təşkilat işinin vüsəti birdən-birə dəfələrlə genişlənər və bir yerin müvəffəqiyyəti daim daha da təkmilləşməyə həvəs oyadar, ölkənin o biri başında işləyən bir yoldaşın hazır təcrübəsindən istifadə etmək arzusu doğurar. Yerli iş indikindən xeyli zəngin və çoxcəhətli olar: bütün Rusiyada toplanılan siyasi və iqtisadi ifşalar bütün peşələrə və bütün inkişaf pillələrinə mənsub olan fəhlələrə zehni qida verər, ən müxtəlif məsələlər ətrafında həm leqal mətbuatın işarələrində, həm cəmiyyət içərisində gedən danışıqlarda, həm də hökumətin "utana-utana" verdiyi xəbərlərdə qaldırılan məsələlər ətrafında müsahibələr aparmaq və mühazirələr oxumaq üçün material verər və həvəs oyadar. Hər bir həyəcan, hər bir nümayiş Rusiyanın hər yerində hər cəhətdən qiymətləndirilər və müzakirə edilər, başqalarından geridə qalmamaq, başqalarından yaxşı işləmək arzusu – (biz sosialistlər ümumiyyətlə hər cür yarışı, hər cür "rəqabəti" heç də rədd etmirik!) – ilk dəfə bir növ kortəbii baş vermiş olan işi şüurlu surətdə hazırlamaq, hücum planını dəyişdirmək üçün müəyyən yerin və ya müəyyən zamanın əlverişli şəraitindən istifadə etmək və sairə arzusu doğurar. Yerli işin bu cür canlanması eyni zamanda, indi çox vaxt hər bir nümayiş olanda və ya yerli qəzetin hər bir nömrəsi çıxanda olduğu kimi, bütün qüvvələrin "cançəkişmə" dərəcəsində şiddətli gərginləşdirilməsinə və bütün adamların ağır bir vəziyyətə salınmasına səbəb olmazdı: bir tərəfdən, polisin "kökləri" axtarıb tapması xeyli çətinləşərdi, çünki bunları harada axtarmaq lazım gəldiyi məlum olmazdı; digər tərəfdən, müntəzəm aparılan bir ümumi iş adamları müəyyən bir hücumun gücünü, ümumi ordunun filan dəstəsindəki qüvvələrin hazırkı vəziyyəti ilə uyğunlaşdırmağa öyrədər (indi belə bir uyğunlaşdırmanı, demək olar, heç kəs heç bir zaman hətta fikrinə də gətirmir, zira hücumların onda doqquzu kortəbii surətdə baş verir) və başqa yerdən yalnız ədəbiyyat deyil, habelə inqilabi qüvvələr "daşınmasını" da asanlaşdırardı.İndi bu qüvvələr əksər halda məhdud yerli işdə tükənib gedir, o zaman isə az-çox bacarıqlı bir təşviqatçı və ya təşkilatçını ölkənin bir başından o biri başına göndərmək üçün imkan olar və daim səbəb tapılar. Partiya işi üçün və partiyanın xərci ilə kiçik bir səfərdən işə başlayan adamlar tamamilə partiya xərcinə keçməyə, peşəkar inqilabçı olmağa və hazırlaşıb əsl siyasi rəhbər olmağa alışarlar.Əgər biz doğrudan da yerli komitələrin, yerli qrup və dərnəklərin hamısının və ya böyük əksəriyyətinin fəal surətdə ümumi işə girişməsinə nail ola bilsək, ən yaxın gələcəkdə bütün Rusiyada müntəzəm surətdə on min nüsxələrlə yayılan həftəlik bir qəzet yarada bilərik. Bu qəzet sinfi mübarizənin və xalq hiddətinin hər bir qığılcımını körükləyib ümumi yanğın dərəcəsinə çatdıran böyük bir körüyün kiçik bir hissəsi olar. Özlüyündə hələ çox sadə və hələ çox kiçik, lakin müntəzəm və tam mənası ilə ümumi olan bu işin ətrafında daimi, sınanmış döyüşçülər ordusu müntəzəm surətdə toplanar və təlim alar. Bu ümumi təşkilat tikintisinin ətrafında qurulmuş taxtabənd və körpülərlə tez bir zamanda bizim inqilabçılardan sosial-demokrat Jelyabovları, bizim fəhlələrdən rus Bebelləri yüksəlib meydana çıxar, səfərbər edilmiş orduya başçlıq edər və bütün xalqı Rusiyanın biabırçılığını və rüsvayçılığını məhv etməyə qaldırardı.Bax biz bunun xəyalında olmalıyıq!* * *"Xəyalında olmalıyıq!" Bu sözləri yazdım və qorxuya düşdüm. Mənə belə gəldi ki, "birləşdirici qurultayda" oturmuşam,qarşımda da "Raboçeye Delo"nun redaktorları və əməkdaşları əyləşmişlər. Birdən Martınov yoldaş qalxıb acıqlı bir tövr ilə mənə müraciət edir: "İcazə verin, sizdən soruşaq ki, muxtar redaksiyanın hələ qabaqcadan partiya komitələrinin rəyini soruşmadan xəyal etmək ixtiyarı varmı?". Onun ardınca Kriçevski yoldaş qalxır və (artıq çoxdan bəri Plexanov yoldaşı dərinləşdirmiş olan Martınov yoldaşı filosofcasına dərinləşdirərək) daha acıqlı bir tövr ilə davam edir: "Mən məsələni daha dərin qoyuram. Mən soruşuram, əgər marksist unutmursa ki, Marksa görə bəşəriyyət həmişə öz qarşısına həyata keçirilə bilən vəzifələr qoyur və unutmursa ki, taktika – partiya ilə birlikdə artmaqda olan vəzifələrin artması prosesidir, – əgər o bunları unutmursa, onun ümumiyyətlə xəyal etməyə ixtiyarı varmı?"Bu acıqlı sualları təkcə fikrimə gətirəndə canıma üşütmə düşür və ancaq onu düşünürəm ki, harada gizlənim. Pisarevin arxasında gizlənməyə çalışacağam.Xəyal ilə gerçəklik arasındakı ziddiyyət məsələsi münasibəti ilə Pisarev yazmışdı: "Ziddiyyət var, ziddiyyət var. Mənim xəyalım hadisələrin təbii gedişini ötüb keçə bilər, ya da o büsbütün kənar yol tutaraq, hadisələrin heç bir təbii gedişinin heç bir zaman gəlib çıxa bilməyəcəyi səmtə gedə bilər. Birinci halda xəyal heç bir zərər vermir; o, hətta zəhmətkeş adamın əzmini artırıb onu qüvvətləndirə bilər... Bu cür xəyallarda iş qüvvəsini pozğunlaşdıracaq və ya sarsıdacaq heç bir şey yoxdur. Hətta tamamilə əksinə. Əgər insan bu cür xəyal etmək qabiliyyətindən tamamilə məhrum olsaydı, əgər o hərdənbir qabağa qaça bilməsəydi və əlinin altında yenicə əmələ gəlməyə başlayan yaradılışın bütöv və bitkin mənzərəsini öz xəyalına gətirə bilməsəydi, – o halda mən əsla təsəvvürümə gətirə bilmirəm ki, incəsənət, elm və əməli həyat sahəsində insanı geniş və yorucu işlərə başlayıb axıra çatdırmağa vadar edən nə kimi bir təhrikedici səbəb ola bilərdi... Əgər xəyal edən şəxs öz xəyalına ciddi inanırsa, həyata diqqətlə nəzər yetirib öz müşahidələrini öz xəyali planları ilə müqayisə edirsə və ümumiyyətlə öz xəyalını həyata keçirmək üzərində vicdanla çalışırsa, onda xəyalla gerçəklik arasındakı ziddiyətin heç bir zərəri olmur. Xəyal ilə həyat arasında bir təmas olduqda, hər şey yerində olur"10.Bax bu cür xəyallar, təəssüf ki, bizim hərəkatımızda çox azdır. Bunun təqsiri də ən çox, öz ayıqlığı ilə, "konkret şeyə" öz "yaxınlığı ilə" lovğalanan leqal tənqid və qeyri-leqal "quyruqçuluq" nümayəndələrindədir.c) Bizə nə tipdə təşkilat lazımdır?Yuxarıda yazılanlardan oxucu görür ki, bizim "taktika-planımız" dərhal hücuma çağırmağı inkar etməkdən, "düşmən qalasını düzgün mühasirəyə" almaq tələbindən və ya başqa sözlə desək, var qüvvə ilə çalışıb daimi qoşun toplamaq, təşkil etmək və səfərbərliyə almaq tələbindən ibarətdir. "İqtisadçılıqdan" sıçrayıb hücum fəryadına (1901-ci ilin aprelində "Listok "R. Dela""nın11 6-cı №-sində qoparılmış fəryada) keçməsi üstündə biz "Raboçeye Delo"ya güldükdə o, əlbəttə, üzərimizə hücum edərək bizi "doktrinaçılıqda", inqilabi vəzifəni anlamamaqda, ehtiyatkarlığa çağırmaqda və sairədə təqsirləndirirdi. Heç bir əsası olmayan və əllaməcəsinə "taktika-proseslə" yaxasını qurtarmağa çalışan adamların ağzından eşidilən bu ittihamlar bizi, əlbəttə, əsla təəccübləndirmədi, həmçinin, ümumiyyətlə möhkəm proqram və taktika əsaslarına ən böyük nifrət bəsləyən Nadejdinin bu ittihamları təkrar etməsi də bizi təəccübləndirmədi.Deyirlər ki, tarix təkrar olunmur. Lakin Nadejdin var qüvvəsi ilə çalışıb tarixi təkrar etmək istəyir və Tkaçovu canfəşanlıqla yamsılayaraq "inqilabi mədəniyyətçiliyi" pisləyir, "veçe zənginin çalınması", "inqilab ərəfəsinin" xüsusi "nöqteyi-nəzəri" və s. haqqında haray salır. Görünür, Nadejdin məşhur kəlamı unudur ki, əgər tarixi hadisənin orijinalı faciədirsə, onun surəti ancaq məzhəkə olur12. Hakimiyyəti ələ almaq təşəbbüsü, Tkaçovun təbliği ilə hazırlanan və "dəhşətə salan", həqiqətən də dəhşətə salmış olan terror vasitəsi ilə həyata keçirilən təşəbbüs – əzəmətli təşəbbüs idi, balaca Tkaçovun "ekssitativ" terroru isə sadəcə gülüncdür, ortababları təşkil etməkideyası da buna əlavə olduqda xüsusilə gülüncdür.Nadejdin yazır: "Əgər "İskra" öz ədəbiyyatbazlıq mühitindən çıxsaydı, görərdi ki, bu ("İskra"nın 7-ci №-sində fəhlənin məktubu və s. kimi hallar), çox və çox tezliklə "hücum" başlanacağının əlamətidir və indi (sic!) telləri ümumrus qəzetinə bağlı olan bir təşkilatdan bəhs etmək, – kabinet fikirləri və kabinet işi uydurmaqdır". Görün, bu necə bir ağlagəlməz dolaşıqlıqdır: bir tərəfdən, yerli qəzetlər kimi, "daha konkret şey" ətrafında toplaşmağın "xeyli asan" olması fikri ilə yanaşı olaraq ekssitativ terror və "ortababları təşkil etmək", digər tərəfdən isə, "indi" ümumrus təşkilatından bəhs etmək kabinet fikirləri uydurmaqdır, yəni daha açıq və daha sadə desək, "indi" daha gecdir! Bəs "geniş dairədə yerli qəzetlər təşkil etmək" necə – bu gec deyilmi, möhtərəm L. Nadejdin? İndi bununla "İskra"nın nöqteyi-nəzərini və taktikasını müqayisə edin: ekssitativ terror – boş şeydir, məhz ortababların təşkil edilməsindən və geniş dairədə yerli qəzetlər təşkil edilməsindən bəhs etmək, qapıları "iqtisadçılığın" üzünə taybatay açmaq deməkdir. Vahid Ümumrusiya inqilabçılar təşkilatından bəhs etmək lazımdır və kağız hücumu deyil, həqiqi hücum başlananadək ondan bəhs etmək gec deyildir.“Bəli, təşkilat barəsində işimiz olducda pisdir, – deyə Nadejdin sözünə davam edir, – bəli, "İskra" tamamilə haqlı olaraq deyir ki, hərbi qüvvələrimizin başlıca kütləsi könüllülərdən və üsyançılardan ibarətdir... Orası yaxşıdır ki, siz qüvvələrimizin vəziyyətini aydın təsəvvür edirsiniz, lakin eyni zamanda nə üçün unudulur ki, camaat heç də bizim deyildir, buna görə də hərbi əməliyyata nə vaxt başlamağı o bizdən soruşmaz və "qiyama" başlar... Camaat özü öz kortəbii dağıcıdı qüvvəsi ilə çıxış etdikdə o sizin daim, son dərəcə müntəzəm bir mütəşəkkillik vermək istədiyiniz, lakin çatdırıb verə bilmədiyiniz "daimi qoşunu" ayaq altında əzə bilər, süpürüb bir tərəfə ata bilər". (Kursiv bizimdir.)Qəribə məntiqdir! Məhz ona görə ki, "camaat bizim deyildir", bu dəqiqəcə "hücum" deyə bağırmaq ağıllı və ədəbli bir iş deyildir, zira hücum, camaatın kortəbii partlayışı deyil, daimi qoşunun həmləsidir. Məhz ona görə ki, camaat daimi qoşunu ayaq altında əzə bilər və süpürüb bir tərəfə ata bilər, biz hökmən gərək daimi qoşuna "son dərəcə müntəzəm mütəşəkkillik vermək" işimizdə kortəbii yüksəlişin ardınca "çata" bilək, zira biz nə qədər çox "çatdırıb" işə bu cür bir mütəşəkkillik verə bilsək, bir o qədər çox yəqindir ki, camaat daimi qoşunu ayaq altında əzməz və bu qoşun kütlənin önündə gedər, ona başçılıq edər. Nadejdin dolaşıq salır, çünki o belə xəyal edir ki, müntəzəm surətdə təşkil edilən bu qoşun guya özünü camaatdan ayıran bir şeylə məşğuldur, həqiqətdə isə bu qo-şun ancaq hərtərəfli və hər şeyi qavrayan siyasi təşviqatla məşğul dur, yəni məhz camaatın kortəbii dağıdıcı qüvvəsi ilə inqilabçılar təşkilatının şüurlu dağıdıcı qüvvəsini yaxınlaşdıran və birləşdirən bir işlə məşğuldur. Axı siz, cənablar, öz adınızı özgələrə qoyursunuz, zira məhz "Svoboda" qrupu proqrama terror daxil etməklə terrorçuları təşkil etməyə çağırır, belə birtəşkilat isə doğrudan da qoşunumuzu, təəssüf ki, hələ bizim olmayan, təəssüf ki, hələ hərbi əməliyyata nə zaman və necə başlamağı bizdən soruşmayan və ya az hallarda soruşan camaata yaxınlaşmaqdan yayındırar."Biz, özümüz üçün son dərəcə gözlənilməz olan indiki hadisələri nəzərdən qaçırdığımız kimi, inqilabın özünü də nəzərdən qaçırarıq", – deyə Nadejdin "İskra"nı qorxutmaqda davam edir. Yuxarıda qeyd olunanlarla birlikdə bu cümlə "Svoboda" tərəfindən quraşdırılmış olan xüsusi "inqilab ərəfəsi nöqteyi nəzərinin"13 mənasızlığını bizə aydın göstərir. Açıq desək, xüsusi "nöqteyi-nəzər" o deməkdir ki, danışmaq və hazırlaşmaq "indi" daha gecdir. Əgər belədirsə, siz ey "ədəbiyyatbazlığın" möhtərəm düşməni, – o halda "nəzəriyyə14 və taktika məsələləri haqqında" 132 çap səhifəsi həcmində bir şey yazmaq nəyə lazım idi? Necə bilirsiniz, "inqilab ərəfəsi nöqteyi-nəzəri"üçün daha münasib olmazdımı ki, 132 min vərəqə çap edilib qısaca çağırış yazılaydı: "vur onları!"?Həm bütün öz proqramını, həm taktikasını, həm də təşkilat işini, "İskra"nın etdiyi kimi, ümumxalq miqyasında siyasi təşviqat əsasında quranların inqilabı nəzərdən qaçıra biləcəyi məhz ən az ehtimal oluna bilər. Bütün Rusiyada ümumrus qəzetindən çəkilən təşkilat tellərini hörməklə məşğul olan adamlar yaz hadisələrini nəinki nəzərdən qaçırmadılar, əksinə, bizim bunu qabaqcadan xəbər verməyimiz üçün imkan yaratdılar. Onlar habelə "İskra"nın 13-cü və 14-cü №-lərində təsvir edilmiş nümayişləri də nəzərdən qaçırmadılar15: əskinə, onlar camaatın kortəbii yüksəlişinə kömək etmək vəzifələrini aydın dərk edərək, həmin nümayişlərdə iştirak etdilər və eyni zamada, bütün rus yoldaşların bu nümayişlərlə tanış olmasına və nümayişlərin təcrübəsindən istifadə etməsinə qəzet vasitəsi ilə kömək etdilər. Onlar sağ olsalar, inqilabı da nəzərdən qaçırmayacaqlar; bu inqilab bizdən ən əvvəl və hər şeydən çox təşviqat təcrübəsi, hər cür protestə kömək etmək (sosial-demokratcasına kömək etmək) bacarığı, kortəbii hərəkata istiqamət verib onu həm dostların səhvlərindən, həm də düşmənlərin tələlərindən qorumaq bacarığı tələb edəcəkdir!Belələliklə, biz son mülahizəyə yanaşdıq ki, bu mülahizə bizi ümumi qəzet üzərində birgə işləmək vasitəsi ilə ümumrus qəzeti ətrafında təşkil olunmaq planı üzərində xüsusilə israr etməyə vadar edir. Ancaq belə təşkil olunmaq sayəsində mübariz sosial-demokrat təşkilatı üçün lazımi çeviklik, yəni mübarizənin ən müxtəlif və sürətlə dəyişən şəraitinə dərhal uyğunlaşmaq qabiliyyəti, "həm düşmən bütün qüvvələrini bir nöqtəyə topladıqda, onun üstün qüvvəsi ilə açıq döyüşdən çəkinə bilmək, həm də hücum ediləcəyini düşmən harada və nə zaman ən az gözləyirsə, orada və o zaman düşmənin ağır tərpənməsindən istifadə edib ona hücum edə bilmək"16 bacarığı təmin olunar. Partiya təşkilatını yalnız partlayışa və küçə mübarizəsinə və ya təkcə "adi gündəlik mübarizənin irəliyə gedişinə" əsaslanıb qurmaq böyük bir səhv olardı. Biz həmişə öz gündəlik işimizi aparmalı və həmişə hər şeyə hazır olmalıyıq, çünki partlayış dövrlərinin sakitlik dövrləri ilə əvəz olunacağını qabaqcadan görmək çox vaxt, demək olar, mümkün olmur, mümkün olduğu hallarda isə bundan təşkilatı yenidən qurmaq üçün istifadə edilə bilməzdi, zira mütləqiyyət ölkəsində bu əvəz olunma heyrət ediləcək bir sürətlə baş verir və bəzən çar yeniçərilərinin bir gecə basqınından asılı olur. Həm də inqilabın özünü heç də (Nadejdinlərin, göründüyü üzrə, xəyal etdiyi kimi) təkcə bir əməliyyat şəklində təsəvvür etməyib az-çox güclü partlayışın və az-çox böyük sakitliyin bir neçə dəfə sürətlə əvəz olunması şəklində təsəvvür etmək lazımdır. Buna görə bizim partiya təşkilatımızın fəaliyyətinin əsas məzmunu, bu fəaliyyətin mərkəzi, istər ən güclü partlayış dövründə, istərsə tam sakitlik dövründə həm mümkün, həm də lazım olan bir işdən ibarət omalıdır, məhz: bütün Rusiyada birləşdirilən, həyatın bütün cəhətlərini işıqlandıran və ən geniş kütlələr içərisində aparılan siyasi təşviqat işindən ibarət olmalıdır. Müasir Rusiyada isə belə bir iş, çox tez-tez çıxan bir ümumrus qəzeti olmadan mümkün deyildir. Bu qəzetin ətrafında özlüyündə əmələ gələn təşkilat, onun əməkdaşlarının (sözün geniş mənasında, yəni bu qəzet üzərində çalışanların hamısının) təşkilatı məhz, ən şiddətli inqilab "tənəzzülü" zamanı partiyanın şərəfini, nüfuzunu və ardıcıllığını qorumaqdan tutmuş, ümumxalq silahlı üsyanını hazırlamağa, təyin etməyə və keçirməyə qədər hər işə hazır olar.Doğrudan da, bizdə adi bir hal olduğu üzrə, bir və ya bir neçə yerdə təşkilatın bütünlüklə ələ keçməsi kimi bir hadisə təsəvvür edin. Bütün yerli təşkilatlar bir ümumi müntəzəmiş aparmadıqda, bu kimi ələ keçmələrdən sonra iş adətən bir çox aylar uzunu dayanır. Hamı ümumi bir iş apardıqda isə, ən şiddətli ələ keçmələrdən sonra iki-üç nəfər çalışqan adamın bir neçə həftə işləməsi, məlum olduğu kimi, hətta indi də böyük sürətlə əmələ gələn yeni gənclər dərnəklərini ümumi mərkəzlə əlaqələndirmək üçün kifayətdir; – ələ keçmələrdən zərər dəyən bu ümumi iş hamının gözü qabağında olduqda isə yeni dərnəklər daha böyük bir sürətlə əmələ gəlib onunla əlaqə yarada bilər.Digər tərəfdən, xalq üsyanını təsəvvür edin. Hazırda, yəqin, hamı bu fikrə şərik olar ki, biz xalq üsyanı haqqında düşünməli və ona hazırlaşmalıyıq. Lakin necə hazırlaşmalı? Üsyan hazırlamaq üçün Mərkəzi Komitə hər yerə agentlər təyin edə bilməz ki! Əgər bizim MK-mız olsaydı da, müasir Rusiya şəraitində də bu cür təyinlə o heç bir şey əldə edə bilməzdi. Ümumi qəzet yaratmaq və yaymaq işində özü özlüyündə əmələ gələn agentlər17 şəbəkəsi isə əksinə, üsyan şüarını "oturub gözləməli" olmazdı, məhz elə bir müntəzəm iş aparardı ki, üsyan baş verdikdə bu iş onun ən böyük müvəffəqiyyət qazanması ehtimalını təmin edərdi. Məhz belə bir iş həm geniş fəhlə kütlələri ilə, həm də mütləqiyyətdən narazı olan bütün təbəqələrlə əlaqəni möhkəmlədərdi ki, bunun da üsyan üçün çox böyük əhəmiyyəti vardır. Məhz belə bir işdə ümumi siyasi vəziyyəti düzgün qiymətləndirmək və deməli, üsyan üçün münasib vaxt seçmək bacarığı əldə edilərdi. Məhz belə bir iş bütün yerli təşkilatlara bütün Rusiyanı maraqlandıran eyni siyasi məsələlər, hallar və hadisələr haqqında eyni zamanda öz fikrini söyləməyi, bu "hadisələrə" mümkün qədər qəti, mümkün qədər ümumi və məqsədəuyğun bir cavab verməyi öyrədərdi, məlum olduğu kimi, üsyan əslində bütün xalqın hökumətə ən qəti, ən ümumi və ən məqsədəuyğun "cavabıdır". Nəhayət, məhz belə bir iş Rusiyanın hər tərəfində olan bütün inqilabi təşkilatlara partiyanın felən birliyini yaradan ən daimi və eyni zamanda ən konspirativ əlaqələr düzəltməyi öyrədərdi, – bu kimi əlaqələr olmadıqda isə üsyan planını kollektiv surətdə müzakirə etmək və üsyan ərəfəsində, tamamilə gizli saxlanılmalı olan lazımi hazırlıq tədbirləri görmək mümkünBir sözlə, "ümumrus siyasi qəzetinin planı" nəinki doktrinaçılıq və ədəbiyyatbazlıq azarına tutulmuş adamların kabinet işinin məhsulu deyildir (onu yaxşı başa düşməmiş adamlara isə belə görünmüşdür), əksinə, bu plan öz gündəlik vacib işimizi bir dəqiqə də olsa unutmayaraq, hər tərəfdən və dərhal üsyana hazırlaşmağa başlamaq üçün ən əməli bir plandır. “12 il ərzində” məcmuəsində V. İ. Lenin beşinci fəslin “a” paraqrafını atmış və belə bir qeyd vermişdir: “Paraqraf “a) “Nədən başlamalı?” məqaləsindən kim incimişdir?” – hazırkı nəşrdə atılır, zira həmin paraqrafda yalnız “İskra”nın “hökm etmək” cəhdləri və s. məsələsi ətrafında “Rab. Delo” və Bund ilə aparılan mübahisədən bəhs edilir. Həmin paraqrafda əzcümlə, deyilirdi ki, Bundun özü (1898-1899-cu illərdə) “İskra” üzvlərini partiyanın MO-sunu bərpa etməyə və “ədəbi laboratoriya” təşkil etməyə dəvət edirdi”. Red. – əmələ gəlmə, baş vermə prosesində. Red. “İskra” № 8, Rusiyada və Polşada Ümumi yəhudi ittifaqı Mərkəzi komitəsinin milli məsələ haqqında bizim cümləmizə cavabı. [LENİN] Bizqəsdənbufaktları onlarınbaş vermişolduğu qaydadagöstərmirik.[LENİN] Yeri gəlmişkən qeyd edək ki, həmin kitabçanın müəllifi məndən xahiş edir bildirim: onun qabaqkı kitabçaları kimi bu kitabçası da “İttifaq”a göndərilirkən zənn edirdi ki, “İttifaq” nəşrlərinin redaktoru “Əmək azadlığı” qrupudur (bəzi şərait üzündən o zaman, yəni 1899-cu ilin fevralında i, redaksiyanın dəyişildiyindən xəbərdar ola bilməzdi). Həmin kitabça bu yaxınlarda Cəmiyyət tərəfindən yenidən nəşr ediləcəkdir. [LENİN]Cəmiyyət – dedikdə, V. İ. Leninin təşəbbüsü ilə 1901-ci ilin oktyabrında təsis edilmiş Rus inqilabçı sosial-demokratiyasının xarici cəmiyyəti nəzərdə tutulur. Red. Yoldaş Kriçevski və yoldaş Martınov! Sizin diqqətinizi bu hiddətləndirici “mütləqiyyətçilik”, “nəzarətsiz nüfuz”, “ali tənzimçilik” və s. təzahürlərinə cəlb edirəm. Görün: bütün zəncirə malik olmaq istəyir! Tez olun, şikayət yazın. “Raboçeye Delo”nun 12-ci №-sində iki baş məqalə üçün sizə hazır mövzudur! [LENİN] Martınov “R. Delo”da bu sitatın birinci cümləsini götürüb (№ 10, səh. 62), məhz ikinci cümləsini buraxmış, sanki bununla da məsələnin mahiyyətinə toxumaq istəmədiyini və ya bunu anlaya bilmədiyini nəzərə çarpdırmışdır. [LENİN] N. K. Krupskaya tərəfindən yazılmış ““İskra” təşkilatının RSDFP II qurultayına məruzəsi”ndə deyilirdi: “Halbuki yerli işin çərçivəsini genişləndirmək zərurəti hər yerdə çox və ya az dərəcədə aydın dərk olunurdu. Bir müxbir Kiyev komitəsi barəsində yazmışdı: “Sanki bir qazmaya girib oturmuşlar, ayrı yerlərdə nələr baş verdiyindən əsla xəbərləri yoxdur”. Kiyev komitəsi barəsində bu sözlərin nə qədər haqlı olub-olmadığını bilmirəm, amma ümumiyyətlə deyilsə, o zamanlar “qazmada oturmaq” halları kifayət qədər çox idi” (“Sosial-demokrat komitələrinin RSDFP İkinci qurultayına məruzələri”. M. – L. 1930, səh. 31). Red. Bu şərtlə ki: o həmin qəzetin məsləkinə rəğbət bəsləyir, ona əməkdaş olmağı iş üçün faydalı sayır və bu əməkdaşlığı ancaq ədəbi əməkdaşlıq deyil, ümumiyyətlə hər cür inqilabi əməkdaşlıq kimi başa düşür. “Raboçeye Delo” üçün qeyd: demokratizm oyununu deyil, işi qiymətli tutan, “rəğbət bəsləməyi” ən fəal və canlı iştirakdan ayırmayan inqilabçılar arasında yuxarıdakı şərt özlüyündə aydındır. [LENİN] İ. Lenin D. İ. Pisarevin “Kamilləşməmiş fikrin səhvləri” məqaləsindən sitat gətirir. Red. “Listok “Raboçevo Dela”” – “Raboçeye Delo” jurnalının qeyri-dövri əlavəsi idi, 1900-cü ilin iyunundan 1901-ci ilin iyulunadək Cenevrədə, cəmi səkkiz nömrəsi çıxmışdır. Red. V. İ. Lenin K. Marksın “Lui Bonapartın on səkkiz brümeri” əsərindən aşağıdakı yeri sitat gətirir: “Hegel harada isə qeyd edir ki, dünya miqyasındakı bütün böyük tarixi hadisələr və şəxsiyyətlər, necə deyərlər, iki dəfə meydana çıxır. O bunu əlavə etməyi unutmuşdur ki, birinci dəfə faciə şəklində, ikinci dəfə isə məzhəkə şəklində”. Red. Səh. 62, “İnqilab ərəfəsi”. [LENİN] Qeyd etməliyik ki, L. Nadejdin öz “nəzəriyyə məsələləri icmalında”, demək olar, nəzəriyyə məsələlərinə dair heç bir şey verməmişdir: ancaq, “inqilab ərəfəsi nöqteyi-nəzərindən” son dərəcə maraqlı olan aşağıdakı kəlamı göstərmək olar: “Bernşteynçilik bütövlükdə bizim zaman üçün öz kəskinliyini itirir, habelə c. Adamoviçmi sübut edəcəkdir ki, c. Struve artıq istefa verməlidir və ya əksinə, Struve c. Adamoviçi təkzib edəcək və istefa verməyə razı olmayacaqdır, – bunun əsla fərqi yoxdur, zira inqilabın “qəti saatı” çatmaqdadır” (səh. 110). L. Nadejdinin nəzəriyyə barəsindəki hədsiz qayğısızlığını bundan daha qabarıq təsvir etmək çətindir. Biz “inqilab ərəfəsi” elan etmişik – buna görə ortodoksların tənqidçiləri öz mövqeyindən qəti çıxarıb-çıxarmayacaqlarının “əsla fərqi yoxdur”!! Həm də bizim bu əllamə görmür ki, tənqidçilərə qarşı aparılan nəzəri mübarizənin nəticələri bizə məhz inqilab zamanı, onların əməli mövqelərinə qarşı qəti mübarizə üçün lazım olacaqdır! [LENİN] Burada 1901-ci ilin noyabr-dekabr aylarında Rusiyada fəhlələrin yardım etdiyi tələbə nümayişləri dalğasından bəhs olunur. Red. “İskra” № 4: “Nədən başlamalı?”. – Nadejdin yazır: “İnqilab ərəfəsi nöqteyi-nəzərində durmayan inqilabi mədəniyyətçiləri işin uzunluğu heç də darıxdırmır” (s. 62). Bu münasibətlə biz deyərik: əgər biz hökmən olduqca uzun müddət işləməyi nəzərdə tutan və eyni zamanda həmin iş prosesinin özü vasitəsi ilə partiyamızın hər cür gözlənilməz hallarda, hadisələrin gedişi hər cür sürətləndikdə öz vəzifəsi başında olmasını və öz borcunu yerinə yetirməsini təmin edən bir siyasi taktika və təşkilat planı düzəldə bilməsək, biz ancaq aciz siyasi avantürist olarıq. Yalnız dünəndən özünü sosial-demokrat adlandırmağa başlamış olan Nadejdin unuda bilər ki, sosial-demokratiyanın məqsədi bütün bəşəriyyətin həyat şəraitini kökündən dəyişdirməkdir, buna görə də işin uzunluğu məsələsindən “darıxmaq” sosial-demokrata yaraşmaz. [LENİN] Əfsus, əfsus! Martınovların demokratik qulağını deşən bu dəhşətli “agent” sözü yenə dilimdən qaçdı! Mən təəccüb edirəm ki, bu söz nə üçün 70-ci illərin görkəmli xadimlərini incitmirdi, 90-cı illərin kustarlarını isə incidir? Bu söz mənə xoş gəlir, zira bu söz bütün agentlərin öz fikir və hərəkətlərini bir ümumi işə tabe etdirdiklərini aydın və bariz surətdə göstərir və əgər bu sözü başqa bir sözlə əvəz etmək lazımdırsa, onda mən, “əməkdaş” sözündə bir qədər qəlizlik və bir qədər yayğınlıq olmasaydı, ancaq “əməkdaş” sözü üzərində dayana bilərdim. Bizə isə agentlərdənibarət hərbi təşkilat lazımdır. Qeyd edək ki, “bir-birinə general rütbəsi verməklə” məşğul olmağı sevən saysız-hesabsız (xüsusən xaricdəki) Martınovlar, “pasport hissəsi agenti” əvəzinə “inqilabçıları pasportla təchiz edən xüsusi hissənin baş rəisi” və s. deyə bilərdilər. [LENİN] NƏTİCƏRus sosial-demokratiyasının tarixi aydın bir surətdə üç dövrə ayrılır.Birinci dövr on ilə qədər bir müddəti, təxminən 1884–1894cü illəri əhatə edir. Bu dövr sosial-demokratiyanın nəzəriyyə və proqramının əmələ gəlməsi və möhkəmlənməsi dövrü idi. Rusiyada yeni məsləkin tərəfdarları tək-tək idi. Sosial-demokratiya fəhlə hərəkatından ayrıldıqda yaşayırdı və bir siyasi partiya olmaq etibarı ilə bətn inkişafı prosesində idi.İkinci dövr üç-dörd illik müddəti, 1894–1898-ci illəri əhatə edir. Sosial-demokratiya bir ictimai hərəkat kimi, xalq kütlələrinin yüksəlişi kimi, bir siyasi partiya kimi meydana gəlir. Bu – uşaqlıq və yeniyetməlik dövrüdür. Ziyalıların xalqçılığa qarşı mübarizəyə və fəhlələr arasında işləməyə elliklə uyması, fəhlələrin də elliklə tətillərə uyması bir epidemiya sürəti ilə yayılır. Hərəkat çox böyük müvəffəqiyyətlər əldə edir. Rəhbərlərin çoxu – c. N. Mixaylovskiyə bir növ təbii hədd kimi görünən "otuz beş yaşına" hələ heç də çatmamış olan lap gənc yaşlı adamlar idi. Gənc olduqlarına görə onların əməli fəaliyyət üçün hazırlığı olmur və heyrət ediləcək bir sürətlə səhnədən çəkilirlər. Lakin onların apardıqları işin vüsəti əksər hallarda çox geniş idi. Onların çoxu narodnayavolyaçılar kimi inqilabi tərzdə düşünməyə başlamışdı. Onların, demək olar, hamısı ilk gənclik çağında terror qəhrəmanlarına vəcdlə pərəstiş edirdi. Bu qəhrəmanlıq ənənəsinin cazibəli təsirindən qurtarmaq üçün mübarizə etmək lazım gəlirdi, hər nə olur olsun "Narodnaya volya"ya sadiq qalmaq istəyən və gənc sosial-demokratların böyük hörmət bəslədikləri adamlarla əlaqəni kəsmək lazım gəlirdi. Mübarizə – öyrənməyə, hər cür məsləkdən qeyri-leqal əsərləri oxumağa, leqal xalqçılıq məsələləri ilə səylə məşğul olmağa məcbur edirdi. Bu mübarizə əsasında tərbiyə alan sosial-demokratlar nə özlərini parlaq şəfəqlə işıqlandırmış marksizm nəzəriyyəsini, nə də mütləqiyyəti yıxmaq vəzifəsini "bir dəqiqə də olsa" unutmayaraq fəhlə hərəkatına doğru gedirdilər, 1898-ci ilin yazında partiyanın təşkili, bu dövr sosial-demokratlarının ən qabarıq və eyni zamanda son işi idi.Üçüncü dövr, gördüyümüz kimi, 1897-ci ildə hazırlanır və 1898-ci ildə (1898 – ?) qəti olaraq ikinci dövrün yerini tutur. Bu dövr dağınıqlıq, parçalanma, səndələmə dövrüdür. Yeniyetməlik zamanında elə olur ki, adamın səsi kallaşır. Bu dövrdəki rus sosial-demokratiyasının da səsi kallaşmağa başlayır, – bir tərəfdən, Struve və Prokopoviç, Bulqakov və Berdyayev cənablarının əsərlərində, digər tərəfdən də V. İ. – nin və R. M. in, B. Kriçevskinin və Martınovun əsərlərində saxta səslər verməyə başlayırlar. Lakin ancaq rəhbərlər ayrı-ayrı istiqamətlərdə gedir və geriyə dönürdülər: hərəkatın özü isə artmaqda və irəliyə doğru çox böyük addımlar atmaqda idi. Proletar mübarizəsi yeni-yeni fəhlə təbəqələrini bürüyüb bütün Rusiyaya yayılır və eyni zamanda dolayısı ilə tələbələrdə və əhalinin başqa təbəqələrində demokratiya ruhunun canlanmasına da təsir ediRəhbərlərin şüurluluğu isə kortəbii yüksəlişin genişliyi və gücü qarşısında təslim olurdu; sosial-demokratlar arasında artıq başqa bir mərhələ – demək olar ki, yalnız "leqal" marksist ədəbiyyatı əsasında tərbiyə almış olan xadimlər mərhələsi geniş yer tuturdu, "leqal" marksist ədəbiyyatı isə kütlənin kortəbiiliyi xadimlərdən nə qədər şüurluluq tələb edirdisə, bir o qədər kifayətsiz olurdu. Rəhbərlər həm nəzəri cəhətdən ("tənqid azadlığı"), həm də əməli cəhətdən ("kustarçılıq") nəinki geridə qalırdılar, hətta özlərinin geriliyini hər cür dəbdəbəli dəlillərlə müdafiə etməyə də çalışırdılar. Sosial-demokratizm həm leqal ədəbiyyat brentanoçuları, həm də qeyri-leqal ədəbiyyat quyruqçuları tərəfindən tred-yunionizm dərəcəsinə endirilirdi. "Credo" proqramı, xüsusən sosial-demokratların "kustarçılığı" qeyri-sosial-demokrat inqilabi məsləklərin canlanmasına səbəb olduqda, həyata keçməyə başlayırdı.Odur ki, əgər oxucu məni nə isə bir "Rab. Delo" ilə həddindən artıq müfəssəl məşğul olmağım üstündə məzəmmət edərsə, mən buna belə cavab verərəm: "R. Delo"nun "tarixi" əhəmiyyət kəsb etməsinə səbəb həmin üçüncü dövrün "ruhunu" ən qabarıq bir surətdə əks etdirməsidir1. Dağınıqlığı və səndələmələri, həm "tənqid" qarşısında, həm "iqtisadçılıq" qarşısında, həm də terrorçuluq qarşısında güzəştə getməyə hazır olmağı ardıcılı R. M. deyil, məhz səbatsızlıq göstərən Kriçevskilər və Martınovlar həqiqi şəkildə ifadə edə bilərdilər. Bu dövrün səviyyəvi cəhəti hər hansı bir "absolyut" pərəstişkarı tərəfindən əməli işə vüqarlı bir etinasızlıq göstərilməsi deyil, məhz xırda praktisizmlə tam bir nəzəri qayğısızlığın birləşməsidir. Bu dövrün qəhrəmanları "böyük sözləri" açıqca inkar etməkdən daha çox bunları bayağılaşdırmaqla məşğul olurdular: elmi sosializm bütöv bir inqilabi nəzəriyyə halından çıxarılıb həlməşiyə döndərilir və hər cür yeni alman dərsliyindən əlavələr edilməklə "sərbəstcə" sıyıqlaşdırılırdı; "sinfi mübarizə" şüarı getdikcə daha geniş, daha coşqun fəaliyyətə doğru sövq etmirdi, o indi arxayınlaşdırmaq vasitəsi olmuşdu, çünki axı "iqtisadi mübarizə siyasi mübarizə ilə sıx əlaqədardır"; partiya ideyası mübariz inqilabçılar təşkilatı yaratmaq çağırışı deyildi, o bir növ "inqilabi dəftərxanaçılığa" və "demokratik" formalar oyunu kimi uşaq oyununa bəraət qazandırırdı.Nə zaman üçüncü dövrün qurtacağını və dördüncü dövrün başlanacağını (hər halda bir çox əlamət bunun olacağını göstərir) biz bilmirik. Burada biz tarix sahəsindən hazırkı zaman, qismən də gələcək zaman sahəsinə keçirik. Lakin biz möhkəm inanırıq ki, dördüncü dövr mübariz marksizmin möhkəmlənməsinə səbəb olacaqdır, rus sosial-demokratiyası böhrandan bərkimiş və yetkinləşmiş halda çıxacaqdır, opportunistlərdən ibarət aryerqardı ən inqilabçı sinfin doğrudan da qabaqcıl dəstəsi "əvəz" edəcəkdir.Belə bir "əvəz etməyə" çağırış mənasında və yuxarıda deyilənlərin hamısını yekunlaşdıraraq biz: nə etməli? sualına qısaca bir cavab verə bilərik:Üçüncü dövrü ləğv etməli.ƏLAVƏ“İSKRA”NI “RABOÇEYE DELO” İLƏ BİRLƏŞDİRMƏK TƏŞƏBBÜSÜİndi biz, “İskra”nın “Rab. Delo”ya təşkilat münasibətlərində qəbul edib ardıcıl surətdə həyata keçirdiyi taktikanı təsvir etməliyik. Bu taktika “İskra”nın 1-ci №-sində, “Xaricdəki rus sosial-demokratları ittifaqında parçalanma” haqqında məqalədə artıq tamamilə ifadə edilmişdir. Biz dərhal belə bir nöqteyi-nəzər tutduq ki, partiyamızın birinci qurultayında partiyanın xaricdə nümayəndəsi kimi tanınmış olan əsl “Xaricdəki rus sosial-demokratları ittifaqı” iki təşkilata parçalanmışdır; partiyanın nümayəndəliyi məsələsi açıq qalmaqdadır; bu məsələ, Paris beynəlxalq konqresində daimi Beynəlxalq sosialist bürosuna Rusiyadan iki üzv, yəni parçalanmış “İttifaqın” hər hissəsindən bir üzv seçilməklə müvəqqəti və şərti həll olunmuşdur1. Biz “Rab. Delo”nun mahiyyətcə haqsız olduğunu bildirdik, prinsip etibarı ilə qəti surətdə “Əmək azadlığı” qrupunun tərəfini tutduq, lakin eyni zamanda parçalanmanın təfsilatına girişməkdən imtina etdik və xalis əməli iş sahəsində “İttifaq”ın xidmətini qeyd etdik2.Beləliklə, bizim tutduğumuz mövqe müəyyən dərəcədə gözləmək mövqeyi idi: biz, rus sosial-demokratlarının əksəriyyəti arasında hökm sürən belə bir fikrə güzəşt etdik ki, hətta “iqtisadçılığın” ən qəti düşmənləri də “İttifaq” ilə əl-ələ verib işləyə bilərlər, zira “İttifaq” “Əmək azadlığı” qrupu ilə prinsipcə razı olduğunu və əsas nəzəriyyə və taktika məsələlərində guya özünün müstəqil siması olmasını iddia etmədiyini dəfələrlə söyləmişdi. Bizim tutduğumuz mövqeyin düzgünlüyü dolayısı ilə belə bir faktla təsdiq olundu ki, “İskra”nın birinci nömrəsinin çıxması ilə (dekabr 1900), demək olar, bir vaxtda “İttifaq”dan üç üzv ayrılıb “Təşəbbüsçülər qrupu” deyilən qrupu təşkil etdi və 1. “İskra” təşkilatının xaricdəki şöbəsinə, 2. İnqilabçı “Sosial-demokrat” təşkilatına3 və 3. “İttifaq”a müraciətlə barışıq barəsində danışıq aparılmasında vasitəçi olmaq istədiyini bildirdi. Birinci iki təşkilat dərhal razılıq verdi, üçüncü – rədd etdi. Doğrudur, keçən ilki “birləşdirici” qurultayda bir natiq həmin faktları söylədikdə, “İttifaq”ın idarə üzvü dedi ki, onların rədd cavabı verməsinə səbəb yalnız, təşəbbüsçülər qrupunun tərkibindən “İttifaq”ın narazı olması idi. Həmin izahı burada göstərməyi özümə borc bilməklə bərabər, öz tərəfimdən deməyə bilmərəm ki, mən bunu qeyri-qənaətbəxş hesab edirəm: iki təşkilatın danışıq aparmağa razılıq verdiyini bilən “İttifaq” onlara başqa bir vasitəçinin vasitəsi ilə və ya bilavasitə müraciət edə bilərdi.1901-ci ilin yazında “Zarya” da (№ 1, aprel), “İskra” da (№ 4, may) “R. Delo” ya qarşı açıq mübahisə ilə çıxış etdi. “İskra” “R. Delo”nun “Tarixi dönüş”ünü xüsusilə kəskin tənqid etdi; “R. Delo” öz aprel nömrəsində, deməli, yaz hadisələrindən sonra, terrora və “qanlı” çağırışlara uymaq məsələsində səbatsızlıq göstərmişdi. Bu mübahisəyə baxmayaraq, “İttifaq” barışmaq barəsində danışıqlara yeni “barışdırıcılar” qrupu4 vasitəsi ilə yenidən başlamağa razılıq verdi. Yuxarıda göstərilən üç təşkilatın nümayəndələrindən ibarət ilk konfrans iyun ayında oldu və “İttifaq” tərəfindən “İki qurultay” kitabçasında, habelə Cəmiyyət tərəfindən ““Birləşdirici qurultayın” sənədləri” kitabçasında çap edilmiş ən ətraflı “prinsipial saziş” əsasında müqavilə layihəsi hazırladı.Bu prinsipial sazişin (və ya çox zaman adlandırıldığı kimi, iyun konfransı qətnamələrinin) məzmunu tamamilə aydın göstərir ki, biz, ümumiyyətlə, opportunizmin, xüsusilə də rus opportunizminin bütün və hər cür təzahürlərinin tam qətiyyətlə rədd olunmasını birləşmə üçün zəruri şərt hesab edirdik. 1-ci bənddə deyilir: “Biz proletariatın sinfi mübarizəsinə opportunizm daxil etmək yolundakı hər cür cəhdləri – “iqtisadçılıq” deyiləndə, bernşteynçilikdə, milyeranizmdə və sairədə ifadə olunan cəhdləri rədd edirik”. “Sosial-demokratiyanın fəaliyyət dairəsinə... inqilabi marksizmin bütün əleyhdarlarına qarşı ideya mübarizəsi daxildir” (4, s); “Təşkilat-təşviqat fəaliyyətinin bütün sahələrində sosial-demokratiya rus proletariatı-nın ən yaxın vəzifəsini – mütləqiyyəti yıxmaq vəzifəsini bir dəqiqə də olsa, nəzərindən qaçırmamalıdır” (5, a);... “təşviqatyalnız, muzdlu əməyin kapitala qarşı gündəlik mübarizəsi əsasında aparılan təşviqatdan ibarət olmamalıdır” (5, b);... “xalis iqtisadi mübarizə və ayrı-ayrı siyasi tələblər uğrunda mübarizə mərhələsini... qəbul etməyərək” (5, c);... “hərəkatımızın aşağı formalarının ibtidailiyini... və məhdudluğunu... prinsip dərəcəsinə qaldıran cərəyanların tənqidini hərəkat üçün vacib hesab edirik” (5, d). Həmin qətnamələri az-çox diqqətlə oxumuş olan hətta tamamilə kənar bir adam bunların məhz ifadəsindən görər ki, bu qətnamələr opportunist və “iqtisadçı” olan, mütləqiyyəti yıxmaq vəzifəsini bircə dəqiqəliyə də olsa unudan, mərhələlər nəzəriyyəsini qəbul edən, məhdudluğu və sairəni prinsip dərəcəsinə qaldıran adamlara qarşı yönəldilmişdir. “Əmək azadlığı” qrupunun, “Zarya”nın və “İskra”nın “R. Delo”ya qarşı apardıqları mübahisə ilə azacıq tanış olan hər kəs bir an da şübhə etməz ki, bu qətnamələr məhz “R. Delo”nun yanılmalarını bir-bir göstərib rədd edir. Buna görə də, “birləşdirici” qurultayda “İttifaq” üzvlərindən biri dedikdə ki, “R. Delo”nun 10-cu №-sindəki məqalələrin yazılmasına səbəb “İttifaq”ın yeni “tarixi dönüşü” deyil, qətnamələrin son dərəcə “abstraktlığıdır”5, – buna gülən bir natiq tamailə haqlı idi. O, cavab verib dedi: qətnamələr nəinki abstrakt deyildir, hətta son dərəcə konkretdir: onlara bircə nəzər salmaq kifayətdir ki, görəsən burada “kimi isə tuturmuşlar”.Bu sonuncu ifadə qurultayda səciyyəvi bir əhvalata səbəb oldu. Bir tərəfdən, B. Kriçevski “tuturmuşlar” sözündən yapışdı və bunu dilimizdən qaçan və pis niyyətdə (“tələ qurmaq niyyətində”) olduğumuzu göstərən bir söz hesab edib həyəcanla səsləndi: “Yəni kimi tuturmuşlar?” – “Doğrudan da, kimi?” deyə Plexanov istehza ilə soruşdu. – “Mən Plexanov yoldaşın fərasətsizliyinə kömək edərəm, – deyə B. Kriçevski cavab verdi, – mən onu başa salaram ki, burada “Raboçeye Delo” redaksiyasını tuturmuşlar (ümumi qəhqəhə). Lakin qoymadıq ki, bizi tutsunlar! (soldan bir səs: sizin üçün daha pis!). – Digər tərəfdən, “Mübarizə” qrupunun (barışdırıcılar qrupunun) üzvü, “İttifaq”ın qətnamələr üçün verdiyi düzəlişlərin əleyhinə danışaraq və bizim natiqi müdafiə etmək istəyərək, bildirdi ki, “tuturmuşlar” sözü, yəqin ki, qızğın mübahisə zamanı təsadüfən natiqin ağzından çıxan bir sözdür.Mənə gəldikdə, bu fikirdəyəm ki, araşdırılan sözü işlətmiş olan natiq belə bir “müdafiədən” heç bir xeyir görməyəcəkdir. Mən bu fikirdəyəm ki, “kimi isə tuturmuşlar” sözləri “zarafatla söylənmiş, lakin ciddi düşünülmüşdür”: biz həmişə “R. Delo”nu səbatsızlıqda, səndələmədə təqsirləndirirdik, buna görə də, təbiidir, çalışıb onu tutmalı idik ki, bundan sonra səndələmələrə imkan verilməsin. Burada əsla heç bir pis niyyət ola bilməzdi, zira məsələ prinsip səbatsızlığı üzərində idi.Həm də biz “İttifaqı” o qədər yoldaşcasına6 tuta bildik ki, iyun qətnamələrini B. Kriçevskinin özü, habelə “İttifaq”ın idarə üzvlərindən biri imzaladı.“R. Delo”nun 10-cu №-sindəki məqalələr (yoldaşlarımız bu nömrəni ancaq qurultaya gəldikdən sonra, iclaslar başlanandan bir neçə gün əvvəl görmüşdülər) açıqca göstərdi ki, yaydan payızın axırına qədər “İttifaq”da yeni bir dönüş əmələ gəlmişdir: “İqtisadçılar” yenə üstün gəlmişlər və hər cür “cərəyana” mail olan redaksiya yenə “ən qatı bernşteynçiləri” və “tənqid azadlığını” müdafiə etməyə, “kortəbiiliyi” müdafiə etməyə və siyasi təsir dairəmizi (guya təsirin özü mürəkkəbləşdiyindən) “məhdudlaşdırmaq nəzəriyyəsini” Martınovun dili ilə təbliğ etməyə başlamışdır. Parvusun belə bir tutarlı fikri bir daha təsdiq olundu ki, opportunisti hər hansı bir formulla tutmaq çətindir: opportunist hər cür formulu asanlıqla imzalar və ondan asanlıqla geri çəkilər, çünki opportunizm məhz azçox müəyyən və möhkəm prinsiplərin yoxluğundan ibarətdir. Opportunistlər bu gün opportunizm daxil etmək yolundakı hər cür cəhdləri rədd etdilər, hər cür məhdudluğu rədd etdilər, “mütləqiyyəti yıxmağı bir dəqiqə də olsa unutmamağı”, “təşviqatı yalnız muzdlu əməyin kapitala qarşı gündəlik mübarizəsi zəminində aparılan təşviqatdan ibarət etməməyi” və sairə, və sairəni təntənəli surətdə vəd etdilər. Sabah isə onlar ifadə üsulunu dəyişdirir və kortəbiiliyi, adi, gündəlik mübarizənin irəliyə doğru hərəkətini müdafiə etmək, hiss olunan nəticələr vəd edən tələbləri tərifləmək və s. pərdəsi altında köhnə işlərinə başlayırlar. 10-cu №-nin məqalələrində ““İttifaq” konfrans layihəsinin ümumi prinsiplərindən qətiyyən, dönüklüklə geri çəkilmə halı görməmişdir və görmür” (“İki qurultay”, s. 26) deməkdə davam edən “İttifaq” bununla ancaq, ixtilafların mahiyyətini anlamağa əsla qabil olmadığını və ya anlamaq istəmədiyini büruzə verir.“R. D.”nin 10-cu №-sindən sonra bizə yalnız o qalırdı ki, ümumi mübahisəyə başlayaq və beləliklə bütün “İttifaq”ın bu məqalələrlə və öz redaksiyası ilə həmrəy olub-olmadığını yəqin edək. “İttifaq” bizdən xüsusilə bunun üstündə narazı qalır və bizi ittiham edib deyir ki, guya biz “İttifaq”ın daxilinə nifaq salmağa çalışırıq, özümüzə aid olmayan işə qarışırıq və sairə. Bu ittihamlar tamamilə əsassızdır, zira seçkili bir redaksiya ən zəif bir küləkdən “döndükdə”, hər şey məhz küləyin istiqamətindən asılı olur, biz də bu istiqaməti qapalı iclaslarda müəyyən edirdik, həmin iclaslarda isə, birləşməyə hazırlaşan təşkilatların üzvlərindən başqa heç kəs yox idi. İyun qətnamələrinə “İttifaq” adından düzəlişlər verilməsi nəticəsində bizdə saziş ümidindən bir əsər də qalmadı. Düzəlişlər “iqtisadçılığa” tərəf yeni dönüşü və “İttifaq” əksəriyyətinin “R. D.”nin 10-cu №-si ilə həmrəy olduğunu sənədlər əsasında sübut etdi. Opportunizm təzahürləri sırasından “iqtisadçılıq adlanan şey” silinib atılırdı (ona görə ki, guya bu üç sözün “mənası müəyyən deyilmiş”, – halbuki belə bir dəlildən ancaq, geniş intişar tapmış yanılmanın mahiyyətini daha dürüst müəyyən etmək zərurəti meydana gəlir), “milyeranizm” də silinib atılırdı (hərçənd B. Kriçevski onu həm “R. D.”nin 2–3 №-sində, səh. 83–84, həm də daha açıq bir surətdə “Vorwärts” də7 müdafiə edirdi). İyun qətnamələrində sosial-demokratiyanın vəzifəsi – “hər cür siyasi, iqtisadi və ictimai zülmə qarşı proletariatın apardığı mübarizənin bütün təzahürlərinə rəhbərlik etmək” vəzifəsi aydın surətdə göstərilir, bununla da tələb olunurdu ki, mübarizənin bütün bu təzahürləri planlı və vahid bir hala salınsın, buna baxmayaraq, “İttifaq” tamamilə artıq olan bu sözləri də əlavə edirdi: “iqtisadi mübarizə kütləvi hərəkatın qüdrətli bir amilidir” (bu sözlər özlüyündə şübhəsizdir, lakin məhdud “iqtisadçılıq” mövcud olduğu şəraitdə bunlar yanlış məna çıxarmağa səbəb olmaya bilməzdi). Bundan əlavə, iyun qətnamələrində hətta həm “bir dəqiqə də olsa” (mütləqiyyəti yıxmaq məqsədini unutmamaq) sözlərini atmaqla, həm də “iqtisadi mübarizə, kütləni fəal siyasi mübarizəyə cəlb etmək üçün ən geniş tətbiq edilə bilən vasitədir” sözlərini əlavə etməklə “siyasət” açıqca məhdudlaşdırılırdı. Aydındır ki, bu kimi düzəlişlər edildikdən sonra bizim tərəfin bütün natiqləri, yenə “iqtisadçılığa” tərəf üz çevirən və özləri üçün səndələmə azadlığı təmin edən adamlarla danışıqları daha tamailə səmərəsiz sayaraq, danışmaqdan bir-bir imtina etməyə başladılar.“Gələcək sazişin möhkəmliyi üçün, yəni “R. D.”nin müstəqil simasını və onun muxtariyyətini saxlamaq üçün “İttifaq”ın məhz sine qua non8 şərt hesab etdiyi şeyi – məhz bunu “İskra” saziş üçün maneə hesab edirdi” (“İki qurultay”, səh. 25). Bu əsla dürüst deyildir. “R. Delo”nun muxtariyyətinə biz heç bir zaman toxunmaq istəməmişik9. Əgər bu, nəzəriyyə və taktikaya dair prinsipial məsələlərdə “müstəqil sima” deməkdirsə, onda biz onun simasının müstəqilliyini doğrudan da qəti rədd edirdik: iyun qətnamələrində məhz bu kimi bir sima müstəqilliyi qəti inkar edilir, zira bu “sima müstəqilliyi” işdə həmişə, təkrar edirik, hər cür səndələmələr demək idi, bu səndələmələrin bizdə hökm sürən və partiya işində yol verilə bilməyən dağınıqlığa kömək etməsi demək idi. “Raboçeye Delo” 10-cu №-dəki məqalələri və öz “düzəlişləri” ilə aydın göstərdi ki, özü üçün məhz həmin sima müstəqilliyini saxlamaq arzusundadır, belə bir arzu isə təbii və labüd olaraq, əlaqənin kəsilməsinə və müharibə elan edilməsinə səbəb oldu. Lakin bizim hamımız müəyyən ədəbi vəzifələri “R. D.”-yə tapşırmaq mənasında onun “müstəqil siması” olmasını qəbul etməyə hazır idik. Bu vəzifələrin düzgün bölüşdürülməsi özlüyündə aydın idi: 1. elmi jurnal, 2. siyasi qəzet və 3. populyar məcmuələr və populyar kitabçalar. “R. D.”-nin ancaq belə bir bölgüyə razı olması sübut edərdi ki, o, iyun qətnamələrində tənqid edilmiş yanılmalardan qəti üzülüşməyi ürəkdən istəyir; ancaq belə bir bölgü hər cür çəkişmə imkanını aradan qaldırardı, doğrudan da sazişin möhkəmliyini təmin edərdi və eyni zamanda hərəkatımızın yeni yeni yüksəlişi üçün, onun yeni müvəffəqiyyətlər əldə etməsi üçün təməl olardı.İndi heç bir rus sosial-demokratı daha şübhə edə bilməz ki, inqilabi məsləkin opportunist məsləklə əlaqəni qəti kəsməsinə səbəb heç də nə isə bir “təşkilat” şərtləri deyil, məhz odur ki, opportunistlər opportunizmin müstəqil simasını möhkəmləndirmək, yenə də Kriçevskilərin və Martınovların danışıqları ilə adamların fikrini çaşdırmaq istəyirdilər. Beynəlxalq sosialist bürosu – (BSB) II İnternasionalın daimi icraiyyə-informasiya orqanı idi; bütün ölkələrin sosialist partiyalarının nümayəndələrindən BSB yaradılması haqqında qərar II İnternasionalın Paris konqresində (1900-cü il, sentyabr) qəbul edilmişdi. G. V. Plexanov ilə B. N. Kriçevski BSB-də rus sosial-demokratlarının nümayəndəsi seçilmişdilər. 1905-ci ildən RSDFP-nin BSB-də nümayəndəsi V. İ. Lenin idi. BSB 1914-cü ildə öz fəaliyyətini dayandırdı. Red. Parçalanma, yalnız ədəbiyyata bələdlik əsasında deyil, habelə təşkilatımızın xarici ölkələrdə olmuş bəzi üzvləri tərəfindən xaricdə toplanmış məlumat əsasında bu cür qiymətləndirilirdi. [LENİN] “İnqilabi “Sosial-demokrat” təşkilatı” – 1900-cü ilin mayında, “Xaricdəki rus sosial-demokratları ittifaqı” öz II qurultayında parçalandıqdan sonra, “Əmək azadlığı” qrupunun üzvləri və bu qrupun həmfikirləri tərəfindən yaradılmışdı. “Sosial-demokrat” təşkilatının yaranması barəsindəki çağırış-vərəqədə göstərilmişdi ki, bu təşkilatın məqsədləri: “rus proletariatı arasındakı sosialist hərəkatına kömək etməkdir” və marksizmi təhrif etmək üçün göstərilən hər cür opportunist cəhdlərinə qarşı mübarizə aparmaqdır. 1901-ci ilin oktyabrında V. İ. Leninin təklifi ilə bu təşkilat “İskra” təşkilatının xarici söbəsi ilə birləşib, Rus inqilabçı sosial-demokratiyasının xarici cəmiyyətini əmələ gətirdi. Red. V. İ. Lenin xaricdəki sosial-demokrat “Borba” qrupunu nəzərdə tutur. Bu qrupa D. B. Ryazanov, Y. M. Steklov (Nevzorov) və E. L. Qureviç (V. Daneviç, Y. Smirnov) daxil idi. Qrup 1900-cü ilin yayında Parisdə yaranmış və 1901-ci ilin mayında ““Borba” qrupu” adını qəbul etmişdi. Qrup rus sosial-demokratiyasındakı inqilabi məslək ilə opportunist məsləkini barışdırmağa cəhd edirdi. Red. Bu fikir “İki qurultay”da təkrar edilmişdir, səh. 25. [LENİN] Yəni iyun qətnamələrinə girişdə biz dedik ki, bütövlükdə rus sosial-demokratiyası həmişə “Əmək azadlığı” qrupunun prinsipləri zəminində durmuşdur və “İttifaq”ın xidməti, xüsusən onun nəşriyyat və təşkilat fəaliyyətində idi. Başqa sözlə desək, biz bütün keçmişi unutmağa və “İttifaq”dan olan yoldaşların fəaliyyətinin xeyirli (iş üçün xeyirli) olduğunu qəbul etməyə tamamilə hazır olduğumuzu göstərdik, bu şərtlə ki, “tutmaqla” təqib etdiyimiz səndələmələr tamamilə aradan qaldırılsın. Hər bir qərəzsiz adam, iyun qətnamələrini oxuduqda, onları məhz bu cür başa düşər. Əgər “İttifaq” indi, “iqtisadçılığa” doğru öz yeni dönüşü (10-cu №-sindəki məqalələrdə və düzəlişlərdə) ilə ayrılmaya bais olduqdan sonra onun xidmətləri haqqındakı bu sözlər üstündə təntənəli surətdə bizi düz danışmamaqda təqsirləndirirsə (“İki qurultay”, s. 30), belə bir ittiham, əlbəttə, ancaq təbəssümə səbəb ola bilər. [LENİN] “Vorwärts”də bu münasibətlə onun indiki redaksiyası, Kautski və “Zarya” arasında mübahisə başlandı. Biz rus oxucularını bu mübahisə ilə tanış etməyi unutmarıq. [LENİN] – Tamamilə zəruri. Red. Əgər birləşmiş təşkilatların ümumi ali şurasının təsis edilməsi ilə əlaqədar olaraq çağırılan və çağırılmasına iyun ayında “Rab. Delo” tərəfindən də razılıq verilmiş olan redaksiya müşavirələri muxtariyyətin məhdudlaşdırılması hesab edilməsə. [LENİN] “NƏ ETMƏLİ?”YƏ DÜZƏLİŞ1“Nə etməli?” kitabçasının 141-ci səhifəsində haqqında bəhs etdiyim “Təşəbbüsçülər qrupu”, xaricdəki sosial-demokrat təşkilatlarını barışdırmaq təşəbbüsündə bu qrupun iştirak etməsinin şərhinə belə bir düzəliş verməyi məndən xahiş edir: “Həmin qrupun üç üzvündən ancaq biri 1900-cü ilin axırlarında “İttifaq”dan çıxdı, qalanları isə 1901-ci ildə, yəni “İskra”nın xaricdəki təşkilatı və “İnqilabi Sosial-demokrat təşkilatı” ilə konfrans çağırmaq üçün “İttifaq”dan razılıq almaq, – “Təşəbbüsçülər qrupunun” təklifi də məhz bundan ibarət idi, – mümkün olmayacağını yəqin etdikdən sonra “İttifaq”dan çıxdılar. “İttifaq”ın idarəsi bu təklifi əvvəlcə rədd etdi, vasitəçi “Təşəbbüsçülər qrupu” tərkibinə daxil olan şəxslərin “səlahiyyətli olmadığını” konfransdan imtina etməsi üçün səbəb göstərdi, bununla bərabər “İskra”nın xaricdəki təşkilatı ilə bilavasitə əlaqəyə girmək istədiyini bildirdi. Lakin az sonra “İttifaq”ın idarəsi “Təşəbbüsçülər qrupuna” bildirdi ki, “İskra”nın “İttifaq”da parçalanma əmələ gəlməsi haqqında xəbər çap etdiyi birinci nömrəsi çıxdıqdan sonra o öz fikrini dəyişdirmişdir və “İskra” ilə əlaqəyə girmək istəmir. Bundan sonra “İttifaq”ın idarə üzvünün belə bir bəyanatını necə qiymətləndirmək olar ki, guya “İttifaq”ın konfransdan imtina etməsinə yalnız “Təşəbbüsçülər qrupu” tərkibindən “İttifaq”ın narazılığı səbəb olmuşdur? Doğrusu, keçən ilin iyununda “İttifaq” idarəsinin konfransa razılıq verməsi də anlaşılmır: axı “İskra”nın birinci nömərsindəki xəbər öz qüvvəsində qalmışdır, “İskra”nın “İttifaq”a qarşı “mənfi” münasibəti isə “Zarya”nın birinci nömrəsində və “İskra”nın 4-cü nömrəsində, iyun konfransından əvvəl çıxan bu nömrələrdə daha aydın ifadə olunmuşdur.N. Lenin“İskra” № 19, 1 aprel 1920-ci il ““Nə etməli?”yə düzəliş” – “İskra”nın 1902-ci il 1 aprel tarixli 19-cu №-sində, “Partiyadan” bölməsində çap edilmişdi. Red. KİTABÇA ADI ÇƏKİLƏNŞƏXSLƏR HAQQINDAAAkselrod, P. B. (1850–1928) – menşevizmin liderlərindən biri.Alekseyev, P. A. (1849–1891) – 1870-ci illərin məşhur inqilabçısı, peşə etibarı ilə toxucu fəhlə. Onun nəşr olunmuş nitqləri Rusiyada inqilabi hərəkata böyük təsir göstərmişdi.Auer, İqnats (1846–1907) – alman sosial-demokratiyasının opportunist qanadının liderlərindən biri olmuşdur.BBakunin, M. A. (1814–1876) – anarxizmin ideoloqlarından biri. I İnternasionala daxil idi və orada marksizmin qəddar düşməni kimi çıxış edirdi. Bakunin hər cür dövləti, o cümlədən də proletariat diktaturasını inkar edirdi, proletariatın ümumdünya-tarixi rolunu başa düşmürdü, fəhlə sinfinin müstəqil siyasi partiyasını yaratmaq əleyhinə açıq çıxış edir, fəhlələrin siyasi fəaliyyətdə iştirakdan çəkinməsi doktrinasını müdafiə edirdi.Balhorn, İohann – XVI əsrin alman kitab naşiri.Bebel, Avqust (1840–1913) – alman sosial-demokratiyasının və beynəlxalq fəhlə hərəkatının görkəmli xadimlərindən biri. 1869-cu ildə V. Libknext ilə birlikdə Almaniya Sosial-Demokrat Fəhlə Partiyasını (“eyzenaxlılar”) yaratmışdı.Belinski, V. Q. (1811–1848) – böyük rus inqilabçı demokratı,ədəbi tənqidçi və publisist, materialist filosof.Beltov, N. – bax: Plexanov, G. V.Berdyayev, N. A. (1874–1948) – mürtəce idealist filosof və mistik.Marksizmin düşməni idi. 1905-ci ildən etibarən kadet oldu.Bernşteyn, Eduard (1850–1932) – alman sosial-demokratiyasının və II İnternasionalın ifrat opportunist qanadının lideri, təftişçilik və reformizmin nəzəriyyəçisi. Bernşteyn kapitalizm şəraitində fəhlələrin iqtisadi vəziyyətini yaxşılaşdırmağa yönəldilən islahatlar uğrunda mübarizəni fəhlə hərəkatının əsas vəzifəsi elan etmiş, belə bir opportunist formul irəli sürmüşdü: “Hərəkat – hər şey, son məqsəd – heçdir”.Bulqakov, S. N. (1871–1944) – burjua iqtisadçısı, idealist filosof.ÇÇernişevski, N. Q. (1828–1889) – böyük rus inqilabçı demokratı, alim, yazıçı, ədəbi tənqidçi.DDavid, Eduard (1863–1930) – alman sosial-demokratiyasının sağ qanadının liderlərindən biri, təftişçi. Birinci dünya müharibəsi zamanı sosial-şovinist olmuşdur.Dürinq, Yevgeni (1833–1921) – alman filosofu və iqtisadçısı, xırda burjua ideoloqu. Onun fəlsəfi baxışları pozitivizmin, metafizik materializmin və idealizmin eklektik qarışığından ibarət idi. Fridrix Engels onun baxışlarını “Anti-Dürinq. Cənab Yevgeni Dürinqin elmdə yaratdığı çevriliş” kitabında tənqid etmişdir. Lenin özünün “Materializm və empiriokritisizm” kitabında və bir sıra başqa əsərlərində Dürinqin eklektik baxışlarını dəfələrlə tənqidə tutmuşdur.EEngels, Fridrix (1820–1895) – Karl Marksın yoldaşı və köməkçisi olmuşdur. Marksizm nəzəriyyəsinin onunla birgə banisidir. Marksın bir neçə əsərinin həmmüəllifi olmaqla yanaşı, özünün bir çox əsəri ilə də marksizm nəzəriyyəsinə əhəmiyyətli töhfələr vermişdir.FFurye, Şarl (1772–1837) – böyük fransız utopist sosialisti.GGed, Jül (1845–1922) – Fransa sosialist hərəkatının və II İnternasionalın təşkilatçılarından və rəhbərlərindən biri. Fransa Fəhlə Partiyasının təşkilində həlledici rol oynadı. Marksist fikirlərin Fransada yayılması və orada sosialist hərəkatının inkişafında çox böyük xidmətləri olmuşdur. Lakin nəzəriyyə və taktikalardatəriqətçi xarakterli səhvlərə yol vermişdir. Birinci dünya müharibəsi zamanı sosial-şovinist olmuşdur.Gelfand, A. L. (1869–1924) – əvvəllər Almaniya Sosial-Demokrat Partiyasında işləyirdi. “Permanent inqilab nəzəriyyəsi”nin hazırlanmasında müəyyən rolu vardır. İrtica illərində sosial-demokratiyadan uzaqlaşdı; birinci dünya müharibəsində sosial-şovinist, alman imperializminin agenti idi, iri möhtəkirliklə məşğul olurdu.HHasselman, Vilhelm (1844-cü ildə anadan olmuşdur) – alman sosial-demokratı, sonra anarxist.Hegel, Georq Vilhelm Fridrix (1770–1831) – klassik alman fəlsəfəsinin nümayəndəsi, obyektiv idealist. Hegelin tarixi xidməti dialektikanı dərindən və hərtərəfli işləyib hazırlamasıdır, dialektika isə dialektik materializmin nəzəri mənbələrindən biri olmuşdur. Lakin Hegel dialektikası idealist xarakter daşıyırdı, onun bütövlükdə mühafizəkar, metafizik fəlsəfi sistemi ilə sıx bağlı idi. Hegel öz siyasi baxışlarına görə konstitusiyalı monarxiya tərəfdarı idi.Herts, Fridrix Otto (1878-ci ildə anadan olmuşdur) – Avstriya iqtisadçısı, təftişçi sosial-demokrat.Hirş, Maks (1832–1905) – alman burjua iqtisadçısı və publisisti, reyxstaqın deputatı. Öz əsərlərində əmək ilə kapitalın “ahəngdarlığı” ideyasını yeridir, proletariatın inqilabi taktikasına qarşı çıxır, reformizmi müdafiə edirdi.Höxberq, Karl (1853–1885) – alman sağ sosial-demokratı, jurnalist. Öz məqalələrində burjuaziya ilə ittifaqa və ona tabe olmağa çağırır və belə hesab edirdi ki, fəhlə sinfi özü-özünü azad etməyə qadir deyildir.XXalturin, S. N. (1856–1882) – inqilabçı fəhlə. Odessada hərbi prokuror Strelnikova qəsd təşkil etmiş, qəsd zamanı həbsə alınmış və hərbi-səhra məhkəməsi tərəfindən edamla cəzalandırılmışdır.İİvanşin, V. P. (1869–1904) – sosial-demokrat, “iqtisadçılığın” lider-lərindən biri. RSDFP II qurultayından sonra menşeviklərə qoşuldu.İlovayski, D. İ. (1832–1920) – zadəgan-monarxist məsləkli tarixçi və publisist, inqilabdan əvvəlki Rusiyanın ibtidai və orta məktəbi üçün tarixdən rəsmi dərsliklərin müəllifi.JJelyabov, A. İ. (1850–1881) – görkəmli rus inqilabçısı, “Narodnaya volya” partiyasının təşkilatçısı və rəhbəri.KKareyev, N. İ. (1850–1931) – liberal burjua tarixçisi və publisisti; sosiologiyada subyektiv məktəbin nümayəndələrindən biri, idealist eklektik. 1905-ci ildən kadet partiyasının üzvü.Katkov, M. N. (1818–1887) – mürtəce publisist. Mötədil zadəgan liberalizminin tərəfdarı olmuşdur. Sonradan millətçiliyə, şovinizmə və azğın qaragüruhçuluğa doğru dönmüşdür. Özünü “mütləqiyyətin keşiyində dayanan sədaqətli köpək” adlandırmışdır.Kautski, Karl (1854–1938) – alman sosial-demokratiyasının və II İnternasionalın liderlərindən biri, əvvəllər marksist olmuş, sonralar marksizmə xəyanət etmiş, opportunizmin ən təhlükəli və zərərli növü olan sentrizmin ideoloqu olmuşdu. Onun yazdığı bir sıra əsərlər marksizmin təbliğində müsbət rol oynamışdı. Sonralar opportunizmin mövqelərinə keçir. Dünya imperialist müharibəsi zamanı Kautski sentrizm mövqelərində duraraq, sosial-şovinizmi beynəlmiləlçilik haqqında ibarələrlə pərdələyirdi. Mürtəce ifrat imperializm nəzəriyyəsinin müəllifidir. Oktyabr inqilabından sonra proletar inqilabına və fəhlə sinfinin diktaturasına qarşı açıq çıxış edirdi. V. İ. Lenin “Proletar inqilabı və xain Kautski” və başqa əsərlərində kautskiçiliyi məhvedici tənqid atəşinə tutmuşdur.Kriçevski, B. N. (1866–1919) – “iqtisadçılığın” liderlərindən biri. 1899-cu ildə “Raboçeye Delo” jurnalının redaktoru oldu. Jurnalın səhifələrində bernşteynçilik və reformizm ideyalarını təbliğ edirdi. Kuskova, Y. D. (1869–1958) – rus burjua ictimai xadimi və publisisti. Bernşteynçiliyin təsiri altında marksizmi təftiş yoluna qədəm qoymuşdur. İqtisadçılığın “Credo” adlı sənədinin müəllifidir. Kuskova fəhlələri inqilabi mübarizədən imtina etməyə çağırırdı, fəhlə hərəkatını liberal burjuaziyanın siyasi rəhbərliyinə tabe etməyəçalışırdı. Oktyabr inqilabından sonra bolşeviklərin əleyhinə çıxdı.QQertsen, A. İ. (1812–1870) – böyük rus inqilabçı demokratı, materialist filosof, publisist və yazıçı, “rus” sosializminin banisi.LLavrov, P. L. (1823–1900) – xalqçılığın görkəmli ideoloqu, sosiologiyada subyektiv məktəbin nümayəndəsi. Lavrov cəmiyyətin inkişafında obyektiv qanunauyğunluqları inkar edən və bəşəriyyətin tərəqqisinə “tənqidi düşünən şəxsiyyətlərin” fəaliyyətinin nəticəsi kimi baxan mürtəce xalqçı nəzəriyyəsinin – “qəhrəmanlar” və “qara camaat” nəzəriyyəsinin banisi idi.Lassal, Ferdinand (1825–1864) – alman xırda burjua sosialisti; alman fəhlə hərəkatında opportunizmin bir növü olan lassalçılığın banisi; alman sosializminin banilərindən biri; əvvəl Marksın tərəfdarı, sonra düşməni olmuşdur. Lassalçılar ümumi seçki hüququ lehinə leqal təşviqat yolu ilə, yunkerlər dövləti tərəfindən maliyyə yardımı göstərilən istehsal assosiasiyaları təşkil etmək yolu ilə “azad xalq dövləti” yaratmağa nail olmaq ümidində idilər. Lassal mürtəce Prussiyanın hegemonluğu altında Almaniyanı“yuxarıdan” birləşdirmək siyasətinə tərəfdar çıxırdı. Lassalçıların opportunist siyasəti I İnternasionalın fəaliyyətinə və Almaniyada əsl fəhlə partiyası yaradılmasına əngəl törədir, fəhlələrdə sinfi şüurun yetişməsinə mane olurdu.Lafarq, Pol (1842–1911) – fransız və beynəlxalq fəhlə hərəkatının görkəmli xadimi, Fransada elmi kommunizmin ilk ardıcıllarından biri, K. Marksın və F. Engelsin yaxın dostu və silahdaşı. I İnternasionalın üzvü idi. J. Ged ilə birlikdə Fransa fəhlə hərəkatının əsasını qoymuşdu. Sonralar bolşeviklərə rəğbətlə yanaşmışdır.Lenin, V. İ. (1870–1924) – marksizm nəzəriyyəsini inkişaf etdirən, dərinləşdirən inqilabçı, bolşevik lider. Marksizmə olan töhfələrinin böyük əhəmiyyəti səbəbilə nəzəriyyə “marksizmleninizm” də adlandırılır. Əsl kommunist partiya modelinivə imperializm nəzəriyyəsin işləyib hazırlamışdır. Trotski ilə birgə 1917-ci il Oktyabr inqilabının öndəri, eyni zamanda III İnternasionalın (Komintern) da qurucusu olmuşdur. Lenindən sonra inqilabçı marksistlər (trotskistlər) özlərini leninistbolşeviklər adlandırmışlar.Libknext, Vilhelm (1826–1900) – alman və beynəlxalq fəhlə hərəkatının görkəmli xadimi, Almaniya Sosial-Demokrat Partiyasının banilərindən və rəhbərlərindən biri. I İnternasionalın işlərində və II İnternasionalın təşkilində fəal iştirak etmişdi.MMarks, Karl (1818–1883) – alman filosofu, marksizm nəzəriyyəsinin banisi, “Kapital” əsərinin müəllifidir. Əmək-dəyər, siniflər mübarizəsi nəzəriyyələrinin yaradıcısıdır.Martov, L. (1873–1923) – menşevizmin liderlərindən biri.Martınov, A. (1865–1935) – “iqtisadçılığın” liderlərindən biri, menşevizmin görkəmli xadimi.Merinq, Frans (1846–1919) – Almaniya fəhlə hərəkatının görkəmli xadimi, alman sosial-demokratiyasının sol qanadının liderlərindən və nəzəriyyəçilərindən biri. Oktyabr inqilabını alqışlayırdı. İnqilabçı “Spartak ittifaqı”nın rəhbərlərindən biri idi, Almaniya Kommunist Partiyasının yaradılmasında görkəmli rol oynamışdır.Meşşerski, V. P. (1839–1914) – mürtəce publisist. Polisdə və daxili işlər nazirliyində xidmət etmişdir.Milyeran, Aleksandr Etyen (1859–1943) – fransız siyasi xadimi; fransız sosialist hərəkatında opportunist cərəyana başçılıq etmişdi. 1899-cu ildə Valdek-Russonun mürtəce burjua hökumətinə daxil olmuş və burada Paris Kommunasının cəlladı general Qalife ilə əməkdaşlıq etmişdi. Milyeralizm təftişçiliyin əməli ifadəsi idi. Oktyabr inqilabından sonra Milyeran antisovet müdaxiləsinin təşkilatçılarından biri, 1920–1924-cü illərdə Frnasa respublikasının prezidenti olmuşdur.Mixaylovski, N. K. (1842–1904) – liberal xalqçılığın görkəmli nəzəriyyəçisi, publisist, ədəbi tənqidçi, pozitivist filosof, sosiologiyada subyektiv məktəbin nümayəndələrindən biri. Onun baxışlarının tənqidi V. İ. Leninin “Xalq dostları nədir və sosialdemokratlara qarşı onlar necə mübarizə edirlər” əsərində və başqa əsərlərində verilmişdir.Most, İohann İosif (1846–1906) – alman sosial-demokratı, sonralar anarxist, peşə etibarı ilə cildçi fəhlə. Nəzəriyyə sahəsində Dürinqin tərəfdarı idi. Most fəhlələri fərdi terrora çağırırdı. O, fərdi terroru inqilabi mübarizənin ən təsirli vasitəsi hesab edirdi. Sonradan fəhlə hərəkatından uzaqlaşdı.Mışkin, İ. N. (1848–1885) – xalqçılıq hərəkatının görkəmli xadimi. Bir neçə dəfə katorqa sürgününə göndərilib. Həbsxana nəzarətçisini təhqir etdiyinə görə 1885-ci il yanvarın 26-da güllələndi.Mülberger, Artur (1847–1907) – alman xırda burjua publisisti, Prudonun ardıcılı. Marksizmə qarşı mübarizə aparmışdır.NNadejdin, L. (1877–1905) – əvvəllər xalqçı, sonradan sosialdemokrat. Kitabçalarında “iqtisadçılığı” müdafiə edir və bununla yanaşı, “kütlələri oyatmağın” təsirli vasitəsi kimi terroru müdafiə edirdi. RSDFP II qurultayından sonra menşevik nəşrləri ilə əməkdaşlıq etmişdir.Nayt, Robert – İngiltərədə həmkarlar hərəkatının görkəmli xadimi, 1871–1899-cu illərdə qazançılar tred-yunionunun və qazançılarla gəmiqayıranların birləşmiş tred-yunionunun katibi, parlament üzvü. Sahibkarlarla mübarizəni fəhlələrin maddi vəziyyətini yaxşılaşdırmaq tələbləri ilə məhdudlaşdıran klassik tredyunionizmin tipik nümayəndəsi idi. Bu məqsədə nail olmaq üçün əsas vasitəni münaqişələrin dinc yolla nizama salınmasında, sahibkarla sazişə gəlməkdə görürdü.Nartsis Tuporılov – bax: Martov, L.OOzerov, İ. X. (1869–1942) – burjua iqtisadçısı; Moskva və Peterburq universitetinin professoru. “Polis sosializmi”ni fəal müdafiə edirdi. Öz əsərlərində sübut etməyə çalışırdı ki, hökumət sinfi əməkdaşlıq siyasətini işdə həyata keçirməli və fəhlə təşkilatlarının fəaliyyətinə nəzarət etmək imkanı əldə etməlidir.Ouen, Robert (1771–1858) – ingilis utopist sosialisti; kapitalizm quruluşunun əsaslarını kəskin tənqid edirdi, lakin kapitalizmin ziddiyyətlərinin əsil köklərini açıb göstərə bilməmişdi; belə hesab edirdi ki, ictimai bərabərsizliyin əsas səbəbi maarifin kifayət qədər yayılmamasındadır və ictimai bərabərsizlik biliklərin və ictimai islahatların yayılması sayəsində aradan qaldırıla bilər; o, həmin islahatların geniş proqramını irəli sürmüşdü. Gələcək “rasional” cəmiyyəti Ouen öz-özünü idarə edən kiçik (ən çoxu üç min nəfər üzvü olan) kommunaların azad federasiyası şəklində təsəvvür edirdi.İngiltərədə fəhlə sinfinin xeyrinə olan bir çox ictimai hərəkatlar və bunların bir çox həqiqi nailiyyətləri Ouenin adı ilə bağlıdır.PParvus – bax: Gelfand, A. L.Pisarev, D. İ. (1840–1868) – görkəmli rus inqilabçı demokratı, publisist və ədəbi tənqidçi, materialist filosof.Plexanov, Georqi (1856–1918) – rus sosial-demokratiyasının banisi və marksist nəzəriyyəçi olmuşdur. Sonradan menşeviklərə qoşularaq bolşevik partiyasına müxalif olmuşdur.Prokopoviç, S. N. (1871–1955) – burjua iqtisadçısı və publisisti, “iqtisadçılığın” görkəmli nümayəndəsi, Rusiya bernşteynçiliyinin ilk təbliğatçılarından biri. 1917-ci ildə Müvəqqəti hökumətdə ərzaq naziri.Prudon, Pyer Jozef (1809–1865) – fransız publisisti, iqtisadçı və sosioloqu, xırda burjua ideoloqu, anarxizmin banilərindən biri.SSavinkov, B. V. (1879–1925) – eserlər partiyasının görkəmli xadimi. Oktyabr inqilabından sonra Sovet respublikasına qarşı bir sıra əksinqilabi qiyamların və hərbi müdaxilənin təşkilatçısı.Saltıkov-Şedrin, M. Y. (1826–1889) – böyük rus satirik yazıçısı, inqilabçı demokrat. Marks onun əsərlərini yüksək qiymətləndirmişdi.Sen-Simon, Anri Klod (1760–1825) – fransız utopist sosialisti.Serebryakov, Y. A. (1854–1921) – rus inqilabçı-xalqçısı.Struve, P. B. (1870–1944) – burjua iqtisadçısı və publisisti, kadetlər partiyasının liderlərindən biri, “leqal marksizmin” görkəmli nümayəndəsi. 1905-ci ildə kadetlər partiyası yarandıqda, onun MKsının üzvü olmuşdu. Sovet hakimiyyətinin qəddar düşməni, ağ mühacir.ŞŞveytser, İohann Baptist (1833–1875) – alman ictimai xadimi və yazıçısı., F. Lassalın ardıcılı.Şedrin – bax: Saltıkov-Şedrin, M. Y.Şramm, Karl Avqust – alman iqtisadçısı.Şultse-Deliç, German (1808–1883) – alman vulqar iqtisadçısı, ictimai xadim, 1867–1883-cü illər reyxstaqın deputatı.TTulin, K. – bax: Lenin, V. İ.VV. V. – bax: Vorontsov, V. P.V. İ. – bax: İvanşin, V. P.Vaneyev, A. A. (1872–1899) – sosial-demokrat. Vaneyev Leninin tərtib etdiyi “iqtisadçıların” “Credo”suna qarşı “Rusiya sosialdemokratiyasının protesti”ni digər on altı sosial-demokratla birlikdə imzalamışdı.Vasilyev, N. V. (1855-ci ildə anadan olmuşdur) – jandarm polkovniki.Vebb, Beatrisa (1858–1943) və Sidney (1859–1947) – məşhur ingilis ictimai xadimləri, reformist idilər.Veytlinq,Vilhelm (1808–1871) – Almaniya fəhlə hərəkatının yarandığı dövrdə onun görkəmli xadimi, utopik “bərabərləşdirici” kommunizmin nəzəriyyəçilərindən biri. Sonralar fəhlə hərəkatından uzaqlaşmışdır.Vilhelm II (1859–1941) – Almaniya imperatoru və Prussiya kralı (1888–1918).Vitte, S. Y. (1849–1915) – XIX əsrin axırında – XX əsrin əvvəlində rus dövlət xadimi, çar Rusiyasının “hərbi-feodal imperializminin” mənafeyini ifadə edirdi, mütləqiyyətin qəti tərəfdarı idi.Voltman, Lüdviq (1871–1907) – alman mürtəce sosioloqu və antropoloqu. İqtisadi mübarizəni fəhlə hərəkatının başlıca vəzifəsi hesab edirdi. Darvinin təlimini ictimai inkişafa tətbiq edərək, iddia edirdi ki, cəmiyyətin sinfi quruluşu guya təkcə tarixi səbəblərlə deyil, həm də insan fərdiyyətlərinin təbiətən qeyri-bərabər olması ilə əlaqədardır. Alman millətinin üstünlüyü ideyasını yeridirdi.Vorms, A. E. (1868–1937) – hüquqçu, Moskva universitetinin professoru, liberal.Vorontsov, V. P. (1847–1918) – iqtisadçı və publisist, liberal xalqçılığın ideoloqlarından biri. Rusiyada kapitalizmin inkişafınıinkar edir, xırda əmtəə istehsalını tərifləyir, kəndli icmasını idealizə edirdi. Çar hökuməti ilə barışmağı təbliğ edir və qətiyyətlə marksizmə qarşı çıxırdı.ZZasuliç, V. İ. (1849–1919) – Rusiyada xalqçılıq hərəkatının, sonradan sosial-demokrat hərəkatının görkəmli iştirakçısı. Menşevizmin liderlərindən biri oldu. Birinci dünya müharibəsi zamanı sosial-şovinist olmuşdur.Zubatov, S. V. (1864–1917) – jandarm polkovniki, “polis sosializminin” (zubatovçuluğun) ilhamçısı və təşkilatçısı.